Uşaqlıqdaxili Vasitə
EBM Klinik protokolları
21.08.2017 • Sonuncu dəyişiklik 21.08.2017
AnneliKivijärvi
Əsas məqamlar
- Mis ifraz edən uşaqlıqdaxili vasitələr xüsusilə də, sadiq və stabil münasibətdə olan qadınlarda kontrasepsiyanın təhlükəsiz və effektiv bir metodudur.
- Müxtəlif UDV-in təhlükəsizliyi və effektivliyində cüzi fərqlər vardır."?>
UDV-nin üstünlükləri
- Metodun uğurlu və davamlı istifadəsi qadının motivasiyasından asılı deyil.
- Siqaret çəkən yaşlı qadınlar da UDV istifadə edə bilər.
- UDV laktasiya dövrü istifadə edilə bilər və südün yaranmasına təsir etmir.
- UDV həmçinin də postkoital kontrasepsiya üçün istifadə edilə bilər. Bu halda qorunmamış əlaqədən sonra 5 gün ərzində qoyulmalıdır.
Mis UDV-nin istifadəsi üçün əks-göstərişlər.
Mütləq
- Hamiləlik (yaxud ona şübhə)
- Hazırki, yaxud təzəlikcə keçirilən çanağın aktiv iltihabi xəstəliyi.
- Genital traktın diaqnostika olunmamış qanaxmaları.
- Uşaqlıq boynu yaxud endometriyanın bəd xassəli şişinin olması və ya da ona şübhə.
- Qanın laxtalanma pozğunluqları.
- Vilson xəstəliyi yaxud, misə qarşı həqiqi allergiya kimi də məlumdur.
- Uşaqlığın cismi, boynu və yolunun anormal anatomiyası, bu da UDV-nin uğurlu şəkildə tətbiqinə və istifadəsinə mane olur (məsələn miomalar, uşaqlıqdaxili arakəsmə).
Nisbi
- Sonuncu hamiləlik arzuolunandırsa, əvvəlki ektopik hamiləlik."?>
- Anemiya
- Profuz qanaxma və çox ağrılı aybaşı.
- Doğumdan 2 aydan az bir müddət belə ki uşaqlığın yumşaq olması perforasiya riskini artıra bilər.
- Cinsi yolla keçən infeksiya ehtimalının yüksək olması (cinsi tərəfdaşların dəyişdirilməsi)
UDV-nin qoyulması"?>
- UDV qanaxmanı və aybaşının davametmə müddətini artıra bilər. Ağrının artması da, həmçinin, mümkündür. Əgər yan təsirlər müşahidə olunarsa, UDV-nin dəyişdirilməsini nəzərinizdə saxlayın.(qeyri-düzgün yerləşdirilmiş uşaqlıq boşluğunda UDV problemlər yarada bilər.) İstifadəsinin ilk ilində 100 UDV-dən təqribən, 5-i hissəvi, yaxud tamamilə, xaric olunur.
- UDV ilə törənmiş ağrı və güclü qanaxma prostaqlandin inhibitorları ilə müalicə olunur. Hal-hazırda bu cür situasiyalar zamanı UDV asanlıqla, hormon ifraz edən UDV-lərlə əvəzlənir.
- Bütün UDV-in enməyə meylli olmasına baxmayaraq tamamilə düşmə nadir hallarda baş verir. UDV-nin fundal vəziyyətdən 2 sm düşməsi yolveriləndir, lakin, servikal kanalda hissəvi yaxud tam olaraq yerini dəyişmiş UDV dəyişdirilməlidir.
- Bəzən saplar yox olur, yəni, servikal kanala doğru geri çəkilir. Əgər UDV-nin yerləşməsində qeyri-müəyyənlik olarsa,UDV-nin uşaqlıq boşluğu daxilində olub-olmadığını yoxlamaq üçün ultrasıs müayinəsi istifadə edilə bilər. Yalnız radioqrafiya UDV-nin qarın boşluğunda oluub-olmaması yaxud qadının nəzərinə çarpmadan öz-özünə xaric olmasının müəyyənliyini təmin edəcəkdir.
- UDV istifadə edən qadınlarda Bakterial vaginoz, həmçinin də, servikal yaxmada (pap test) Aktinomisetlərə digər qadınlarda olduğundan daha çox rast gəlinir.Servikal yaxmada Aktinomisetlər tapılan asimptomatik gedişli pasientdə heç bir müdaxiləyə ehtiyac olmur. Əgər vaginal ifrazat olarsa, UDV çıxarılmalı və 2 aylıq fasilə verdikdən sonra yenisi qoyulmalıdır.
- Əgər UDV ilə yanaşı olaraq hamiləlik baş verərsə, mümkün olduqca tez bir müddətdə UDV çıxarılmalıdır. (ilkin yardım zamanı, yaxud da, ehtiyac olarsa, xəstəxana poliklinikasında)
- Əgər UDV yan təsirlər səbəbindən xaric olunmalıdırsa, onun üçün ən yaxşı vaxt aybaşı zamanıdır. UDV-ni başqa bir zaman xaric edərkən, pasientə, əgər bir həftə öncə qorunmamış əlaqə baş veribsə, postkiotal hormonal kontrasepsiya təyin edin.
- Qıvrım uşaqlıq maşaları və UDV qarmaqları UDV-nin çıxarılması üçün yaxşı alətlərdir. Əgər xaric olunma çətindirsə, pasienti xəstəxananın poliklinikasına yönləndirin.
- Tibb bacısı, yaxud həkim tərəfindən rutin müşahidə fərdi qərara əsasən razılaşdırılır, məsələn, hər 2-3 ildən bir. Əgər UDV ilə əlaqəli narahatlıq törədən simptomlar mövcud olarsa,müşahidə yoxlaması təbii olaraq hər zaman göstərişdir.
Müvafiq mənbələr