Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Uşaqlarda iltihablı bağırsaq xəstəlikləri

Mündəricat

Uşaqlarda iltihablı bağırsaq xəstəlikləri

EBM Klinik protokolları
01.12.2016 • Sonuncu dəyişiklik 01.12.2016
Kaija-LeenaKolho

Uşaqlarda İltihablı bağırsaq xəstəlikləri

Əsas müddəalar

  • Uşaqlarda və yeniyetmələrdə iltihablı bağırsaq xəstəliklərinin(IBD; xoralı kolit və Kron xəstəliyi) aşkarlanması halları sürətlə artmaqdadır.
  • Əksər ölkələrdə Kron xəstəliyi(CD) xoralı kolitdən(UC) daha geniş yayılmışdır
  • Diaqnoz və müalicənin idarəçiliyindən səhiyyə mütəxəssisi cavabdehdir; ilkin tibbi-sanitar yardımın vəzifəsi IBD riskinə qarşı gözüaçıq olmaqdır.
  • Kron xəstəliyi hətta nəzərəçarpan bağırsaq xəstəlikləri özünü aşkar büruzə verməmişdən qabaq böyümə çatışmazlığı və gecikmiş cinsi yetkinliklə əlaqələndirilə bilər.
  • Xəstəlik istənilən yaş dövründə inkişaf edə bilər. Uşaqlardakı IBD adətən cinsi yetişkənliyin başlanğıc mərhələsində ortaya çıxır.

Epidemiologiya

  • Hal-hazırda uşaq və yeniyetmələrdə İltihablı bağırsaq xəstəlikləri 15/100 000 nisbətində olsa da, rəqəmlər artmaqda davam edir.

Kliniki Təqdimat

  • Kron xəstəliyi uşaqlarda adətən bağırsağın kolon adlanan hissəsində başlayır və simptomları Xoralı kolitə bənzəyir(aşağıya nəzər salın).
  • Başlanğıcda simptomları müşahidə etmək çox vaxt çətin olur.
  • Xoralı kolit yetkin insanlarla müqayisədə uşaqlar və yeniyetmələrdə daha ekstensiv və şiddətli olur ki, əksər hallarda bütün kolon xəstəliyə məruz qalır.
  • CD 10-15% halda perianal abses və ya fistulada meydana çıxır.
  • Ən sıx rastlanan əlamətlər
    • İshal
    • Nəcis ifrazının sıxlaşması, xüsusən səhərlər
    • Nəcisdə aralıqlarla qanın olması
    • Gecə nəcis ifraz etmələri
    • Bundan əlavə, Xoralı kolit zamanı mədə ağrısı, çəkinin itirilməsi, o cümlədən, ağızda təkrarlanan xoralar və ya aralıqlı titrətmələr müşahidə olunur.
    • Bəzi xəstələrdə fasilələrlə oynaq ağrısı şikayətləri də olur.

Kliniki nəticələr

  • Bağırsaq səslərinin və əllə toxunduqda mədədə xəfif süzülmənin artması
  • Rəngin ağarması (bir çox hallarda)
  • CD zamanı: bəzən perianal dəri suluqları
  • CD zamanı: bəzən ağız xoraları, ağız selikli qişasının çaylaq daşı rənginə çalması və ya dodaqların və diş ətinin qızarması.
  • CD zamanı çəkinin itirilməsi, böyümə sürətinin azalması və ya cinsi yetkinliyin ləngiməsi adi haldır.

Diaqnoz və Tədqiqat

  • Aşkar əlamətləri ilə birgə İltihablı bağırsaq xəstəliklərindən şübhələnilirsə, endoskopik yoxlanışların həyata keçirilməsi məsləhət görlür.
  • Nəcisin kalprotektin yolla diqnostikası simptomların qabarıq olmayıb, dərəcələrin proksimal kiçik bağırsağın Kron xəstəliyində və proktitdə aşağı ola biləcəyi hallarda skrininq müayinə kimi istifadə oluna bilər.
  • Əgər başlıca əlamət ishaldırsa, nəcis testi ilkin tibbi yardım zamanı edilməlidir. Viruslu nəcis testi nadir hallarda məsəhət görülür.
  • Əksər xəsətlərdə ESR səviyyəsi xəfif qalxmış olur və qan analizi mikrositik anemiya göstərir, amma dəyərlər tamamilə normal ola bilər.
  • Hipoalbuminemiya adətən ağır müşahidə olunur.
  • Uşaq və yeniyetmələrdə endoskopik müayinələr ümumi anesteziya altında aparılır. İleokolonoskopiyadan əlavə Kron xəstəliyi və xoralı kolit arasında müqayisəli diaqnostika aparmaq üçün hər zaman yuxarı mədə-bağırsaq endoskopiyası da məsləhət görülür.
  • Əgər inkişafdan qalma aşkardırsa, kiçik bağırsaq kapsulu endoskopiyası, yaxud maqnetik rezonans görüntüləmə endoskopik müayinələrdən dərhal sonra tətbiq olunmalıdır.

Differensial diaqnostika

  • Mədə ağrısının ən sıx rastlanan səbəbi qəbizlik və nəcisin üzərində çox vaxt düz bağırsağın distal şöbəsindən gələn az miqdarda qanın olmasıdır.
  • Babasil uşaq və yeniyetmələrdə nadir rastlanan haldır.
  • Nəcisdə görülən vaxtaşırı az miqdarda qan endoskopik müayinə zamanı götürülmüş yetkinlik yaşına çatmamış polipin nəticəsi ola bilər.

Müalicə

  • Müalicənin aparılması yetişkinlərdə iltihablı bağırsaq xəstəliklərinin müalicəsinə əsaslanır (Kron xəstəliyi və Xoralı kolit məqalələrinə baxın). Müalicənin aparılması üçün pediatrik mədə-bağırsaq üzrə mütəxəssisin dəstəyinə ehtiyac duylur.
  • Dəmir defisitli anemiyanın müalicəsi ilkin tibbi yardım zamanı həyata keçirilə bilər (dəmirin maksimum dozası 100mq/gün hesab olunur, çünki xəstələr nadir hallarda daha böyük dozalara tab gətirə bilirlər),
  • Uşaqlıq dövründə baş verən İBD yetkinlik dövründəki xəstəliklə müqayisədə daha sıx kortikosteroidlərə ehtiyac duyur – xəstəlik adətən lokal müalicələrə reaksiya vermək üçün çox ekstensiv olur.
  • Kron xəstəliyi zamanı təcrid olunmuş sidik kanalının tıxanmasının qarşısını almaq üçün edilən cərrahiyyə əməliyyatı inkişafdan qalmanı effektiv şəkildə aradan qaldıra bilər.
  • Ağır Kron xəstəliyi xarici enteral qidalanma ilə müalicə oluna bilər.
  • Kolektomiya xəstəliyin birinci ilində yetkin xəstələrin dərman müalicəsinə normal reaksiya verməməsi səbəbilə uşaq və yeniyetmələrdə daha sıxlıqla tövsiyə edilir.
  • Ağır xəstəliyin müalicəsi, o cümlədən, gənc xəstələrə cərrahi müdaxilə universitet xəstəxanalarında prioritet olmalıdır.