Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Subkonyuktival qanaxma (hiposfaqma)

Mündəricat

Subkonyuktival qanaxma (hiposfaqma)

EBM Klinik protokolları
10.10.2016 • Sonuncu dəyişiklik 24.01.2011
Editors

Əsaslar

  • Artmış qan təzyiqi (ölçməyi unutmayın!) və ya digər altda yatan müalicə edilə bilən səbəblər hiposfaqmanın səbəbi ola bilər.

Etiologiya

  • Hiposfaqma adətən spontan olaraq inkişaf edir.
  • Artmış qan təzyiqi, antikoaqulyant terapiya, konyuktivit, okulyar travma, revmatik və ya birləşdirici toxuma xəstəliyi və ya epidemik nefropatiya mümkün altda yatan vəziyyət hesab edilə bilər.

Simptomlar və tapıntılar

  • Xəstə adətən tam simptomsuz olur və hiposfaqmanın aşkarlanması bir təsadüf nəticəsində baş verir. Bəzən gözdə sərtlik və ya qabalıq hiss edilə bilər.
  • Hiposfaqmanın ölçüsü dəyişə bilər, lakin yayılmış və başdan-başa əlvan qırmızı rəngdə olması səciyyəvi xarakteri hesab edilir (şəkillər). Bəzən qanaxma bölgəsi yalnız dar və oraq şəklində olur.

Müalicə

  • Dərman maddələri kömək etmir. Xəstəyə konyuktival rəngin normallaşmasının adətən 1-2 həftə çəkə biləcəyi haqqında məlumat verilə bilər.
  • Altda yatan səbəbin diaqnozunu qoyun və onu müalicə edin.