Astma: simptomlar və diaqnoz
EBM Klinik protokolları
21.03.2017 • Sonuncu dəyişiklik 21.03.2017
PaulaKauppi
Əsaslar
- Astma tənəffüs yollarının bir iltihabi xəstəliyidir.
- Astmanın adəti simptomlarına təngnəfəslik, fışıltılı xırıltı və uzanmış öskürək aiddir. Bu simptomların arxasında duran səbəb bronxial ilthabla bağlı olaraq bronxlarda yaranan spazmdır. (spontan yaranan və ya müalicə ilə bağlı)
- İltihab bir çox qıcıqlandırıcılara qarşı tənəffüs yollarının həssaslığını artırır.
- Ağciyərlərin auskultasiyası, spirometriya, bronxodilatasiya sınağı, pik nəfəsvermə axını və ya pik nəfəsvermə sürəti (PNVS) monitorinqi və döş qəfəsinin rentgenoqrafiyası təməl müayinələrdir. Qeyri-müəyyən hallarda və ya xəstəliyin daha dəqiq araşdırılması məqsədi ilə digər müayinələr aparıla bilər.
Epidemiologiya
- Astma populyasiyanın təxminən 6-9%-nə təsir göstərir. (Əhalinin təxminən 6-9%-i astmadan əziyyət çəkir.)
- Astma uşaqlar, yaşı 40 və ya daha yuxarı olan şəxslər arasında xüsusilə çox rast gəlinir.
Simptomlar
- Astmanın simptomları hətta bir nəfər pasiyentdə çox zaman aydan-aya fərqlənir.
- Təngnəfəslik
- Erkən səhər saatlarında
- Fiziki çalışmadan sonra (xüsusilə, soyuq havada)
- Yuxarı tənəffüs yollarının infeksiyası ilə əlaqəli
- Tozcuqlar və ya heyvan kəpəyi kimi allergenlərə məruz qalmaq ilə əlaqəli
- Fışıltılı xırıltı
- Təngnəfəsliklə eyni zamanda
- Uzanmış öskürək
- Erkən səhər saatlarında
- Qıcıqlandırıcı faktorlarla əlaqəli
- Davamlı öskürəyi olan pasiyentlərin təxminən ücdə-birində sonradan astma diaqnozu təyin edilir.
- Öskürək quru ola bilər, lakin çox zaman aşağı tənəffüs yollarından şəffaf selik ekskresiya olunur.
- Astma və XOAX (xroniki obstruktiv ağciyər xəstəliyi) arasındakı fərqlər üçün cədvələ baxın .
Astma və XOAX arasında fərqlər
| Xəstəliyin xarakteristikası |
Astma |
XOAX |
| Etiologiya |
Naməlum, atopiya |
Siqaretçəkmə |
| Başlanma |
Çox zaman sürətli |
Ləng |
| Təngnəfəslik |
Paroksizmal |
Fiziki çalışma zamanı |
| Obstruksiya |
Dəyişkən |
Proqressiv, sabit |
| Bəlgəmdə eozinofillər |
Çox zaman mövcuddur |
Nadir hallrda mövcuddur |
| Bronxodilatasiya edən dərmanlara cavab |
Güclü |
Zəif |
| Xəstəliyin gedişatı |
Dəyişkən |
Proqressiv |
Diaqnostik yanaşma
- Diqqətlə toplanan anamnez (irsi və allerqoloji) və auskultasiyanın (audio nümunə ) nəticələri astmanın mövcudluğuna kifayət qədər dəlalət edir. Diaqnozu təsdiqləmək üçün ağciyər funksiyası sınaqlarında bronxokonstriksiyanın dəyişkən dərəcələri tələb olunur.
- Ehtiyac olan lazımi müayinələrin dərəcəsi və onların aparılma yeri konkret haldan və regional təcrübələrdən asılıdır. Standart diaqnostik müayinələr birincili səhiyyə xidməti müəssisələrində aparıla bilər.
- Əgər təkrarlanan epizodik və ya davamlı surətdə dərman maddələri tələb olunursa ilkin vəziyyət ətraflı qiymətləndirilməli və diaqnoza əmin olunmalıdır. Bu həkimə xəstəliyin sonrakı gedişatını ilkin vəziyyətlə müqayisə etməyə (bəzi ölkələrdə pasiyentin dərmana görə xərcləri geri almağı üçün tələb olunur) imkan verir.
Ağciyərləin auskultasiyası
- Tənəffüs səsləri həmçinin cəld və forsirə olunmuş tənəffüs zamanı auskultasiya edilməlidir.
- Nəfəsvermə sonu fışıltılı xırıltı demək olar ki, həmişə astma kimi bir obstruktiv xəstəliyin əlamətidir.
- Xəstənin vəziyyəti asimptom olduğu zaman, yüngül yeni başlanan astmada auskultasiya adətən normaldır.
- Auskultasiya hətta ifrat simptomları olan pasiyentlərdə də normal ola bilər.
PNVS müayinəsi və evdə monitorinq
- Yeni başlanan astmada asimptom mərhələ ərzində adətən nəticə normaldır.
- Bronxodilatasiya sınağı zamanı ilkin vəziyyətlə müqayisədə 15%-lik yaxşılaşma (və 60 l/dəq-dən daha çox) əhəmiyyət daşıyır.
- Baxın .
- Astma diaqnozunda ilkin (əsas, vacib) müayinə
- Pasiyent 2 həftə ərzində PNVS dəyərlərini səhər və axşamçağı ölçür. Üç ardıcıl, forsirə olunmuş, qısa nəfəsvermə (üfürmə) aparılır. Hər üç nəticə qeyd edilərək yazılır; ən yaxşı dəyər qiymətləndirmə üçün istifadə olunur. Əgər bronxolitik dərman istifadə olunursa nəfəsvermələr (üfürmələr) dərman vasitəsinin qəbulundan15 dəqiqə sonra təkrarlanır.
- İki həftəlik nəzarət dövrü ərzində ən azı üç dəfə qeyd edilən ən azı 20%-lik (və 60 l/dəq-dən çox) fərq (24 saat ərzində müayinə nəticəsinin ən yüksək dəyərinin ən aşağı dəyərlə fərqinin orta dəyərə nisbəti kimi hesablanır; həmçinin baxın: proqram ) və ya nəzarət dövrü ərzində bronxolitik dərmanına üç dəfə 15%-dən daha çox cavabın olması astma ilə uyğundur.
Spirometriya
- Pasiyentin xəstəliyi asimptom olduğu zaman, yüngül yeni başlanan astmada auskultasiya adətən normaldır.
- Auskultasiya hətta ifrat simptomları olan pasiyentlərdə də normal ola bilər.
- Ağciyər funksiyası üzrə PNVS müayinəsindən daha dəqiq məlumat verir.
- Forsirə olunmuş həyat tutumu ("FVC"), 1 saniyədən sonra forsirə olunmuş nəfəsvermə həcmi ("FEV1") və bu ikisinin nisbəti (FEV1/FVC).
- Bronxodilatasiya sınağında FEV1 və ya FVC ilə 12%-lik (və ilkin vəziyyətdən ən azı 200 ml) yaxşılaşma əhəmiyyətli tapıntıdır.
Fiziki yükləmə provokasiya sınağı
- Açıq havada, xüsusuilə soyuq havada qaçış çox zaman astmalı pasiyentlərdə bronxokonstriksiyanın baş verməsinə səbəb olur.
- PNVS ("PEF") və ya FEV1 qeyd edildikdən sonra pasiyent çöldə 6 dəqiqə qaçır, ağciyərlər auskultasiya olunaraq PNVS və ya FEV1 dəyərləri çalışmadan dərhal sonra və 5, 10, 15 dəqiqə keçdikdən sonra təkrar olaraq qeyd edilir. PNVS və ya FEV1 dəyərlərində 15%-dən daha çox azalma əhəmiyyətli bir tapıntıdır.
- Bu müayinə koronar arteriya xəstəliyi şübhəsi olmayan gənc şəxslərə xüsusilə uyğundur.
- Bu sınaq yalnız barəsində diqqətlə düşünüldükdən sonra həyata keçirilir.
- Böyük pasiyentlərdə fiziki çalışmada tənəffüs və ya döş qəfəsi simptomlarını qiymətləndirdikdə adətən fiziki çalışma stress sınağı və ya spiroerqometriya aparılır.
Qlükokortikoid ilə sınaq müalicəsi
- Peroral prednizolon (prednisolone) 30–40 mq/gün dozada 2-3 həftə ərzində təyin edilir.
- Alternativ olaraq inhalyasiya şəklində beklometazon (beclomethasone) və ya budezonid (budesonide) 0,8–1,6 mq/gün, flutikazon (fluticasone) 0,5–1,0 mq/gün və ya müvafiq dozalarda tsiklezonid (ciclesonide) yaxud mometazon təyin edilir. Bu halda nəzarət müddəti 6-8 həftədir. İnhalyasiya edilən qlükokortikoidlərin kliniki müqayisə oluna bilən dozaları qeyd edilən cədvələ baxın: .
- Spirometriya müalicənin başlanğıcı və sonunda aparılır və PNVS üzrə səhər, axşam dəyərləri monitorinq edilir.
- Əgər inhalyasiya edilən qlükokortikoid sınaq müalicəsində istifadə edilirsə müalicənin yalnız birinci və sonuncu həftəsi ərzində müntəzəm PNVS monitorinqi kifayətdir.
- Əgər FEV1 dəyərində ən azı 15% (və 200 ml) yaxşılaşma varsa və ya PNVS dəyərləri orta hesabla 20% yaxşılaşıbsa (sınaq müalicəsindən 3-5 gün əvvəl ilə sınaq müalicəsindən 3-5 gün sonra arasında müqayisə) cavab əhəmiyyətli hesab edilir.
Radioloji müayinələr
- Döş qəfəsinin rentgen müayinəsi
- Bir dəfə ilkin olaraq bir differensial diaqnostik müayinə kimi (ürək çatışmazlığı, ağciyər şişi, infeksiya) və sonra isə kəskinləşmələr zamanı və ya müalicəyə cavab pis olduqda mülahizə əsasında
- Sinus ultrasonoqraphiyası və ya rentgen müayinəsi
- Sinusit uzanmış öskürəyin səbəbi ola bilər.
- Sinusit çox zaman astma kəskinləşmələrinin əsasında duran bir faktordur.
Allergik sınaqlar
- Məsələn, tozcuqlara və ya heyvanlara qarşı allergiyanı yoxlamaq üçün və ya omalizumabla müalicə nəzərdən keçirildikdə allergiya dəri-allergiya sınağı və ya allergen-spesifik İqE anticisimləri vasitəsilə müayinə edilə bilər.
Provokasiya sınaqları
- Histaminlə və ya metaxolinlə provokasiya sınağında müşahidə edilmiş mötədil dərəcəli – qüvvətli dərəcəli hiperreaktivlik astma üçün diaqnostikdir. İxtisaslaşdırılmış klinikalarda tənəffüs yolları üçün xüsusi provokasiya sınaq müayinələri aparılır.
Nəfəsvermədə azot-oksid (FeNO)
- Nəfəsvermə havasında azot-oksidin miqdarının artması (nəfəsvermədə azot-oksidin fraksiyası -"FeNO") eozinofil iltihabın bir göstəricisidir.
- Həmçinin, eozinofil iltihab qanda eozinofillərin sayına və ya bəlğəm nümunəsində eozinofillərin miqdarına əsasən qiymətləndirilə bilər.
- Astmalı bir sıra şəxslərdə sağlam şəxslərlə müqayisədə NO konsentrasiyası artmışdır. Xüsusilə, atopik astmada böyük konsentrasiyalar müşahidə olunur.
- Həmçinin, atopik sindromlu digər şəxslərdə də tənəffüs yollarında NO hasili azca yüksələ bilər. Bunun subkliniki selikli qişa iltihabının nəticəsi olması hesab edilir.
- Astmalı bir sıra pasiyentlərdə müalicənin başlanmasından öncə ölçülmüş nəfəsvermədə NO konsentrasiyası astmanın kliniki göstəriciləri, məsələn, simptomlar, hiperreaktivlik, spirometriyada görülən bronxodilatasiya cavabı və fiziki çalışma ilə induksiya olunan astma reaksiyası ilə mötədil surətdə uzlaşır.
- Bu müayinə bronx disfunskiyasını ölçən müayinələri əvəz etmir və bütün astma xəstələrinin nəzarətində faydalı deyil.
Differensial diaqnoz
- XOAX
- Bronxoektaziya
- Səs tellərinin disfunksiyası
- Hiperventilyasiya
- Bəzi digər mənşəli uzanmış öskürək
- Ürək xəstəlikləri
- Uzanmış tənəffüs infeksiyaları
- Ağciyər şişləri
- Ağciyər emboliyası
- Parenximal ağciyər xəstəlikləri
Əlaqədar mənbələr
- Klinik protokollar
- Ədəbiyyat