Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Kontakt linza istifadəçilərində rast gəlinən göz problemləri

Mündəricat

Kontakt linza istifadəçilərində rast gəlinən göz problemləri

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
OsmoKari

Giriş

  • Xəstə uzun müddət göz simptomlarından əziyyət çəkdikdə oftalmoloqun müayinəsinə ehtiyac duyulur.
  • Keratitə şübhə olduğu hallarda xəstə təcili olaraq oftalmoloqa göndərilməlidir.
  • Kontakt linzalar gözün qıcıqlanmasına səbəb ola biləcək hallarda taxılmamalıdır (məs., allergiyalı göz simptomları, adi soyuqdəymə, quru göz, nəmli və ya çox quru hava, natəmiz suda çimdikdə).
  • Kontakt linzanın katarakt  və ya buynuz qişanın refraktiv cərrahi əməliyyatlarından (məs, PRK və ya LASİK-lə) sonra istifadə edilməsi üçün oftalmoloqun rəyinə və mütəmadi nəzarətinə ehtiyac duyulur.
  • Keratokonus xəstəliyi zamanı xəstələrin bir çoxunda atopiya olduğundan kontakt linzadan istifadə etmək müəyyən çətinliklər yarada bilər.
  • Buynuz qişanın ciddi anormallığının korreksiyası məqsədiylə və ya travmadan sonra skleral kontakt linzadan istifadəyə dair qərarın verilməsi müvafiq təcrübəli mütəxəssisin təqibini təmin edən tibbi müəssisələrində həyata keçirilməlidir.
  • İstər birdəfəlik, istərsə də digər növ linzalardan istifadə etdikdə yerləşdirmə tezliyinə və dezinfeksiya tədbirlərinə dair təlimatlara diqqət yetirməklə gigiyena qaydalarına hər zaman əməl edilməlidir.
  • Kontakt linzalar buynuz qişanın kəsilməsi əməliyyatından sonra istifadə edilməməlidir (məs., LASİK-lə)."?>
  • Kontakt linzaların taxılması zamanı istifadə edilən göz damcıları qoruyucu (qatqı, konservantlar) maddələrə malik olmamalıdır.
  • Ümumi praktika həkimləri (ailə həkimləri, sahə terapevtləri) kontakt linza istifadəçilərinə qlükokortikoid tərkibli göz damcıları təyin etməməlidir.

Kontakt linzadan istifadənin prinsipləri

  • Qoruyucu maddədən azad natrium-kromoqlikat tərkibli damcılar və ya gözləri nəmləndirmək məqsədiylə istifadə olunan qarışıqlar və bəzən də antibakterial göz damcıları istisna olmaqla, kontakt linzalar gözdə olarkən göz damcılarından istifadə edilməməlidir.
  • Bir çox göz preparatları  və onların tərkibində olan qoruyucu maddələr (məs., benzalkonium xlorid) linzalar tərəfindən absorbsiya olunurlar və bu da öz növbəsində toksiki və ya allergik reaksiyalara səbəb ola bilir.
  • Çiçək tozuna allergiyası olan istifadəçilər göz simptomlarına malik olduqda kontakt linzadan istifadə etməməlidirlər.
  • Kontakt linzadan həmçinin gözün digər allergik təzahürləri zamanı da istifadə edilməməlidir.
  • Quru gözlər yüngül gedişli hallarda kontakt linzaların istifadəsi üçün nisbi əks göstəriş hesab olunur; ağır hallarda quru gözlər mütləq əks göstəriş hesab olunur.
  • Kontakt linzalar, xüsusilə quru və ya isti havalarda və yaxud da çox nəmli mühitdə istifadə olunmamalıdır. İntensiv kompyuter işi də həmçinin nisbi əks göstəriş hesab olunur.
  • Natəmiz suda üzdükdə və ya suya daldıqda (məs., hovuzda) kontakt linzalardan istifadə edilməməlidir (bir dəfəlik linzalardan istifadə edilirsə, onlar üzdükdən dərhal sonra çıxarılmalı və yenisiylə əvəz edilməlidir).
  • Öskürək və soyuqdəymə zamanı kontakt linzalardan istifadə edilməməlidir.
  • Bütün kontakt linza istifadəçiləri mütəmadi olaraq oftalmoloqun qəbulunda olmalıdırlar; cavan (<20 yaş) pasiyentlər və ya il ərzində bir və ya iki dəfə allergiya keçirən pasientlər, digər simptomlara malik atopik pasientlər, həmçinin keratokonuslu atopik pasientlər ildə bir dəfə və ya ehtiyac olduqda bir dəfədən daha çox oftalmoloqun qəbuluna olmalıdır.
  • Davamlı istifadə olunan kontakt linzaların istifadəsinə müntəzəm oftalmoloji nəzarət təmin edilməlidir.
  • Gündəlik istifadə olunan kontakt linzalar (dəyişmə intervalı 1-3 ay) həftə ərzində 5-6 gün taxılır. Kontakt linzaların davamlı istifadəsi zamanı onları gün ərzində yalnız məhdud zaman daxilində istifadə etdikdə təhlükəsiz sayılırlar  və  onlar bir ay intervalı ilə dəyişdirilməlidirlər. Əgər linzalar mütəmadi olaraq uzun müddət ərzində taxılarsa pasient oftalmoloqun nəzarəti altında olmalıdır.
  • Xüsusi hallar istisna olmaqla refraktiv cərrahi əməliyyatdan sonra kontakt linzalardan istifadə etmək məsləhət görülmür və bu hal, oftalmoloqun davamlı nəzarətini tələb edir.
  • Buynuz qişanın əsaslı anormallıqlarının, buynuz qişanın xoralarının və ya digər xəstəlik və yaxud travmaların müalicəsində xüsusi kontakt linzaların istifadəsi müvafiq təcrübəyə malik həkim və ya bu tip müalicə sahəsində xəstələrin müayinəsini və ixtisaslaşmış təqibini təmin edən tibbi müəssisələrində aparılmalıdır.
  • Müvafiq əl gigiyenasına və kontakt linzaların təmizlənməsinə əməl edilməlidir.

Gözün müayinəsi və müalicəsi

  • Linzalar çıxarılmalı və simptomlar davam etdiyi təqdirdə onlardan istifadə edilməməlidir.
  • Mavi işıq və flüoressent boyadan istifadə edərək gözü böyüdücü şüşə ilə müayinə edin. Buynuz qişada hər hansı bir anomaliya təyin edildikdə (buynuz qişada flüoressent-absorbsiyalı sahə) oftalmoloqun konsultasiyasına ehtiyac duyulur.
  • Göz qapağının tərsinə çevrilməsinə mütləq əməl edilməli və kontakt linzadan istifadə etdikdən sonrakı və əvvəlki vəziyyət hər müayinə zamanı nəzərdən keçirilməlidir.
  • Əgər xəstədə aşkar konyuktivit qeydə alınırsa (şəkil) antibakterial damcı və ya məlhəm və yaxud da hər ikisi eyni zamanda təyin edilməlidir. Müalicədən öncə antibiotikə qarşı həssaslıq testini həyata keçirmək məqsədiylə konyuktivadan bakterial əkilmə üçün nümunənin götürülməsi məsləhət görülür.  Kontakt linza həlledicisindən və linzanın özündən də bakterial əkilmə üçün nümunə götürülməlidir.
  • Oftalmoloq lazer və ya digər cərrahi prosedurlardan sonra refraktiv xətalara görə və həmçinin buynuz qişanın digər cərrahi  prosedurlarından (pteriqumun kənarlaşdırılması, buynuz qişanın transplantasiyası) və travmadan sonra hər zaman kontakt linzaların uyğunluğunu yoxlamalıdır.
  • Əgər simptomlar və görmə itiliyi bir neçə gündən sonra düzəlmirsə, flüoressent boya ilə müayinə təkrar edilməli və oftalmoloqa müraciət olunmalıdır (irit, keratit, qlaukomanın kəskin prosesləri inkar edilməlidir).
  • Gözdə xroniki iltihab və ya digər simptomlar davamlı olaraq müşahidə edildikdə oftalmoloqun müayinəsinə hər zaman ehtiyac duyulur. Bununla əlaqədar olaraq, bakterioloji nümunənin və konyuktivadan fırça biopsiyasının götürülməsi (həm aşağı, həm də yuxarı göz qapağı) məsləhət görülür.
  • Gözün ağrılı və ifrazatlı olması və görmə itiliyinin pozulması hallarında pasiyenti dərhal oftalmoloji mərkəzə göndərin.
  • İlkin səhiyyə xidməti səviyyəsində iltihablı gözün müalicə edilməsi məqsədilə kontakt linza istifadəçilərinə qlükokortikoid damcıları təyin olunmamalıdır.
  • Kontakt linza istifadəçilərinin gözlərindəki qalıcı problemlər (kiçik problem olsa belə) oftalmoloqun müayinəsi üçün göstəriş hesab edilir.
  • Allergik konyuktivitlər əksər hallarda kontakt linzaların çıxarılmasından sonra da davam edə bilən qaşıntı və göz quruluğu ilə yanaşı gedə bilər. Gözün qaşınması və ağrılı olması halında kontakt linzalardan istifadə edilməməlidir.
    • İl ərzində davam edən ağır allergiya halları (məs., atopik blefarokonyuktivit) kontakt linzadan istifadəyə əks göstəriş hesab edilir.
    • Tərkibində qlükokortikoid və ya qoruyucu maddələr olmayan müxtəlif göz damcılarından allergik konyuktivitlərin müalicəsində istifadə edilə bilər.
      • Mastosit hüceyrə stabilizatorları (məs., qoruyucu maddələrdən azad natrium kromoqlikat) da həmçinin kontakt linzaların taxılması zamanı istifadə edilə bilər. Lodoksamin alternativ vasitə kimi istifadə edilə bilər; lodoksamin kontakt linza ilə eyni zamanda istifadə edilməməlidir.
      • Antihistamin damcıları (məs., olopatadin, emedastin, ketotifen) təhlükəsiz və qısa müddətli istifadə üçün uyğundur, lakin onlar kontakt linza ilə birlikdə istifadə edilməməlidir, çünki gözdə quruluq əmələ gətirirlər. Onların effektiv olmaması, allergik konyuktivitin düzgün diaqnoz olmamasına dəlalət edir.
  • Qırmızı gözün müalicəsində vazokonstriktor (damar daraldıcı) təsirə malik damcılardan istifadə edilməməlidir.
  • Əgər kontakt linza ilə birlikdə nəmləndirici və ya digər damcılardan istifadə etmək lazım gələrsə, o halda tərkibində qoruyucu maddələr olmayan damcılardan istifadə edilməlidir.

Kontakt linzanın əvəzlənməsi və məhlulu

  • Kontakt linzalar təlimatda göstərildiyi kimi əvəzlənməli və ya dəyişdirilməlidir. Konteynerlər ən azı 6 aydan bir dəyişdirilməlidir.
  • Oksigen-keçirən sərt kontakt linzalar 2 il intervalı ilə dəyişdirilməlidir.
  • Allergiyalı və ya digər səbəbdən həssas gözə sahib xəstələrin bir-günlük və ya qısa-müddətli (bir ay) linzalardan istifadə etmələri məqsədəuyğundur.
  • Keratokonuslu allergiyalı xəstələr (keratokonus əksər hallarda atopiya ilə yanaşı müşahidə olunur) oftalmoloqun nəzarəti altında oksigen keçirən sərt kontakt linzalardan istifadə edə bilər.
  • Hidrogen peroksid (H2O2əsaslı həlledicilərdən dezinfeksiya məqsədilə istifadə edilir.
  • Hidrogen peroksidin həlledicidə yetərli qədər neytrallaşdırılmaması səbəbindən kontakt linza məhlulu toksiki reaksiyaya səbəb ola bilər.
  • Kontakt linza məhlulu, eləcə də zülal-absorbsiyaedici həblər allergik reaksiyalara səbəb ola bilərlər.
  • Kontakt linzalar hidrogen peroksidlə dezinfeksiya edildikdən sonra konteynerdə bir müddət saxlanılarsa, gözə yerləşdirilməmişdən öncə onları yaxşıca yaxalamaq lazımdır.

Chalmers RL, Hickson-Curran SB, Keay L et al. Rates of adverse events with hydrogel and silicone hydrogel daily disposable lenses in a large postmarket surveillance registry: the TEMPO Registry. Invest Ophthalmol Vis Sci 2015;56(1):654-63. Chalmers RL, Wagner H, Mitchell GL et al. Age and other risk factors for corneal infiltrative and inflammatory events in young soft contact lens wearers from the Contact Lens Assessment in Youth (CLAY) study. Invest Ophthalmol Vis Sci 2011;52(9):6690-6.