Həyat tərzində edilən dəyişikliklərdə və müalicədə motivasiya edici söhbətlərin rolu
EBM Klinik protokolları
28.06.2018 • Sonuncu dəyişiklik 27.06.2017
PerttiMustajokiHeidiAlenius
Əsas məqamlar
- Motivasiya edici söhbət
- xəstələrə öz həyat tərzlərində nələrisə dəyişməyə zərurət olduğunu dərk etdirən və onları bu cür dəyişikliklər etmək üçün motivasiya edən açıq müzakirə və dinləmə deməkdir;
- xüsusilə həyat tərzində müəyyən dəyişikliklər (məsələn, fiziki aktivliyi artırmaq, arıqlamaq, siqareti tərgitmək və ya alkoqollu içkilərdən istifadəni azaltmaq) etməyə başlamağa və həmin dəyişiklikləri qoruyub saxlamağa kömək edir;
- özünə qayğı göstərməyə kömək edir;
- xəstəni məsuliyyətli edir.
Təlimat yoxsa müzakirə?
- Təlimat və məsləhət vermə əksər hallarda avtoritar kimi səciyyələndirilir və bu, qarşı tərəfi oyadır. Əksər hallarda, problem informasiya çatışmazlığı deyil, hər hansı bir şəxsin öz vərdişlərini dəyişdirmək çətinliyidir.
- Əksər insanlar öz vərdişlərinin sağlamlıqlarına zərərli olduğunu bilir. Azacıq motivasiya olmasına baxmayaraq, nələrisə dəyişmək o qədər çətin görünür ki, həmin insanlar özlərini ya buna hazır hiss etmirlər, ya da özlərində həmin dəyişiklikləri həyata keçirmək üçün lazım olan güc tapmırlar.
- Müzakirə xəstədə özünə inam yaratmaq, onunla əməkdaşlıq etmək, xəstələrin dəyərləri və ya məqsədləri və mövcud vəziyyət arasındakı qarşıdurmanı dərk etmələrinə kömək etmək, dəyişiklikləri asanlaşdırmaq, dəyişiklik etmək üçün xəstələrin öz iradə və bacarıqlarını ortaya çıxarmaq və onları dəstəkləmək məqsədi daşıyır.
- Hər bir insan öz həyatının mütəxəssisidir. Xəstələr dəyişiklik etmək istədikləri mövzuları seçməli, hədəflərini və dəyişiklik üçün lazım olan vasitələri aşkar etməlidirlər.
- Dəyişikliyə hazırlıq səviyyəsi adətən xəstənin verdiyi cavabdan məlum olur.
- ”Bilirəm ki, siqareti tərgitməliyəm, ancaq tərgitmək istəmirəm”.
- ”Çəkim artıb. Düşünürəm ki, yenidən qaçışla məşğul olmalıyam.”
- İkili vəziyyətdə xəstələr ya özlərini hazır hiss etmir, ya həvəsli olmur, ya da öz bacarıqlarına inanmırlar. Onların öz müsbət və mənfi cəhətlərini nəzərdən keçirmələrini və sonra öz sözlərindən istifadə edərək qısa bir nəticə çıxartmalarını təmin edin. Xəstələr tez-tez bu barədə düşünməyə davam edir və növbəti dəfə dəyişikliklərə hazır ola bilirlər.
- Xəstələr dəyişiklik etmək istədikdə, onlardan nəyi dəyişəcəkləri və bunu hansı yola edəcəkləri barədə ətraflı şəkildə soruşun. Bu mərhələdə müxtəlif alternativlər təklif edə bilərsiniz. Lakin, xəstə nəyi dəyişəcəyini və bunu hansı yolla edəcəyini özü seçir.
Praktiki olaraq həyata keçirmək
- Açıq suallar soruşun (nə, necə?).
- ”Səhhətiniz barədə nə düşünürsüz?” və ya ”Pəhriz vərdişləriniz hansılardır?”
- Bir sözlə (bəli/xeyr) cavablandırıla bilən suallar soruşmayın.
- Şəfqət göstərin.
- Xəstələr kiminsə onları dinlədiyini və başa düşdüyünü hiss etdikləri təqdirdə, öz sağlamlıqlarının qeydinə qalmaq onlar üçün daha asan olacaq.
- ”Qulağa çətin gəlir, öhdəsindən necə gəlirsiniz?”
- ”Siz haqlısınız, arıqlamaq elə də asan bir proses deyil...”
- Xəstəni maraqla dinləyin.
- Xəstəyə baxın, jestlərdən. mimikalardan istifadə edin. Onun dediklərini təsdiq edirmiş kimi başınızı asta şəkildə aşağı-yuxarı doğru tərpədin.
- Göz təması vacibdir; xəstə ilə danışarkən kompüterin ekranına baxmayın.
- Xəstənin sözlərini təkrarlayaraq, onun dediklərini əks etdirən cümlələr işlədin.
- Bu, xəstənin özü haqqında sizə daha çox danımasına kömək edəcək.
- ”Siz artıq daha çox gəzməyə başlamısınız, elə deyilmi?"…
- ”Dediniz ki, əvvəllər üç il boyunca siqaret çəkməmisiniz”.
- ”Dediniz ki, sizi mənimlə görüşməyə arvadınız təhrik edib. Bəs siz özünüz nə düşünürsünüz?”
- Dəyişiklik etməklə bağlı söhbəti tutun və ona dərhal cavab verin.
- Xəstəni sözə tutun və daha çox şey soruşun.
- Xəstələrin mövcud vəziyyət ilə arzuları arasındakı qarşıdurmanı dərk etmələrinə kömək edin. Dəyişiklik üçün əsas gətirən həkim deyil, xəstədir.
- ”Belə çıxır ki, siz fiziki məşqlərə başlamağı düşünürsünüz? Bu haqda daha ətraflı danışa bilərsinizmi?"
- ”Dediniz ki, artıq çəki sizi narahat edir. Bununla nə demək istəyirsiniz?”
- Neytral mövqe tutun".
- Arqument bildirmədən və xəstəyə birbaşa göstərişlər vermədən onun hekayəsinə uyöun mövqe tutun.
- Müzakirənin əvvəlində tibbi əsaslandırma qarşı tərəfi oyada çəkindirə bilər.
- Xəstələri özlərini düşünmələrinə, yeni fikirlər formalaşdırmalarına və vəziyyəti dərk etmələrinə təhrik edin.
- Pozitiv və uğurlu olduğunu qeyd edin.
- Xəstələrin əşkar etdiyi yaxşı şeyləri qeyd edin. Ən xırda pozitiv şeyləri də söhbətə qatın. Uğurlarına görə onları tərifləyin.
- ”Demək siz hər gün 10 dəqiqə gəzinti ilə məşğul olursunuz. Əla! Buna necə nail olmusunuz?"
- Dəyişikliyin mümkün olduğunu cə xəstənin öz bacarıq və gücünü (potensialını) ona sübut edin.
- Xəstənini gücünü ortaya çıxarın və onları öz bacarıqlarına inandırın.
- ”Çox qətiyyətli görünürsünüz?"...
- Xsətə nəyi və necə dəyişəcəyini seçir.
- Əgər xəstə dəyişiklik barədə ikitərəflidirsə, bu zaman onun müsbət və mənfi cəhətlərini nəzərdən keçirmək məqsədəuyğundur.
- Onların öz müsbət və mənfi cəhətlərini nəzərdən keçirmələrinə şərait yaradın.
- ”Niyə siqareti tərgitmək istərdiniz?”
- ”Siqaret çəkməyin hansı müsbət tərəfləri var?”
- ”Siqareti tərgitməklə nə əldə etmiş olacaqsınız?”
- Daha sonra isə "Siz haqlısınız, siqaret..." kimi neytral cümlələrdən istifadə edərək, onları özlərinə inandıra bilərsiniz.
- Qısa xülasələr edin və təkrarlayın.
- Xəstənin sözlərindən və cümlələrindən istifadə edin.
- Bütün bunlar kiminsə onları başa düşdüyünü göstərir və dəyişiklik ehtimalını artırır.
- Həkim tibbi ekspertdir.
- Hər hansı bir məqamı gizlətməyin, lakin bunu demək üçün müzakirədə uyğun məqamı gözləyin.
- Bu cür danışıq tərzi xəstələri düşünməyə vadar edəcək.
- Dəyişiklik etməyə özləri ehtiyac duymalıdırlar. "Hə, mən düşünürəm ki, hipertoniya əleyhinə müalicəyə başlamalıyam. Əgər arıqlaya bilsəm, xəstəlik dayanarmı?”.
- Kiçik addımlarla söhbətə davam edin.
- Ayrı-ayrı kiçik dəyişikliklər etmək daha asandır.
- Uğur əldə etdikdə, xəstə öz bacarığına və daha çox dəyişikliklər edə bilmə qabiliyyətinə inanır.
- Təkrarlar
- Təkrarlar davamlı olaraq uğursuzluğa uğramaq demək deyil. Təkrarlardan nəticə çıxarmaq və öyrənmək olar. Necə deyərlər, "Təkrar biliyin anasıdır".
- Yaxşı olan hər bir şeyi və təkrara gətirib çıxaran səbəbləri müzakirə edin.
- Məsələn, davamlı olaraq arıqlamağı bacaran xəstələr buna yalnız 2-4 dəfə cəhd etdikdən sonra nail olurlar. Siqareti tərgitmək yalnız edilən 3 ya 4-cü cəhddən sonra uğurla nəticələnə bilər. "Bir il əvvəl siqareti tərgidə bilmisiniz, o zaman bunu necə etdiniz?”
Miller WR, Rollnick S. Motivativasiya edici müzakirə. İnsanları dəyişikliyə hazırlamaq. İkinci nəşr. The Guilford Press. New York 2002.Easthall C, Song F, Bhattacharya D. A meta-analysis of cognitive-based behaviour change techniques as interventions to improve medication adherence. BMJ Open 2013;3(8):.