Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yaddaş pozğunluğunun klinik qiymətləndirilməsi

Mündəricat

Yaddaş pozğunluğunun klinik qiymətləndirilməsi

EBM Klinik protokolları
01.09.2017 • Sonuncu dəyişiklik 01.09.2017
AriRosenvall TimoErkinjuntti

  Əsaslar

  •     Əgər proqressiv yaddaş xəstəliyindən şübhələnilir, amma tez bir zamanda dəqiq diaqnoz qoymaq mümkün deyilsə, vəziyyətdən asılı olaraq hər 6 və ya 12 aydan bir müntəzəm tibbi nəzarət vacibdir.
  •   Yaddaş pozğunluğu olan xəstələrin klinik qiymətləndirilməsinə ilk növbədə simptom anketləri, yaddaş və koqnitiv funksiyanın qiymətləndirilməsi, gündəlik fəaliyyətlərlə məşğul olunması, eləcə də hal və davranış simptomlarının dəyərləndirilməsi daxildir.
  •    Yaddaş xəstəliklərinin diaqnozu və müalicəsinin qiymətləndirilməsi professional bilik və təcrübə tələb edir.
  •  İşləmə yaşında olan xəstələr birbaşa nevroloji yaddaş klinikasına yönləndirilir.

Yaddaş pozğunluğunun tanınması

Simptom anketləri

  •   Xəstə tərəfindən doldurulacaq yaddaşla bağlı anket
  •  Xəstəni yaxşı tanıyan yaxın  ailə üzvləri tərəfindən doldurulacaq yaddaşla bağlı anket

  Yaddaş və koqnitiv funksiyanın qiymətləndirilməsi

  •    Psixi statusun qısa qiymətləndirilməsi şkalası (PSQQ) intelektual yaddaş və koqnitiv funksiyanın fəaliyyətini ölçən qısa testdir. Normal fəaliyyət qabiliyyətinin gündən günə pozulduğu yaddaş xəstəliyinin inkişaf etmiş mərhələsini təyin etmək üçün istifadə olunur. Bu hiss olunmayan erkən yaddaş itkilərinin təşhisi üçün uyğun deyil. Ancaq qeyd etmək lazımdır ki, xəstənin təhsil səviyyəsi və linqvistik problemləri test nəticələrinə təsir edə bilər.
  •   PSQQ testindən daha həssas təşhis alətləri CERAD davranışı dəyərləndirmə şkalası və Monreal Koqnitiv Qiymətləndirməsi (MKQ) kimi koqnitiv test seriyalarıdır.
  •  Koqnitiv fəaliyyətin dəyərləndirilməsi üçün daha əhatəli neyropsixoloji müayinə məsləhətlidir.
    •   Müayinə üçün xüsusi göstərişlərə iş qabiliyyətinin qiymətləndirilməsi, rehabilitasiya ehtiyaclarının dəyərləndirilməsi, diferensial diaqnozdakı problemlər (spesifik pozğunluqlar, depressiya), eləcə də problemli vəziyyətlərdə hüquqi səriştəliliyin qiymətləndirilməsi daxildir. Bu çox zaman bacarıqlı xəstələr və işləmə yaşında olan xəstələrdə gözlənilir.
    •  Erkən və mülayim pozuntularda müayinəni 6-12 ay ərzində təkrarlamaq adətən diaqnoz qoymağa kömək edir.

     Funksional sərbəstliyin və gündəlik fəaliyyətlərin icrasının qiymətləndirilməsi

  •  Qiymətləndirilən gündəlik fəaliyyətlərə yuma, qidalanma, geyinmə, ayaqyoluna getmə daxildir(GHƏF- Gündəlik Həyatın Əsas Fəaliyyətləri). Daha mürəkkəb fəaliyyətlərə (GHİF- Gündəlik Həyatın İnstrumental Fəaliyyətləri) telefondan istifadə, alış-veriş, yemək hazırlama, evdarlıq bacarıqları, müstəqil şəkildə səyahət etmək qabiliyyəti, öz dərmanlarının qəbulu üçün məsuliyyət və maddi vəziyyəti idarə etmək bacarığı daxildir. GHƏF və GHİF-in qiymətləndirilməsi üçün müxtəlif qısa testlər hazırlanmışdır.
  •    Funksional sərbəstliyin qiymətləndirilməsi çox zaman xəstə və ailə üzvü ilə aparılan müsahibələrə, eləcə də evdə yardım xidmətlərinin və tibbi qayğı təminatçılarının hesabatlarına əsaslanır.

  Hal və davranış simptomlarının qiymətləndirilməsi

  •   Xəstəni müşahidə etmək və onunla müsahibə aparmaqla depresiyanı müəyyənləşdirmək olar.  Bir sıra hallarda depressiya zamanı depressiv əhval-ruhiyyə özünü açıq şəkildə büruzə vermir, amma xəstədə yaddaş, koqnitiv funksiya və fiziki simptomların azalması müşahidə olunur. Belə hallarda, depresiyayaeksperimental müalicə və monitorinq vasitəsi ilə diaqnoz qoyula bilər.
  •  Depressiyanı dəyərləndirmə şkalasına, məsələn, Geriatrik Depressiya Şkalası, Depressiya üçün Kornell Şkalası daxildir.
  •   Depressiyadan əlavə narahatlıq, psixiotik simptomlar, anormal davranış və şəxsiyyət dəyişikliklərinin digər mümkün formalarına diqqət yetirilməlidir. Aydın olmayan hallarda xəstə psixiatrik müayinəyə göndərilməlidir.

 Xəstəliyin ağırlıq dərəcəsinin qiymətləndirilməsi

  •  Proqressiv yaddaş xəstəliyinin ağırlıq dərəcəsini qiymətləndirmək üçün istifadə olunan alətlərə Klinik Demensiya Dəyərləndirməsi (KDD) və GDS-FAST quruluş sistemləri daxildir.

   Yaddaş pozğunluğunun klinik qiymətləndirilməsi

 Ümumi və nevroloji vəziyyət

  •  Normal nevroloji vəziyyət Altsheymer xəstəliyinin erkən mərhələləri üçün xarakterikdir.
  •   Birtərəli simptomlar (bir tərəfdən zəiflik,      , artan tendon refleksləri) və bulbar pozuntular (dizartriya, disfaqiya, məcburi ağlama və gülüş), eləcə də ekstrapiramidal simptomlar (artan əzələ tonusu, xırda addımlı yeriş) vaskulyar demensiyanın göstəriciləridir.
  • Tez-tez tremor ilə müşayiət olunan ekstrapiramidal simptomlar Parkinson xəstəliyinin göstəricisidir. Levi cisimcikli demensiyada da çox zaman ekstrapiramidal simptomlara rast gəlinir.
  •  Apraksik yeriş normal təzyiqli hidrosefali və ya beynin kiçik damar xəstəliklərinin göstəricisidir.
  •  Klinik müayinə zamanı ortaya çıxan yeni tapıntılarla əlaqəli olan miyoklonus  Creutzfeldt-Jakob xəstəliyinin göstəricisidir.
  •  Avtomatik hərəkətlər Hantinqton xəstəliyini göstərir. Bunlar həm də dərman müalicəsi alan Parkinson xəstələrində müşahidə olunmuşdur.

  Laborator müayinələr

  • Trombositlər, qlükoza, plazma natrium, kalium, kalsium, tiroidin miqdarını göstərən əsas qan testləri, qaraciyər və böyrəyin funksiya testləri, vitamin B12 və ehtiyac yarandıqda isə lipidlər və EÇS testləri
  •  xüsusilə asetilkolinesteraza inhibitorlarının tətbiqi nəzərə alınarsa, EKQ
  •   Fərdi müayinədən sonra bir sıra testlər: sifilis serologiyası ( Treponema  Pallidum antikor müayinəsi və ya passiv hemagglutinasiya reaksiyası), İİV və Borrelia antikorları, narkotik testi.

  Baş beyin görüntüləməsi

  • Yaddaş xəstəliyinin xarakterik xüsusiyyətləri  özünü büruzə verən zaman beynin maqnit rezonans tomoqrafiyası (MRT) araşdırmanın ilkin mərhələsi hesab olunur.
  •   MRT müayinəsi uyğun olmadığı halda, (bəzən kardiostimulyator, digər ferromaqnit xarici cisimlər, klostrofobiya) və ya görüntüləmə təcili olaraq aparılmalıdırsa (məs: travma şübhəsi), Kompüter tomoqrafiyası həyata keçirilir. 
  •    Subdural qanaxma, normal təzyiqli hidrosefali və şişlər kimi ən vacib müalicə edilə bilən səbəbləri kompüter tomoqrafiyası vasitəsi ilə göstərmək olar. Kompüter tomoqrafiyası infarkt əlamətləri və orta-ağır dərəcəli ağ maddənin az sıxlığı olan bölgələr kimi, serebrovaskulyar xəstəliyin yaratdığı dəyişiklikləri də təyin edə bilər.

    Əlavə yoxalamalar üçün müraciət

  •   Yaddaşdanşikayətin səbəbləri məlum deyilsə, eləcə də vəzifə bölgüsünə əsasən əlavə yoxlamalar aparılması üçün xəstə yaddaş pozğunluqları üzrə təcrübəli həkimə (nevroloq, geriatr, psixogeriatr) yönləndirilir.
  •      Konsultasiya adətən aşağıdakı hallarda təmin edilir:
    •    Erkən yaddaş pozğunluğunun yüngül simptomları
    •    Atipik klinik xüsusiyyətlər
    •   Yaddaş pozğunluğunun səbəbi məlum deyil.
    •    Iş qabiliyyətinin dəyərləndirilməsi
    •   Ehtiyac olarsa, sürücülük qabiliyyətinin qiymətləndirilməsi
    •   Ehtiyac olarsa, hüquqi səriştəliliyin qiymətləndirilməsi
    •   Müalicəyə cavab verməyən davranış simptomları
    •   Problemli vəziyyət
    •   Həmişə müalicə edən həkim özünə zəmanət verildiyi konsultasiyaya baxdığı zaman

   Əlaqədar mənbələr