Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Penile fracture

Mündəricat

Penile fracture

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
TimoLaurila

Əsas müddəalar

  • Kişi cinsiyyət üzvünün sınığı, corpus cavernosumu örtən tunica albuginea tamlığının pozulması (yırtılması) zamanı yaranmış vəziyyətdir.
  • Belə bir zədənin ən çox yayılmış səbəbləri, cinsi əlaqə zamanı və ya digər travmalar zamanı penisin burulmasıdır.
  • Qadın cinsi əlaqə zamanı üst vəziyyətiə olduqda ən yüksək risk yaranır.
  • Əsas simptomlara ereksiyanın itirilməsi, ağrı və penisin şişməsi və göyərməsi daxildir.
  • Yaralanmanın utanc verici xüsusiyyəti səbəbindən əksər hallarda xəstələr müalicə üçün gec müraciət edirlər.
  • Tunica albuginea-nın yırtığı ən qısa müddətdə cərrahi yolla aradan götürülməlidir.
  • Əksər hallarda penisin yerli ağrı və ya göyərmə ilə gedən, ancaq normal pozisiyası dəyişməmiş və ereksiya qabiliyyəti saxlanılmış olan kiçik həcmli travmalar müşahidə edilir.

Zədənin mexanimi

  • Tunica albuginea, erektil toxumanın (corpora cavernosa) hər iki silindrini əhatə edən birləşdirici toxumadan ibarət sərt, elastik örtüklərini yaradır.
  • Ereksiya etmiş penisin bürulması tunica albuginea-nın yırtılmasına səbəb ola bilər.
  • Yırtılma adətən birtərəflidir və transvers (eninə) olur və penisin əsasında yerləşir.
  • Tunica albuginea yırtığı bəzi hallarda uretra və ətrafdakı corpus spongiosum-un zədələnməsi ilə birlikdə ola bilər.
  • Belə bir zədənin ən çox yayılmış səbəbi, cinsi əlaqə zamanı penisin bürulması, yaxud vaginal dəliyə daxil ola bilməməsi olur.
  • Nadir səbəblərə güclü mastürbasya, çarpayıda ehtiyatızlıqla dönmək və penisin buraraq qəsdən detumessensiya (şəhvət hissini aradan qaldırmaq üçün) etmə daxildir.
    • Lakin, qeyd etmək lazımdır ki, bəzi Yaxın Şərq ölkələrində qeyd olunan təcrübə ("taghaandan") bütün penis sınıqlarının yarısından çoxuna səbəb olur.
  • Ereksiya olmadıqda penis sınıqları çox nadirdir (3% hallarda).

Simptomlar və tapıntılar

  • Tunica albuginea-nın yırtılması zamanı əksər hallarda şıqqıltı səsi eşidilir.
  • Bunun ardınca dərhal detumessensiya, şiddətli ağrı və penisin əhəmiyyətli dərəcədə şişməsi və qanaması müşahidə edilir.
  • Əksər hallarda penisin qırılmış tərəfdən əks tərəfə sapması müşahidə edilir.
  • Bu zaman əmələ gəlmiş  yırtığı əksər hallarda palpasiya ilə tapmaq mümkün olmasa da, yırtığın üstündə əmələ gələn hematoma palpasiya edilə bilər.
  • Hematuriya və sidik çıxarmaqda çətinlik uretranın zədələnməsindən xəbər verə bilər. Belə hallarda qasıqüstü kateterin qoyulması (Cystofix®) ilk yardım kimi qəbul edilməlidir.

Əlavə müayinələr

  • Tipik olan anamnez və klinik tapıntı diaqnoz qoymaq üçün kifayətdir.
  • Əməliyyatdan əvvəl yırtığı daha dəqiq tapmaq üçün penisdə (Doppler) ultrasəs müayinəsin edilə bilər.
  • Müəyyən hallarda kontrast madəsindən və ya MRİ-dən istifadə edilərək müayinə aparılması nəzərdən keçirilə bilər.
  • Penisin qırılmasına dair kifayət qədər dəlil varsa, əlavə müayinələr cərrahi müalicəni təxirə salmamalıdır.

Müalicəsi

  • Yırtığın erkən cərrahi yolla bərpası ən yaxşı nəticələr verəcəkdir.
  • Yırtıq əməliyyat zamanı lokalizasiya edilir və sorulan saplardan tikişlər qoyulur.
  • Əksər hallarda dəri dairəvi  olaraq kəsilir.
  • Uğurlu cərrahi bərpadan sonra xəstələrin əksəriyyəti normal cinsi münasibət qura bilirlər.