Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Audioqram və ağıreşitmənin şərhi

Mündəricat

Audioqram və ağıreşitmənin şərhi

EBM Klinik protokolları
26.05.2016 • Sonuncu dəyişiklik 25.06.2014
JukkaKokkonen

Eşitmə müayinələri üçün keyfiyyət tələbləri

  • Düzgün eşitmə müayinələri üçün müvafiq avadanlıq, mühit və həmçinin peşəkar heyət lazımdır.
  • Müayinələr akustik olaraq təcrid olunmuş məkanda aparılmalıdır; diaqnostik və ya klinik audiometr tələb olunur.
  • Müayinə aparan şəxs hava və sümük keçiriciliyi ölçüləri və maska effektli səsin istifadəsi barədə məlumatlı olmalıdır. Danışıq audiometriyası zamanı qeydə alınmış danışıq siqnalı lazım olur.

Ağıreşitmə dərəcələri

  • Aİ işçi qrupunun təsnifatına görə eşitmə qabiliyyətinin zəifləməsi nitq tezliklərində (BEHL0.5–4kHz = 0.5–4 kHz tezliyi üzərində sağlam qulağın eşitmə səviyyəsi; cədvəl ) sağlam qulağın ortalama eşitmə səviyyəsinə əsasən təsnif edilir.
  • Ağıreşitmə dərəcəsi, adətən, sağlam qulaqda eşitmə hədlərinə uyğun olaraq təsnif olunur. Birtərəfli şiddətli ağıreşitmə yuxarıdakı təsnifatlara uyğun olmasa da, əhəmiyyətli dərəcədə əlilliyə səbəb olur. Səs-küylü mühitdə eşitmə, nitqin anlaşılması və səslərin lokallaşdırılması xüsusilə çətindir. Fin dəyərləndirmə prinsiplərinə əsasən eşitmə qabiliyyətinin birtərəfli itirilməsi 3-cü dərəcəli əlillik kimi (15% əlillik) qiymətləndirilir. 0.5-4 kHz tezlikdə ortalama eşitmə səviyyəsindəki fərq qulaqlar arasında ən az 35 dB olduqda, xəstə sağlam qulaqdan bir pillə yüksək sinfə aid edilir.
  • ÜST-ün eşitmə zəifliyi dərəcələri üçün aşağı baxın .
Aİ işçi qrupunun təsnifatına görə ağıreşitmə dərəcəsi
Ağıreşitmə dərəcəsi   Aİ işçi qrupu (1996)
Yüngül dərəcəli eşitmə zəifliyi   20 dB < BEHL0.5–4 kHz < 40 dB
Orta dərəcəli eşitmə zəifliyi   40 dB ≤ BEHL0.5–4 kHz < 70 dB
Ağır dərəcəli eşitmə zəifliyi   70 dB ≤ BEHL0.5–4 kHz < 95 dB
Karlıq   BEHL0.5–4 kHz ≥ 95 dB

Konduktiv və ya sensonevral tip ağıreşitmə?

  • Kamerton testləri, adətən, eşitmə zəifliyinin qiymətləndirilməsi zaman əhəmiyyətli hesab olunur.
    • Konduktiv ağıreşitmə zamanı Veber sınağı xəstə qulağa (şəkil ) tərəf lateralizasiya olunur və Rinne sınağı uyğun deyil (mənfi; şəkil ).
    • Sensonevral ağıreşitmə zamanı Veber sınağı sağlam qulağa tərəf lateralizasiya olunur və Rinne sınağı normaldır (müsbət).
  • Hava və sümük keçiriciliyi hədləri hər ikisi ölçülübsə, konduktiv və sensonevral ağıreşitmə yalnız audiometr ilə təyin edilə bilər.
  • Sümük keçiriciliyi hədləri normaldırsa (20 dB və ya daha çox) və hava və sümük keçiriciliyi hədləri arasındakı fərq 0,5-2 kHz tezlikləri arasında ortalama olaraq ən azı 15 dB-dirsə, xəstədə konduktiv tip ağıreşitmə mövcuddur (şəkil ).
  • Sensonevral ağıreşitmə zamanı sümük keçiriciliyi 20 dB-dən aşağıdır və hava və sümük keçiriciliyi hədləri arasındakı fərq 15 dB-dən azdır (şəkil ).
  • Kombinasiya olunmuş ağıreşitmə zamanı hər iki komponent mövcud olur. Sümük keçiriciliyi hədləri 20 dB-dən aşağıdır və hava və sümük keçiriciliyi hədləri arasındakı boşluq ən azı 15 dB-dir.
  • Sümük keçiriciliyi hədləri heç vaxt hava keçirici hədlərdən az ola bilməz. Audiometrlərin maksimal çıxış səviyyəsi hava keçirici ölçmələrə nisbətən sümük keçiriciliyi ölçmələr üçün həmişə daha kiçik (daha yumşaq) olduğundan keçirici zəifliyin iştirakı ağır və ya ciddi eşitmə zəifliyində qiymətləndirilə bilməz.

Konduktiv ağıreşitmənin səbəbləri

Sensonevral ağıreşitmənin səbəbləri

Audioqramın düzgünlüyü

  • Audioqramlar hər zaman, xüsusilə də qazanc əldə etmək məqsədi ilə həyata keçirildikdə (məs., sığorta imtiyazları və iş təhlükəsizliyi formaları ağıreşitmənin müəyyən dərəcəsi ilə əlaqələndirilir) düzgün nəticə göstərmir.
  • Çöldən müayinə otağına gələn səs, müayinə olunan xəstənin zehni hazırlığı və qulaqlıqların yerləşdirilməsi nəticələrə təsir göstərir.
  • Bir qayda olaraq ölçmə dəqiqliyi limitini nəzərə alaraq 10 dB və ya daha az fərq əhəmiyyət kəsb etmir.
  • Audiometriya nəticələrinin dəyərləndirilməsi
    • Müayinə aparan şəxs nə qədər çox peşəkardırsa, nəticələr də o qədər düzgün olur
    • Söhbət zamanı müayinə aparan şəxsdən xeyli məsafədə dayanmaq eşitmə ilə bağlı müəyyən təəssürat yaradır.
    • Xəstənin davranışı kəskinləşmiş eşitmə zəifliyi barədə mümkün işarələri verir.
    • Hava və sümük keçiriciliyi hədləri bir-birinə uyğun olmalıdır (ağıreşitmə nəticəsində xəstəyə dəyən zərəri qarşılamaq üçün ödənilən maddi dəstək, adətən, sensonevraldır).
    • Danışıq audiometriyası, xüsusilə, saf səs audiometriyası nəticələrini təsdiq etmək üçün faydalıdır.
  • Hava və sümük keçiriciləri ölçülərinin əksinə olaraq bəzən eşitmə zəifliyi zamanı konduktiv komponenti fərqləndirmək çətin olur. Bu kimi hallarda kamerton testi faydalıdır.

Mütəxəssis konsultasiyası üçün göstərişlər

 

Müvafiq mənbələr

 

ISO 6189. Acoustics – Pure tone air conduction audiometry for hearing conservation purposes. International Organization for Standardization. Geneva 1983. ISO 8253-1. Acoustics – Audiometric test methods – Part 1: Basic pure tone air and bone conduction threshold audiometry. International Organization for Standardization. Geneva 1989. ISO 8253-2. Acoustics – Audiometric test methods – Part 2: Sound field audiometry with pure tone and narrow-band test signals. International Organization for Standardization. Geneva 1989. ISO 8253-3. Acoustics – Audiometric test methods – Part 3: Speech audiometry. International Organization for Standardization. Geneva 1989.EU Work Group on Genetics of Hearing Impairment. In: Martini A (ed.). European Commission Directorate, Biomedical and Health Research Programme Hereditary Deafness, Epidemiology and Clinical Research (HEAR). EU Work Group 1996, Infoletter 2 . Wilson WR, Byl FM, Laird N. The efficacy of steroids in the treatment of idiopathic sudden hearing loss. A double-blind clinical study. Arch Otolaryngol 1980 Dec;106(12):772-6. Nosrati-Zarenoe R, Hultcrantz E. Corticosteroid treatment of idiopathic sudden sensorineural hearing loss: randomized triple-blind placebo-controlled trial. Otol Neurotol 2012;33(4):523-31.