Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Başgicəllənmə

Mündəricat

Başgicəllənmə

EBM Klinik protokolları
23.07.2018 • Sonuncu dəyişiklik 23.07.2018
TimoAtulaSariAtula

  • Həmçinin bax: Yaşlılarda yıxılma və epizodik simptomların differansial daqnostikasi üçün məqalələr 

Əsaslar

  • Başgiçəllənmə və duruşun pozğunluğu , servikal vertigo, ortostatik hipotenziya və vestibulyar neyronit geniş araşdırmalar olmadan tanınmalıdır.
  • Əgər başgicəllənmə nevroloji simptomlarla müşahidə olunarsa bu serebral sirkulasiya pozğunluqları ilə əlaqdər ola biler (tranzitor işemik infarkti, insult). Bu vəziyyətdə xəstə simptom başlanandan 2 həftədən az vaxt müddətində təcili olaraq xəstəxana müayinələrinə göndərilir.
  • Əlavə müayinələr təkrarlanan və ya uzun müddətli başdicəllənmələrdə, həmçinin nistaqmusa əlavə olaraq eşitmə və nevroloji simptomlar və ya tapıntılar müşayət olunduqda aprılır.
  • Başgicəllənmə yaradan dərman yoxlanmalı və əgər mümkündürsə dozası azaldılmalıdır.
  • Əksər hallarda başgicəllənməni dərmanlarla müalicə tmək məqsədəuyğun deyil. Kəskin başgicəllənmədə əgər xəstə qusarsa qusma əleyhinə dərman vasitələri təyin olunur.

Etiologiyası

Klinik halın tarixçəsi

 Klinik müayinə 

  • Nistaqmusun fərqli vəziyyətlərdə müşsahidəsi(ən güvənilir METOD-gözləri böyüdən Frenzel eynəyi ilə)xüsusi ilə Diks-Halpayk testi zamanı müşahidə olunur.
    • Vestibulyar neyronitdə(üfüqi) baş verir, Menyer xəstəliyi və postural başgicəllanmə(üfüqi və qismən fırlanan nistaqm adətən arxa yarımdairəvi kanalda olan pozğunluqdan yarnır).
    • Nadir hallarda meydana gələn şaquli nistaqm adətən beyin kötüyündə olan pozğunluğu bildirir, ancaq şaquli komponent  bəzən postural başgicəllənmə ilə bağlı üfüqi nistaqm zamanı da müşahidə edilə bilər).
    • Baş titrəməsi testi üfüqi yarımdairəvi kanalın mümkün pozulmasını göstərir, xəstənin başı qəfildən təsirlənmiş tərəfə sarsıldıqda nəzər(baxış) sabit (stabil) qalmır, lakin gecikmiş düzəldici hərəkət müşahidə olunur.
  • Nuxal sahənin müayinəsi:əzələ gərginliyi,boyun fəqərələrinin hərəkətləri və onların səbəb olduğu ağrı və ya həssaslıq
  • Nevroloji, otoloji və qan dövranı müayinəsi
    • Romberq testi və gözübağlı yeriş testi (Unterberqer addımlama testi) tarazlığın pozulma dərəcəsini obyektiv qiymətləndirir.
    • Koordinasiya testləri
    • Kranial sinirlər, əzələ gücü ,vətər refleksləri
    • Təbil pərdəsi membranları (otit, labirintin qıcıqlanması)
    • Mümkün eşitmə qüsurlarını təyin etmək üçün tuning fork testləri
    • Xəstədə davamlı fırlanan tip başgicəllənmə,qulaqlarda küy, bir eşitmə qüsurundan şübhələnildikdə bir səs yazısı nümayiş etdirilir.
    • Ayaqüstə və oturulu qan təzyiqi, gərək olarsa ortostatizm testi
    • Ürəyin auskultasiyası və bəlkə də(ola bilsin) Holter monitorinqi  (ürək aritmiyası mümkündür)
  • Boyun da əzələ gərginliyi, boyun fəqərələrinin hərəkəti və həssaslığı müayinə olunmalıdır.

Tipik əlamətlər və simptomlar

Xoşxassəli postural başgicəllənmə

Vestibulyar nevrit (idiopatik kəskin vestibulyar disfunksiya)

Menyer xəstəliyi

Hiperventilyasiya (vəlvələ ilə əlaqədar başgicəllənmə)

  • Bax 
  • Adətən gənc insanlara təsir göstərir və ya davamlı fırlanmayan  başgicəllənmə kimi müxtəlif vəziyyətlərlə (növbələr, mağazalar, teatr kimi mühitlərdə) əlaqələdar başgicəllənmə kimi özünü göstərir. Diaqnoz orqanik səbəblər kifayət qədər əminliklə xaric edildikdən sonra edilə bilər.
  • Klinik müayinədə anormal tapıntılar yoxdur, fırlanan başgicəllənməsi nistaqmus yarada bilməz.

Boyun mənşəlli başgicəllənmə

  • Servikal bölgədə hərəkət və mövqe hissi pozulur.
  • Əzələ gərginliyi və / və ya servikal bölgədə  sinir kökü simptomları ilə əlaqəli servikal sindromdan yaranır. 
  • Tapıntılar ya gərilmiş boyun ya da çiyin əzələsidir (palpasiya nəticələri (tapıntıları) diaqnoz üçün gərəkli deyil) və ya müsbət kompressiya testidir.
  • Nistaqm rast gəlinmir.

Qocalarda yaşlanma ilə əlaqədar başgicəllənməsi

  • Adətən hissiyyat qavranmasının, qan dövranın, qan təzyiqinə və dərmanlara nəzarətin zəifləməsi  kimi bir neçə amilin birləşməsi nəticəsində inkişaf edir.

 Alkoqol və dərmanların yaratdığı başgicəllənmə

Beyin qan dövranının pozuntuları

  • Ba
  • TİT,serebral infarkt ya da serebellar və beyin kök bölgələrində beyindaxili qanaxma başgicəllənməyə səbəb ola bilər.
  • Başgicəllənmə ilə yanaşı digər MSS simptomlarına da rast gəlmək olar (məsələn, diplopiya, dizartiya, ətraflarda motor və ya sensor iflic əlamətləri, koordinasiya pozuntuları).
  • Ayaqların qəflətən olduğu yerdən qaçması (bəzən Menyer xəstəliyində də görülən vertebrobazilar TİT-in bir əlaməti ola bilər)
  • İnsultun risk faktorları (hipertenziya, ateroskleroz, diabet) həm diaqnoz ehtimalını, həm də təkrarlanma riskini artırır.

Vestibular Şvannoma (akustik neyrinoma)

  • Vestibulokoklear sinirin yavaş-yavaş inkişaf edən şişidir
  • Tədricən əmələ gələn proqressiv birtərəfli eşitmə qüsuru əsas simptomdur.
  • Bəzən tinnit
  • Gəzinti zamanı qeyri-müəyyənlik hissi, daha nadir hallarda fırlanma tipli başgicəllənmə

Dağınıq sleroz

  • Bax .
  • Başlanğıc simptomlarda gəzinti zamanı başgicəllənmə və qeyri-müəyyənlik hissi ola bilər.
  • Digər nevroloji simptomlar və tapıntılar diaqnozun qoyulmasına səbəb olur..

Ürək mənşəli başgicəllənmə

  • Ortostatik hipotenziyada, səhər və yeməkdən sonra simptomlar daha pisdir.
  • Aritmiya və keçirmə pozğunluqları başgicəllənmə (fırlanmayan tip) və kollaps tutmaları ilə müşayiət oluna bilər.
  • Başgicəllənmə fiziki işlə də əlaqəli ola bilər.

Əlavə araşdırmalar

  • Birincili tibb müəssisəsində müayinələr
    • Şübhəli etiologiyaya görə EKQ, laboratoriya müayinələri və Holter monitorinqi
    • Qulaq pozğunluğundan şübhələnirsinizsə, audioqram
    • Başın rentgeni faydalı deyil.
  • İxtisaslaşdırılmış müayinələr
    • Serebellar və ya beyin kökü mənşəli bir səbəb olduğunda beyin MRT-si
    • Vestibulyar şvannoma (akustik neyrinoma) şübhəsində təcili olmayan beyin kökü MRT-si
    • EEQ yalnız epilepsiya şübhəsi olduqda 
  • Konsultasiyalar
    • Klinik hal tarixi və statusu əsasında iş. Xəstələrin əksəriyyəti ilkin tibbi müəssisəsində mütəxəssis ilə məsləhətləşmədən menecmenti mümkündür.
    • Müşahidə olunan əlamət və simptomlardan asılı olaraq xəstə bir burun-boğaz mütəxəssisi, nevropatoloq və ya kardioloqa müraciət edilə bilər.

Müalicə

  • Kəskin başgicəllənmə, qusma ilə müşayiət olunur: tablet şəklində proxlorperazin
  • Postural başgicəllənmə: kanal daşlarının yerini dəyişdirmək üçün  dərman müalicəsi yoxdur
  • Vestibulyar neyronitin kəskin mərhələsində, effektivliyin qəti sübutu olmadıqda da, qlükokortikoidlərin kursu təyin edilə bilər; məsələn metilprednizolon 5 gün gündə bir dəfə 64 mq, sonra 5 gün ərzində gündə 1 dəfə 32 mq.
  • Digər otogen və ya təyin olunmamış başgicəllənmə: betahistin yalnız Menyer xəstəliyində istifadə olunur.
  • Nevroloji pozğunluqlar: beyin qan dövranı pozğunluqlarının təkrarlanma riski müvafiq olaraq ikincili profilaktikadan təsirlənə bilər.
  • Servikal mənşəli: özünü- gərmə hərəkətləri, artan fiziki fəaliyyət, fizioterapiya, akupunktur; dərman müalicəsi olaraq bəlkə bir trisiklik antidepresant istifadəsi mümkündür.
  • Vəlvələ tutması: Seçici serotonin tutma inhibitorları antidepresantları birinci dərəcəli müalicəsidir.
  • Təkrarlanan başgicəllənmə olan bütün xəstələr: tarazlığa nəzarəti yaxşılaşdırmaq üçün bir təlim proqramı mümkündür.
    • Pisləşən simptomların qüsurlu dövranı pozulmalıdır: zəif müvazinət minimal hərəkətliliyə səbəb olur və məşq olmaması tarazlığı daha da pisləşdirir.

Müvafiq mənbələr

  • Koxreyn icmalı