Buynuz qişanın xorası və keratit
EBM Klinik protokolları
11.10.2016 • Sonuncu dəyişiklik 28.05.2013
Editors
Əsas məqamlar
- Okulyar simptomların mümkün bir səbəbi kimi meydana gələn buynuz qişanın xorası, korneal flüoressent boyadan istifadə etməklə müayinə edilir.
- Həkim-terapevt və ya ailə həkimi mexaniki travma nəticəsində meydana gəlmiş eroziyanı müalicə edə bilər. Etioloji diaqnozun qoyulması və digər növ korneal xoraların müalicəsi oftalmoloq tərəfindən həyata keçirilməlidir.
Buynuz qişanın xorası (korneal xora)
- Buynuz qişanın xorası steril və ya infeksiyalaşmış ola bilər. Tamlığı qorunmuş buynuz qişa və normal göz yaşı, gözləri infeksiyadan kifayət qədər yaxşı qoruyur. Əgər onlar normal deyildirlərsə, infeksiya ehtimalı yüksəlmiş olur.
- Yoluxmuş bir korneal xoraya (ulcus corneae serpens) günümüzdə nadir hallarda təsadüf edilir və o, adətən yalnız daha əvvəl zədələnmiş buynuz qişada inkişaf edir (travma, kontakt linza ilə bağlı zədələnmə, quru göz sindromu [keratoconjunctivitis sicca], korneal hissiyatın itməsi və s.).
Buynuz qişanın ilanvarı xorası (lat. ulcus corneae serpens)
- Ağrı, qızartı, ifrazat, pozulmuş görmə qabiliyyəti və işığa qarşı həssaslıq.
- Buynuz qişada aydın boz sahə nəzərə çarpır.
- Ağır hallarda ön kamerada leykositlər toplusu (hipopion) nəzərə çarpır. Qıcıqlanma gözün daxili hissələrinə də yayılaraq ikincili iritə (güzehli gişa iltihabı) səbəb ola bilir.
- Pasiyent oftalmoloq tərəfindən müalicə edilməlidir. Xüsusi yoluxucu patogen müəyyən edilməlidir.
Dentritik Keratit (Epitelial Keratit) - xətti budaqlanan buynuz qişa xorası
- Herpes simplex virusunun səbəb olduğu xora flüoressent boya vasitəsilə səciyyəvi olaraq qeyri-şəffaf şaxələnmiş formada görünə bilər.
- Simptomlara həfif qızartı, yad cism hissi, işığa qarşı həssaslıq və görmə qabiliyyətinin pozulması aid edilir. Herpes simplex infeksiyasının xoradan daha əvvəl mövcud olması halına da rast gəlmək mümkündür.
- Pasiyent təcili olaraq oftalmoloq müayinəsinə göndərilir. Müalicə, asiklovir məlhəminin 5-10 gün ərzində gündə 5 dəfə olmaqla tətbiq edilməsindən ibarətdir.
- Səthi infeksiyalar zamanı yerli (topikal) qlükokortikoidlərin tətbiqi bir mənalı olaraq əks göstəriş hesab edilir.
Buynuz qişanın eroziyası
- Buynuz qişanın eroziyası adətən travmadan sonra meydan gəlir. Spontan eroziyaya nadir hallarda təsadüf edilir, lakin diabetli xəstələrdə rast gəlinə bilər.
- Pasiyentdə güclü yad cisim hissiyatı və göz yaşı axması müşahidə edilir.
- Eroziyanı flüoressent boya vasitəsilə aşkar şəkildə görmək mümkün olur.
- Epitelizasiya prosesinin tamamlanmadığı müddət ərzində göz ağrılı olur. Bu, adətən 1-3 gün davam edir.
- Müalicə, iltihabın qarşısını almaq və korneal eroziyanın sağalmasını təmin etmək məqsədilə yağ əsaslı antibiotik damcılardan və ya məlhəmdən ibarət olur.
- Əgər eroziyaya buynuz qişanın mərkəzi nahiyyəsində təsadüf edilirsə, görmə qabiliyyəti müvəqqəti olaraq pozulmuş olur. Görmə qabiliyyətinin bərpası epitelizasiya prosesindən daha uzun çəkir. Lüzumsuz konsultasiyaların aradan qaldırılması məqsədilə xəstəyə bu barədə əvvəlcədən məlumat verilməlidir.
- Pasiyentə gözünü ovuşdurmaması barəsində tövsiyə verilməlidir. Gözün tənzif ilə bağlanması (''monokulus'' müalicəsi) sağalma prosesini sürətləndirmir, lakin ondan göz qapaqlarının hərəkəti zamanı meydana gələn ağrını məhdudlaşdırmaq məqsədilə istifadə edilə bilər.
- Eroziyanın müalicəsi üçün həmçinin nəzər yetirin:
Buynuz qişanın marjinal (kiçik, əhəmiyyətsiz) xorası
- Simptomlara konyuktival eritema, ağrı və yad cism hissiyatı aid edilir.
- Xora, böyük ehtimalla bakterial toksinlər tərəfindən törədilir.
- Pasiyent adətən ahıl yaşda olur.
- Buynuz qişanın marjinal xorasını, buynuz qişanın lateral hissəsində flüoressent boyama vasitəsilə görmək mümkün olur. Həmin nahiyyədə buynuz qişa bulanıq (qeyri-şəffaf) olur.
- Differensial diaqnostika: skleritin səbəb olduğu marjinal keratit (şəkil) revmatoid artrit və ya digər sistem şəkilli iltihab xəstəlikləri ilə əlaqədar meydana gəlir.
- Müalicə, vəziyyətin oftalmoloq tərəfindən qiymətləndirilməsindən sonra yerli antibakterial qlükokortikoid damcılarının tətbiqindən ibarət olur. Təkrari müayinə üçün pasiyentin həkim qəbuluna təkrar gəlməsinə adətən ehtiyac duyulmur. Pasiyent simptomların residivləşməsi zamanı həkimə müraciət etməlidir.
Adiyyatı mənbələr
- Koxreyn icmalları
-
- Klinik təlimatlar