Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Ağız boşluğunun selikli qişasında dəyişkənliyinin qiymətləndirilməsi Assessment of oral mucosal changes

Mündəricat

Ağız boşluğunun selikli qişasında dəyişkənliyinin qiymətləndirilməsi Assessment of oral mucosal changes

EBM Klinik protokolları
22.03.2017 • Sonuncu dəyişiklik 22.03.2017
TuulaSalo MariaSiponen

Ağız boşluğunun selikli qişasının klinik müayinəsi zamanı ən çox rast gəlinən klinik tapıntılar

  • Aşğıdakı cədvəl ağız boşluğunun selikli qişasının klinik müayinəsi zamanı əldə edilən tapıntılar və onların ehtimal edilən səbəblərini təsvir edir.
Ağız boşluöunun selikli qişasının klinik müayinəsi zamanı əldə edilən tapıntılar və onların ehtimal edilən səbəbləri
Əldə edilən tapıntının klinik mənzərəsi  Mümkün ola bilən səbəblər
 Adı çəkilən müəlliflərdən adaptasiya edilərək götürülmüşdür: Regezi J, Sciubba J, Jordan R. Oral pathology - Clinical pathologic correlations. 7. edition. Saunders Elsevier 2016.
Solğun rəngli  
  •  Qaşılaraq qopardıla bilər

Psevdomembranoz kandidoz, selikli qişanını səthinin diş pastasınını təsiri altında soyulub ayrılması

  • Qaşıyıb qopartmaq mümkün deyildir

Qıcıqlanma nəticəsində yaranan hiperplaziya; lixenoid reaksiya; dərman reaksiyası; qırmızı yastı dəmirov; hiperplastik kandidoz; leykoplakiya; ağ süngərli nevus ; tütün çeynəyənlərin stomatiti; nikotin stomatiti; günəş xeiliti; “tüklü” dil; submukoz fibroz; Fordays xəstəliyi (qranuloması); ektopik limfa toxuması; diş əti (qingiva) kistası; diş əti absessi; lipoma.

Eritematoz törəmələr

Atrofik kandidoz, yastı dəmirov, dərman reaksiyası, kontakt allergiyası, pemfiqoid, fol turşusu və B12 vitamini çatışmazlığı, hemangioma, piogen qranulema, orta indurativ (rombşəkilli) qlossit, çoğrafi dil, petexiya və sıyrıntə (travma, qan xəstəllikləri) 

Yaralı törəmələr

Travma, afta, siflis, qonoreya, vərəm, aktinomikoz, Bexçet xəstəliyi, Reyter sindromu, qırmızı yastı dəmirov, çoxformalı eksudativ eritema, qırmızı qurd eşənəyi,  dərman reaksiyası, kontakt allergiyası, Vegner qranulomatozu, (irsi) dövri neytropeniya, yastıhüceyrəli (epidermoid) karsinoma, maksillar (yuxarı çənənin) sinusun karsinoması

Bulloz törəmələr  Herpes simplex infeksiyası, Herpes varicella-zoster infeksiyası (su çiçəyi), enteroviruslar, herpes anginası, pemfiqoid, pemfiqus, herpetiform dermatit (seliakiya xəstəliyində), bulloz epidermoliz, dərman reaksiyası, kontakt allergiyası
Ziyilli törəmələr

Damaq papillamotozu, skvamoz papilloma, iti uclukondiloma, enli kondilomalar, ocaqlı epitelial hiperplaziya, ağız boşluğunun adi ziyilləri, verrukoz leykoplakiya, verrukoz karsinoma, verrukoz ksantoma,

Hiperpiqmentasiya  Amalqama piqmentasiyası, melanotik ləkə, fizioloji piqmentasiya, tütün (siqaret) çəkmə (ləkələri),iltihab prosesi, dərman reaksiyası, ağır metallara qarşı olan reaksiya, Addison xəstəliyi, Peyts - Egers sindromu, Lojie – Xunsiker sindromu, nevus, melanoma, uşaqların neyroektodermal şişləri
 Selikli qişa altı ödem  
  • Diş əti

Piogen qranulema, periferik qiqant hüceyrəli qranulema, periferik fibroma, diş ətinin absessi, ekzostoz, diş ətinin kistası, diş yarılması/çıxartma kistası, yenidoğulmuşların anadangəlmə epulisi, diş ətinin generalizə olunmuş hiperplaziyası.

  •  Ağız boşluğunun dibi

Ranula (dilaltı kista), dermoid kista, limfoepitelial kista, ağız suyu vəzisinin şişi, mezenximal şiş.

  •  Yanaq və dodaq nahiyəsinin seiliki qişası
 Ağız suyu vəzsisinin şişi, mukosele, travmatik fibroma, mezanximal şiş.
  • Dil
Travmatik fibroma, pyogenik qranuloma, dənəli hüceyrəli şiş, neyrofibroma, travmatik fibroma, ağız suyu vəzilərinin şişi, hemangioma, limfangioma
  • Damaq
 Mukosele, ağız suyu vəzisi şişi, diş absessi, limfoma, xoşxassəli sümük düyünü, yuxarı çənənin və ya maksilyar sinusun şişi.

 Ağız boşluğu xərçəngi riskinin artması

 

 

Leykoplakiya

  • Leykoplakiya digər xəstəliklərin və patoloji halların xərçəng yaratmaq riski istisna olduqda potensial olaraq xərçəng riski yaradan ağız boşluğunun selikli qişasında solğun boyanmış lakin aydın görünən ləkədir,   (ÜST 2007)"?>.
  • Leykoplakiya- klinik anlayışdır.
  • Eritroplakiya mukoz/selikli qişanın qırmızımtıl zədələnməsidir/ləkəsidir və bu hal heç bir digər spesifik xəstəliyin əlaməti deyildir (Şəkil). 
    • Laykoplakiya ümumi əhalinin 1-4%-də rast gəlinir və adətən 60 yaşdan yuxarı olan şəxslərdə olur.
    • Əksər hallarda siqaret çəkməklə əlaqədardlr, lakin idiopatik də ola bilər.
    • Leykoplakiya klinik olaraq yaxşı təyin edilə bilən ləkədir və qaşıyıb qopartmaq mümkün deyil və adətən homogendir (şəkil).
    • Qeyri-homogen formaları (nodulyar/düyünlü, ziyilli, proliferativ verrukoz leykoplakiya və ya eritroplakiya) hadir hallarda olur
    • Həmcins/homogen leykoplakiyada bədxassəli şişə çevrilmə riski ortalama 4%-dir, lakin bu risk qeyri-homogen leykoplakiyada əhəmiyyətli dərəcədə yüksəkdir.
    • Xüsusi olaraq qeyd etmək lazımdır ki, ziyilli/verrikoz leykoplakiya bir qayda olaraq karsinomaya çevrilir.
    • Proliferativ verrikoz leykoplakiya (PVL) leykoplakiyanın nadir çox ocaqlı formasıdır və illər boyu davam edir, demək olar ki, bütün halların yarısında karsinomaya çevrilir. PVL diaqnozu qoyulduqdan sonra 5 illik müşahidə  və biopsiya aparılmalıdır. İlkin mərhələdə displaziya tapılmır, əvəzində histopatoloji diaqnoz olaraq epiteli hiperplaziyası, hiperkeratoz və/və ya lixenoid tipli reaksiya qeyd edilir.
    • Stattistik olaraq ağız boşluğunun dibi və dilin altı daha qorxulu sahə sayılır.
    • Eritroplakiya həmişə displaziya ilə əlaqəli olur və 90% hallarda lokalizasiyasından asılı olmayaraq xərçəngə çevrilir.
    • Diaqnoz klinik mənzərə histoloji tədqiatlara əsaslanır.
    • Əgər, biopsiya displaziyanı təsdiq edirsə və ya dəyişiklər risk olan sahələrdə yerləşirsə, müalicə əksər hallarda cərrahi müdaxilə vasitəsi ilə həyata keçirilir. Siqaret çəkmənin dayandırılması zəruridir Klinik müşahidələr 3-12 aylıq intervalla təşkil edilməlidir. Müşahidələr göstərmişdir ki, leykolplakiyanın xaric edilməsi və ya edilməməsi ləkələrin proqnozu ilə korrelyasiya etmir. Diqqətlə aparılan müşahidə ən vacib elementdir!!.

Erytroplakiya

Leykoplakiya  ləkələri qaşıyıb qopartmaq mümkün deyil və onlar digər bir xəstəliyin əlaməti sayılmayırlar (şəkil).  Leykoplakiyalar etiologiyasına görə ya idiopatik, ya da siqaret və spirtli içki qəbul edilməsi kimi təsnif edilə bilərlər. Leykoplakiya klinik cəhətdən homogen və ya qeyri-homogen (nodulyar, verrukoz proliferativ leykoplakiya və ya eritroleykoplakiya) ola bilər. 

Xüsusilə proliferativ verrucous leykoplakiya, demək olar ki, bütün hallarda karsinomaya çevrilir. Statistik olaraq ən təhlükəli bölgə ağız boşluğunun dibi və dilin alt hissəsidir (50% hallarda bədxassəli şişə çevrilə bilər).  Diaqnoz klinik mənzərə və histoloji müayinəyə əsaslanır. Əgər biopsiya orta və ağır dərəcəli displaziyanı göstərirsə, müalicə cərrahi müdaxilə vasitəsi ilə edilir və 6 aylıq intervalla klinik müşahidə tətbiq edilir. "?

 

Ağız xərçəngi riskini artıran sindromlar
• Autoimmun poliendokrin sindrom tip 1 ( və ya eng., Autoimmune polyendocrinopathy-candidiasis-ectodermal dystrophy (APECED)
•  bulyoz epidermoliz

• Kseroderma pigmentozum 
• Diskeratoz anadangəlmə
Plummer-Vinson sindromu 

Ağız boşluğunun qırmızı yastı dəmirovu

  • Qırmızı yastı dəmirov təxminən 1% hallarda bədxassəli dəyişikliyə məruz qala bilər. Ayrıca məqaləyə, bax,

Diskoid qırmızı qurd eşənəyi (DQQE)

  • Nəməlum etiologiyalı xronik, iltihabi, fotosensitiv autoimmun xəstəlikdir, dəri və ağız boşluğunun selikli qişası ilə məhdudlaşır (Şəkil).  Sistem qırmızı qurd eşənəyi (ingliscə systematic lupus erthromatosis - SLE) həmin halın sistemli manifestasiyasıdır."?> pasiyentlərin əksəriyyəti qadın olur. "?> DQQE- xəstəliyi zamanı kifayət qədər asan müəyyən edilən qızarmış dəri sahələri olur. Ləkə sağalmaya doğru getdikcə onların mərkəz hissələrində pulcuqlar əmələ gəlir və daha sonra ocaqlarda atrofiya və çapıqlaşma  baş verir, və dəridəkiə qızartılar solmağa başlayır.  "?>. 

DQQEolan xəstələrinin 5% -ə qədər hissəsində SQQE inkişaf edir. Müalicə üçün topikal kortikosteroidlərdən və lazım olduğu hallarda isə hidroksixlorokin, retinoidlər  (hydroxychloroquine, retinoids) və ya digər immunosupressiv / immunomodulativ dərmanlarla aparılan sistem terapiyasından istifadə edilir. Günəş şüasından qoruyan məlhəmlər də tövsiyə olunur.  Belə düşünülür ki, DQQE lezyonlarının olması, xüsusilə də dodaqları cəlb edildiyi hallarda xərçəng riski artımış olur. "?>

  • Ağız ləkələri dairəvi şəkilli olurlar; çətinliklə təyin edilən qırmızımtıl sahələrin ətrafında ağ həlqələr yaranır. Həlqələrin ətrafına ağ nöqtələr/ləkələr səpələnmiş olur.  bu törəmələrə daha çox yanaqda, damaqda, və alt dodaqda rast gəlinir.
  • Ağız boşluğundakı lezyonlar adətən ağrısız olurlar.
  • Diaqnoz klinik mənzərə və biopsiya zamanı alınmış toxumalrın histoloji müayinəsinə əsaslanır. Qırmızı qurd eşənəyi şübhəsi yarandığı təqdirdə zədələnmiş ocaqlardan biopsiya üçün materail alınır və nümunələrin yarısı İF analizinə göndərilir (toxuma nümunəsi müayinə üçün dərhal göndərilir).   Xəstəliyin sistemli formasının diaqnozu zədələnməmiş bir sahədən götürülmüş toxumaların biopsiya tədqiqatı təsdiq edir.
  • Ağız boşluğunda qırmızı qurd eşənəyi olması, potensial olaraq bəd xəssəli şiş riskini artırdığı düşünülür (xüsusən, əgər ocaq dodaqda yerləşmiş olduqda).
  • Həmçinin bax.

 

Çoxformalı eksudativ eritema

Ağız boşluğunun və dodağın selikli qişasının eroziyalı və yaralı lesionları ilə gedən kəskin iltihabi bulloz xəstəlikdir (şəkil).

Əsasən ətrafların dəri örtüyü dəyişkənliyə məruz qalır, orada kifayət qədər asan təyin edilə bilən dairəvi halqalar olur (öküz gözünü xatırladan üzükvari halqalar).

Adətən yeniyetmələrdə olur; qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəlik spontan olaraq sağalır və bir neçə dəfə residiv verir.

Etiologiyası aydın deyil, lakin 50% hallarda  xəstəliyə rəvac verən faktor təyin edilə bilər. Belə faktorlara infeksiyalar (xüsusən adi herpes virusu və ya mikoplazma), dərman vasitələri, vaksinlər, hamiləlik, menstruasiya, kimyəvi maddələr, qida məhsulları, bədxassəli şişlər, sistem xəstəlikləri, stress və şüa xəstəliyi aid ola bilər. Xəstəliyin generalizasiya edilmiş formasında (Stevens - Jonson sindromu) dəri və ən azı iki mukoz sahədə ağır eksfoliativ zədələnmələr meydana çıxır. Xəstəliyin ən ağır forması Lyell sindromudur (toksik epidermal nekroliz), bu zaman dəri səthinin 30% prosesə cəlb olunur. Diaqnoz klinik mənzərəyə və təkanverən faktorları təyin edə bilən anamnezə əsaslanır. Diaqnoz provokasiya testləri vasitəsi ilə təsdiqlənə bilər. Əgər hər hansı bir herpes və ya mikoplazma şübhəsi varsa, onda diaqnoz uyğun olan metodlarla təsdiq edilməlidir. Zərurihallarda yenicə götürülmüş bioptat İF metodu vasitəsi ilə tədqiq edilməli və digər oxşar klinikaya malik xəstəliklər istisna edilməlidirlər. Müalicə səbəb olan faktorların aradan götürülməsindən, kifayət qədər hidratasiya aparılmasından və antihistamin təsirli preparatların təyinindən ibarətdir. Topikal kortikosteroidlər ağız boşluğu zədələnmələrinin simptomlarını effektiv olaraq  yüngüləşdirirlər. Topik anestetik məhlullar və gellər su və qida qəbulunu asanlaşdırmaq üçün tətbiq edilə bilər. Xolrheksadin (Chlorhexidine) 2mq/l vasitəsi ilə gündəlik olaraq ağız boşluğu yaxalanır və beləliklə ağız gigiyenası təmin edilir və ağırlaşmaların qarşısı alınır. Adi herpes virusunun təkan verdiyi residivləşən xəstəlik formasında isə profilaktik olaraq asiklovir (aciclovir) verilməsi faydalı ola bilər. Hospitalizasiya xəstəliyin ağır formasında edilir və sistem kortikosteroidləri ilə müalicə təyin edilməlidir.?> 

Vulqar pemfiqus

Nadir olan xronik, autoimmun, bulloz xəstəlikdir. Təxminən 75% hallarda xəstəlik ilkin olaraq ağız boşluğunun selikli qişasında suluqlama şəklində manifestasiya edir. Bu suluqlamalar asanlıqla partlayaraq ağrı verən eroziyalara çevrilirlər. Az hallarda ağız boşluğundakı suluqlar toxunulmaz qalırlar. Lesionların tipik olan yerləşdiyi sahələr damaq, yanağın selikli qişası, aşağı dodaqdır. Sağıam selikli qişaya küt bir alətlə bir dəqiqə ərzində təzyiq etdikdə, suluq əmələ gəlir və ya epiteli öz əsasından ayrılır (müsbət Nikolski testi).

 Dərinin zədələnmələri şəffaf, maye ilə dolmuş və kövrək divarlı suluqlama sahələrindən ibarət olur. Həmin sahələr bir neçə ay öz yerlərində qalır və sonra dərinin digər sahələrinə yayılırlar.

Yeniyetmələrdə daha çox rast gəlinir, qadınlar arasında kişilərlə müqayisədə daha çoxdur. Diaqnozun qoyulması klinik mənzərəyə, histopatoloji tədqiqatlara (intraepitelial vezikullar), birbaşa edilən və birbaşa edilməyən (indirect) İF immunoflüoressensiya metodlarına əsaslanır; həmçinin, seroloji metodun istifadəsi mümkündür.  Birbaşa edilən İF metodu üçün nümunə zədələnməyə məruz qalmamış dəridən və ya selikli qişadan götrülür, lakin bu sahə lezionların yaxınlığından seçilir. Nümunə dərhal laboratoriyaya göndərmilməlidir (ya fizioloji məhlul hopdurulmuş tənzifin arasında, və ya xüsusi nəql edici avadanlıqdan istfadə edərək. Bu avadanlıq laboratoriya tərəfindən təchiz edilir, biopsiya materilanı 3 gün ərzində saxlayır.

Müalicə sistem kortikosteroidlərinin ya təklikdə, ya da metotreksat, azatioprin, mykofenolat- mofetil və ya syklofosfamid (methotrexate, azathioprine, mycophenolate mofetil və ya cyclophosphamide) kombinasiyasının tətbiqindən ibarətdir. Əgər xəstəlik göstərilən müalicəyə refraktordursa (gec reaksiya veririsə), onda digər variantlar:: vena daxilinə immunoqlobulin, immunoadsorbsiya, plazmoferez və rituksimab (Rituximab) tətbiq edilə bilər. Topik olaraq kortikosteroid məlhəmlərdən də istifadə edilə bilər.?> 

Pemfigoid  

Bir qrup xronik, autoimmun, bulloz xəstəliklərdir və iki əsas forması mövcuddur: bulloz pemfiqoid və mukoz membranın xoşxassəli pemfiqoidi. Ağız boşluğunun lezionları bulloz pemfiqoid olan pasiyentlərin təxminən 20%-də və mukoz membran xoşxassəli pemfiqoidi isə 85%-də tapılır. Ağız boşluğunda olan suluqlar şəffaf maye və ya qanla dolmuş olur və suluqlar asanlıqla partlaya bilirlər. Suluqların ətrafında yerləşən mukoz membran eritematoz olur. Suluqlar partladıqdan sonra yara səthi tədricən sağalır və yerində çapıq toxuması qala bilər.

Ağız boşluğunun mukoz membranın xoşxassəli pemfiqoidinin əsas manifestasiya forması diş ətinin eriteması və yara tökməsidir, yəni deskvamativ qinqivitdir (şəkil). Lezionlar, həmçinin damaq və dil səthində, yanaqların mukoz membranında olur. Dəri səthində suluqların əmələ gəlməsindən əvvəl orada qaşınma, allergik ğvrə (ürtcaria) крапивница ekskoriasiyalar, ekzemalar və populez elementlər görünə bilər. Diaqnoz yaşa (60-70 yaş), klinik mənzərəyə, histopatoloji tədqiqatlara (sub epitelial vezukulaların olması), birbaşa İF analizinin və seroloji müayinənin nəticələrinə əsaslanır. Nikolski testi müsbət olmalıdır (bax adi pemfiqus). Yüngül olan və ya lokalizasiya etmiş xəstlik zamanı ağız boşluğunun selikli qişasının lezionlarının müalicəsi topikal kortikosteroidlərin tətbiqindən ibarətdir. Daha ağır olan hallar (və okulyar manifestasiyası olan bütün pasiyentlər) sistem kortikosteroidləri və/və ya immunosupressiv preparatlarla müalicə edilməlidirlər. Pasiyent dəri səthinin və mukoz membranın hər hansı bir travmasından çəkinməlidir (məs. kobud qida qəbulu), çünki bu hal suluqların yaranmasının provakasiaya edici faktoru ola bilər. Mukoz membrana pemfiqoidi olan bütün xəstələr oftalmoloq tərəfindən müayinə edilməlidirlər. "?>

Qırmızı yastı dəmirov

Etiologiyası naməlum olan dərinin və selikli qişaların olduqca geniş yayılmış və immunutetlə bağlı xəstəliyidir. Ağız boşluğunun yastı dəmirovu əhalinin təxminən 2% -də rast gəlinir. Xəstələrin təxminən üçdə ikisi qadındır, xəstələnmə orta yaşda ən yüksəkdir. Yastı dəmirov ağız boşluğunun selikli qişasına təsirinin klinik təzahürünə görə aşağıdakı tiplərə bölünür: papulyoz, retikulyar, ərp şəkilli, atrofik, eroziv və bullous. Selikli qişalarda Wickham'ın ağ striyaları ilə gedən retikulyar tip (şəkillər) xəstəliyin ən yayılmış formasıdır.  Müxtəlif növ dəyişikliklər birlikdə ola bilərlər.

Yastı dəmirov lezyonları, ümumiyyətlə, yanağın daxili səthinin selikli qişasında, dilin (şəkil) və / və ya diş ətlərinin üzərində simmetrik paylanırlar. Ağız boşluğunda yastı dəmirov olan xəstələrin təxminən 40% -i, həmçinin dəri lezyonlarını da manifestasiya edirlər. Digər tərəfdən, dəri lezyonları olan xəstələrin 70% -də birgə olaraq ağız lezyonları da mövcud olur. Genital nahiyənin iştirakına da olduqca çox rast gəlinir. Dəri dəyişiklikləri xarakterinə görə daimiliyə malik deyildir, lakin əksinə ağız boşluğunda simptomlar daimidirlər. Xəstəlik əksər hallarda (təxminən 50% hallarda) simptomları ağırlaşdıran ikincili oral göbələk infeksiyası ilə müşayiət olunur. Diaqnoz, olan klinik mənzərəyə əsaslanır və lazım olduqda biopsiya ilə təsdiqlənməlidir.

Müalicə mümkün olan ağırlaşdırıcı amillərin aradan qaldırılmasından ibarətdir (diş daşı, diş plombalarının kəsici kənarları, protez, qıcıqlandırıcı qidalar), yaxşı ağız boşluğu gigiyenası və mümükün olan göbələk infeksiyalarının müalicəsi (kortikosteroidlərlə müalicədən əvvəl isə göbələk kulturasının əkilməsi yolu ilə diaqnoz təsdiqlənir). Simptomatik, eritematoz və / və ya yaralı lezyonlar yerli olaraq kortikosteroid preparatları ilə müalicə edilə bilər (məsələn, triamsinolon asetonidin (triamcinolone acetonide), 55µg/dozada və ya flutikazon propionat  (fluticasone propionate nasal spray 50 µg/dosa) - burun boşluğu üçün sprey; betametazon 0,1%,  və ya klobetasol propionat  (clobetasol propionate) məlhəmi 0,05%). Əsasən diş ətlərində olan lezyonlara hidrokortizon kremi (betametazon kremi 0.1%) tibbi şpatel vasitəsi ilə asanlıqla yaxılır. Ağır oaln hallarda zədələnmələrə birbaşa kortikosteroid inyeksiya edilə bilər. Ağız boşluğunun selikli qişasınını qırmızı yastı dəmirovunun müalicəsində takrolimus (Tacrolimusum) və pimecrolimus (Pimecrolimusum) yerli olaraq tətbiqi yaxşı ilkin nəticələr əldə etməyə imkan vermişdir, lakin onların selikli qişaya tətbiqinə dair tənzimləyici məhdudiyyətlər də mövcuddur. Ağrılı, topikal müalicəyə kifayət qədər müsbət cavab reaksiyası olmayan hallarda (refraktor hallar) kortikosteroidlərlə sistem müalicəsi nəzərdən keçirilə bilər.

N.B. Yastı dəmirov lezyonlarınınTəxminən 0.1 3% -i bədxassəli olur. Xəstəninin müşahidə edilməsi vacibdir və təkrar biopsiya tələb oluna bilər.

Lixenoid reaksiyalar

Lixenoid reaksiyaları ya klinik, ya da histoloji olaraq yastı dəmirovun klinik meyarlarının tələblərini tamamilə yerinə yetirmirlər. Əksər hallarda lokal bir lezyon (yastı dəmirov ilə müqayisə edin) olur.

Lixenoid reaksiyalar aşağıdakılarla provokasiya oluna bilərlər:

  • dərmanlar (angiotenzin çevirici fermentin inhibitorları, allopurinol, beta-blokatorlar, karbamazepin, xlorpromazin, xlorokin, sitostatik maddələr, furosemid, qızıl duzları, litium, levomepromazin, metildopa, qeyri-steroid iltihab əleyhinə dərmanlar, penisilamin, penisilin, fenotiazinlər, xinidin, salazopirin, sulfonilureazalar, tetrasiklinlər, talidomid, tiazidlər, zidovudin, sitokinlər yaxud TNF-alfa inhibitorları)
  • autoimmun xəstəliklər (miyasteniya gravis, sistemli qırmızı qurd eşənəyi, yaralı kolit, lopecia areata, vitiliqo, qaraciyərin funksiyasının pozulması)
  • donor-replantat reaksiyası,
  • diş plomblanmaı istifadə edilən materiallar

. Etiologiya amili heç də həmişə müəyyən edilmir. Müalicə: səbəb faktorunun aradan qaldırılmasına əsalanır; simptomatik müalicə yastı dəmirovda olduğu kimidir . "?>

 

Residivləşən afthos stomamtit (yaralı törəmələr)

Residivləşən aftoz stomatit, əhalinin 60% -də rast gəlinən  və geniş yayılmış  bir haıldır (şəkil). Etiologiyası məlum deyil; lakin, bəzən bu xəstəlik stress, mexaniki qıcıqlanma, müəyyən qidaların qəbulu, hematoloji anomaliyalar (dəmir, fol turşusu, B vitamini və ya sink çatışmazlığı), hormonal dəyişikliklər və ya qeyri - steraoid iltihabəleyhinə dərmanlar və ya beta blokatorların istifadəsi ilə aydın şəkildə əlaqələndirilirlər. Bir sıra pasiyentlərdə genetik meyillilik qeyd edimişdir. Bəzən Behçet sindromuna bənzəyən aftoz xoralar, Kron xəstəliyi, yaralı kolit və ya tsiklik neytropeniya kimi sistemli xəstəliklərlə əlaqələndirilirlər. Klinik mənzərəyə görə kiçik, böyük və herpesebənzər forma kimi təsnif edilirlər. Yaralar üadətən dodaq və yanaqların selikli qişalarında, daha nadir hallarda dil və diş ətlərində olur. Adətən ağrılıdırlar və yaraların ölçüsündən asılı olaraq 1 həftə ərzində sağala bilərlər.

Diaqnoz klinik mənzərə və anamnezə əsaslanır. Müalicə: lazım gələrsə, topik kortikosteroid məhsulları (oromukozal (oromucosal) həbləri və ya oral pastalar), həmçinin xlorheksidin vasitəsi ağız boşluğunun qarqara edilməsinə cəhd etmək olar. Ağız boşluğunun residivləşən xoraları tetrasiklin tərkibli məhllullara qarqara edilərək müalicə edilə bilər (300 mq tetrasiklin bir stəkan suda həll edilir və ağız boşluğu 5 gün ərzində hər gün 4 dəfə qarqara edilir). Local anestezik gellər və aftanın üzərində qoruyucu örtük yaradan məhsullar ağrıların yüngülləşdirilməsində da kömək edirlər. Bəzi xəstələr müəyyən bitki mənşəli və vitamin məhsullarından istifadə edirlər, baxmayaraq ki, onların effektivliyinə dair elmi sübutlar mövcud deyildir. Bəzi xəstələrdə isə  tərkibində natrium lauril sulfat olmayan diş pastasının istifadə edilməsi aftoz stomatitin azalmasına səbəb ola bilər. "?>

Pigment changes of the oral mucosa Ağız boşluğunun selikli qişasının piqmentasiya dəyişiklikləri

  • Fizioloji piqmentasiya adətən diş ətləri üzərində simmetrikdir (şəkil). Yastı dəmirov kimi iltihabi xəstəliklər bəzən selikli qişaların piqmentasiyasına səbəb ola bilərlər.
  • Siqaret çəkmə ilə əlaqədar olan melanoz adətən labial diş ətlərində olur.
  • Amalgama ləkələri ağız boşluğunun selikli qişasının ən çox rast gəlinən piqmentasiya etmiş lezionlarıdır. Bu, selikli qişalara daxil olan amalgama hissəciklərindən qaynaqlanır. Amalgama piqmentasiyası, diş ətləri üzərində bozumtul mavi, qaramtıl nöqtələrdirlər, diş plombu qoyulan və ya diş çıxarılan yerlərdə yerləşirlər (şəkil).
  • Bəzi piqmentasiya halları dərmanla əlaqədardır (məsələn, malyariya əleyhinə və ya sitostatik dərmanlar, zidovudin).
  • Geniş yayılmış piqmentasiya, Addison xəstəliyinin, Peutz - Jeghers sindromunun, Olbrayt sindromunun və ya nevrofibromatoz kimi  sistem xəstəliklərinin əlaməti ola bilər. Xəstədə sistem xəstəliyi olmadığı hallarda ağız boşluğunun selikli qişasının və dodaqların diffuz piqmentasiyası varsa, Laugier - Hunziker sindromu ehtimalı nəzərə alınmalıdır.
  • Melanotik makula lokal piqmentli bir zədə hesab edilir. Bu ya idiopatik ola bilər və ya yuxarıda göstərilən amillər tərəfindən yarana bilər.
  • Xal və melanoma mümkündür ki, ağız boşluğunun selikli qişasında olsun, lakin  bu nadir hallarda olur .
  • Bütün sübhəli hallarda, diaqnoz, biopsiya ilə təsdiqlənməlidir.

"Venoz Göl” –venaın qalın divarlı genişlənməsidir və maye azotla dondurularaq müalicə edilə bilər.?>

Əlaqədar resurslar

 

  • Koxran icmalları
  •  
  •  
  • Digər internet icmalları
  •  
  •  
  •  
  •  
  • Ədəbiyyat
  •  

Neville BW, Damm DD, Allen CM, Chi AC. Oral and Maxillofacial Pathology. 4. edition. Elsevier Saunders, 2015Regezi JA, Sciubba J, Jordan R. Oral Pathology. Clinical Pathologic Correlations. 7. edition. Elsevier Saunders, 2016Sokumbi O, Wetter DA. Clinical features, diagnosis, and treatment of erythema multiforme: a review for the practicing dermatologist. Int J Dermatol 2012;51(8):889-902. Cirillo N, Cozzani E, Carrozzo M et al. Urban legends: pemphigus vulgaris. Oral Dis 2012;18(5):442-58. Schmidt E, Zillikens D. Pemphigoid diseases. Lancet 2013;381(9863):320-32. Chavan M, Jain H, Diwan N et al. Recurrent aphthous stomatitis: a review. J Oral Pathol Med 2012;41(8):577-83. "?>