Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qoturluq

Mündəricat

Qoturluq

EBM Klinik protokolları
25.04.2018 • Sonuncu dəyişiklik 06.09.2017
PekkaAutio

Əsas məqamlar

  • "Hər ehtimala qarşı" müalicə problemlərə səbəb ola bilər. məqsəd diaqnoz qoymaqdır. 
  • Müvafiq işıqlanma şəraitində xəstədən tipik sahələri örtən geyimləri çıxartmağını xahiş edin. 
  • Qoturluq asanlıqla ötürülə bilir: yalnız simptomlar olan insanlar deyil bütün ev sakinlərinin müalicə olunması vacibdir. 
  • Geyimlər və yataq örtükləri yuyulmalı və isidilməli və ya dondurulmalıdır. 

Epidemiologiya

  • Qoturluq cinsi yolla ötürülən xəstəlik deyildir, lakin yatağın bölüşdürülməsi infeksiyanın yayılmasına səbəb olan mənbədir. 
  • Qoturluq qısa toxunma zamanı, hətta fizikal müayinə zamanı ötürülə bilər. 

Simptomlar

  • Qaşıntı, xüsusilə axşam və gecə vaxtı, ən çox sağrı, bilək və barmaq arası sahələrdə ən intensivdir. 
  • Simptomlar yoluxmadan bir neçə həftə sonra yaranır. Yenidən yoluxma hallarında latent dövr qısadır. 
  • İndividual xəstələrdə yoluxmanın vaxtının təyin edilməsindən çəkinin.  

Diaqnostika

  • Qıcıqlandırıcı qaşınma
  • Papula, vezikula və dəridə cızıqlar variasiya edir (şəkil). Böyüklərdə üz prosesə cəlb olunmur (psixi pozuntusu olan və ya immun sistemi zəifləmiş nadir görünən generalizə olunmuş qoturluğu olan xəstələr istisna olmaqla; şəkil). 
  • Dişi qoturluq törədiciləri tərəfindən törədilən epiteldaxili sığınacaqlar demək olar ki, həmişə bilək büküşləri və ya barmaqlar arasında (şəkil ) və uşaqlarda həmçinin əl və ayaqaltında müşahidə olunur. Törədici asanlıqla öz sığınacağından stereomikroskop (hətta böyüdücü şüşə də faydalıdır) istifadə etməklə sadə mikroskop altında təyin edilmək məqsədilə axtarmaq olar. 
  • Kişi cinsi orqanlarında qaşınma, eritematoz papulalar qoturluğu düşündürür (şəkil)
  • Qoturluq şübhəsi olan uşağın anasının biləyinə və barmaqlarının arasına baxmağı unutmayın. 

Diferensial diaqnostika

  • Vezikulalar ekzemada rast gəlinənləri xatırlada bilər. 
  • Follikulit qoturluğu xatırlada bilər. Eyni evdə yaşayan digər şəxsləərdə zədələnmələrin tipik yerləşməsi və simptomların ortaya çıxması qoturluğu düşündürür. 

Müalicə

  • Permetrin krem
    • Krem barmaqlararasındakı sahələr cinsi sahəklər daxil olmaqla ayaq  barmaqlarından başa qədər bütün dəri üzərinə çəkilir. Dərman 8-15 saatdan sonra yuyulmalıdır. Müalicə 7-14 gündən sonra təkrarlanmalıdır. Müalicə zamanı yuyulmamalı və ya yuyulduqdan sonra dərmanın yenidən tətbiq edilməlidir. Müalicə zamanı dərinin toxunduğu geyimlər və yataq örtükləri yuyulmalıdır.
    • sənədlər toplusuna törədicilərin geyimlərin üzərində soyuq və ya isti vasitəsilə məhv etməyin ətraflı təlimatlar daxildir. 
  • Oral ivermektin tək çəkiyə uyğunlaşdırılmış olaraq 200 µg/kq bədən çəkisinə. Müalicə 7-14 gündən sonra təkrarlanır. 
  • Müalicədən sonra qaşınma olan papulalar bir aydan çox davam edə bilər. Əgər törədicilər tapılmırsa spesifik müalicə olunmamalıdır. Qaşınma və ikincili dermatit yüngül qlükokortikoidlər və xlorheksidin kremləri ilə müalicə oluna bilər və daha güclü qlükokortikoidlər tək-tək papulalara tətbiq edilə bilər. 
  • Müalicəyə zəif cavabın səbəbi nadir rast gəlinən səhv diaqnostika və ya iki yanaşı gedən xəstəlikdir. Problemli hallarda yalnız simptomlar olan ailə üzvlərinin müalicə olunduğu aşkar edilmişdir. 
  • Müalicəyə davamlı hallarda dermatoloqla konsultasiya edilməlidir. 
  • Qoturluq üçün oral ivermektinin effektiv olması aşkar edilmişdir. 

 

Müvafiq mənbələr

 

  • Koxran icmallar
  •  
  •  
  • Digər internet mənbələri 
  •  
  •  
  •  
  •  
  • Ədəbiyyat
  •