Yenidoğulmuşların (neonatal) sarılığı
EBM Klinik protokolları
22.06.2016 • Sonuncu dəyişiklik 22.06.2016
JuhaViitala
JariPetäjä
Əsas məqamlar
- Ana və uşaq arasında qan qruplarının uyğunsuzluğu nəticəsində yaranan sarılıq adətən doğum evində aşkarlanır.
- Digər səbəblərlə əlaqəli sarılıq uşaq doğum evindən evə yazılana qədər özünü biruzə verməyə bilər (yenidoğulmuşların doğum evində qalma müddəti qısaldılmışdır).
- Təhlükəsiz hədləri aşan sərbəst bilirubin konsentrasiyaları nevroloji zədələnmələrə səbəb ola bilər.
- Diaqnoz doğum evinin pediatriya şöbəsində qoyulur.
Yayılması
- Nisbətən geniş; hadisələrin əksəriyyəti doğum evində aşkar edilir.
- Uşağın doğum evindən yazılma müddəti, ambulator şəraitdə aşkarlanan halların sayına əhəmiyyətli təsir göstərir.
Simptomlar və klinik təzahürlər
- Sarılığı dəri ilə yanaşı, skleralarda da dəyərləndirmək tövsiyə edilir, çünki dəri piqmentasiyası fərqli olur.
- Doğulduqdan sonra ilk günlər ərzində özünü biruzə verən sarılıq adətən aşağıdakı səbəblərdən yaranır
- hematomanın (məs., kəllənin kefalohematomasının) sorulması
- ana südü ilə qidalanma
- sidik yolları infeksiyası
- digər nadir səbəblər, məs., irsi konyuqasiya defekti.
- Uşağın yetəri qədər qidalandırılmaması sarılığa səbəb olmur, lakin sarılıqlı uşaq zəif ola və bunun nəticəsində yaxşı qidalanmaya bilər. Dehidratasiya vəziyyəti sarılığı daha da ağırlaşdırır.
- Sarılığın davam etməsi doğulduqdan sonrakı iki həftəni aşırsa, o uzanmış gedişli hesab edilir və səbəbi bu müddətdən gec olmayaraq araşdırılmalıdır.
- 2-həftəlikdən böyük körpələr arasında sarılığın ən geniş növü "ana südü sarılığı"dır. Bu uşağın ümumi vəziyyətinin yaxşı olması və çəki alması ilə xarakterizə edilir.
Müalicə
- Aşağıdakı hallarda pediatrik şöbədə dəyərləndirilmə aparılmalıdır
- uşaqda simptomların qeyd olunduğu (məs., iştahanın zəif olması) və bilirubin konsentrasiyasından asılı olmayaraq sarılığın aydın nəzərə çarpdığı hallar
- vaxtında doğulmuş uşaqda plazmada bilirubinin konsentrasiyası 250 mkmol/-dən yuxarıdırsa.
- Vaxtından əvvəl doğulmuş körpələr üçün təhlükəsiz hədlər daha aşağıdır.
- Müalicə doğum evi və ya evdə göy işıq terapiyasından ibarətdir.
- Ana südü sarılığı diaqnozu qəti şəkildə təsdiqlənməyibsə və ya eyni zamanda ana südünün miqdarının yetərliliyi ilə bağlı tərəddüd varsa, bir müddət sırf olaraq və ya qismən süni uşaq qidası istifadə edilə bilər. Həmçinin bunun vasitəsilə körpənin qəbul etdiyi qidanın miqdarı müəyyən edilə bilir. Doğum evindəki pediatr ana südündən imtina edilməsinin sınaqdan keçirilməsi ilə bağlı qərar verir.