Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Depression in old age

Mündəricat

Depression in old age

EBM Klinik protokolları
03.08.2017 • Sonuncu dəyişiklik 03.08.2017
TiinaTalaslahti

Əsas müddəalar

  • Ahıl şəxslərdə depressiyanın olmasını təyin etmək çətindir; əksər hallarda diaqnozun qoyulması və müalicənin aparılması gecikdirilir.
  • Kəskin keçən depressiyanın müalicəsi, həm də bütün simptomları yüngülləşdirmək məqsədini daşıyır.
  • Pasiyentə lazımı dəstək verməklə və yan təsiri minimum olan dərman preapatlarıni tətbiq etməklə onun həyat keyfiyyətlərini yaxşılaşdırmaq olar.

Arxa planda olan faktorlar və epidemiologiyası 

  • Depressiyaların ahıllar arasında yayılmasının təxminən 15-20% olduğu  güman edilir (bura yüngül hallar da daxildir). Tibbi məsləhətlər almaq üçün gələn ahıl yaşlılar arasında depressiya hallarına daha çox rast gəlinir (17-30%); bundan əlavə, xəstəxanada olanlar və ya uzun müddətli müalicə alanlar arasında da depressiya halları geniş yayılmışdır.
  • Ahıl yaşda olan qadınlar arasında depressiya halları kişilərlə müqayisədə iki dəfə yüksəkdir.
  • Yuxarı yaş qruplarında ağır depressiya hallarının yayılması 1–4% təşkil edir. Ümumi profilli xəstəxanalara qəbul edilən yaşlı insanların 10-12% -də ağır depressiyaların olması mümkündür.
  • Ahıl şəxslərdəki  bütün depressiya pozğunluqlarının təxminən 15-20% -ni psixi pozğunluqlar təşkil edir.
  • Depressiya, bir sıra etioloji amillərdən qaynaqlanan, çoxfaktorlu, klinik cəhətdən heterogen bir xəstəlikdir. Genetik və ətraf mühit amilləri müəyyən rol oynayır və anamnezində depressiya halları olanlarda, eləcə də Parkinson xəstəliyi, serebral infarktlar, ürək-damar xəstəlikləri və xroniki ağrılar olanlarda depressiya riski  artmış olur.
  • Qocalma funksional imkanların azalması, həyat faliyyətinin sönməsi və zəifliklə əlaqələndirilir. Bu dəyişikliklərə uyğunlaşmadıqda, yaranmış çətinliklər insanı depressiyaya aparır. Kədərli hadisələr (həyat yoldaşının və ya digər ailə üzvünün itirilməsi) və üzücü həyat hadisələri geniş yayılmış səbəb amilləridir.
  • Əgər, ilk depressiya epizodu ahıl yaşda baş vermişdirsə, bu yaddaş pozğunuluğu xəstəliyinin baş verəcəyəini proqnozlaşdırmaq üçün əsas ola bilər.

Simptomları

  • Simptomları müxtəlifdir, qismən somatik xəstəliklərin simptomları və əlamətləri ilə üst-üstə düşür və əksər hallarda pasiyentdə depressiya olduğunu təyin etmək çətin olur.
  • Əsas simptomlara ən azı iki həftə davam edən ruh düşkünlüyü, adi gündəlik fəaliyyətlərə marağın olmaması və ya onlardan zövq ala bilməmək, iştahanın azalması, yorğunluq, həyat enerjisinin səviyyəsinin azalması və ümidsizlik daxildir.
  • Apatiyanın olması və ya motivasiyanın itirilməsi simptomları yaddaş xəstəliyinin əlamətlərinə bənzəyə bilər.
  • Gündəlik işləri idarə etməkdə çətinliklər, təşəbbüsün olmaması və xüsusilə səhərlər pasiyentlər motivasiyanın olmamasından əziyyət çəkirlər.
  • Sevinc hissinin olmaması, əsəbilik, göz yaşları, həyacan, pessimizm, dəyərsizlik hissi, özünə ittiham, intihar, tənhalıq, qorxu hissləri və digər insanlardan asılılıq yaranır.
  • Depressiyası olan şəxslərdə, funksional imkanlar gənc şəxslərə nisbətən daha asanlıqla itirilir. Əhval-ruhiyyə pozğunluğu bəzən heç də aydın görünmür və buna görə də xəstələr əksər hallarda  depressiyada olduqlarını anlamırlar.
  • Fiziki simptomlar depressiya olmasının üstünü örtə bilər; müxtəlif ağrılar, iştahsızlıq, çəki itkisi və yorğunluq müşahidə edilə bilər.
  • Yuxu pozğunluğunun ən çox yayılmış forması erkən oyanmaqdır, bəzən yuxuya getməkdə çətinliklər olur- xüsusən, depressiya ciddi həyacan hisslərinin olması ilə bir gedirsə, belə hallar daha çox olur.
  • Psixi depresiya zamanı, pasiyentdə əlavə olaraq sayıqlamalar baş verir; sayıqlamalar ya bədən funksiyası ilə əlaqədar olur və ya yersisz günahkarlıq hissləri kimi baş verir. Bəzən eşitmə hallusinasiyaları pasiyentləri üzür, ittiham edir və şərləyir və bunlardan əlavə, əhəmiyyətli dərəcədə olan psixomotor geriləmə və ya hətta stupor da ola bilər.  

Differensial diaqnozu

  • Kədərli olmaq –üzücü hadisələrə qarşı normal bir reaksiyadır.
  • Yaddaş xəstəliyi (təyin etmək üçün aparılan testlər: bax: MMSE - The Mini-Mental State Examination or Folstein test is a 30-point questionnaire that is used extensively in clinical and research settings to measure cognitive impairment – MƏDİ_Mini Əqli Dövlət İmtahanı və ya Folsteyn testi- kognitiv pozğunluqları ölçmək üçün klinik təcrübədə və elmi-tədqiqat işlərində geniş istifadə olunan30 ballıq anketdir) və ya antidepressant dərman ilə test aparılması və ya CERAD testi ( CERAD - The Consortium to Establish a Registry for Alzheimer's Disease) -Alzheymer xəstəliyinin inkişafını ölçmək üçün olan testdir.  Ancaq, unutmayın ki, yaddaş pozğunluğu olan xəstələrdə depressiya da ola bilər.
  • Xroniki ağrıların olması;
  • Hipotiroidizm, hiperparatireoz;
  • Parkinson xəstəliyi;
  • B12 vitamini çatışmamazlığı;
  • Alkoqoldan sui- istifadə edilməsi. 

Diaqnozun qoyulması

  • Xəstə ilə simptomları və mövcud həyat vəziyyətini müzakirə edin. Xəstənin öz vəziyyətini necə gördüyü barədə mənəzərəni əldə etmək vacibdir. Xəstəyə yaxın olan insanlar dəyərli məlumatlar verə bilər ("o, qoca deyil"). Depressiyanın inkişafı və ya simptomların ağırlaşmalarının hansı səbəblərdən irəli gəldiyini öyrənin.
  •  Anamnez: əvvəlki psixiatrik anamnez, hazırda qəbul edilən dərmanlar (aydınlaşdırılır).
  • Fiziki və əqli müayinə aparılır.
  • GDS/HDŞ-15 və ya GDS/HDŞ-30 (Geriatric Depression Scale/Heriatrik Depressiya Şkalası) depressiya diaqnozunun qurulmasında kömək etmək üçün ilkin tibbi yardım mərhələsində istifadə edilməli yaxşı və sürətli bir testdir. Müalicə nəticələrini izləmək üçün BDI (Bek Depressiya yoxlanılması/ Beck Depression Inventory) və Montgomery və Asberg Depressiya Reytinqi Şkalası (ingliscə- MADRS- Montgomery and Åsberg Depression Ratings Scale) istifadə edilə bilər.
  • BDI və MADRS skrining testləri olaraq, diaqnozun qoyulması və müalicəyənin nəticələrinin qiymətləndirilməsi üçün olan köməkçi vasitələrdir. "?>
  • Laboratoriya müayinələri (bəzi patologiyaları istisna etmək üçün): tiroid funksiyası testləri, trombositlərin və qan elementlərinin sayı, plazmada kalsiumun (ionlaşmış), B12 vitamininin, fol turşularının, qaraciyər fermentlərinin, kreatinin, natriumun və kaliumun səviyyəsi təyin edilir.
  • EKQ edilir.
  • Ahıllıq dövründə ilk dəfə depressiya epizodu baş verdikdə, yaddaş xəstəlikləri və depressiya arasındakı differensial diaqnostika üçün kəllə nahiyəsinin müayinəsi (MRT və ya CT) və yaddaş yoxlama testləri (CERAD) və ya neyropsixoloji müayinələrin aparılması üzərində düşünülməlidir.

Müalicəsi

  • Pasiyentə, onun ailə üzvlərinə və ona qayğı göstərənlərə depressiyanın təbiəti, gedişatı və müalicəsi barədə şəraitə uyğun və dinləyicilər üçün başa düşülən bir formada məlumat verin. Depressiyanın müalicə edilə biləcəyini vurğulayın.İlkin mərhələdə xəstə nə vaxt özünü daha yaxşı hiss etməyə başlayacağını bilməkdə maraqlıdır.
  •  Yanaşı gedən somatik xəstəlikləri müalicə edin və əlilliyin təsirini azaltmağa və ya kompensasiya etməyə çalışın; bu depressiyanın idarə olunmasına da kömək edəcəkdir.
  • Xəstənin psixososial vəziyyətini və dəstək şəbəkəsini xəritələyin.
  • Müalicənin çox erkən dayandırılmaması üçün terapiyanın nəticələrini yaxından izləyin. Pasiyentdə olan həyacan hissi depressiyadan qurtulmanı çətinləşdirsə də, müalicəyə mane ola bilmir.
  • Ahıl yaş depressiyadan çixmaq üçün bir maneə deyil.
  • Həkim-xəstə münasibətləri ahıllıq depressiyası olan şəxslərlə aktiv, həvəsləndirici və dəstəkləyici olmalıdır.
  • Ahıl yaşlı şəxslərin digər insanlarla olan görüşlərdə iştirak etməyə təşviq edin.
  • Motivasyalı ahıl xəstələrdə xəstələrdə depressiyanın müalicəsi üçün edlən psixoloji müdaxilənin, xüsusən də kognitiv psixoterapiyanın effektivliyinə dair sübutlar mövcuddur. Şəxslərarası psixoterapiya (IPT-Interpersonal psychotherapy ) də tövsiyə edilə bilər. 
  • Xəstənin üzücü bir hadisədən sonra kədərli olmasına icazə verin, lakin simptomlar davam edərsə və ya şiddətlənsə depressiya ehtimalını unutmayın.
  • Pasiyent fizioterapiyanın dəstəkləyici, həm də müsbət müdaxilə  olduğunu anlaya bilər. İdman salonunda yaşlılar üçün qrup hərəkətlərinin aparılmasını müsbət təsirinə aid təcrübə əldə edilmişdir.
  • Dərman müalicəsi
  • Antidepresant seçərkən simptomatologiyanı qiymətləndirin (apatiya və həyəcan) və dərmanların pasiyentin digər xəsətliklərinə yan təsir göstərmədiyinə və digər dərman müalicələri üçün ziddiyətli olmadığına əmin olun.
    • Serotoninin təkrar udulmasının selektiv inhibitorları xəstəni aktivləşdirir. Bu qrupdan olan dərmanlar, xüsusilə sitalopram (citalopram), essitalopram (escitalopram) və sertralin ahıllar üçün uyğundur. İlk iki dərmanın tətbiqində daha diqqətli olmaq lazımdır, çünki ahıl yaşlı insanlarda bu dərmanların orqanizmdən xaric edilməsi, gənc insanlara nisbətəbu daha yavaş gedir.
    • Tritsiklik antidepressantlar ürək-damar sisteminə və antixolinergik sistemə  qarşı olan mənfi təsirləinə görə, həmçinin terapevtik sərhədlərinin dar olmaları səbəbindən ümumiyyətlə tövsiyə edilməyirlər. Axşam saatlarında verilən çox kiçik bir dozada amitriptilin (10-25 mq) və ya doksepin (doxepin) (10-20 mq) ağrıları olan bir xəstənin yuxuya getməsinə kömək edə bilər. Bu dərmanlar dar terapevtik hüdudlar daxilnində təsir göstəririlər və bəzi xəstələrin müalicəsi zamanı risk faktorları ola bilərlər (məs. özünə qəsd etmək istəyən xəstələrin müalicəsində). "?>
    • İkili təsirli dərmanlardan 15-30 mq dozada (7.5–15) mirtazapin (mirtazapine)  həyacan və ya yuxu pozğunluğu ilə birlikdə gedən depressiya hallarında faydalı olan bir seçimdir və həyacan şiddətləndlənərsə, gündə 30-60 mq duloksetin (duloxetine) verilə bilər. Venlafaksin (Venlafaxine)  digər dərmanlara rezistent olan depressiyaya  hallarında 37.5-225 mq dozada verilə bilər.
    • Duloksetin (30) və; 60 mq Venlafaksin (37.5; 225 mq / gün) digər dərmanlara rezistentlik olan depressiyaya hallarında verilə bilər. "?>
    • Ən yeni antidepressanutlar:
      • Agomelatine (Agomelatine)- gecə vaxtı  25-50 mq miqdarında verilir, digər dərmanlarla qarşılıqlı təsiri aşağıdır, lakin istehsalçının tövsiyələrinə görə, müalicənin əvvəlində qaraciyər göstəriciləri izlənilməlidir.
      • Bupropion (Bupropion) -səhərlər 150-300 mq miqdarında verilir; apatiyası olan və təşəbbüs göstərəməyən ahıl yaşlı şəxslər üçün faydalı ola bilər.
    • Vortioxetinin (vortioxetine ) istifadəsi ilə bağlı hələ az təcrübə var; səhər və ya gecə saatlarında  5-10 mq verilir, lakin aparılan tədqiqatların nəticələri onun kognitiv simptomlar üçün də faydalı ola biləcəyini göstərir.
    • Serotoninin təkrar udulmasının selektiv inhibitorları və venlafaksin yaşlı xəstələri müalicə edərkən, xüsusilə hiponatremiya riskinin artması ilə əlaqələndirilir.
    • Yaşı 75-dən yuxarı olan xəstələrdə dərmanların dozası gənc xəstələr üçün olanın dozanın üçdə biri və ya yarısı qədər azaldılmalıdır.
    • Depressiya psixi xüsusiyyətlərlə əlaqədardırsa, antidepressant dərmanı həmişə ikinci nəsil antipsixotik (məsələn, quetiapin, olanzapin, risperidon/ quetiapine, olanzapine, risperidone) ilə birləşdirilir.
    • Dərmanların təsiri adətən 4-8 həftə ərzində aydın olur, ancaq tam terapevtik nəticə 12 həftədən sonra əldə edilə bilər. Dərmanın heç bir təsiri yoxdursa və ya təsiri cüzidirsə, dozanı artırın və ya doza optimaldırsa, başqa bir antidepressant qrupundan olan dərmandan istifadə edin.
    • Depressiyanın ilk epizodu ilə əlaqədar olaraq, xəstə sağalandan bir il sonra dərman qəbul edin. Depressiya təkrarlanırsa, dərmanlarla bir neçə il davam etməyinizə dəyər.
    • Ahıl pasiyentdə intihar meylləri stasionar müalicənin göstəricisidir.
    • Ahıl pasiyentləri müalicə edərkən, xüsusən dəstəkləyici sosial şəbəkə çatışmazlığı olduqda, gənc pasiyentlərə nisbətən, daha erkən xəstəxana müalicəsi üzərində düşünmək lazımdır. Ahıl pasiyentlərdə ağır və yüksək rezistentlikli depressiyaların müalicəsi ixtisaslaşdırılmış psixiatriya xəstəxanalarında aparılır, yüngül hallar isə, adətən ilkin shiyyə xidməti səviyyəsində müalicə edilir.
    • Psixiatrik elektrokonvulsiv terapiya həm ahıl xəstələr və həm də ağır, və psixi depressiya olan hallarda effektiv və sürətli bir müalicə metodur.

 Məsləhət verilməsi və müalicənin aparılması

  • Depressiyası olan ahıl yaşlı bir şəxsə qulluq etmək həm tibb bacıları, həm də digər qayğı göstərənlər üçün çətin və dözümlülük tələb edən bir hal ola bilər. Xəstə ümidsizliyə qapıla bilər, əzab çəkir, günahkarlıq hissi yaşayır, asılılığı var  və emosional cəhətdən dəyişkənliyə malikdir.
  • Ahılallarla işləyən əməkdaşlara dəstək qrupları və qayğıya qalanlar və yaxın ailə üzvləri üçün xüsusi məsləhətlər faydalı ola bilər.
  • Diaqnostik problemləri varsa və ya müalicəyə baxmayaraq xəstədə depressiya davam edirsə, psixiatrla məsləhətləşin. Yüksək rezistentliyi olan depressiyanın müalicəsində psixiatrik elektrokonvulsiv terapiyasından və ya bir neçə antidepressantın kombinasiyasından istifadə etmək və ya depressiya əlehinə preparatları psixoz əleyhinə olan preparatlarla birləşdirərək təyin etmək olar.

Əlaqədar mənbələr

  • Koxran icmalları

Digər sübut edilmiş icmallar

  • Klinik rəhbərliklər
  • Ədəbiyyat