Diabetik ketoasidoz
EBM Klinik protokolları
04.08.2017 • Sonuncu dəyişiklik 04.08.2017
MinnaKoivikko
Ümumi müddəalar
- Çox vaxt anlaşılmayan simptomlar olan xəstələrdə plazma/qanda qlükozanın miqdarını ölçmək
- Plazmada qlükozanın artması səbəbi ilə müalicəyə ehtiyacı olan kəskin xəstəlikləri yoxlamaq .
- Ketoasidoz həmişə xəstəxana şəraitində müalicə olunmalıdır. Hiperqlikemiya , nonketotik xəstəliklər müşahidə üçün xəstəxanaya yerləşdirilməsinə icazə verilmir; aşağıdakılardan əmin olmaq lazımdır
- xəstəyə insulin və maye verilir
- plazma qlükozası azalmağa başlayır
- əgər xəstə özünü daha pis hiss edirsə, dərhal yardım ala bilər.
- Ketoasidozun səbəbi çox vaxt gizli əlamətlər və xəstənin verdiyi bilgilərlərlə araşdırılmalıdır
- Ketoasidozun ən çox rast gəlinən səbəbləri
- Diabetik ketoasidoza aşağıdakılarla əlaqədar olaraq , insulun çatışmazlığı səbəb ola bilər.
- diabetin erkən əlamətləri
- hər hansı səbəbdən insulinin kəsilməsi
- kəskin infeksiya
- miokard infarktı kimi (qəfil) ciddi xəstəlik
- insulin pompasının nasazlığı. Əgər pompa yaxşı işləmirsə və dərhal alternativ üsullardan istifadə edilmirsə, xəstə ketotik ola bilər , çünki pompada istifadə olunan insulin cəld təsir edir və dərialtı toxumada qalmır."?>
- Pompa insulin terapiyası alan xəstələrdə insulin pompasının funksiyası pozulduqda , alternativ insulin müalicə üsullarından dərhal istifadə edilməzsə , dərialtı toxumada insulin olmur , belə olan halda ketoasidoz bir neçə saat ərzində yarana bilər .
Simptomlar və tapıntılar
- Susuzluq
- Diurez
- Mədə bulanması
- Mədə ağrısı
- Döş qəfəsində ağrılar
- Taxikardia
- Çəki azalması (çox az rast gəlinən)
- Hərarət (infeksiya)
- Yaddaşın zəifləməsi
- Yüksək hiperventilyasiya (Kussmaul tənəffüzü)
- Tənəffüz zamanı aseton dad hissiyyatı
Laborator tapıntılar
- Plazma qlükoza norması >15mmol/l . QEYD: Hamilə və ya sağlamlığı zəif olan xəstələrdə qlükoza səviyyəsinin aşağı düşməsi müşahidə edilən hallarda artıq ketoasidoz şübhəsi yaradır .
- Qanda keton hissəciklər müəyyən qədər artır ( təcili yoxlamaqla müəyyənetmək mümükündür) . Sidik keton hissəciklərinin müəyyən edilməsi artıq məsləhət görülmür .
- Keton hissəciklərinin müəyyən edilməsi üçün sidik test çubuğu yeterlidir. QEYD: karbohidratların lazımi qədər qəbul edilməməsi analizlərdə (+) müsbət cavab alınmasına gətirib çıxarır ;beləliklə zəif pozitiv sidik testi ketoasidozun diaqnozu üçün kifayət etmir. Artmış keton hissəcikləri "?>
- Qan qazı analizində metabolik asidoz (Astrup) . QEYD: Kompensasiya edilmiş asidozda pH normaldır, ancaq BE < - 2.5
DİFERENSİAL DİAQNOZ
- Hipoqlikemiya
- Hiperqlikemik hiperosmolar sindrom
- Laktik asidoz
- Uremik koma
- İntoksikasiya, travma, serebral sirkulyasiya xəstəlikləri, kardioloji səbəblər
- Alkaqoliklərdə hiperqlikemiyasız ketoasidoz ( alkoqol qəbulunun dayandırlmasından sonra)
MÜAYİNƏ VƏ MÜALİCƏ
İnfeksiya yerinin müəyyən edilməsi üçün keçirilən kliniki yoxlamalar
- Ağ ciyərlərin auskultasiyası
- Dəri, xüsusən ayaq barmaqları və qıçlarda ( erysipel - qızıl yel)
Laborator müayinələr
- Plasma qlükoza
- Plazmada sodium və potassium
- Sidik ifrazı və yaranması testləri
- Infeksiya əlamətləri varsa, RPT ( Reaktiv Protein Testləri) və leykositlər
- Əgər varsa , turşu baza balansı
- Plazma kreatinin
- Plazma ionlaşdırılmış kalsium, magnezium, fosfor
- Lazım olduqda elektrokardioqramma və troponin
- Döş qəfəsinin rentgen müayinəsi
MƏHLULLARLA MÜALİCƏ
- İzotonik (0.9%) NaCl və ya Ringer məhlulu verin. Əgər xəstədə hipernatremiyaya rast gəlinərsə, (plazma sodium > 155 mmol/l), a 0.45% NaCl məhlulu verilməlidir
- ilk 30 -60 dəqiqə ərzində 1000 ml
- 5 %-li qlükoza məhlulu ilə daVam etdikdən sonra qanda qlükoza <12 mmol/l olana qədər təxminən 500 ml/saat ( dehidratlaşmanın ciddiliyindən asılı olaraq 4- 14 ml/kq/saat )
- Yaşlı və ürək xəstəlikləri olan xəstələrdə dozaların təyin edilməsi diqqətlə aparılmalı və xəstənin vəziyyətinə uyğun doza seçilməlidir ki, xəstə də müəyyən edilmiş dozanın 50%- nə cavab verməlidir. Qanda qlükoza < olana qədər 30–60 dəq 0.9 %-li NaCl 500 ml /saat ərzində 0.9 %-li NaCl 1000 ml ; 5%-li qlükoza 15 mmol/500 ml, dehidratlaşma tənzimlənənə qədər "?>
İnsulinlə Müalicə
- Tez təsir göstərən insulin venadaxili infuziya kimi yeridilir,əzələ daxilinə yeridildikdə isə 1 saat ərzində sovrulur (dərialtı sovrulmanın effektivliyi qeyri - müəyyəndir)
- İlkin olaraq venadaxili infuziya istifadə olunur (insulinin yarılama müddəti qısa olduğu üçün şırnaqla olmaz)
- İlkin doza 0.1 vahid/kq
- 0.1 vahid/kq/saat venadaxili infuziya ilə davam etmək
- Lazım olarsa, infuziya ölçüsü təyin edilə bilər , bununla da plazma qlükoza konsentrasiyası 2mmol/l/saat qədər azalır
- İnsulin aşağıdakı kimi yönləndirilə bilər:
- İnfuziya pompasında insulin məhlulu : 49.5 ml 0.9 % NaCl + 50 vahid (0.5 ml) 1 vahid/ 1ml insulin konsentrasiyası ilə nəticələnən teztəsirli insulin
- İnsulin nizamlayıcıda insulin məhlulu : 1vahid/ml (1 ml=20 gtt) insulin konsentrasiyasında meydana gələn 99 ml 0.9 % NaCl + 100 vahid (1 ml) teztəsirli insulin
- Əgər venadaxili infuziya mümkün deyilsə insulin əzələ daxilinə yeridilir
- Başlanğıc doza 10–20 vahid
- Hər saat 0.1 vahid/kq
- Bir saatdan bir plazma qlükozanın izlənilməsi
Asidozun müalicəsi
- Asidoz adətən insulin və məhlul terapiyası ilə bərpa edilir. Bikarbonatla kəskin asidozun müalicəsi (pH < 7.0) dozalanmanın yoxlanılması və turşu balansının izlənilməsinin nəticələrinin müşahidə edilməsini tələb edir (Astrup).
Potassium azalmasının müalicəsi və qarşısının alınması
- Plazma potassium < 3.3 mmol/l ; 15 mmol/30 dəq potassium əvəzləyicini infuziyaya əlavə etməklə verin
- Plazma potassium 3.3–5.1 mmol/l: 20–30 mmol/l potassiumu infuziyaya əlavə edin
- Plazma potassium > 5.1 mmol/l: potassium əvəzləyicisi olmaz İlk 1 saat ərzində duz məhlulu əlavə edilmiş 20 mmol potassium xlorid < 3 mmol/l olur, KCl 35 mmol/h 3– qədər artır ;4 mmol/l, KCl 25 mmol/h 4–5 mmol/l qədər artır , KCl 20 mmol/h > 5 mmol/l qədər azalır, potassium verməyin "?>
- Elekteolit konsentrasiyası hər 1- 2 saat müşahidə edilir
- Diqqət: Aritmiya riski olan xəstələrdə potassium sadə konsentrat kimi yeridilməməlidir.
- Potassium əvəzləyicisinin 1-3 q/gün qəbulunun davam edilməsi infuziyanın dayandırlmasından sonra bir neçə gün ərzində oral qəbulu lazım olur