Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Mikroskopik kolit

Mündəricat

Mikroskopik kolit

EBM Klinik protokolları
28.03.2017 • Sonuncu dəyişiklik 28.03.2017
RitvaKoskela

Əsas məqamlar 

  • Mikroskopik  kolit  xronik diarreyaya görə kolonoskopiya icra edilən pasientlərin təqribən 10%-da  aşkarlanır. 
  • Diaqnozu kolonoskopiya zamanı əldə edilmiş  histoloji biopsiya nümunələrinə əsaslanır.
  • Ən çox rast gəlinən yarımtipləri: kollagenoz kolit və limfositik kolit 
  • Etiologiya və patogenezi naməlumdur.
  • Xoşxassəli xəstəlik olub, müxtəlif klinik gedişata malikdir, medikamentoz müalicə yalnız vacib olduqda.

Epidemiologiyası 

  • ildə təqribən,  100 000 şəxsə 10 yeni xəstələnmə hadisəsi.
  • Qadınlarda kişilərdən daha çox rast gəlinir.
  • 50 yaşdan sonra daha çox təsadüf olunur və yaş artdıqca rastgəlinmə tezliyi  artır, lakin, xəstəlik uşaqlarda da, həmçinin baş verə bilər. 

Simptomları 

  • Xronik və qansız diarreya
    • Uzunmüddətli və ya yenidən təzahür etməsi.
  • Qarının köpməsi, bağırsaq evakuasiyasının sürətlənməsi,  nəcis saxlamamazlığı. 
  • Çəkinin itirilməsi, letargiya.

Diaqnozu 

  • Uzunsürən diarreyanın təyini: bax
  • Kolonoskopiya 
    •  Endoskopik mənzərəsi çox zaman normal görünüşlüdür. 
    • Əgər diarreya əsas simptom olarsa, toxuma biopsiyası hər zaman götürülməlidir.
  • Histoloji müayinə  digər şeylərlə yanaşı selikli qişanın iltihabi dəyişikliklərini və epitelinin degenerasiyasını aşkar edəcəkdir. 
    • Kollagenoz kolit: qalınlaşmış  subepitelial kollagen qatı 
    • Limfositik kolit : intraepitelial  hüceyrələrin, əsasən də limfositlərin  sayının artması. 
    • Bütün yoğun bağırsaq boyu, ən çox da, başlanğıc və orta hissədə əhəmiyyətli dərəcədə, bəzən isə qalça bağırsaqda iltihabi dəyişikliklər.
  • Laborator müayinələr  istənilən diarreyalı pasientin əsas müayinələridir; məqaləyə bax: "Böyüklərin uzunmüddətli diarreyası"
    •  Trombosit sayı ilə, qanın ümumi analizi  EÇS,CRZ, natrium, kalium kreatinin 
    • Tiroid-stimullaşdırıcı  hormon (TSH), transqlutaminaza anticisimləri 
    •  Normal yaxud yüksəlmiş fekal kalprotektin
  • Qanın ümumi analizi , EÇS,  CRZ, elektrolitlər və kreatinin, qalxanabənzər vəzinin funksional  sınaqları, seliakiya xəstəliyi ilə əlaqəli anticisimlər və fekal kalprotektin

Differensial diaqnostikası 

  • Xroniki qanlı olmayan ishalın differensial diaqnostikası  (bax )

Əlaqəli xəstəliklər və preparatlar.

  • Pasientlər arasında autoimmun xəstəliklərin rast gəlmə tezliyi yüksəkdir,xüsusilə, seliakiya xəstəliyi   istisna olunmalıdır. 
  • Revmatik xəstəliklər, kollagenozlar müxtəlif ağrı sindromları, fibromialgiya 
  • Dərmanlarla mümkün əlaqəsi: aspirin, digər QSİƏM-lər  proton nasosu inhibitorları  (PNİ) və ya H2-reseptorlarının blokatorları; Serotonin Geriyə udulmasının Selektiv İngibitorları SGSİ

Müalicə.

  • Simptomatik; müntəzəm dərman müalicəsinə çox zaman ehtiyac olmur.
  • Qıcıqlanmış Bağırsaq Sindromu (QBS)  üçün olan pəhriz tövsiyyəsi.
  • Xəstəliyin yüngül formalarında dietik lifli qidalar   faydalı ola bilər. 
  • Loperamid: müntəzəm qaydada yaxud ehtiyac olduqda, kifayət qədər yüksək dozada.

  Simptomatik preparatlar və müalicə yetərli olmazsa, digər preparatlar.

  • Xolestiramin bəzi xəstələrdə hətta, öd turşusu malabsorbsiyası olduqda belə, effektivdir.  : (½–1 paket gündə1–3 dəfə  )
    • Pasient  asimptomatik dövrdə preparatın kəsilməsinə cəhd edə bilər. 
    • Qeyd!  Xolestitramin digər dərmanların sorulmasına təsir edir.
  • Qıcıqlanmış Bağırsaq Sindromunun müalicəsində istifadə edilən dərmanlar sınana bilər. 5-ASA preparatları  (mesalazin), məsələn  400x2-3;1 600 mq gündə iki dəfə  və ya sulfasalazin 1-2 q peroral olaraq gündə 2 dəfə. Təqribən pasientlərin  50% -də  effektlidir. Preparatlar asimptomatik fazada dayandırıla bilər. 
  • Qlükokortikoidlər (mənfi təsirlərinin nəzərə alın.)
    • Budesonid SIR
      • Tədricən azalan dozalarda təyin olunur.
        • Məsələn, 9 mq  1–2 ay ərzində,  6 mq 1–2 ay ərzində, 3 mq 1–2 ay ərzində
      • Ən yaxşı sübuta yetirilmiş effektivlik, lakin, preparat kəsilən kimi simptomlar yenidən təzahür edir.
    • Budesonid MMS
      • Budesonid yoğun bağırsaqda ifraz olunur.
      •   Xoralı kolitlərdə istifadə edilir.
      • Mikroskopik kolit zamanı istifadəsinin sübutları azdır. 
    • Yuxarıdakı dərmanların  təsirsiz olduğu məlum olduqda, prednizolonla müalicə kursu.   
    •  Kortikosteroid preparatları istifadə edərkən qlükokortikoidlərin yan təsirləri nəzərə alınmalıdır. 
    • Xoralı kolitdə olduğu kimi 5-ASA preparatları 
      • Mesalazin yaxud  sulfasalazin
      •  Pasientlərin  təqribən, 50%-də kömək edəcəkdir.  
      • Asimptomatik fazada  preparatlar kəsilə bilər. 
  • Bəzən azatiopirin, metiotreksat vəTNF-alfa ingibitorları
    • Çox ağır simptomlar olduqda, ixtisaslaşmış yardım zamanı  qlükokortikoidlərin davamlı istifadəsinə ehtiyac!
  • Dərmanların sərfiyyatı ilə əlaqədar  milli qanunvericilik tətbiq edilir. 

Proqnozu  və müşahidə

  • Proqnozu yaxşıdır.
    • Spontan remissiyalar və bir neçə il simptomların olmaması mümkündür. 
  • Məsələn, bağırsaq xərçənginin riskini artırması məlum deyil.
    • Endoskopik müşahidiyəyə ehtiyac yoxdur.
  • Əgər simptomlar narahatlıq doğurarsa və pasientin təkrari budenosid müalicəsinə ehtiyacı olarsa, mütəxəssis tərəfindən müayinə və müalicə göstərişdir.

Müvafiq mənbələr 

 

Stewart MJ, Seow CH, Storr MA. Prednisolone and budesonide for short- and long-term treatment of microscopic colitis: systematic review and meta-analysis. Clin Gastroenterol Hepatol 2011;9(10):881-90. "?>