Entropion və ektropion
EBM Klinik protokolları
10.10.2016 • Sonuncu dəyişiklik 24.01.2011
Editors
Əsas məqamlar
- Yaşlı şəxslərdə təkrari göz simptomlarının mümkün səbəbi kimi göz qapaqlarının düzgün yerləşməməsi yadda saxlanmalıdır.
- Konyuktivanın hipertrofiyası və ya buynuz qişanın xorası inkişaf etməmişdən əvvəl ektropion müalicə olunmalıdır.
- Buynuz qişanın xorası inkişaf etməmişdən əvvəl entropion müalicə olunmalıdır.
Simptom və əlamətlər
- Aşağı göz qapaqları daha çox prosesə qoşulur. Yaş artdıqca göz qapaqlarının birləşdirici toxuması yumşalır, piy toxumasının miqdarı azalır, dəri nazikləşir və onun elastikliyi azalır.
Entropion
- Göz qapağı tərsinə çevrilmişdir. Kirpiklər daxilə çevrilir və buynuz qişaya sürtülür, bu isə ağrı və ya yad cisim hissiyatına, göz yaşının axması və konyuktivada qızarmaya səbəb olur.
- Qıcıqlanma davam etdikcə ikincili infeksiyaya meyllilik yaradan buynuz qişada bulanıqlıq və xora inkişaf edir.
- Vəziyyət adətən ahıl yaşla assosiasiya olunur.
- Xornik infeksiya (məsələn, traxoma) səbəbindən daha gənc xəstələrdə (məsələn, imiqrantlarda) müşahidə oluna bilər.
Ektropion
- Göz qapağı xaricə çevrilmişdir. Göz qapağının kənarı və ya bütün göz qapağı tərsinə çevrilmişdir. Konyuktivanın üzəri açıldığından o qıcıqlanır, eritematoz və hipertrofik olur.
- Sonrakı fazalarda açıq qalmış konyuktiva və ya buynuz qişada xoralar inkişaf edir.
- Aşağı göz qapaqlarının senil ektorpionu ən tez-tez rast gəlinən göz qapağı anomaliyasıdır.
- Üz sinirinin iflici paralitik aşağı göz qapağında (göz qapaqlarının bağlanmasına cavabdeh olan m. orbicularis oculi əzələsi üz siniri ilə innervasiya olunur) paralitik ektropiona səbəb ola bilər.
- Dəridə qabarlar qabarın gərilməsinə və bununla da aşağı göz qapağının ektropionuna səbəb ola bilərlər.
Müalicə
- Həm entropion, həm də ektropionda xəstəyə simptomatik nəmləndirici müalicə təyin edilməlidir, hansı ki, buynuz qişanın qurumasını və kirpiklərin buynuz qişaya zədələyici təsirini azaldır.
- Əgər göz açıq qalır və quruma problemi yenidən ortaya çıxırsa gecə gözün lent vasitəsilə tamamilə bağlanması mümkündür (məsələn, əgər xəstə palatada müalicə olunursa).
- Lent vasitəilə dartılma entorpion simptomlarını müvəqqəti olaraq yünglləşdirə bilər; göz qapağını düzgün vəziyyətdə saxlamaq üçün kəpənək tipli lenləmə tətbiq olunur.
- Entopion və ektropion cərrahi olaraq müalicə olunmalıdır. Əgər çevrilmə azdırsa əməliyyata ehtiyac yoxdur, lakin o simptomatik (qıcıqlanma, göz yaşının axması, qızartı, təkrari konyuktivit) olmağa başlayırsa əməliyyat göstərişdir.
- Cərrahi əməliyyat erkən mərhələdə tətbiq edilməlidir.
- Entropion buynuz qişa zədələnməmişdən əvvəl düzəldilməlidir.
- Ektopion konyuktivanın hipertrofiyası inkişaf etməmişdən əvvəl düzəldilməlidir.
Müvafiq mənbələr