EBM Təlimatları, klinik müayinə və onun nəticələrini, tətbiq edilən üsulları və ultrasəs müayinələri əks etdirən qısa video görüntülərini özündə ehtiva edir.
EBM Təlimatlarındakı hər bir video, əslində, yerinə yetirilmiş prosedurların qısa bir hesabatıdır. Xəstəlik tarixçəsi və əksər hallarda, aparılmış müayinələr də video formatında təqdim olunur. Bütün video görüntülər, ilkin yardım və ambulator yardım almış real xəstələri təqdim edir. Müayinələrin və prosedurların yerinə yetirilmə üsullarını, həmçinin müəlliflərin apardıqları praktiki təcrübələri özündə əks etdirən yazılı açıqlamaları nümayiş etdirmək üçün digər, daha münasib yollar və üsullardan da istifadə etmək mümkündür. Bununla yanaşı, istifadə edilən avadanlıq da fərqli ola bilər.
Video görüntülər, prodesurların addım addım necə həyata keçirildiyinin izah edildiyi ən uğurlu yoldur. Bütün adiyyatı prosedurlar, yaxşı təchiz olunmuş ilkin yardım şöbələrində və dövlət xəstəxanalarında icra edilə bilər. Onların bəzilərinin yerinə yetirilməsi, xüsusi növ təlim və bacarıq tələb edir, lakin bir çox prosedurlar, video görüntülərini izlədikdən sonra güvənli bir şəkildə həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, bütün rutin (gündəlik) mərhələlər, hər zaman göstərilməyə bilər. Məsələn, dərinin təmizlənilməsi.
Ultrasəs müayinəsi, video görüntülərdə hətta bir çox klinisistlərin prosedurları, ultrasəs müayinəsiz həyata keçirtdiyi hallarda belə, əksər prosedurlardan öncə nümayiş etdirilir. Ultrasəs müayinəsinin tətbiqinin praktikada mümkün olduğu hallarda, xəstə təhlükəsizliyinin və diaqnostik dəqiqliyin artırılması baxımından, terapevtlər və digər qeyri-radioloqlar tərəfindən də istifadə edilməsi, tövsiyə edilir.
Əgər internet əlaqəsi zəifdirsə, videonun yüklənməsi müəyyən bir vaxt ala bilər və yüklənmənin tamamlanmasını gözləyərkən video, bir anlıq dayana bilər. Bu hallarda videonu, yüklənmə bitdikdən sonra yenidən təkrarlayın. Əgər kompyuterinizdə “flashplayer” (videoya baxmaq üçün vacibdir) quraşdırılmayıbsa, video formatının aşağı hissəsindəki linkə basmaqla, onu kompyuterinizə yükləyə bilərsiniz.