Dırnaqaltı hematoma
EBM Klinik protokolları
04.12.2015 • Sonuncu dəyişiklik 04.12.2015
Editors
Əsaslar
- Travma mənşəli dırnaqaltı hematoma çox zaman dırnaq yatağına təzyiq göstərir və ağrıya səbəb olur.
- Hətta zədələnmədən bir neçə gün sonra da hematomanı drenaj etmək dəyərlidir.
Drenaj texnikası
- Barmağı bərk tutaraq stol üzərinə sıxın. Əgər müdaxilə lazımi texnika ilə həyata keçirilərsə anesteziya lazım deyil.
- Bir metal sancağın ucunu (məsələn, açılmış vəziyyətdə kağız klipi) qızarana qədər qızdırın və qanın çıxa bilməsi üçün "əritməklə" dəlik açılanadək dırnağa sıxın. Qalın bir dırnağı perforasiya edənədək 2-3 dəfə sancağı təkrar qızdırmaq sizə lazım ola bilər.
- Alternativ olaraq birdəfəlik istifadə üçün olan skalpelin (ülgüc №10 və ya №15) ucu ilə dəlik yaradıla bilər. Bu metod sürətli və ağrısızdır, lakin skalpelin kənara sürüşməməsi üçün xüsusi diqqət tələb edilir.
- Əgər dırnaq lövhəsi boşalmayıbsa, ilişmirsə, pasiyenti bezdirmirsə onun kənarlaşdırılmasına ehtiyac yoxdur. Belə olan halda dırnaq lövhəsi sinir blokadası anesteziyası altında və ya hətta anestesiyasız xaric edilir.