Difteriya
EBM Klinik protokolları
28.07.2016 • Sonuncu dəyişiklik 28.07.2016
MarkkuKuusi
Əsaslar
- Udlaq, qırtlaq, burun və ya dərinin Corynebacterium diphtheriae tərəfindən yaranan infeksiyası
- Tipik simptomlara adətən 39°C-dən az olan qızdırma, sürətli başlanğıclı boğaz ağrısı, damaq badamcıqlarından kənara yayılmaqla infeksiyalaşmış nahiyədə ödem və ürəkbulanma (pasiyentlərin dörddə birində).
- Ağırlaşmalar kimi miokardit və polinevropatiya baş verə bilər.
- İnfeksiyanın yayılması üçün difteriyası olan bir pasiyentin tüpürcəyi ilə kontakt tələb olunur. Xəstəlik damcılarla yayılmır.
- Ekssudatın altından götürülən nümunə içində Styuart nəqliyyat mühiti olan 2 sınaq borusuna yerləşdirilir. Bakterial kultura üçün xüsusi bir mühit tələb olunur və laboratoriya öncədən məlumatlandırılmalıdır.
Epidemiologiya
- Vaksinasiya ilə qarşısı alına bilən və ciddi epidemiyaya səbəb ola bilən potensiallı bir yoluxucu xəstəlik
- Xəstəlik tənəffüs yolları sekresiyaları (burun sekresiyaları, tüpürcək) vasitəsilə, eləcə də yaralarla və digər sekresiyalarla birbaşa kontakt vasitəsilə yayılır. İnfeksiya üçün pasiyent və ya daşıyıcı ilə yaxın kontakt lazımdır.
- İnkubasiya dövrü 1-7 gündür.
- Avropada 1990-cı ildən bəri bir sıra hallarda bu diaqnoz qoyulmuşdur. Pasiyentlərin əksəriyyəti keçmiş Sovet İttifaqı ölkələrində yoluxmuşdur.
- Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisi (ÜST/Avropa) 2002-ci ildən bəri keçmiş Sovet İttifaqı ölkələrindən difteriya baş verməsi halları barədə aylıq olaraq məlumatlar toplamışdır.
Simptomlar
- Bol faringeal ekssudatlı yerli iltihab, selikli qişaya yapışan boz və ya tünd rəngli ekssudatlar və yumşaq toxumaların ödemi. Uşaqlarda xəstəliyin bu mərhələsi tənəffüs yollarının obstruksiyası ilə nəticələnə bilər.
- Bakterial toksin nəticəsində baş vermiş sistem xəstəlik yerli simptomlardan 1-2 həftə sonra başlayır. Toksin ürəyi (miokardit, xüsusilə xəstəliyin ikinci həftəsində olmaqla aritmiyalar) və sinir sistemini (xəstəliyin başlanmasından 2-7 həftə sonra ifliclər, nevrit) zədələyir. Əgər pasiyent xəstəliyin kəskin mərhələsində sağ qalırsa adətən qalıq nəticələr olmadan sağalır.
Diaqnoz
- Müalicə üçün ehtiyac barədə anamnez və kliniki şəkil əsasında (ağır ekssudativ faringit, xüsusilə xəstəlyin başlanmasından 1-7 gün qabaq bir endemik ölkəyə səfər etmiş pasiyentdə) qərara alınır.
- Diaqnoz bakterial nümunələr üçün standart nəqliyyat sınaq borusuna götürülmüş ekssudatdan alınan bakterial kultura ilə təsdiqlənir. Nümunə xüsusi mühitdə (laboratoriyanı öncədən məlumatlandırın) əkilməlidir. Bundan əlavə, difteriya bakteriyasının toksin geni nümunədə DNT testi vasitəsilə aşkar edilə bilər.
Müalicə
- Simptomlu pasiyentlər xüsusi palatada (bokslar) izolyasiya şəraitində xəstəxanada müalicə olunmalıdırlar. Simptomsuz şəxslər evdə müalicə edilə bilərlər.
- Uşaqlarda ilkin mərhələdə tənəffüs yolunun keçiriciliyi mütləq təmin olunmalıdır.
- Bütün pasiyentlər antibiotiklərlə (penisillin, roksitromisin, klaritromisin, azitromisin və ya eritromisinlə) müalicə olunmalıdır. Dərman əvvəlcə vena daxilinə təyin edilməlidir. Difteriya antitoksini mümkün qədər tez təyin edilməlidir.
- Yaxın kontaktda olan şəxslərdən boğazdan (əsnəkdən) bakterial kulturaları götürün, onları antibiotiklərlə müalicə edin (benzatin penisillin 600000-1200000 TV əzələ daxilinə tək doza, yaxud 7-10 gün ərizndə standart doza şəklində roksitromisin, klaritromisin, azitromisin və ya eritromisin) və vaksinasiya edin.
- Difteriya şübhəsi meydana çıxan zaman antitoksin müalicəsi mütləq diaqnozun təsdiqlənməsindən öncə artıq başlanılmalıdır. Antitoksin yalnız simptomlar başlanmasından sonrakı 3 gün ərzində başladıldıqda faydalıdır.
Profilaktika
- Vaksinasiya toksin səbəbindən baş verən ağırlaşmaların qaşısını alır, lakin infeksiyanın qabağını ala bilmir.
- Əgər təməl (milli təqvim əsasında) vaksinasiyalar olunubsa müdafiə 90%-dən çoxdur. Buster (yüksəldici) vaksinasiya olmadan müdafiiə yaşı 30-dan artıq olan insanlarda o dərəcədə yaxşı deyil. Buster vaksinasiya hər 10 ildən bir verilməlidir. Buster çox zaman tetanus və difteriya vaksinlərinin kombinasiyasından ibarətdir.
- Əgər əvvəllər vaksinasiya olunmayıblarsa epidemik yelərə səyahət edənlərə üç vaksinasiyadan ibarət olan təməl seriya verilməlidir. Əgər əvvəllər üç vaksinasiyadan ibarət olan tam təməl seriyasını alıblarsa yaşı 30-dan çox olan böyüklərdə bir buster vaksinasiyası kifayətdir.
Əlaqəli mənbələr