Göz qapağı yaraları, preseptal sellulit və orbital sellulit
EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
PaulaSummanen
Əsas məqamlar
- Göz yuvasına yayılmış bir infeksiya (orbital sellulit) xəstənin təcili olaraq xəstəxanaya göndərilməsini tələb edir.
- Həmçinin uşaqlarda üz sellulitinə də nəzər salın.
Tərif və etiologiya. Preseptal sellulit göz qapaqlarının ağır irinli infeksiyası və iltihabıdır (şəkil). Bu halda normal yara infeksiyasından fərqli olaraq, bütöv göz qapağı yoluxmuş olur. Bununla yanaşı orbital sellulitdən fərqli olaraq, proses göz yuvasına uzanmır ( (yəni preseptaldır) və beləliklə də həyati təhlükə daşımır. Bu, demək olar ki həmişə göz qapağının müalicə olunmamış yarasının infeksiyası nəticəsində (məs, spirtli içki alüdəçiləri belə hallara həssas olurlar) əmələ gəlir. Yara, xəstənin yıxılması və göz yuvası bölgəsinin yerə dəyməsi nəticəsində əmələ gəlir. Orbital sellulit göz yuvasının infeksiyasıdır (postseptal). Həm görmə qabiliyyətini, həm də həyata təhlükə yaradan ciddi bir vəziyyətdir. Etioloji faktorlara daxildir: paranazal sinusların infeksiyası (pansinusit), mastoidit, göz yuvasının travması, bəzən mənşəyi məlum olmayan yad cismlər, preseptal sellulit, hematogen disseminasiya (sepsis). "?>
Preseptal sellulit
- Preseptal sellulit göz qapaqlarının ağır irinli infeksiyası və iltihabıdır (şəkil).
- Normal yara infeksiyasından fərqli olaraq, göz qapağı bütövlükdə yoluxmuş olur. Bununla yanaşı orbital sellulitdən fərqli olaraq, proses göz yuvasına uzanmır ( (yəni preseptaldır) və beləliklə də həyati təhlükə daşımır.
- Bu, demək olar ki həmişə göz qapağının müalicə olunmamış yarasının infeksiyası nəticəsində (məs, spirtli içki alüdəçiləri belə hallara həssas olurlar) əmələ gəlir. Yara, xəstənin yıxılması və göz yuvası bölgəsinin yerə dəyməsi nəticəsində əmələ gəlir.
Diaqnostika
- İrinli və adətən göz qapağında yayılmış yara infeksiyası dərinin nəzərə çarpan nekrozu ilə nəticələnə bilir
- Differensial diaqnostika
- Xəstəlik ağrı, gözün irəliyə yerdəyişməsi və diplopiyaya səbəb olan orbital sellulitdən differensiasiya edilməlidir.
- Kəskin dakriosistit, gözün daxili küncündə yerləşən göz yaşı kisəsinin ətrafında şişkinlik və qızartıya və bəzən də temperatura səbəb olur.
Terapiya
- Vəziyyətin qiymətləndirilməsi, yaranın işlənilməsi və sistemli antibiotiklərin başlanması üçün xəstənin hospitalizasiyası.
- Əgər göz qapağı yarası preseptal sellulitə keçməyibsə, onun müalicəsi ilkin səhiyyə xidməti səviyyəsində aparıla bilər. İnfeksiyanın asanlıqla yayılmağa meyilli olduğunu nəzərə alaraq, sistemli (məs., venadaxili) antibiotik terapiyası başlanmalıdır.
- Sefalosporin qrupu antibiotiklərə üstünlük verilir (məs., sefaleksin); xloramfenikol məlhəmi və göz damcısı yerli terapiya qismində istifadə edilir. Yara gün ərzində üç dəfə yuyulmalıdır və o, yağlı və yüngül tənziflə örtülə bilər.
Orbital sellulit
- Orbital sellulit göz yuvasının infeksiyasıdır (postseptal).
- Həm görmə qabiliyyətini, həm də həyata təhlükə yaradan bir xəstəlik hesab olunur; uşaqlarda orbital sellulit 5% hallarda ölümlə nəticələnir.
- Etioloji faktorlara aşağıdakılar aid edilir
- paranazal (burunətrafı sinuslar) sinusda infeksiya (pansinusit)
- mastoidit
- göz yuvasının zədələnməsi, təsadüfən düşmüş naməlum yad cism
- preseptal sellulit
- hematogen disseminasiya və ya yayılma (sepsis).
Simptomlar və əlamətlər
- Göz qapağında, konyuktivitdə və orbitada (göz yuvasında) ödem və qızartı (eritema)
- Şiddətli ağrı, göz almasının önə doğru yerdəyişməsi (proptoz), gözün hərəkətliliyinin məhdudlaşması, diplopiya
- Diaqnoz yuxarıda qeyd edilmiş müayinə nəticələrinə əsasən qoyulur.
- İnfeksiya və ödem nəticəsində görmə sinirinin zədələnməsi xəstədə görmə qabiliyyətinin pozulmasına və görmənin sürətlə itməsinə səbəb ola bilir.
- İnfeksiya həmçinin intrakranial və ya kəllədaxilinə (dural venoz sinuslara) yayılıb MSS simptomlarına və ölümə səbəb ola bilər.
Terapiya
- Orbital sellulitə şübhə xəstənin təcili olaraq funksional görüntüləmə imkanlarına (KT, MRT) malik və göz və qulaq-burun-boğaz mütəxəssislərinin olduğu hospitala göndərilməsinə göstərişdir.
- Terapiya geniş spektrli venadaxili antibakterial preparatların, peroral qlükokortikoidlərin verilməsi və yaxından təqib prosesindən ibarətdir. Mümkün abseslər (məs., irinli pansinusit) açılmalı və drenaj olunmalıdır."?>