Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Xolesterol embolizasiyası

Mündəricat

Xolesterol embolizasiyası

EBM Klinik protokolları
25.06.2018 • Sonuncu dəyişiklik 22.04.2013
TomPettersson

Xolesterol embolizasiyası

Əsasları

  • Xolesterol embolizasiya sindromunda arterial damar divarındakı xolesterol kristalları sərbəstləşərək qan dövranına keçir. Kristallar kiçik damarların mənfəzini qapada və bununla lokal işemiya yaxud yayılmış vaskulitə bənzər əlamətlər yarada bilər.
  • Xolesterol embolizasiyası vaskulyar okkluziv və ya ümumi simptomların səbəbi kimi nəzərə alınmalıdır. Bu xüsusən də aterosklerozu olun angioqrafiya yaxud aortal cərrahiyyə prosedurları icra edilmiş xəstələr üçün keçərlidir.

Epidemiologiya

  • Xəstələrin əksəriyyəti kardiovaskulyar xəstəlik üçün risk faktoru olan 60 - 70 yaşlarda kişilərdir.
  • Ondan əvvəl çox zaman xəstəyə angioqrafiya yaxud aortal cərrahiyyə kimi diaqnostik və ya müalicəvi prosedurlar icra edilmişdir.
  • Antikoaqulyantlar xolesterol embolizasiyanın risk faktoru kimi qəbul edilir.

Simptom və əlamətləri

  • Klinik mənzərə xolesterol embollarının disseminasiyasının yayılmasından asılı olaraq dəyişkəndir.
  • Dəri  simptomları
    • Mavi barmaqlar, distal xoralar və qanqrenalar
    • Periferik nəbzlər adətən əllənir.
    • Purpura, livedo retikularis
  • Böyrək simptomları
    • Hipertenziya, proteinuriya, hematuriya, böyrək çatışmazlığı
  • Amavrozis fuqaks və digər tranzitor nevroloji simptomlar
  • Miokard infarktı
  • İntestinal hemorragiya
  • Pankreatit
  • Mialgiya
  • Xəstəxana əsaslı xəstə populyasiyasında ölüm 80%-ə çatır.

Laborator tapıntılar

  • Xəstələrin 80%-də EÇS və SRZ yüksəlmişdir
  • Leykositoz - 40%
  • Eozinofiliya - 80%
  • Trombositopeniya
  • Hipokomplementemiya

Diaqnostikası

  • Biopsiya nümunələrində xolesterol kristallarının histoloji təsdiqi.
  • Oftalmoskopiyada tor qişa damarlarında xolesterol embolları aşkar edilə bilər.
  • Yüngül formalı halların əksəriyyəti böyük ehtimalla diaqnostika olunmur.

Diferensial diaqnostika

  • Xolesterol embolizasiya sindromu yayılmış vaskulit də daxil olmaqla bir çox klinik sindroma bənzəyən  "böyük maskaraddır" .
  • Gərəksiz immunosupressiv müalicələrdən uzaq durmaq üçün xolesterol embolizasiyası sindromunu aşkara çıxarmaq çox önəmlidir.

Müalicə

  • Spesifik müalicəsi yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •