Kəskin appendisit Acute appendicitis
EBM Klinik protokolları
20.07.2018 • Sonuncu dəyişiklik 30.03.2017
JyrkiMäkelä
Əsas məqamlar
- Appendisit diaqnozu əsasən klinik olaraq qoyulur.
- Normal hallarda iltihablaşma 1-2 gün ərzində inkişaf edir.
- Əgər iltihablaşma sürətlə inkişaf edirsə, CRP- in yüksəlməsi vaxt çatışmazlığı səbəbindən gecikmiş olur.
- Kompüter Tomoqrafiyası (KT) aydın olmayan hallarda diaqnozu təsdiq etmək üçün istifadə olunur.
- İltihablanmış soxulcanabənzər çıxıntının çıxarılması müalicənin əsasında durur.
Rast gəlinmə tezliyi
- Appendisit yaşları 10 ilə 30 arasında olanlar arasında ən çox yayılmışdır, lakin bütün yaş qruplarında rast gəlinir. Kəskin appendisit xəstəliyi halları azalıb "?>.
- Etiologiyasına adətən soxulcanabənzər çıxıntının daxilində daralmanın və ya tam tutulmanın (obstruksiyanın), olması aid edilir.
- Uşaqlarda və yaşlılarda düzgün diaqnoz qoyulması xüsusi əhəmiyyət kəsb edir.
- Appendekektomiya ən çox baş verən təcili cərrahi yardım hallarından biridir.
Əlamətlər və simptomlar
- Klassik olan anamnezdə yuxarı qarın nahiyəsi ağrlarından və sonra bu ağrıların davamı olaraq (Mc Burney) Mak Burney nöqtəsində-sağ aşağı kvadrant ağrılarından şikayətlər olur.
- Xəstənin hərarəti artmış olur, tez-tez ürək bulanması, qusma müşahidə edilir və aydın olaraq xəstənin halının pisləşdiyi görünür.
- Fiziki müayinə zamanı (palpasiya etdikdə) qarının sağ aşağı nahiyəsinin ağrılı olduğu aşakar edilir.
- Qarın nahiyəsinə təzyiq edərək əli geri çəkdikdə və perkusiya zamanı ağrı hiss edilir.
- Əgər periton qıcıqlanarsa, qarın divarının əzələlərinın palpasiya zamanı gərginləşdiyi görünür (qoruyuculuq/müdafiə).
- Əgər soxulcanabənzər çıxıntı partlayarsa, xəstəliyin gedişi ya ətraf toxumalar tərəfindən əhatə olunan periappendikulyar abseslə və ya peritonitlə ağırlaşa bilər.
- Erkən mərhələlərdə periton daxilində lokalizasiya edilmiş iltihablaşma mövcud olur, lakin orqanizm bu iltahablaşmanı dayandıra bilmirsə, onda generalizasiya olunmuş peritonit inkişaf edəcəkdir.
- Generalizasiya olunmuş peritonit daha yüksək əzələ gərginliyi, bağırsaq səslərinin azalması və xəstənin ümumi vəziyyətinin daha da ağırlaşması ilə xarakteriza edilir.
- Soxulcanvari çıxıntının mövqeyi müxtəlif ola bilər (şəkil).
- Hamiləlik dövründə böyüməkdə olan uşaqlıq korbağırsağı və dolayısı ilə soxulcanabənzər çıxıntını yuxarıya doğru itələyir və nəticədə appendisit iltihabının ağrıları yuxarı və lateral olaraq istiqamətlənir.
- Retrosekal appendisit olan xəstələr klassik apendisitə nisbətən daha yüksək və daha çox arxa tərəfə yönəlmiş ağrı ilə qarşılaşırlar. Ağrı, kor bağırsaqdan arxada yerləşən bel əzələsinin qıcıqlanmasından qaynaqlanır.
- Çanaq daxilində daha dərin yerləşmiş olan soxulcanvari çıxıntının iltihabı McBurney nöqtəsindən daha aşağı olan yuxarı çanaq nahiyəsində somatik ağrı yaradır. Ağrı, qapayıcı əzələnin (sağ budun qatlanması və daxilə fırladılması) gərginləşməsi müşahidə olunur.
Diaqnoz
- Tipik olan appendisitin diaqnozu klinik məzərəyə və iltahaba aid göstərilərin yüksəlməsinə əsaslanır (CRP yüksəlməsi və ağ qan hüceyrlərinin sayının artması).
- Əgər appendisit sürətlə inkişaf edirsə iltihablaşmaya aid göstərilərin konsentrasiyasının dəyişilməsinə vaxt çatmır.
- Persistə edən qastroenterit soxulcanabənzər çıxıntının ödeminə gətirib çıxara bilər və belə hallarda appendisitin inkişafı gecikmiş ola bilər, məsələn ishal xəstəlikləri keçirildiyindən bir neçə gün sonra appendisit meydana çıxır.
- Appendisit diaqnozu aydın olmadıqda qarın boşluğunun KT ilə müayinəsi diaqnozun qoyulması üçün nisbətən daha etibarlı üsul ola bilər.
- Sağ aşağı qarın boşluğu nahiyəsində maye toplanması müşahidə edilə bilər ki, bu da ya soxulcanvari çıxıntının partlamsının və ya artıq absesin yaranmasının əlamətləri ola bilər.
- Differnsial diaqnoz üçün: bax cədvəl. "?>
- Kəskin appendisitin olması ehtimalı qiymətləndirmə sistemi vasitəsi ilə hayata keçirilə bilər. Əgər bu ehtimal aşağıdırsa, digər müayinlər edilmədən pasiyenti xəstəxanadan evə yazmaq təhlükəli deyildir.
- Differensial diaqnoz: bax Cədvələ.
Appendisitin differensial diaqnozu
| Differensial diaqnoz |
Klinik əlamətlər |
| Qastroenterit (mezenterik limfadenit) |
Bağırsaq infeksiyasının simptomları, “günahsız” appendisit. |
| Sidik yolları infeksiyası |
Piuriya və bakteruriya |
| Sağ tərəf sidik yolunun daşı |
Mikroskopik hematuriya və sancılanma ağrısı |
| Ginekoloji infeksiyalar |
Ginekoloji müayinə zamanı qeyri normal ifrazat və ağrı |
| Ektopik hamiləlik |
Müsbət olan hamiləlik testi, çox zaman hemoqlobin azalmış olur və Kehr əlaməti müsbət olur |
| Yumurtalığa aid səbəblər |
Yumurtalıq kistasının partlamsı adətən mülayim simptomlara səbəb olur, lakin yumurtalığın burulması daha kəskin ağrı yaradır |
| Perforasiya etmiş divertikulitlər |
Əgər S-ə bənzər bağırsaq uzundursa, orta/aşağı qarın nahiyəsinin ağrısı |
| Xolesistit |
Yaşı çox olan pasiyentin öd kisəsinin aşağı düşməsi |
Müalicə
- Kəskin appendisitin müalicəsi əsasən cərrahi yolla aparılır.
- Əgər KT-də soxulcanvari çıxıntı ətrafında fekalit və ya maye yığımı aşkar edilərsə, bir qayda olaraq cərrahi müdaxilə həyata keçirilir.
- Laparoskopik appendektomiya populyarlıq qazanmağa başlayıb; xüsusən gənc qadın olan pasiyentlər üçün daha məqsədə uyğundur.
- Laparoskpoiya vasitəsi ilə daha asan differensial diaqnoz aparmaq mümkündür.
- Cərrahi müdaxilə profilaktik olaraq verilən antibiotik örtüyünün altında, adətən vena daxilinə 1 q metronidazol vurmaqla həyata keçirilir.
- Xəstəxana şəraitində KT ilə təsdiq edilmiş və ağırlaşma verməyən appendisit geniş spektirli mikrobəleyhinə olan dərman vasitələri ilə (məs. piperasillin-tazobaktam ilə 4q gündə 3 dəfə) (e.g. piperacillin–tazobactam) müalicə edilə bilər.
- Əgər appendisit simptomları mulayimdirlərsə antibiotiklərlə müalicə kifayət ola bilər.
- Peritonit müalicəsinin əsas məqamlarına peritonun tədqiqi və yuyulması, götürülmüş bakterioloji nümunələrdən ayırd edilmiş patogenləri hədəf alan mikrob əleyhinə prepartalrın təqbiqi və ümumi dəstəkverici tədbirlərin görülməsi daxildir.
- Əgər periapendikulyar abses əmələ gəlmişsə, müalicə əsasən konservativ olaraq həyata keçirilir. Cərrahın qəbul etdiyi qərar əsasında operativ (laparoskopik) müalicə aparıla bilər.
- Belə hallarda Gram-mənfi aerob və anaerob mikroblara qarşı geniş spektirli dərman vasitələrindən seçilib istifadə edilə bilər.
- Əgər göstəriş varsa, ultrasəs/KT nəzarəti altında abses drenaj edilə bilər.
- Uğurlu konsrvativ mülicədən sonra appendektomiya edilməsi qərarı hərtəfəli mülahizələr aparıldıqdan sonra həyat keçirilə bilər.
Ilves I, Paajanen HE, Herzig KH et al. Changing incidence of acute appendicitis and nonspecific abdominal pain between 1987 and 2007 in Finland. World J Surg 2011;35(4):731-8. Salminen P, Paajanen H, Rautio T et al. Antibiotic Therapy vs Appendectomy for Treatment of Uncomplicated Acute Appendicitis: The APPAC Randomized Clinical Trial. JAMA 2015;313(23):2340-8. Sammalkorpi HE, Mentula P, Leppäniemi A. A new adult appendicitis score improves diagnostic accuracy of acute appendicitis--a prospective study. BMC Gastroenterol 2014;14():114.