Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Disfagiya və İsterik boğulma (lat. globus pharyngeus)

Mündəricat

Disfagiya və İsterik boğulma (lat. globus pharyngeus)

EBM Klinik protokolları
11.05.2018 • Sonuncu dəyişiklik 01.03.2017
AnttiMäkitieEeroSihvoSariAtula

Əsas məqamlar

  • Disfagiya təyin olunmalı və xəstə dərhal müvafiq müayinələrə göndərilməlidir. Disfagiya, faringeal hissədəki kütlə hissindən (histerik boğulma) fərqləndirilməlidir.
  • Əgər isterik boğulmaya dair şübhələr varsa, bədəndə hər hansı pozuntu ehtimalı nəzərə alınmalıdır.
  • Disfagiya, digər yuxarı abdominal hissədəki simptomlar ilə müqayisədə daha az rast gəlinən və ciddi bir simptomdur.
  • Disfagiya, ümumiyyətlə digər simptomları da özündə ehtiva edən  nevroloji vəziyyətin təzahürü ola bilər.

İzah

  • Disfagiyada qida ağızdan və ya udlaqdan aşağı getmir və ya udulduqdan sonra ezofaqusa yapışır (udmanın ağız, udlaq və ezofaqus   mərhələləri).
  • İsterik boğulma isə boğazın ortasında, ezofaqusun yuxarı girəcəyində müvəqqəti və ya davamlı olaraq təzyiq və ya narahatlıq hissinin müşahidə olunmasıdır. Adətən heç bir ağrı, udma zamanı çətinlik və ya çəki itkisi müşahidə olunmur.

Zəmin

 

  • Xəstələr adətən, simptomlar bir neçə həftə və ya aylar, hətta illər ərzində davam etdikdən sonra tibb məntəqələrə üz tuturlar. Simptomların getdikcə ağırlaşması və ya narahatlıq doğuran disfagiya müşahidə olunursa, tezliklə, konsultasiyaya müraciət etmək lazımdır. 
  • Disfagiyanın nevroloji səbəblərini aşağıdakı kimi təsnif etmək olar:
    • yuxarı motor neyronunun zədələnməsi (psevdobulbar pareziya; məsələn, beyin infarktının qalıqları)
    • aşağı motor neyronunun zədələnməsi (bulbar pareziya; məs. ALS)
    • sinir-əzələ sinapsın fəaliyyət pozuntusu (myastenia gravis)
    • əzələ pozuntusu.
  • Disfagiya nadir hallarda nevroloji vəziyyətin yeganə simptomu kimi özünü büruzə verir və adətən, yalnız nevroloji vəziyyət düzəldikdən sonra aradan qalxır. Motor neyronu xəstəliyi olan yan amiotrofik skleroz (ALS), disfagiyanın yeganə simptom ola biləcəyi bir neçə nevroloji pozuntulardan biridir.
  • İsterik boğulma gənclərdə və qadınlarda daha çox müşahidə olunur. Bu, xəstənin qarşılaşdığı psixoloji problemlərlə əlaqəli ola bilər və simptomlar adətən, xərçəng ehtimalından yaranan narahatlıqla əlaqələndirilir.

Disfagiyanın etiologiyası

  • Xoşxassəli səbəblər
  • Baş və boyun şişləri
  • Badamcıqların hipertrofiyası, servikal onurğa osteofiti
  • Qastroezofageal refluks xəstəliyinin (GERD) səbəb olduğu ezofagit və daralma
  • Yuxarı ezofageal sfinkter spazmı
  • Tiroid şişi, tiroid hiperplaziyası
  • Ezofageal divertikul
  • Anadangəlmə ezofaqusun daralması
  • Korroziv zədələnmə nəticəsində yara toxumasında ezofageal  sərtlik
  • Ezofaqusun hərəkət pozuntuları (akalaziya, diffuz spazm, "fındıqqıran" ezofaqus)
  • Ezofageal dilatasiyanın ən ümumi səbəbi akalaziyadır (ezofaqusın gövdəsində hərəkət pozğunluğu ilə birlikdə alt ezofageal sfinkterin disfunskional şəkildə açılması).
  • Ezofaqusun hərəkətliliyinin sistemik xəstəlikləri (skleroderma)
  • Böyük diafraqma yırtığı

Bədxassəli səbəblər

  • Baş və boyun xərçəngi
  • Ezofaqus xərçəngi
  • Kardiya xərçəngi
  • Digər intratorasik xərçənglər (ağciyər xərçəngi və ya plevral xərçəng)

Risk faktorları

  • Ezofageal skuamoz hüceyrəli karsinoma üçün risk faktorları siqaret, spirtli içki və xüsusən də, onların həddən artıq istifadə edilməsidir.
  • Adenokarsinoma üçün ən önəmli risk faktorları bir neçə il davam edən kəskin qastroezofageal refluks xəstəliyi və Barrett ezofaqusudur.

Nevroloji səbəblər

  • Serebral infarkt və ya qanaxma
  • Vaskulyar demensiya
  • İrəliləmiş Altsheymer xəstəliyi
  • Parkinson xəstəliyi
  • Dağınıq skleroz
  • Əzələ xəstəlikləri
  • Myasthenia gravis
  • Motor neyron xəstəliyi (ALS)

İsterik boğulma etiologiyası

  • Psixoloji amillər
  • Yuxarı ezofageal sfinkter spazmı
  • Ezofageal refluks simptomları
  • Servikal onurğa osteofiti
  • Tiroid hiperplaziyası və ya şiş

Diaqnoz

Xəstəlik tarixçəsi

  • Udma prosesi hansı mərhələdə dayanır: ağızda, udlaqda və ya ezofaqusda?
  • İsterik boğulma  ümumiyyətlə, yalnız hava udulduqda hiss olunur və  yemək yedikdə isə, bu hiss aradan qalxır.
  • İsterik boğulma  ümumiyyətlə, yalnız hava udulduqda hiss olunur və  yemək yedikdə isə, bu hiss aradan qalxır.  "?>
  • Xəstədə əvvəllər ezofageal simptomlar və xüsusilə Qastroezofageal refluks əlamətləri (ürək bulanması, mədə turşularının requrqitasiyası, udma aktı zamanı çətinlik, diafraqma yırtığı) müşahidə olunubmu?Simptomların müşahidə olunmadan əvvəl korroziv zədələnmə (dərman, hər hansı korrosiv maddənin təsadüfən qəbulu) baş verib mi?
  • Mövcud simptomlar ilk dəfə müşahidə olunduğundan daha kəskindir?Xəstədə sistematik simptomlar, ümumi sağlamlığında dəyişikliklər və ya çəki itkisinə səbəb olurmu?
  • Xəstədə başqa nevroloji simptomlar varmı?
  • Simptomlar nə qədər müddət davam edir?

Kəskin disfagiya

  • Kəskin ağrı, qızdırma və şok əlamətləri həyati təhlükəsi olan (ölüm halları- 20-50%) ezofageal perforasiyanın göstəricisi ola bilər. Kəskin yuxarı qarın və ya döş qəfəsi ağrısı, diafraqma yırtığının ortaya çıxmasına səbəb ola bilər.
  • Kəskin disfagiya, infeksiya əlamətləri ilə aşkarlanır: faringit və ya faringeal abses. Xəstənin qızdırması olduqda və ümumi vəziyyəti pisləşdikdə, epiqlottit ehtimalı nəzərə alınmalıdır.
  • Ezofaqusda yad bir cisim və ya iri yemək parçası qalmışdırsa, bunun səbəbi müəyyən edilməlidir. Nevroloji simptomlarla əlaqədar olduqda, disfagiya vertebrobasilar işemiyanən göstəricisi ola bilər. Posterior daamrlarda qan dövranını pozan digər simptomlar arasında hemipareziya və birtərəfli psixoloji pozğunluqlar, vertiqo, nitqdə çətinlik və diplopiya mövcuddur.

Bir neçə həftə və ya aylarla davam edən disfagiya

  • Bir neçə həftə və ya bir neçə ay ərzində davam edən və çəki itkisinə səbəb olan disfagiya, yaşlı insanlarda şişin yaranmasına güclü şəkildə təsir göstərir, cavanlarda isə refluks xəstəliyinin səbəb olduğu akalaziya  və ya ezofaqusun daralması ilə müşahidə olunur.
  • Qidanın bir hissəsinin qida borusundan keçməsi ilə əlaqədar olaraq qısa müddətli kəskin ağrı, mövcud ezofageal tıxanmanın (bədxassəli və ya xoşxassəli) olduğunu göstərir.
  • Yalnız mövcud olan simptom dizfagiyadırsa, motor neyron xəstəliyinin olma ehtimalı da nəzərə alınmalıdır; digər nevroloji əlamətlərin ortaya çıxması bu xəstəliklərin diaqnozunun düzgün qoyulmasına şərait yaradacaqdır.

Bir neçə il ərzində davam edən xroniki disfagiya

  • Bir ildən çox davam edən müvəqqəti disfagiya, ezofaqusun funksional pozğunluğunun olduğunu göstərir. Bu pozğunluqlardan ən çox yayılanı akalaziyadır.
  • Qidanın udulması zamanı müşahidə olunmayan müvəqqəti simptomlar psixogen problemin olduğunu göstərir (məsələn, anoreksiya, baxın).
  • Bu simptomlar digər ciddi nevroloji xəstəliklərlə də əlaqələndirilə bilər.

Tədqiqatlar

İlkin tibb məntəqəsində edilən müayinələr
• Fiziki müayinə ilk növbədə həyata keçirilən tədqiqat növüdür: ağız və udlağın müayinəsi, ağızın, dilin və badamcıqların əl ilə müayinəsi, lokal  limfa düyünlərinin və boyunun əl ilə müayinəsi, kranial sinir müayinəsi
• Döş qəfəsinin rentgeni, EKQ, trombositlər və  əsas qan sayımə, CRP, EÇS, aşağı udlaq və udlağın selikli qişasının larinqoskopiyası
• Xəstə normal şəkildə udquna bilirsə və qida qida borusu boyunca aşağı düşürsə, ezofaqo-qastroskopiya müayinəsi də alternativ kimi təqdim olunur. Adətən makroskopik nəticələr, disfagiyanın səbəbi qismində xoşxassəli zədə ilə (ezofagit, tıxanma, divertikula) xərçəngi bir-birindən fərqləndirmək üçün kifayət edir. Histoloji tədqiqat ilə nəticələr təsdiqlənəcək. Ezofaqusun dilatasiyası akalaziyanən olduğuna dəlalət edir, lakin funksional pozğunluqlara isə ezofaqoskopiya ilə düzgün diaqnoz qoyula bilməz. 
• Döş qəfəsi rentgenoqrafiyasından uzun müddətli isterik boğulma halında istifadə olunur. 
Qulaq-burun-boğaz və qastrik cərrahiyyə müayinələri
• Elastik fiber optik cihazdan istifadə etməklə lokal anesteziya vasitəsilə həyata keçirilən Nazolarinqoskopiya çox önəmli müayinə üsuludur. Udqunmanın müayinəsi üçün istifadə olunan fiber optik endoskopik qiymətləndirmə (FEES) ENT mütəxəssisi / foniatrik tərəfindən həyata keçirilə bilər. Müayinə zamanı elastik vasitə ağız və udlağın hissələrində müxtəlif həcmdə olan mayenin hərəkətini müşahidə etmək üçün istifadə olunur. 
• Sərt cihazdan istifadə edərək ümumi anesteziya altında həyata keçirilən hipofarenksin və yuxarı ezofaqusun endoskopiyası, ən azı hipofarenks ətrafında disfagiya simptomları və ümumi simptomların bədxassəli şişə dair şübhə yaratdığı xəstələr üçün alternativ müayinə hesab olunur. 
• Endoskopiya ilə diaqnoz əldə etmək mümkün olmadıqda, ezofaqusun ikili kontrastlı müayinəsi tövsiyə olunur (videofluoroqrafik müayinədə adətən udulmuş və ağızdan mədəyə doğru gedən barium maddəsini müşahidə etmək üçün fluoroskopdan istifadə olunur).
• Disfagiyanın səbəbinin ezofaqusla əlaqədar olduğuna dair şübhə varsa, ezofaqoskopiya müayinəsinə ehtiyac olacaqdır.
• Əgər isterik boğulma əlamətləri müşahidə olunursa,  Burun-boğaz-qulaq həkiminə  müraciət etmək lazımdır.
  •  
    • Hipofarinks və ezofaqusun rentgen müayinəsi
    • Ehtiyac olarsa, sərt cihazdan istifadə edərək ümumi anesteziya altında  hipofarinqooezofaqoskopiya müayinəsi edilə bilər.
    • Boyunun ultrasəs müayinəsi
  • Ezofaqusun və mədənin radioqrafik müayinəsinə dair göstəricilər:
    • Ezofageal dilatasiya yalnız radioqrafik müayinə ilə düzgün şəkildə yoxlanıla bilər.
    • Ezofageal divertikulanın ölçüsünün və yerləşdiyi hissəsinin qiymətləndirilməsi üçün radioqrafik müayinə endoskopiyadan daha etibarlı hesab olunur.
    • Diafraqma yırtığının ölçüsü və növünün müəyyən edilməsində də radioqrafik müayinə etibarlı hesab olunur.
  • Manometriya
    • Ezofaqusun motor funskiyasını, həmçinin yuxarı və aşağı ezofageal tıxanmaları yoxlamaq üçün ezofageal təzyiqin manometrik şəkildə ölçülməsi müayinəsindən istifadə olunur.
    • Funksional pozğunluğa dair şübhələrin oluğu və ya Qastroezofageal refluks üçün əməliyyatın planlaşdırıldığı hissələr bu müayinə ilə yoxlanılır.
  • 24 saatlıq ezofageal pH monitorinqi
    • Ezofaqusda turş maddəyə qarşı refluks müşahidə oluna bilər.
    • Naməlum etiologiyası olan  ezofageal tıxanma mövcuddursa,  (turşuya qarşı  refluks simptomlarının və ya korroziv zədələnmənin olmadığı hallarda), refluks səviyyəsi ezofageal pH monitorinqi vasitəsilə tıxanma dilatasiya edildikdən sonra müəyyən edilə bilər.

Nevroloji müayinələr

  • Nevroloji disfagiya şübhəsi vardırsa, xəstə nevroloqa müraciət etməlidir. Digər nevroloji simptomlara və fiziki müayinə zamanı bəzi araşdırmaların aparılması tələb olunur.
  • Mərkəzi sinir sistemi etiologiyasına dair şübhələr vardırsa, başın MRT-si çəkilməlidir. Bu zaman həm bulbar, həm də psevdobulbar pareziyanın səbəbi aşkarlanacaqdır.
  • Motor neyron və miasteniya qravis xəstəliyinə ENMG testi ilə diaqnoz qoyulur.
  • Əzələ pozğunluğuna dair şübhələrin olduğu hallarda, ENMG testi ilə birlikdə, əzələ MRT-si və biopsiyası kimi digər müayinələr də edilməlidir.

Müalicə

Ezofageal tıxanma

  • Endoskopik dilatasiya müalicə alternativi hesab olunur.
  • Əgər bu tıxanmaya qastroezofageal refluks səbəb olursa, əsasən dərmanların istifadəsi və ya zəruri hallarda anti-refluks əməliyyatı ilə onun qarşısı alınır.
  • Lazım gələrsə, ezofageal dilatasiya proseduru təkrarlana bilər.

Karsinoma

  • Əgər şiş torakal strukturlara (traxeya, aorta, divararalığına) və ya bitişik yerləşmirsə və ya digər hissələrə sıçramamışdırsa, radioterapiya və sitotoksik dərmanlarla birlikdə rezeksiya (və ya yalnızca rezeksiya) prosedurlarından istifadə etmək lazımdır. Çıxarılan ezofaqus mədə və ya 5-ci bağırsağın çıxıntısından istifadə edərək bərpa olunmuş boru ulə əvəz ediləcək.
  • Digər müalicə alternativləri isə sadəcə vəziyyəti yaxşılaşdırmaq üçün görülən müvəqqəti tədbirlərdir. Müalicənin məqsədi qidalanarkən ezofaqusda problemin yaranmamasını təmin etməkdir. Ezofageal stentin qoyulması müasir dövrdə ən çox istifadə olunan müalicə üsuludur.

 Ezofageal motor funksiyasının pozulması

  • Akalaziya zamanı xəstənin qidalanma qabiliyyətini yaxşılaşdıran prosedurlara alt ezofageal sfinkterin endoskopik balon dilatasiyası və əzələlərinin əməliyyat edilməsi proseduru daxildir (Heller miotomiya). Gənc xəstələr üçün cərrahiyyə, digər xəstələr üçün isə balon dilatasiyası tövsiyə olunur.
  • Diffuz ezofageal spazm və "fındıqqıran" ezofaqus nifedipin kimi kalsium kanal blokerləri ilə müalicə olunur. Simptomlar kəskindirsə, ezofageal əzələ qatını əməliyyatla götürmək də mümkündür.

Ezofageal divertikula

  • Əgər divertikula simptomatikdirsə (disfagiya və ya requrqitasiya) cərrahi rezeksiya müalicə üsulu kimi tətbiq olunur.

Nevroloji xəstəliklər

  • Hər xəstəliyə uyğun məqalələrə nəzər salın (yuxarıdakı bağlantılardan daxil olun).

İsterik boğulma şübhəsi

  • Xəstənin vəziyyətinin funksional olub-olmadığını yenidən qiymətləndirin.
  • Antasidlər "?> Və ya proton nasos inhibitoru"?>

Müvafiq mənbələr

  • Cochrane icmalları
  • Digər dəlillərin icmalı
  • Digər internet materialları
  • Ədəbiyyat

Järvenpää P, Laatikainen A, Roine RP et al. İsterik boğulması olan xəstələrdə simptomlar və həyat keyfiyyəti: perspektivli araşdırma. Logoped Phoniatr Vokol 2017; (): 1-6. McGlashan JA, Johnstone LM, Sykes Larinqofarengial refluksun idarə edilməsində maye- alginat suspenziyasının dəyəri (Gaviscon Advance) Eur Arch Otorhinolaryngol 2009; 266 (2): 243-51. Dumper J, Mechor B, Chau J et al. İsterik boğulma zamanı Lansoprazoldan sitifadə: ikitərəfli-gözübağlı tətqiqat, təsadüfi edilmiş, plasebo nəzarətli test J J Otolaryngol Baş Boyun Cərrahı 2008; 37 (5): 657-63.