Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Böyüklərin psixiatrik qiymətləndirilməsi

Mündəricat

Böyüklərin psixiatrik qiymətləndirilməsi

EBM Klinik protokolları
24.08.2017 • Sonuncu dəyişiklik 24.08.2017
TanjaLaukkala

Əsas məqamlar

Əsas məqsəd xəstənin aşağıdakılarına dair fikirlərini formalaşdırmaqdır:

    • reallıq hissi (psixotik və delirioz xəstə arasında differensiasiya etmək)
    • əhval-ruhiyyə (normal, mülayim/orta dərəcəli/ağır depressiya və hipomaniya/maniya) və emosional cavablar
    • müalicəyə ehtiyacı və onun təcili olmasını qiymətləndirmək məqsədilə özünə zərər yetirən davranış (depressiv xəstə), 
    • koqnitiv funksionallıq, qəbul etmə, konsentrasiya ilə yanaşı abstract düşünmə qabiliyyəti.

Psixiatrik söhbətin aparılması

  • söhbət üçün sakit, diqqətin yayılmasından uzaq yer seçilməlidir və kifayət qədər vaxt  ayrılmalıdır. Əgər birinci görüş iş çox olan təcili yardım şöbəsində aparılıbsa, xəstənin ümumi vəziyyətini qiymətləndirmək üçün sonradan daha uzun olmaq şərtilə növbəti görüş vaxtı təyin edilməlidir.
  • Söhbətin başlanğıcında açıq suallar istifadə oluna bilər, söhbətin sonunda xəstədən hələ də müzakirə olunmamış hər hansı mövzunun olması barədə soruşula bilər. Eyni zamanda söhbət zamanı xəstənin özünə və digərlərinə münasibəti qiymətləndirilməlidir, onun emosiyalarını ifadə etməsi qeyd edilməlidir, səbəb-nəticə əlaqələrinin başa düşülməsi müşahidə edilməlidir.
  • Aşağıdakıları müəyyən etmək üçün istifadə olunan əlavə suallar 
    • həkimə müraciyətin səbəbini
    • xəstəlik necə başlayıb
    • simptomların müddəti
    • simptomların funksional qabiliyyətə təsiri
    • simptomları pisləşdirən/yaxşılaşdıran faktorlar
    • simptomları sürətləndirən faktorlar
    • əvvəlki simptomatik müalicə və əldə edilmiş fayda.
  • Əlavə məlumata daxildir
    • xəstənin yaşı, cinsi, ailə vəziyyəti və iş yeri (məşqulluğu)
    • məlumatın mənbəyi (xəstə/digər mənbələr)
    • psixiatrik ailə anamnezi
    • şəxsi anamnez
    • travmatik və strss hadisəyə məruz qalma
    • müalicə axtarma prosesinin xronoloji ardıcıllığı
    • koqnitiv qabiliyyət (məktəb, təhsil almaq, mümkün spesifik koqnitiv defisitlər)
  • Aşağıdakılar da həmçinin qeyd olunmalıdır: əvvəlki psixiatrik və müalicə anamnezi (somatik xəstəliklər), əvvəlki tibbi anamnez, cari dərman və ya digər müalicə və xəstənin iş və gündəlik həyatda funksional qabiliyyəti.
  • Bütün xəstələrdən anamnezində psixoaktiv preparatlardan asılılığına dair məlumat toplanmalıdır
  • Terapevtik prosesdə psixiatrik qiymətləndirilmə düşünülməlidir
    • Əgər fizikal vəziyyətin psixiatrik simptomlara səbəb olduğundan şübhələnilirsə həmişə fiziki və nevroloji müayinə edilməlidir.
    • Laborator analizlər və radioloji müayinələrə ehtiyacının olmasına qərar vermək üçün anamnez və hazırki vəziyyətin qiymətləndirilməsindən istifadə olunmalıdır.
  • Psixi xəstəliyi olan şəxslərin fiziki (somatik) xəstəlikləri adətən adekvat müalicə olunmur.

Klinik psixiatrik qiymətləndirilmə 

  • Psixi pozuntular ilə əlaqədar klinik qiymətləndirilmədə qeyd olunmalı vacib nöqtələr: 
    • görünüş və ümumi davranış  
    • müayinə və müalicəyə münasibət
    • motor fəaliyyət və hərəkət aktivliyi
    • əhval-ruhiyyə və affekt, emosiyaların təzahürü, nitq tonu
    • təfəkkür prosesləri və danışıq
    • hissi funksiyalar
    • bələdlilik
    • yaddaş
    • ümumi bilik
    • hesablama bacarığı
    • oxuma və yazma bacarığı
    • ətraf aləmin vizual qəbul edilməsi
    • konsentrasiya
    • abstrakt təfəkkür
    • özünüqiymətləndirmə, hazırki vəziyyətlə bağlı tənqid və müalicə üçün motivasiya. 
  • Qiymətləndirmənin məqsədi xüsusilə təcili yardım vəziyyətlərində təxmini diaqnostik mühakimə etmək, diaqnostik əhəmiyyəti olan xəstəlik və pozuntuları istisna etmək üçün differensial diaqnostika, müalicə planını hazırlamaq və müalicəyə başlamaqdır. 

Psixotik simptomların qruplaşdırılması

  • Aşağıdakılara diqqət yetirmək lazımdır: xəstənin xarici görünüşü, hərəki fəaliyyət və davranışı, təfəkkür prosesi və danışıq, hissi funksiyalar, bələdlilik və yaddaş. Xəstə sakitdir, özünü müvafiq aparır və əməkdaşlığa çalışır və ya təşvişdədir və hərəki narahatlıq qeyd olunur? Qiymətləndirilmə hər iki tərəf üçün təhlükəsiz şəraitdə həyata keçirilməlidir.
  • Xəstənin cavab və hərəkətləri və ya müsahibə zamanı digər müşahidələr xəstədə hallüsinaiya və ya sayıqlma olmasını düşündürürmü? Xəstənin icazəsi ilə bəzən yaxın qohumlardan məlumat toplana bilər. Xəstənin nitqi və onun tərkibi xəstənin qeyri-verbal ünsiyyətinə uyğundurmu? Əhavl-ruhiyyə və affektin olub-olmaması qeyd olunmalıdır. 
  • Psixoz simptomları müşahidə olduqda xəstə daha detallı analizin aparılması üçün ixtisaslı tibbi yardım mərkəzində yönəldilməlidir. Xəstənin öz vəziyyətinə dair kritik yanaşması və müalicəyə motivasiyası müalicənin planlaşdırılmasında rol oynayır. 

Əgər şəxsiyyət pozuntusundan şübhələnilirsə nə qeyd edilməlidir

  • İlk növbədə, görüşə səbəb olan şikayətlərə nəzər salınmalıdır.
  • Şəxsiyyət pozuntuları təkrarlanan və dəyişməyən davranış patterni (yolları, modeli) ilə təsdiqlənir. xəstə təkrar olaraq öxünə və ətrafdakılara zərərli olan hərəkətlər edir və dəyişilməsi ünün lazımı nəticələr çıxarmır.
  • Son diaqnoz qoymağa tələsmək lazım deyil, xəstənin etibarını qazanmaq daha vacibdir. uğurlu terapevtik münasibətin yaradılmasına xüsusi diqqət yetirilməlidir; belə xəstələrin çoxu əvvəllər dəfələrlə məyus (səhiyyə işçiləri daxil olmaqla) olublar. 
  • Baxın.

Depressiv simptomların qiymətləndirilməsi 

  • Xəstə depressiv görünür və o, özünü depressiv hiss edirmi? Özünü-qiymətləndirilən sorğular (DEPS və BDİ kimi) qiymətləndirilməni asanlaşdırmaq üçün istifadə oluna bilər. 
  • Əhval-ruhiyyənin enməsinə əlavə olaraq əvvəllər maraqlandığı şeylərə marağın itməsi, həzz almaq qabiliyyətinin enməsi, yorğunluq, özgüvənin itirilməsi, səbəbli və ya səbəbsiz olaraq özünü günahlandırma, ölüm fikirlərinin və özünə zərər vermə davranışının yaranması, diqqətin azalması, yuxunun çətinləşməsi və ya çəki dəyişikliyi ilə assosiasiya olunan iştahın dəyişməsi kimi digər depressiya əlamətləri varmı?
  • Simptomlar ən azı 2 həftə davam edibmi və funksionallığı zədələyibmi?
  • Xəstənin həyatında əvvəllər depressiya və ya eyforiya epizodları olubmu?
  • Baxın.

Təşviş simptomlarının qiymətləndirilməsi

  • Təşviş simptomları nə zaman və necə başlayıb? Simptomları yüngülləşdirən və ya ağırlaşdıran faktorlar varmı? Əvvəllər digər vəziyyətlərdə oxşar təşviş simptomları yaranırdımı? 
  • Simptomlar epizodik və ya davamlıdır? Təşviş simptomları yayınma davranışı ilə assosiasiya olunurmu? Təşviş simptomları digər psixi simptomlarla assosiasiya olunurmu və əgər olunursa onlardan hansı birinci yaranıb? 
  • Simptomlar funksionallığa və ümumi adaptasiya proseslərinə necə təsir edir? Sadə fobiayal adətən, nadir hallarda müalicə tələb edir, lakin xəstənin işi (əmək fəaliyyətinin bəzi növləri) əhəmiyyətli dərəcədə sarışın qorxulara təkan verə bilər.
  • Baxın. 

Psixoaktiv Maddələrdən sui-istifadənin qiymətləndirilməsi 

  • Hansı maddələr istifadə olunub, nə qədər və hansı müddətdə? AUDİT sorğusu alkoqol asılılığının qiymətləndirilməsini asanlaşdırmaq üçün istifadə oluna bilər. DUDİT, DUDİT-E və DAST sorğuları maddə asılılığı üçün istifadə oluna bilər. maddə asılılığının ümumi qiymətləndirilməsi üçün Avropa Asılılıq Şiddəti İndeksi (EuropASİ) istifadə edilə bilər.
  • Xəstədə psixoaktiv maddələrdən istifadəni dayandırmaq və ya azaltmağa motivasiyası varmı? 
  • Söhbət zamanı əldə edilmiş anamnezində psixoaktiv maddələrdən asılılığını qiymətləndirmək üçün laborator analizlər istifadə oluna bilər. Anamnezində ağır psixoaktiv maddələrdən asılılığı olan xəstələrdə həmçinin beyin zədələnmələrinin səbəb olacağı psixiatrik simptomlar ola bilər.
  • Baxın.

Qidalanma pozuntularının qiymətləndirilməsi

  • Qidalanma pozuntuları kişilərə nisbətən qadınlarda daha tez-tez rast gəlinir. Anoreksiya nevroza və bulemiyadan başqa klinik şəkildə qeyri-spesifik  pozuntular rast gəlinir.
  • Xəstədən yalnız qidalanma adətləri haqqında soruşulmamalı, daha çox xəstənin bədən çəkisi və onun qeyri-proporsional olması, geyim ölçüsü haqqında fikirləri onun  həyatında obsessiv və dominant olması dəqiqləşdirilməlidir. 
  • Qidalanma pozuntusu olan xəstənin boy və çəkisinin ölçülməsinin daxil olduğu fizikal müayinə hər zaman lazımdır. Əgər xəstənin anamnezində qusmanın olması öyrənilərsə stomatoloqun müayinəsi də həmçinin göstərişdir.
  • Baxın. 

Qeyri-orqanik mənşəli yuxu pozuntuları

  • İnsomniya zamanı xəstədən yuxu pozuntusu dedikdə nə nəzərdə tutduğu soruşulmalıdır; xəstə yuxuya getməkdə çətinlik çəkir və ya xəstə gecənin yarısında oyanır, xəstə gecə vaxtı neçə saat yatır və onun gündüz yuxuya ehtiyacı varmı. Xəstə oyandıqdan sonra özünü gümrah hiss edirmi? Yuxu gündəliyinin istifadəsi məsləhət görülür.
  • Xəstə xoruldayır, ayaqların narahatlığından və ya orqanik səbəb düşündürən digər səbəb varmı? Xəstə yuxunun keyfiyyətinə təsir edən hər hansı dərman qəbul edirmi? Xəstə yuxu pozuntusunu melatonin vasitəsilə müalicə etməyə cəhd edibmi?
  • Stimulyantların (kafein, alkoqol) istifadəsi dəqiqləşdirilməlidir. Xəstə tütünçəkirmi?
  • Yuxu pozuntuları əvvəllər necə müalicə edilib və müalicə effektiv olubmu?
  • Baxın. 

Müvafiq resurslar

  • Ədəbiyyat