Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Barotit və barotravma (qulaqda atmosfer təzyiqi ilə əlaqəli problemlər.)

Mündəricat

Barotit və barotravma (qulaqda atmosfer təzyiqi ilə əlaqəli problemlər.)

EBM Klinik protokolları
17.05.2016 • Sonuncu dəyişiklik 08.12.2013
TuomoLeino

Əsas məqamlar 

  •  Yevstax borusunun yetərsizliyi və selikli qişanın ödemi xəstədə barotravmaya səbəb olan təzyiq fərqinin yaranmasına şərait yaradır. 
  • Barotravmanın inkişafı  yuxarı tənəffüs yollarının infeksiyaları, orta qulağın infeksiyaları  sinusitlər və ya allergik simptomlar zamanı  uçuş və suya baş vurmadan (dayvinq)  çəkinməklə qarşısı alına bilər.
  • Əgər uçuş vacibdirsə, o zaman,  orta qulaqda olan təzyiqi atmosfer təzyiqinə bərabərləşdirmək üçün uçuş zamanı  müvafiq müdaxilələr icra edilməlidir. Bundan başqa, uçuşdan əvvəl və enməzdən əvvəl peroral simpatomimetik dərmanlar və ödeməleyhinə burun spreyləri və damcıları  istifadə edilə bilər.

Patoqenez

  • Atmosfer təzyiqi azaldıqda (təyyarə havaya qalxdıqda ) və yuxarı və  aşağı təzyiqin səviyyələri arasındakı fərq.15 mm. c. süt artıq  olduqda orta qulaqda yaranmış böyük həcmli hava  Boyle qanununa müvafiq olaraq adətən, heç bir simptom yaratmadan Yevstax borusundan burun-udlağa keçir. 
  • Atmosfer təzyiqi artdıqca  (təyyarə eniş etdikdə) orta qulaqda təzyiqin bərabərləşməsi üçün udma, əsnəmə,  və " qulağın təmizlənməsi"  manevrləri də daxil olmaqla, aktiv iştirak tələb olunur. (bax, profilaktikası). Normal şəraitdə bu manevrlər orta qulaqda təzyiqi bərabərləşdirərək bununla da təbil pərdəsinin gərginləşməsinin qarşısını alır.   
  • Təzyiq fərqi suya dalğıc zamanı daha böyükdür və təzyiqi bərabərləşdirmək üçün  suya eniş zamanı manevrlər daha tez-tez icra olunmalıdır.
  •  Orta qulağın barotravmasının  ən çox rast gəlinən səbəbi  təzyiqin bərabərləşdirilməsinin  zəif texnikasıdır.  
  • Əgər atmosfer havası və orta qulaqda təzyiq fərqi 80-90 mm.c süt. çox olarsa, Yevstax borusu daha açıq qala bilməyəcək və yaranmış mənfi təzyiq mayeni orta qulaq boşluğuna soracaqdır. 
  • Orta qulağın  barotravması, həmçinin,  barotit yaxud da aero-otit  kimi  məlumdur  ki,  burada  seroz ifrazat  selikli qişa kapillyarlarının disfunksiyası nəticəsində orta qulaq boşluğuna daxil olur. 
  •  Barotravmanın inkişafına şərait  yaradan  faktorlara yuxarı tənəffüs yollarının infeksiyaları və burun-udlaq, yaxud Yevstax borusunu tıxayan xəstəliklər, məsələn böyümüş adenoidlər  aiddir.

Simptomları 

  • Qulaqların  tutulması  və şırıltı hissiyyatı
  • Qulaqda ağrı ( təzyiq fərqi 60 mm.c. süt çox olduqda ağrı güclüdür.)
  • Kəskin ağrı və təbil pərdəsinin deşilməsi (təzyiq fərqi 100 mm.c.süt. çox olduqda). Ağrı adətən təbil pərdəsinin perforasiyasından dərhal sonra sakitləşir və qulaqdan qanla qarışıq seroz ifrazatla müşayiət oluna bilər. 
  • Daxili qulaq mənşəli eşitmənin kəskin pozulması, başgicəllənmə və qusma daxili qulaqda oval yaxud dəyirmi pəncərənin  barotravma ilə törədilmiş cırılmasına şübhə doğura bilər. Bu cür zədələnməyə şübhə qulaqda təcili cərrahi əməliyyata göstəriş ola bilər.   

Klinik təzahürləri 

  • Zəif elastikliyə malik gərilmiş təbil pərdəsi(şəkil)
  • Orta qulaqda təmiz yaxud qanlı maye,  və qaz qabarcıqları da ola bilər. 
  • Timpanometriya  zamanı zirvəsi sola doğru yerini dəyişmiş (mənfi təzyiq, şəkil) əyri, yaxud da yastı əyri göstərəcəkdir.
  • Təbil pərdəsində petexial  qansızmalar.
  • Əgər təbil pərdəsi deşilibsə, perforasiyanın yerləşməsi  adətən onun gərginləşən hissəsinin (pars tensa) ön hissəsində olacaqdır. 
  • Kamerton sınaqları yüngül konduktiv eşitmə pozğunluğunu aşkar edəcəkdir.(Rinne sınağı mənfi yaxud müəyyən edilə bilmir, Veber sınağı  səslərin zədələnmiş qulağa lateralizasiyasını göstərir.)

Profilaktikası 

  • Allergik simptomlar, sinusitlər, orta qulağın infeksiyaları  və yuxarı tənəffüs yollarının infeksiyaları zamanı uçuş və suya dalmaqdan çəkinmək. 
  • Təzyiq bərabərləşdirilmə manevrlərinə təyyarə enməyə başlayan kimi, təqribən enmə vaxtından 30 dəqiqə əvvəl başlanılmalıdr. Manevrlər eniş mərhələsi boyunca  hər bir dəqiqədə təkrar edilməlidir. 
    • Ağızın və alt çənəninin açılması və hərəkəti, əsnəmə və udma.
    • Valsalva manevri:  ağız bağlı olarkən və barmaqlarla burun dəlikləri sıxıldıqda gücləndirilmiş nəfəsvermə hesabına burun-udlaqda  təzyiqin artırılması . 
    • Burun sıxıldıqda və ağıız bağlı olduqda udma (Toynbi manevri) 
    • 3 yaşdan böyük uşaqlar eniş vaxtı burunlarına spesifik balon  (Otovent®) sıxaraq  istifadə etməklə orta qulaqda təzyiqi bərabərləşdirə bilərlər. 
  • Oral  simpatomimetiklər faydalı ola bilər.
  • Ödeməleyhinə burun damcıları və spreyləri həm uşuşdan əvvəl, və uşuş ərzində, və enmə başlamamışdan əvvəl istifadə edilməlidir. 
  • Əgər suya dalğıc zamanı təzyiqin bərabərləşdirilməsi problemləri yaranarsa, təzyiq fərqinin azaltmaq üçün 3 metrlik qalxma və həmçinin də, təzyiqin  bərabərləşdirilməsi manevrlərinin təkrarlanması tövsiyə olunur.Mütəxəssis pilotlar üçün bu, təyyarənin 2000 fut hündürlüyə qalxması və daha yavaş enişə cəhd edərkən, təzyiq bərabərləşdirilməsi  manevrlərinin təkrarlanması mənasını ifadə edir. 
  • Təyyarənin enişi zamanı yatmaqdan çəkinmək lazımdır. 
  • Azyaşlı uşaqlar enmə zamanı  valideynin qucağında oturur. Qida şüşəsindən mayenin qəbulu  orta qulaqda təzyiqin bərabərləşdirilməsinə kömək edə bilər. 
  • Orta qulaq təzyiqini bərabərləşdirmə qabiliyyətini  etibarlı şəkildə sınamaq üçün təzyiqin  simulyasion   kamerasından  istifadə edilə bilər. Təkrari barotravmalar aviasiya mütəxəssisləri  və dalğıclarda qulaq üzrə mütəxəssisə yönləndirilməsinə  göstərişdir. Müalicənin müsbət nəticəsi işə qayıtmazdan öncə simulyasion kamera  testi ilə təsdiqlənməlidir.

Müalicə 

  • Yevstax borusunun və burunun selikli qişasında vazokonstruksiya yaratmaq üçün burun damcıları yaxud peroral psevdoefedrin  istifadə edilə bilər.
  • Ağrının azaldılması adekvat olmalıdır. 
  • Uşaq gündə  bir neçə dəfə  Otovent® balonu istifadə etməklə  Yevstax borusunu aça bilər. 
  • Politzer cihazının böyüklərdə istifadəsi uyğundur. 
  • Əgər  1 həftə ərzində simptomatik müalicə uğursuzluqla nəticələnərsə, timpanosentez nəzərdən keçirilməlidir. Təbil pərdəsinin  perforasiyası ağrını azaldacaq və ekssudatın sorularaq xaric edilməsi eşitməni yaxşılaşdıracaqdır. Göstəriş olarsa otolarinqoloqla məsləhətləşmə aparılmalıdır.  
  • Orta qulaq barotravmasının residivi (xronik barotit)  zamanı  nazal steroidlərlə uzunmüddətli müalicə göstərişdir. Əgər pasiyentin işi   zamanı tez-tez uçuş tələb olunarsa, ağır hallarda timpanostomiya borusunun qoyulması  təmin oluna bilər. 
  • Bəzi hallarda uçuş qorxusu orta qulaq barotravması səbəbindən baş verən təkrari ağrılar nəticəsində ola bilər.
  • Kəskin orta qulaq barotravması Valsalva sınağı zamanı təbil pərdəsinin normal hərəkətliliyini göstərən   timpanoskopiyanın nəticələrinə əsasən   aviasiya mütəxəssisləri  və dalğıcların dalğıc və uçuş fəaliyyətinə 10 günlük fasilə verilməsininə əsas verir. 

Müvafiq mənbələr