Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Travmatik sınıqlar

Mündəricat

Travmatik sınıqlar

EBM Klinik protokolları
09.05.2017 • Sonuncu dəyişiklik 09.05.2017
HarriPihlajamäki MarttiKiuru

Əsaslar

  • Xəstə əgər fiziki məşq zamanı ağrıdan şikayər edirsə, klinik olaraq travmatik sınıqlardan şübhələnmək lazımdır.
  • Klinik müayinələrin aparılması, əksər hallarda təhlükəsiz sayılmır ona görə də diaqnoz, funksional müayinə üsullarından istifadə edilərək qoyulmalıdır.
  • Erkən diaqnoz, hər hansı bir çıxığın cərrahi müdaxilə tələb etməsi və eləcə də sağalma müddətinin uzanması  travmatik sınıqlar üçün xüsusilə əhəmiyyətlidir.
  • Çıxıq riskləri, xüsusilə bud sümüyünün boyun nahiyyəsinin və bud sümüyünün sınıqları ilə əlaqəli olur. Bud sümüyünün travmatik sınıqlarından, qasıq, çanaq, bud və ya diz ağrılarından (yüngül dərəcəli) şikayət edən hərbi xidmətçilər və gərgin məşqlə məşqul olan şəxslərdə şübhələnilməlidir.
  • Ağırlaşmalardan qaçınmaq üçün xəstəyə, travmatik sınığın inkar edilməsinə qədər  təkrari yükləmə ilə əlaqədar heç bir fəaliyyətə cəlb edilməməsinin lazım olduğu söylənilməlidir.

Risk qrupları 

  • Hərbi xidmətçilər (2–15%) 
    • Əksər hallara, hərbi xidmətin ilk üç ayında təsadüf edilir.
  • Qadınlar
    • Qadın atletlər və qadın hərbiçilər, kişi həmkarlarına nisbətən 2-10 dəfə daha çox risk altında olurlar.
    • Qidalanma pozğunluqları və menstruasiya narahatlıqları da həmçinin travmatik sınıqların yaranmasında rol oynaya bilər.
  • Atletlər, rəqqaslar və təzəlikcə intensiv fiziki məşqlərə başlamış olanlar.
  • Qeyri-adekvat gərginlik və ya qaçış məşqləri.

Travmatik sınıqların təsadüf edildiyi nahiyyələr

  • Travmatik sınıqların ən çox təsadüf edildiyi nahiyyələr, qasıq nahiyyəsi və aşağı ətraflardır (ağırlıq daşıyan sümüklər)
  • Yuxarı ətrafların travmatik sınıqlarına nadir hallarda təsadüf edilir.
  • Travmatik sınıqların ən çox rast gəlindiyi sahə hərbi xidmətdir: nəzər yetirin
Hərbi xidmətdə travmatik sınıqların rast gəlindiyi bölgülər
Bölgü Bütün travmatik sınıqların %-i
Tibia (qamış sümüyü) 50-70
Metatarsal 20 
Calcaneus (daban sümüyü) 8
Femoral (bud sümüyü) 5-10
Pelvic (qasıq sümüyü) 4

Simptomlar

  • İlkin olaraq ağrılar, yalnız fiziki məşqlər zamanı, sonralar isə hətta istirahət zamanı da hiss edilir.
  • Ağrı, adətən lokal xarakterli olur.
  • Üzdəki sümüklərdə sınmış nahiyyələr, palpasiyaya həssas ola bilərlər. Daha ciddi sınıqlarda subperostal nodul əllə hiss edilə bilər.

Funksional diaqnostikanın nəticələri

  • Rentgen müayinəsiylə bağlı problem ondan ibarətdir ki, mövcud hər hansı bir dəyişikliyin qeydə alınması üçün simptomun başlanğıcından ən azı 2 həftədən 3 aya qədər müddət keçməlidir. Uzun borulu sümüklərdə sınıq nahiyyədə ensiz kallus görünür (həssaslığın palpasiya zamanı hiss edildiyi dəqiq yeri; şəkil). Daban sümüyündə 4 həftə ərzində skleroz adətən müşahidə edilmir.
    • Çanaqda kallus, qasıq kəmərinin ən dar nöqtəsində olur
    • Femur (bud sümüyü) boynun daxili kənarında sklerotik kəmər, sümüyün trabekulyar strukturuna perpendikulyar olur
    • Qamış sümüyü (tibia) və ya bud sümüyünün diafizində kallus
    • Horizontal sklerotik kəmər, adətən epifizə yaxın qamış sümüyünün medial kondilində təsadüf edilir
    • Daban sümüyündə (calcaneus) sklerotik kəmər, sümüyün trabekular strukturuna perpendikulyardır
    • İkinci və ya üçüncü metatarsal sümüyün kallusu.
  • Maqnit rezonans tomoqrafiya (MRT) , ən həssas və spesifik funksional diaqnostik müayinə üsuludur və o, simptomların başladığı andan travmatik mənşəlli sümük dəyişikliklərini üzə çıxarda bilir (ilkin mərhələ).  
    • MRT, travmatik sınıqların etibarlı bir şəkildə inkar edilməsinə və diqnoz qoyulmasına ehtiyac duyulduğu hallarda  (sınıqlar səbəbindən dislokasiya riski) və ya atletlərdə və hərbi xidmətçilərdə tez bir zamanda ağrının mənbəyinin gələcək məşq və ya təlimlərin məqsədəuyğunluğunu qiymətləndirmək məqsədiylə aşkar edilməsinə ehtiyac duyulduğu hallarda tərceh edilə bilər.
    • MRT nəticələrinə əsaslanaraq, sümüyün travmatik reaksiyası, travmatik osteopatiyaların şiddətinin dərəcəsinə (dərəcə I-III) və travmatik sınıqlara (dərəcə IV-V)  görə təsnifat edilə bilər.
    • Simptomsuz vəziyyətlərdə travmatik mənşəlli sümük dəyişikliklərini müəyyən etmək məqsədiylə "sadəcə əmin olmaq üçün" MRT müayinəsindən istifadə etmək məsləhət görülmür çünki, fiziki cəhətdən aktiv insanlarda MRT vasitəsiylə aşkar edilən belə dəyişikliklər, müalicə tələb etmir.
  • Sümük görüntülənməsi, maqnit rezonans tomoqrafiya (MRT) kimi həssas bir müayinə vasitəsi olsa da onun qədər spesifik deyildir. "?>

Diaqnoz

  • Klinik diaqnoz, səciyyəvi xəstəlik tarixinə və fiziki müayinənin (palpasiyada həssaslıq) nəticələrinə əsasən qoyulur.
    • Bununla yanaşı, funksional diqnostika üsullarından istifadə etmədikdə qoyulan diaqnoz etibarsız sayılır.
  • Diaqnozlar adətən funksional diaqnostika metodları ilə öz təstiqini tapır.
  • Normal rentgenoloji müayinələr heç vaxt travmatik sınıqları istisna edə bilməz, lakin onda, travmatik sınıqların məs, sümük xərçəngindən differensasiya edilməsində istifadə edilə bilər.
  • Bud sümüyü boynunun və ya diafizinin travmatik sınıqlarından şübhələnmə hallarında, simptomların başlanmasından dərhal sonra uyğun radioloji diaqnostika vasitələrindən istifadə edilməlidir (dislokasiya riski).

Araşdırmalar və differensial diaqnostika

  • Müalicə dönəmində rentgenoloji müayinə tələb olunur (simptomların başlanmasından 2-4 həftə sonra), xüsusilə də fiziki hərəkətdən yayınma hallarına baxmayaraq simptomlar davam edən hallarda (sümük şişlərini inkar etmək məqsədiylə).
    • Bud sümüyü boynunun və ya diafizinin şübhəli sınıqları hallarında, funksional diaqnostika metodlarının tətbiqi, prosesin ilkin mərhələsində tələb olunur.
  • Əgər ağrı mövcuddursa və diaqnoz dəqiq deyilsə, rentgenoloji müayinə, 2-4 həftədən bir təkrarlanmalıdır (dislokasiyaya meylli yerlərdə mümkün olan qırıqlara aid deyildir). Alternativ olaraq xəstə, maqnit rezonans tomoqrafiyaya (MRT) sövq edilə bilər.
  • Daban sümüyü (calcaneus) sınıqları, topuq nahiyyəyə təzyiq edildikdə ağrının əmələ gəlməsiylə xarakterizə edilir harda ki, təzyiqin daban altına tətbiq edildiyi zaman plantar fassiya ağrısı müşahidə edilir.
  • "shin splints" (qamış sümüyü (tibia) boyunca müşahidə edilən ağrılar) zamanı (medial tibial stress sindromu) ağrı, müəyyən bir müddət ərzində, hətta bir il ərzində fiziki məşqlər zamanı  tez-tez müşahidə edilir. Ağrı, xarakterinə görə aralıqlı ola bilər. Ağrı, səciyyəvi olaraq qamış sümüyünün medial kənarında  lokalizə olunur. "Shin splints" (qamış sümüyü boyunca müşahidə edilən ağrılar) diaqnostikasında komparment təzyiqin ölçülməsi istifadə edilə bilər.

Müalicə

  • Ağrıya səbəb olan bütün gərginliklərdən və yükdən qaçınmaq adətən kifayət edir.
  • Ağrı, şiddətli olduqda və ya sınıq, dislokasiya riskiylə əlaqəli olduqda qoltuq ağacından istifadə edilə bilər. Ağrı kəskin olduqda qoltuq ağacından istifadə edilə bilər.
  • Yerli steroid inyeksiya və ya masaj təyin edilmir.
  • Travmatik sınıqlar zamanı nadir hallarda gipsə ehtiyac duyulur.
  • Sağalma müddəti müalicənin hansı dövdə başlamasından asılıdır (yəni təkrari yükləmə və gərginlik dayandırılmış və ya azalmışdır).Maqnit rezonans tomoqrafiya (MRT) vasitəsiylə erkən mərhələdə diaqnozu qoyulmuş erkən sümük dəyişiklikləri, rentgenoqrafik müayinə vasitəsiylə diaqnozu qoyulmuş daha ağır dəyişikliklər və sınıqlarla müqayisədə daha tez sağalma imkanına malik olurlar.
  • MRT ilə qiymətləndirilən travmatik osteopatiyanın və ya travmatik sınıqların ağırlıq dərəcəsi, müalicə üçün lazım olan gərginlik və yüklənmədən qaçınma dövrünün planlaşdırılması üçün istifadə edilə bilər. Bu planlama, həmçinin zədənin anatomik yerindən asılı olaraq da müəyyənləşdirilə bilər.
  • Erkən mərhələdə diaqnozu qoyulmuş sümük dəyişikliklərinin sağalması üçün fiziki məşqdən yalnız 2-4 həftə qaçınmaq lazımdır. Halbuki, daha ağır dəyişikliklər zamanı zədənin anatomik yerləşməsindən asılı olaraq travma mənşəli sınıqların sağalmasına daha uzun müddət lazım olur.
  • Fiziki məşqlərə, yük daşıma, bədən tərbiyəsi və hətta palpasiya zamanı ağrının artıq müşahidə edillmədiyi hallarda icazə verilir. Xəstənin təlim proqramının yenidən nəzərdən keçirilməsinə də diqqət yetirilməlidir.
  • Məşqlərin bərpa edilməsi zamanı iltihab əleyhi dərman preparatlarının tətbiqinə məsləhət görülmür.
  • Yüksək ağırlaşma riski olan travmatik sınıq sahələri (mütəxəssis təlimatı təmin edilməlidir):
    • bud sümüyünün başı, boynu və ya diafizi
    • diz qapağı
    • tibial korteksin ön orta tərəfi
    • aşıq sümüyü
    • ayağın qayığabənzər sümüyü
    • beşinci metatarsal sümüyün əsası.

Adiyyatı mənbələr

  • "Cochrane" nəzəriyyələri
  • Ədəbiyyat