Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Depressiya

Mündəricat

Depressiya

EBM Klinik protokolları
25.08.2017 • Sonuncu dəyişiklik 25.08.2017
ErkkiIsometsä

Ümumi məlumat

  • Depressiyanın ağırlıq dərəcəsini (zəif/orta/şiddətli/psixotik) qiymətləndirin, çünki müalicə rejimi buna əsasən müəyyən edilir. 
  • Fəaliyyət qabiliyyətini, işdə və evdə yaranan vəziyyətləri idarə etmək bacarığını və xəstəlik məzuniyyətinə, dəstəkləyici tədbirlərə olan zəruriliyi və ya xəstəxanaya yerləşdirilmə ehtiyacını qiymətləndirin. 
  • İntihar riskini qiymətləndirin və tez-tez ambulator müaicədə izləməni və xəstəxanaya yerləşdirilməni (könüllü və qeyri-könüllü psixiatriya yardımı) təmin edin. 
  • Həm antidepressiv dərmanların, həm də psixoterapiyanın istifadəsi adətən doğru hesab olunur.

Xəstəliyin yayılması və gedişatı

  • Depressiv pozğunluq əhalinin statistik tədqiqatlarında illik 4–5% yayılma dərəcəsi ilə və ömür boyu 15% yayılma dərəcəsi ilə yayılmış ümümi bir xəstəlikdir. Qadınlarda bu kişilərə nisbətən 1,5-2 dəfə daha çox müşahidə olunur. 
  • İrsi amil və şəxsiyyət xüsusiyyətlərinə meyllilik bir çox hallarda depressiyanın başlanması, tetikleyici amil olaraq psixososial stress ilə əlaqələndirilir.
  • Depressiya tez-tez mənfi bir həyat hadisəsindən (boşanma, işsizlik, itki) sonra başlayır.
  • Təkrarlanan epizodlar çox yayğındır (≥ 50%).
  • Depressiya dərəcəsi və intihar düşüncələri və cəhdləri çox olduqda intihar riski artır. Kişilərdə intihar nəticəsində ölüm qadınlara nisbətən daha yüksək müşahidə olunur.

Diagnoz

  • Baxın

Klinik xüsusiyyətlər

Müalicə

 Depressiyanın ağırlığı və kəskin mərhələdə müalicə seçimi 
Müalicə Yüngül Orta Şiddətli Psixotik
Psixoterapiya + + (+)
Antidepresanlar + + + +
Antipsikotiklər +
Elektrokonvulsiv terapiya + +

Kəskin mərhələdə müalicə

Farmakoterapiya

  • Xəstənin narahatlıq üçün müalicəyə ehtiyacı olub olmadığını və ya psixotik simptomlar üçün antipsikotik dərmanların mümkün olub olmadığını nəzərə alın.
  • Bütün kəskin dövr ərzində hər 1-3 həftədə xəstənin vəziyyətini və müalicəyə qarşı reaksiyasını izləyin.
  • Əgər 2-4 həftədən sonra dəqiq bir ilkin reaksiya müşahidə olunmazsa, dərmanın dozasını artırın. 6-8 həftə ərzində müalicəyə aydın cavab verilmədiyi təqdirdə başqa bir dərmanla əvəz edin.
  • Xəstə və onun ailəsinə depressiya, onun gedişatı və müalicəsi barədə ətraflı məlumat verin.

Psixoterapiya

  • Psixoloji müdaxilələr xüsusilə yüngül və orta depresif pozğunluqda istifadə olunur.
  • Mövcud olan vəziyyətin dəyişdirilməsi problemdir.
  • Xəstə həvəsləndirilməli və müntəzəm həftəlik işlərə hazır olmalıdır. Terapiya ehtiyacı və xəstənin uyğunluğu bir psixiatr tərəfindən qiymətləndirilir.
  • Alternativlər
    • Kognitiv Psixoterapiya (baxın )
    • Psixodinamik psixoterapiya
    • Kişilərarası terapiya
  • Xəstəni terapiyaya yönəltmək: baxın

Elektrokonvulsiv terapiya (EKT)

Parlaq işıq terapiyası"?>

Kəskin mərhələdən sonra müalicə

Müalicənin mərhələsi və mütəxəssis məsləhətləşməsinin xüsusiyyətləri

Depressiya müalicəsinin mərhələsi
İlkin tibbi yardım Psixatrik ambulator yardım Psixiatriya xəstəxanası
Yüngül və ya orta dərəcədə kəskin depressiya
  1. Şiddətli kəskin depressiya
  2. Bir çox digər pozğunluqlarla birlikdə orta dərəcəli depressiya
  3. Özünü məhv edən davranış
  4. Depressiya müalicəyə qarşı dayanıqlıdır
  5. Depressiya və uzunmüddətli (> 2 aydan artıq) iş qabiliyyətinin olmamaması
  1. Psixotik depressiya
  2. Ciddi intihar riski
  3. Ciddi depressiya və qabiliyyətsizlik

Müvafiq mənbələr