Kavasaki xəstəliyi
EBM Klinik protokolları
20.01.2017 • Sonuncu dəyişiklik 20.01.2017
EevaSalo
Əsasları
- Müalicə olunmazsa, koronar arteriya anevrizmasına səbəb olan pediatrik kəskin qızdırmalı xəstəlikdir
- Erkən diaqnostika və intravenoz immunoqlobulin ilə müalicə koronar arteriya anevrizması riskini azaldır.
- Aşağıda göstərilmiş 6 simptomdan 4 olan halda, simptomların davametmə müddətindən asılı olmayaraq Kavasaki xəstəliyindən şübhələnmək və uşağı hospitalizasiya etmək lazımdır. Həmçinin qızdırmalı uşaq A məqaləsinə bax
Laborator tapıntılar
- Hər hansı bakterial infeksiyaya oxşayır
- SRZ və eritrositlərin çökmə sürəti aydın şəkildə yüksəlmişdir
- Leykositoz və leykoformulada sola meyillilik
- tez-tez steril piuriya
- Alanin aminotransferaza (ALA) konsentrasiyalı çox hallarda yüksəlmişdir
Ağırlaşmalar
- Müallicə olunmamış xəstələrin təqribən 20% -də koronar arteriyaların genişlənməsi və ya anevrizması inkişaf edir. Onlar tromboza, miokard infarktına və ani ölümə səbəb ola bilər. Bəzi kiçik anevrizmalar spontan şəkildə geri sorulur; digərlər obstruksiya, stenoz və ya damarın əyri-üyrülüyünə gətirib çıxarır.
- Koronar anevrizmalar ürəyin ultrasonoqrafiyası zamanı aşkar edilə bilər. Bu anevrizmaları aşkar etmək üçün Kavasaki xəstəliyindən şübhələnən kimi dərhal, 2 həftə sonra və 1 ay sonra ürəyin ultrasonoqrafiyası icra edilməlidir.
Müalicəsi
- Bir dəfəyə yüksək dozada intravenoz immunoqlobulin. Bu müalicə effektiv şəkildə koronar arteriyaların genişlənməsinin qarşısını alır və simptomların geriləməsinə səbəb olur.
- Kavasaki xəstəliyindən şübhələnən kimi dərhal və daha yaxşı olar ki xəstəliyin ilk həftəsində müalicəyə başlanılsın. Bu səbəbdən də xəstəliyin erkən vaxtında onu aşkar etmək və erkən müalicə üçün uşağı hospitalizasiya etmək vacibdir.
Əlaqəli mənbələr
Saguil A, Fargo M, Grogan S. Diagnosis and management of kawasaki disease. Am Fam Physician 2015;91(6):365-71. Newburger JW, Takahashi M, Burns JC. Kawasaki Disease. J Am Coll Cardiol 2016;67(14):1738-49.