Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Katarakta

Mündəricat

Katarakta

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
JuhaVälimäkiJukkaMattila

Əsas məqamlar

  • Katarakta (mirvari suyu) göz büllurunun bulanması ilə əlaqədar görmənin zəifləməsi ilə xarakterizə edilir.
  • Ümumi praktika həkimi katarakta simptomlarını ayırd etməli, görmə itiliyini yoxlamalı və katarakta şübhəsi yarandıqda, sonrakı müayinələr üçün pasiyenti oftalmoloqa yönləndirməlidir. Göndərişdə pasiyentin ümumi vəziyyəti, xroniki xəstəlikləri və qəbul etdiyi dərman preparatları ilə bağlı məlumatlar əksini tapmalıdır.
  • Görmənin zəifləməsi ciddi mənfi təsirlərə gətirə biləcəyi halda, katarakta cərrahi yolla müalicə edilməlidir. Cərrahi əməliyyatın gərəkliliyi həmişə fərdi dəyərləndirilir.

Risk amilləri

  • Kataraktanın inkişafı üçün zəmin təşkil edən risk amillərinə aiddir
    • yaşlılıq dönəmi
    • şəkərli diabet
    • bədən kütləsi indeksinin yuxarı olması, aşırı alkoqol qəbulu, siqaret çəkmə
    • qlükokortikoidlər (sistem və ya inhalyasiya olunan preparatlar, həmçinin yerli istifadə edilən göz damcıları; risk fərdidir və dozadan-asılı deyil)
    • gözün kimyəvi və ya fiziki zədələnmələri, oftalmoloji cərrahi əməliyyatlar, şüalanmanın təsiri (günəş şüaları, ionlaşdırıcı radiasiya)
    • infeksiyalar (məs., xroniki üveit).

Simptomlar

  • Görmənin tədricən zəifləyərək, eynəklə korreksiya edilə bilməməsi
    • Katarakta çox zaman ikitərəflidir.
  • Gözün büllurunun sındırma qüvvəsinin dəyişməsi
  • Parlaq işığa həssaslığın artması
  • Kontrast həssaslığının zəifləməsi
  • Monokulyar ikigörmə
  • Rənglərə həssaslığın dəyişməsi

Müayinələr

  • Məsafədən görmə itiliyi həm eynəksiz, həm də pasiyentin gündəlik istifadə etdiyi uzağı görmə üçün eynək ilə təyin olunur.
  • Qələm-fənərlə müayinədə bəbək solğun, bozumtul və ya yaşımtıl-qəhvəyi ola bilər (şəkillər   ).
  • Bəbək işığa reaksiya verir.
  • Oftalmoskopiyada çəhrayı refleks tutqundur, alınmır və ya kölgəlidir (şəkil  ).
  • Göz dibi zəif vizualizasiya olunur və ya heç görünmür.
  • Gözdaxili təzyiq normadadır (bununla yanaşı, yetişmiş, şişkinləşən katarakta, gözdaxili təzyiqin kəskin artmasına səbəb ola bilər.)

Müalicəyə ehtiyacın dəyərləndirilməsi

  • Cərrahi müalicə üçün göstərişlər fərdi olaraq nəzərdən keçirilir.
  • Səhiyyə orqanları kataraktanın planlı cərrahi əməliyyatı üçün meyarlar təyin edə bilər. Cərrahi əməliyyat üçün göstərişlər nəzərdən keçirilən zaman, misal olaraq, aşağıdakı qaydalar tətbiq edilə bilər:
    • daha yaxşı görən gözdə  eynəklə ən yaxşı korreksiya vasitəsilə görmə itiliyi 0.5 və ya daha zəifdir
    • daha yaxşı görən gözdə görmə itiliyi 0.5-dən yuxarıdırsa, zəif görən göz cərrahi əməliyyatın göstəriş olması üçün 0.3 və ya daha aşağı  (eynəklə ən yaxşı korreksiya vasitəsilə) görmə itiliyinə malik olmalıdır .
  • Bununla birlikdə, daha sərbəst meyarlar tətbiq edilə və  cərrahi əməliyyat aşağıdakı hallarda göstəriş sayıla bilər
    • arxa subkapsulyar katarakta gündəlik yaşam aktivliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir
    • birinci gözün cərrahi əməliyyatından sonra, pasiyentdə gözlərin refraksiyası arasında əhəmiyyətli fərq ilə anizometropiya (2 dioptriyadan yuxarı) qeyd olunur
    • katarakta gözün başqa bir xəstəliyinin gedişinə nəzarət edilməsinə maneə törədir (məs., diabetik retinopatiya və ya qlaukoma).
  • Bununla bərabər, meyarlar uyğun olsa belə, cərrahi əməliyyat aşağıdakı hallarda aparılmamalıdır
    • pasiyent ondan imtina edir
    • eynək və ya yardımçı cihazlar pasiyentin ehtiyacları üçün yetərlidir və ya
    • pasiyentin yanaşı xəstəliklərini və həyat keyfiyyətinə təsir edən digər amilləri nəzərə alaraq, əməliyyatın ona fayda gətirəcəyi gözlənilmir.
  • Aşağıdakı vəziyyətlərdə oftalmoloqun qəbulu üçün təxirəsalınmaz göndəriş verilir:
    • pasiyent yalnız əlin hərəkətlərini və ya işığı görə bilir
    • bəbək açıq boz rəngdədir (şəkil  )
    • ön kamera, digər gözlə müqayisədə dayazdır, və ya gözdaxili təzyiq əhəmiyyətli dərəcədə yüksəlmişdir (> 30 mm c.s.).
  • Digər hallarda adi göndəriş verilir. Pasiyentin ümumi vəziyyəti, uzun-sürən xəstəlikləri və qəbul etdiyi dərman preparatları haqda məlumat göndərişdə qeydə alınır. Həmçinin, pasiyentin cərrahi əməliyyat edilməsinə istəyinin olub-olmadığını əvvəlcədən öyrənmək olar.
  • Pasiyentin gündəlik aktivliklərin öhdəsindən gəlməsi, görmə itiliyinin zəifliyi səbəbindən, artıq mütəxəssis müayinəsi üçün gözləmə vərəqində ikən əhəmiyyətli dərəcədə pisləşdikdə, ehtiyac olduqda həkim-mütəxəssis qəbuluna düşmə prosesi sürətləndirilməlidir.

Müalicə

Cərrahi əməliyyatdan sonra

 

Müvafiq resurslar