Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Leykositoz

Mündəricat

Leykositoz

EBM Klinik protokolları
23.07.2018 • Sonuncu dəyişiklik 01.06.2017
Eeva-RiittaSavolainen

Əsəs məqamlar

  • Leykositoza səbəb olan kəskin infeksiyanın diaqnozunu dərhal qoyun və vaxt itirmədən müalicəyə başlayın.
  • Leykositozun olmamağı, kəskin infeksiyanı və ya bədxassəli hematoloji xəstəliyi inkar etmir.
  • Əgər leykositozun səbəbi aşkar edilməyibsə, zəruri olan digər müayinələri də təyin edin.

Başlanğıc nöqtələr

  • Leykositoz qanda ağ qan hüceyrələrinin ümumi miqdarının artması ilə xarakterizə olunur. Buna bir və ya daha çox leykosit növlərinin mütləq və ya nisbi saylarının artması səbəb ola bilər.
    • Neytrofiliya
    • Limfositoz
    • Monositoz
    • Eozinofiliya
    • Bazofiliya
  •  Leykositoza bunlar səbəb ola bilər
    • infeksiyalar və iltihablar
    • dərman preparatları (məsələn, glükokortikoidlər)
    • fiziki və ya emosional gərginlik
    • bədxassəli hematoloji xəstəliklər.

Referent göstəricilər

  • Cədvələ bax
Referent göstəricilər (orta ± 2 SD və ya 95%): ağ qan hüceyrə parametrləri üçün
Xəstələr Leykositlər (× 109/l) Fərqlər (%) Mütləq say (× 109/l)
Leykosit miqdarı hamiləlik, fiziki aktivlik, psixoloji stres, yemək və tütünçəkmə vaxtı yüksələ bilər. Leykosit miqdarı səhərlər günortaya nisbətən aşağı olur. Referent göstəricilərdə laboratoriyadan asılı olaraq cüzi fərqlər müşahidə edilə bilər.
Böyüklər 3.4 –8.2    
Neytrofillər   35–72 1.6–6.3
Limfositlər   18–52 1.2–3.5
Monositlər   4–12 0.2–0.8
Eosinofillər   1–6 0.01–0.40
Bazofillər   0–1 0.00–0.09
Uşaqlar      
Yenidoğulmuşlar 9.0–38.0    
1–2 həftə 5.0–21.0    
3–4 həftə 5.0–19.5    
1 ay–1 yaş 6.0–17.5    
2–6 yaş 5.0–14.0    
7–12 y 4.5–13.5    
> 12 y 4.5–13.0    

Yanaşma

  • Əgər klinik mənzərə leykositozun yaranma səbəbini və dərəcəsini tam şəkildə üzə çıxarda bilirsə, əlavə müayinələrə ehtiyac görülmür.
  • Əgər leykositozun dəqiq səbəbi bilinmirsə, leykositlərin nisbi miqdarı hesablanır.

Neytrofiliya

  • Leykositozun ən çox rast gəlinən forması.
  • Kəskin və xroniki bakterial infeksiya neytrofiliyanın praktikada ən çox rast gəlinən səbəblərindən sayılır. Yetişməmiş qranulositlər (bandemiya; sola meyillilik) və hiperseqmentasiyalı nüvəli neytrofillərin əmələ gəlməsi kəskin faza üçün xarakterikdir.
  • neytrofiliyanın digər səbəblərinə aiddir:
    • kəskin qanaxma
    • travmalar, cərrahi əməliyyatlar
    • miokard infarktı
    • kəskin və ya xroniki infarkt (məsələn, podaqra, revmatoidli artritlər)
    • dərman preparatları (məsələn, qlükokortikoidlər), zəhərlənmələr
    • metabolik və endokrinoloji xəstəliklər (böyrək çatışmazlığı, diabetik ketoasidoz)
    • myeloproliferativ xəstəliklər
    • ağır fiziki iş "?>
    • tütünçəkmə.

Eozinofiliya

  • Tez-tez müşahidə edilir
  • Mövzuya dair ayrıca məqaləyə baxın.

Limfositoz

  • Tez-tez müşahidə edilir
  • Limfositoz adətən virus infeksiyaları ilə yanaşı müşahidə edilir (bu, məsələn, mononukleozda özünü aydın şəkildə biruzə verir).
  • Aydın limfositoz, xroniki limfositoz leykemiyada müşahidə edilir.

Monositoz

  • Daha az hallarda müşahidə edilir
  • Monositoz, xroniki infeksiyalar (məsələn, vərəm), xroniki iltihab xəstəlikləri (məsələn, revmatoidli artritlər) və bədxassəli hematoloji xəstəliklərlə yanaşı müşahidə edilə bilər.

Bazofiliya

  • Az hallarda müşahidə edilir
  • Bazofiliya əsasən xronik myeloid leykemiya (XML) ilə yanaşı müşahidə edilir.

Digər müayinələr

  • Leykositozun etiologiyasının bilinməməsi hallarında sümük iliyi müayinəsi vacibdir. Xüsusən də, ağ qan hüceyrələrinin nisbi miqdarı və yaxud da klinik mənzərə bədxassəli hematoloji xəstəliyə şübhə yaradırsa. 
  • Leykemoid reaksiya ümumən leykositoz və sola meyilliliyin ciddi dərəcədə olduğu hallarda istifadə edilir. Genetik müayinə ilə leykemoid reaksiyanı xroniki myeloid leykemiyadan differensiasiya etmək tələb olunur.
  • Əgər simptomlar və müayinə nəticələri elə də ciddi deyilsə, leykositlərin sayı təkrar olaraq 1-2 həftədən sonra yenidən yoxlana bilər. İnfeksiya ilə yanaşı gedən leykositoz düzgün terapiya ilə müalicə oluna biləndir. Müalicə lüykositozun səbəbinə uyğun təyin edilir.

 

 Müvafiq resurslar

 

  • Digər internet mənbələri