Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Diz qapağının çıxığı

Mündəricat

Diz qapağının çıxığı

EBM Klinik protokolları
26.06.2017 • Sonuncu dəyişiklik 26.06.2017
RistoNikku

Zədələnmənin mexanizmi 

  • Dizdən bükülmə vəziyyətində baldırın valqus əyilməsi və xarici rotasiyası diz qapağının bud şırımının lateral qanadı üzərinə dislokasiyasına səbəb olur"?>.

Simptomlar və fizikal müayinədə tapıntılar 

  • Tipik pasient diz oynağının hemartrozu olan yeniyetmə və ya bir gənc yaşlı böyükdür (ilk dəfə çıxıq olduqda; adəti çıxıqlar hemartrozla əlaqəli deyil).
  •  Anamnez (diz qapağının sürüşməsinin pasientin özü tərəfindən sezilməsi: çıxığa gətirib çıxaran enerji fərqli ola bilər; ailə anamnezi)
  • Aşağı ətrafa yük salmaqda çətinlik
  • Diz qapağının iç səthində, bud sümüyünün iç epikondilusunda və bud sümüyünün bayır kondilusunun yuxarı qanadında ağrı və palpator həssaslıq. Bəzən çıxıq gözlə görünür. 
  • Sağlam tərəflə müqayisədə zədələnmiş tərəfdə diz qapağını lateral istiqamətdə daha çox yerini dəyişmək mümkündür. Bu prosedur ağrılıdır ("gözlənilən qorxu" testi).
  • Rentgen müayinəsi (diz qapağının aksial proeyksiyada rentgenoqrafiyası  daxil olmaqla) hər hansı sümük fraqmentini aşkar etmək üçün lazımdır. Diz qapağının aksial proyeksiyada rentgenoqrafiyası diz qapağının kənara çıxması və lateral istiqamətə yerdəyişməsini aşkar edə bilər (şəkillər).
    • Ayrılmış fraqment çox zaman bayır kondilusun yanında yerləşmişdir."?>
    • Diz oynağının profuz hemartrozunda MRT müayinəsi nəzrdən keçirilməlidir. (şəkillər )"?>.

Müalicə

Reduksiya

  • Diz oynağı açılma vəziyyətinə gətirilir və diz qapağı medial istiqamətdə sıxılır.

Hemartrozun aradan qaldırılması

  • Böyük hemartroz aspirasiya edilir və bununa ağrı yüngülləşir. Piy damcılarının mövcudluğu sümük-qığırdaq sınığını (oynaqdaxili sınıq) göstərir.

Cərrahi müalicə üçün göstərişlər 

  • Rentgen müayinəsi zamanı fiksasiyaya ehtiyacı olan ayrılmış cisim 
  • Profuz hemartroz halında anesteziya altında artroskopiya və müayinə nəzərdən keçirilməlidir."?>
  • Adəti çıxıqların cərrahi müalicəsi pasientin yaşından və çıxıqların tezliyindən asılı olaraq nəzərdən keçirilir. Əsas sual: Siz öz diz oynağınıza etibar edirsiz?  
  • Diz qapağının oynaqdaxili qığrıdaq səthinini zədələnmələrinin dərəcəsi  və təqib müddətinin uzadılması  müalicənin nəticələri ilə uzlaşır"?>.

Konservativ müalicə

  • Yalnız yüngül hemartrozla olan birinci dəfə çıxıq "?>
  • Təkrarlanan çıxığın kəskin mərhələsi. Əgər lazımdırsa, əməliyyat həyata keçirilir. 
  • Ödem azaldığı zaman (2-3 gündən sonra) budun dördbaşlı əzələləri üçün çalışmalar başlanır və diz qapağını stabilləşdirən ortez istifadə edilir.
  • Ağrını yüngülləşdirmək üçün qısa müddətli immobilizasiya istifadə oluna bilər.

Müvafiq resurslar  

  • Koxreyn icmalları

Pidoriano AJ, Weinstein RN, Buuck DA, Fulkerson JP. Correlation of patellar articular lesions with results from anteromedial tibial tubercle transfer. Am J Sports Med 1997 Jul-Aug;25(4):533-7. Christiansen SE, Jakobsen BW, Lund B, Lind M. Isolated repair of the medial patellofemoral ligament in primary dislocation of the patella: a prospective randomized study. Arthroscopy 2008 Aug;24(8):881-7. Palmu S, Kallio PE, Donell ST, Helenius I, Nietosvaara Y. Acute patellar dislocation in children and adolescents: a randomized clinical trial. J Bone Joint Surg Am 2008 Mar;90(3):463-70. Sillanpää PJ, Mattila VM, Mäenpää H, Kiuru M, Visuri T, Pihlajamäki H. Treatment with and without initial stabilizing surgery for primary traumatic patellar dislocation. A prospective randomized study. J Bone Joint Surg Am 2009 Feb;91(2):263-73. Camanho GL, Viegas Ade C, Bitar AC, Demange MK, Hernandez AJ. Conservative versus surgical treatment for repair of the medial patellofemoral ligament in acute dislocations of the patella. Arthroscopy 2009 Jun;25(6):620-5. Nikku R, Nietosvaara Y, Aalto K, Kallio PE. The mechanism of primary patellar dislocation. Acta Orthop 2009 Jan 1;80(4):1-3. ,Yao LW, Zhang C, Liu Y et al. Comparison operative and conservative management for primary patellar dislocation: an up-to-date meta-analysis. Eur J Orthop Surg Traumatol 2015;25(4):783-8.