Bel ağrısı
EBM Klinik protokolları
18.05.2018 • Sonuncu dəyişiklik 30.06.2017
AnttiMalmivaara
TimoPohjolainen
EeroHirvensalo
JukkapekkaJousimaa
Əsaslar
- Tarixçənin araşdırılması və pasiyentin fiziki müayinəsi üçün kifayət qədər vaxt
- Bel ağrılarının və sinir köklərinin sıxılmasının ciddi səbəblərinin erkən bilinməsi və diaqnozu
- Konservativ müalicənin ağırlaşmalara səbəb ola biləcəyi vəziyyətlərdə (cauda equina, sinirlərin ciddi funksional pozğunluqları və digər kritik "qırmızı bayraq" vəziyyətləri) təxirəsalınmaz araşdırmaların və müalicələrin təşkili. Belə vəziyyətlərdə müalicə təcili MRİ və digər araşdırmalara uyğun bölmədə təşkil edilməlidir.
- Ağrının adekvat müalicəsi: ağrının intensivliyinə görə əsas seçim parasetamol, QSİƏD və ya QSİƏD və orta opioid analjezik qarışığıdır
- Yataq istirahətinin qarşısının alınması
- Ən qısa müddətdə adi gündəlik fəaliyyətlərin davam etdirilməsi və ya yenidən başlaması
- Müvafiq və doğru şəkildə pasiyent məlumatının verilməsi: ağrı aradan qaldırılacaq, ancaq yenidən təkrarana bilər
- Pasiyenti izləmək və funksional qabiliyyətini bərpa etmək
- Ən azı 6 həftə davam edən bel ağrısı zamanı: diaqnozun təsdiqlənməsi, çoxşaxəli və aktiv reabilitasiya, həmçinin xəstənin psixososial vəziyyətinin qiymətləndirilməsi
- 3 aydan çox davam edən xroniki bel ağrısında: intensiv çoxşaxəli reabilitasiya
Epidemiologiya
- Bel ağrısı çox yayılmış bir vəziyyətdir: İnsanların təxminən 80% -i həyatlarının müəyyən vaxtında bel ağrısını yaşayır.
- Ümumi təcrübədə bütün pasiyentlərdən 4-6% -i əmək qabiliyyətli qadınlar və 5-7% -i əmək qabiliyyətli kişilər bel ağrısı ilə qarşılaşır.
- Yetkinlərin 15%-20% -nin bir il ərzində, 50% -80% -nin bütün həyatları müddətində bel ağrısı yaşadığı təxmin edilir "?"
Klinik müayinə
Traixçə
- Tarixçəyə nəzər yetirmək, bel ağrısı olan pasiyentin klinik müayinəsində ən vacib hissədir. Tarixçədən əldə edilən məlumatlar aşağıdakı kimi təsnif edilə bilər:
- Erkən bel ağrısı (simptomların başlanması, həkimə baş çəkmək, əvvəllər aparılan araşdırmalar, müalicə)
- Mövcud bel ağrısı (başlanğıc, simptomların təbiəti və intensivliyi, alt ekstremitədəki ağrı və hiss pozğunluqları, gündəlik həyatda hərəkətdə məhdudiyyət, araşdırmalar, müalicə və onların effektivliyi)
- Digər xəstəliklər (əməliyyatlar, travmalar, digər əzələ-skelet sistemi xəstəlikləri, alt ekstremitələrdə şəkərli diabet və arterioskleroz kimi digər xəstəliklər, sidik-cinsiyyət sisteminin xəstəlikləri, allergiya, hazırki dərman müalicəsi)
- Sosial tarixçə (cütlük münasibətləri, ailə, təhsil)
- Həyat tərzi (fiziki məşq, asudə vaxt məğuliyyətləri, siqaret çəkmə, alkoqol və dərman istifadəsi, pəhriz)
Fiziki müayinə
- Fiziki müayinədə, mümkün ciddi xəstəliyin və sinir köklərinin sıxılma əlamətlərinin aşkar edilməsinə, həmçinin funksional qabiliyyətin qiymətləndirilməsinə diqqət yetirilir. Pasiyent lazımi səviyyədə soyunmalı və fiziki müayinədən keçməlidir.
- Onurğa müayinəsi
- Kəskin ağrı səbəbiylə lordoz və ya skolyozun düzləşməsi
- Onurğa sütununun əyilməsi; hərəkət zamanı ağrılar və ağrı səbəbindən məhdudiyyət şiddət dərəcəsini göstərir.
- Bel hərəkətlərinin müayinəsi
- İrəli, geriyə və yan tərəfə əyilməkdə məhdudiyyət bel ağrısının şiddətini və ağırlıq dərəcəsini göstərir.
- Onurğanın hərəkətliliyi və hərəkət ritmindəki pozuntular belin funksional qabiliyyətini müəyyənləşdirir və vəziyyətin izlənilməsi üçün hərəkətin ölçülməsi vacibdir.
- Schober testi, hərəkətliliyin ölçülməsində orta təkrarlanma qabiliyyətinə malikdir.
- Antilozan spondilitdə ilkin olaraq onurğanın fırlanma hərəkəti və budun hərəkətliliyi məhdudlaşdırılır.
- Sinir köklərinin sıxılma əlamətlərinin qiymətləndirilməsi
- Ayağın düz şəkildə qaldırması (SLR) və Lasègue testi sinir köklərinin sıxılmasını S1 və L5 səviyyəsində yoxlamaq üçün həssas, lakin spesifik olmayan testlərdir.
- Əgər test zamanı beldən aşağıya doğru ağrı yayılırsa test nəticəsi müsbət olaraq şərh olunur. Yalnız bel ağrısı və ya dizdə sıxılma hissi müsbət olaraq qiymətləndirilmir.
- Sinir köklərinin sıxılmasında, SLR testi zamanı ayağın passiv dorsifleksiyası, beldən aşağıya qədər yayılan ağrıları artırır.
- Kəsişən ağrı: kontralateral əzələnin hərəkəti zamanı şiddətli yayılan ağrı sinir köklərinin sıxılmasının xüsusi bir əlamətidir.
- Aşağı ətraf əzələlərinin möhkəmliyi
- Diz genişlənməsi (L4 və qismən L3 sinir kökü)
- Ayaq biləyinin dorsifleksiyası (L5, qismən L4 sinir kökü), böyük barmağın dorsifleksiyası (L5 kök) və ayaq biləyinin plantar fleksiyası (S1 sinir kökü)
- Dabanlarda (L5, qismən L4 sinir kökü) və ya ayaq barmaqlarında (S1 kök) gəzmək
Tendon refleksləri
- Patella (L4 sinir kökü)
- Axilles(S1 sinir kökü)
- Babinski (yuxarı motor neyronu)
- Aşağı ətraf əzələlərində simptomları olan xəstələr dizin alt orta tərəfində (L4 sinir kökü), medial (L5 sinir kökü), dorsal (L5 sinir kökü) və ayağın lateral (S1 sinir kökü) tərəflərində toxunma hissiyatı üçün müayinə olunur.
- Hər iki ayağın əzələ gücünün azalması (paraparesis), inkişaf etmiş və ya çoxlu tendon refleksləri və müsbət Babinski əlaməti nevroloji və ya neyrocərrahi qiymətləndirməyə ehtiyac olduğunu göstərir. Paraparez təcili olaraq MR müayinəsi aparmaq və əməliyyat keçirmə şəraiti olan xəstəxanaya dərhal müraciət etmək üçün əsas göstəricidir.
- Rektal toxunuş (sfinkterin tonusu) və perineuma toxunma hissi, cauda equina sindromu şübhəsi olduqda (dərhal müraciət edərək) yoxlanılmalıdır.
- Onurğanın, siyatik sinirlərin və aşağı ətraf əzlələrinin palpasiyası
- Çox sayda həssas nöqtələr və simptomlar fibromiyalgiya şübhəsi yaradır
- 50 yaşdan yuxarı pasiyentlərdə aşağı ekstremitələrin damarlarının palpasiyası və ya Dopler ultrasonoqrafiyası və ya hər ikisi tətbiq edilir
Psixososial risk faktorları
- Psixososial amillər sağalma prosesinə mane ola bilər, funksional qabiliyyət problemlərini uzada, çətinləşdirə bilər. Xronikləşmənin artması riskinə səbəb olan amillər ("sarı bayraqlar") cədvəldə verilmişdir.
Bel ağrısının xronikləşmə riskinə təsir edən faktorlar
| Ağrı və fiziki fəaliyyətin zərərli olduğuna inam |
| Lazımsız dərəcədə xəstəlik davranışı (məsələn, uzunmüddətli yataq istirahət) |
| Depressiv əhval-ruhiyyə, mənfilik və sosial geri çəkilmə |
| Bir çox fərqli müalicə axtarışı |
| Fiziki cəhətdən gərgin iş |
| İş yerindəki problemlər və işdən narazılıq |
| Həddindən artıq qoruyucu ailə tipi və ya dəstəyin olmaması |
| Şikayətlər, məhkəmələr və kompensasiya tələbləri |
Diaqnostik aktuallığın təsnifatı
- Bel ağrısının qeyri-adi, lakin ciddi səbəbləri erkən mərhələdə tapılmalıdır. Bundan başqa, siyatik sindromun əlamətləri axtarılmalıdır.
- Bel ağrısı simptomları tarixçə və klinik müayinədəki nəticələrə əsasən 3 kateqoriyaya bölmək olar.
- Mümkün ciddi (şiş, infeksiya, sınıq, cauda equina sindromu) və ya spesifik xəstəlik (ankilozan spondilit); cədvələ baxın
- Sinir kök disfunksiyasının əlaməti olan alt ekstremitələrdə simptomlar (siyatik sindrom, aralıq klaudikasiya)
- Qeyri-spesifik bel ağrısı: sinir kökündə olmayan və ya ciddi bir xəstəlik səbəbi olmadan əsasən beldə meydana gələn simptomlar.
Bel ağrısının ən çox rast gəlinən ciddi və spesifik səbəbləri
| Xəstəlik |
Tarixçə, simptomlar və əlamətlər |
Xüsusi tibbi yardıma müraciət edilməsinin zəruriliyi; əməliyyat üçün göstərişlərə də baxın |
| Cauda equina sindromu, artan ağrı və aşağı ətraf əzələ qruplarından birinin yeni parezi |
Sidikdə çətinlik, sidik tutma və ya qaçırma, anal qaçırma, perineal anesteziya (hissiyyat itkisi) adətən aşağı ətraf əzələlərin paralizinin simptomlarıdır |
Dərhal izləmə və əməliyyat həyata keçirmək imkanı olan xəstəxənaya müraciət edin. |
| Yırtılmış aorta anevrizması, kəskin aorta parçalanması |
Ani, yayılan ağrı, 50 yaşdan yuxarı, qeyri-stabil hemodinamika |
Dərhal izləmə və əməliyyat həyata keçirmək imkanı olan xəstəxənaya müraciət edin. |
| Bədxassəli şiş |
50 yaşdan yuxarı, xərçəng tarixçəsi, qeyri-iradi çəki itkisi, təkrarlanan febril epizodlar, mütərəqqi simptomlar, istirahət zamanı ağrı, bir aydan çox davam edən ağrı, paraparez |
Təcili xəstəxanaya müraciət edin; paraparez zamanı xəstəxanaya dərhal müraciət edin |
| Bakterial spondilit |
Keçmişdə olan bel əməliyyatı, sidik yolları və ya dəri infeksiyası, immunosupressiya, qlükokortikoid dərmanları, venadaxili dərmanlardan istifadə |
Dərhal xəstəxanya müraciət edin |
| Onurğanın təzyiqdən sınığı |
70 yaşdan yuxarı narahatlığın tarixçəsi, peroral qlükokortikoid dərman müalicəsi |
Parezi varsa dərhal xəstəxanaya müraciət edin, digər hallarda isə müalicə kursu almaq zəruridir |
| Spondilolistez |
Yetkin (8-15 yaş) |
Təyinata uyğun müraciət edin |
| Onurğa stenozu |
50 yaşdan yuxarı, neyrogen klaudikasiyası |
Təyinata uyğun müraciət edin |
| Ankilozan spondilit |
Simptomların başlanğıcı 40 yaşdan aşağı insanlarda rast gəlinir, müddəti ən azı 3 ay çəkən ağrı yataq rejimində istirahət ilə azalmır, səhər sərtliyi |
Təyinata uyğun müraciət edin |
Ciddi və ya spesifik xəstəliklər
- Dərhal müraciət
- Sidik və ya nəcis ifrazı mümkün olmadıqda.
- Pasiyentdə dözülməz ağrı və bəzi əzələ qrupunda yeni parezi olduqda.
- Bel ağrısına əlavə olaraq pasiyentdə qarınla bağlı təcili yardımı zəruri edən klinik simptomlar olduqda.
- Müalicə bir həftə ərzində həyata keçirilməlidir
- Alt ekstremitələrdə zəiflik, hissiyyat itkisi və ya uyuşma göründükdə.
- Ümumi vəziyyət pisləşdikdə və ya ağrı getdikcə daha da artdıqda.
- Bel ağrısı istirahət və dərmanlarla yüngülləşmədikdə.
- Bel ağrısı ilə yanaşı qızdırma olduqda
- Ciddi xəstəliyi ("red flags") göstərən əlamətlər və ya faktorlar: alt ekstremitələrdə zəiflik, hissiyyat itkisi və ya uyuşma meydana gəldikdə, sidik və ya nəcis ifrazı mümkün olmaması halında, bel ağrısı istirahət ilə yüngülləşmədikdə, bel ağrısı ilə yanaşı qızdırma olduqda, ümumi vəziyyət pisləşdikdə və ya ağrı getdikcə daha da artdıqda,Bel ağrısına əlavə olaraq pasiyentdə qarınla bağlı təcili yardımı zəruri edən klinik simptomlar olduqda, pasiyentin bədxassəli xəstəlik tarixçəsi olduqda. Ciddi bir xəstəlik şübhəsi varsa təcili olaraq və ya ən geci bir ay ərzində ixtisaslaşmış müalicə təyin edilir. Pasiyentə diaqnozu dəqiqləşdirmək üçün vəziyyətin daha da araşdırılmasının zəruri olmasını qeyd edin. Rentgen şüalarına salınma ciddi bir xəstəliyin olacağını istisna etmir."?>
Laboratoriya testləri
- Laboratoriya testləri adətən lazım gəlmir. Ciddi və ya spesifik xəstəliyin əlamətləri varsa, adətən lazım olan əsas laboratoriya testlərinə ən azı ESR "?>(eritrositlərin çökmə sürəti), CRP, trombositlərdəki əsas qan hüceyrələrinin sayı və əsas kimyəvi sidik analizi daxildir.
Radioloji müayinə
- Radioqrafiyanın nəticəsinin normal olması ciddi bir şey olmamasını göstərmir
- İlkin tibbi yardımda kəskin və ya subakut qeyri-spesifik bel ağrısı olan pasiyentlərdə lomber rentgen müayinəsi tövsiyyə edilmir.
- Xüsusi diaqnostik müayinələrə ehtiyac varsa, MRT əsas araşdırma metodudur.
- CT, MRT olmadıqda və ya kontrendikedirsə (məsələn, kardiostimulyator xəstəsi) təcili əməliyyat planlaşdırarkən əvəzedici müayinədir.
Neyrofizioloji tədqiqatlar
- Sinirlə bağlı simptomların başlanmasından təxminən 4 həftə keçdikdə, ENMG aşağıda sadalanan vəziyyətlərdə faydalı ola bilər.
- Klinik mənzərənin digər araşdırmaların təklif etdiyi dəlillərə uyğun olmadığı hallarda sinir kökü zədəsinin görünməsi
- Pasiyentdə nevroloji simptomlar və əlamətlər olduqda , lakin müayinələr sinir kökünün sıxılmasını aşkar etmədikdə.
- Xroniki ağrı vəziyyətdə araşdırma hərtərəfli qiymətləndirmənin bir hissəsi olaraq göstərilə bilər.
- Araşdırma bəzən proqnostik qiymətləndirmədə zamanı faydalı olur
- Diferensial diaqnostikada, sinirin zədələnməsi şübhəsi olduqda
Siyatik sindrom
- Kəskin siyatik sindromun ən çox görülən səbəbi intervertebral disk yırtığıdır.
- Təcili araşdırma və əməliyyat üçün göstərişlər (aşağıya baxın) yerinə yetirilmədikdə, siyatik sindromlu pasiyentin konservativ müalicəsi əməliyyatdan 6 həftə əvvəldən davam etdirilə bilər. Xroniki siyatikaya onurğa sıxılması səbəb olur məs: bel onurğa kanalının və ya intervertebral sinir kök kanallarının sıxılması
- İntervertebral disk yırtığı nəticəsində yaranan siyatik sindromda pasiyentin hərəkətləri ağrılı hal alır. Ümumi sağlamlıq və funksional qabiliyyəti qorumaq üçün hərəkət etmək tövsiyə oluna bilər. Bəzən şiddətli siyatik ağrı yataq istirahəti tələb edir; psoas vəziyyətinə uzanmaq simptomları aradan qaldırır.
- Cərrahi disektomiya, siyatik sindromu olan pasiyent üçün xəstəliyin konservativ müalicəsi ilə müqayisədə daha sürətli ağrı kəsilməsini təmin edir. Adi disektomiya ilə müalicə olunan xəstələrə nisbətən mikrodisektomiya ilə müalicə olunan xəstələrdə sinir kökü simptomlarının bərpasında heç bir fərq yoxdur.
- Disk əməliyyatından 4-6 həftə sonra başlanan aktiv və intensiv məşqlər ağrıları azaldır, funksional vəziyyəti yaxşılaşdırır və xəstənin yenidən əməliyyat olunması riskini yaratmadan işə qayıtmasını sürətləndirir.
Təcili araşdırma və təcili əməliyyat üçün göstərişlər
- Cauda equina sindromu
- perineal (yəhər) hissədə hissiyatın zədələnməsi, anal sfinkterin zəifləməsi
- Sidik və nəcis ifrazatında çətinlik
- Qəfil parezi
- Ayaq biləyinin ekstensor və ya fleksor əzələlərində tez-tez hiss edilən narahatlıq və ya qəfil güc itkisi
- Kəskin ağrı və narahtlıq hissi
- Lazımi izləmə təşkil edilmədikdə və artan simptomlar nəzərə alınmadıqda tipik pasiyent təhlükəsizliyi həyata keçirilir və gələcək araşdırmlar müəyən müddət gecikir.
Kəskin bel ağrısı (müddəti 6 həftədən az)
- Ağrılara dözmək mümkündürsə, nevroloji çatışmazlıq simptomları olmadıqda və pasiyent tarixçəsinə və ya nəticələrə əsasən şiddətli xəstəlik və ya xüsusi müalicə tələb edən xəstəlik şübhəsi yoxdursa, müalicə pasiyentin tarixçəsinə və kliniki müayinələrə əsasən həyata keçirilir.
- Xoşxassəli olması və xəstəliyin öz özlüyündən sağalmağa meyilli olması pasiyentə bildirilir.
- Xəstəlik məzuniyyəti fərdi olaraq nəzərə alınır. Qısa xəstəlik məzuniyyəti adətən kifayət edir. Məqsəd pasiyentin məzuniyyətdən sonra sağlam şəkildə yenidən işə qayıtmasıdır.
Yataq istirahətinin qarşısının alınması və gündəlik həyat fəaliyyətinin davamı
- Pasiyentə yataq istirahətindən çəkinmək tövsiyə olunur. Davamlı bel ağrısı səbəbiylə qısa bir müddət yataq istirahətinə ehtiyac ola bilər, ancaq yataq istirahətinə bel ilə bağlı problemlərin müalicəsi kimi baxılmamalıdır.
- Pasiyentə adi gündəlik fəaliyyətlərini davam etdirmək və ya mümkün qədər tez qayıtmaq tövsiyə olunur. Ağrı imkan verdikdə, pasiyent hərəkət edə bildiyi qədər gündəlik fəaliyyətlərini həyata keçirə bilər. Gündəlik ağırlıq tələb etməyən işləri pasiyent rahat şəkildə edə bilər.
Analjeziklər
- Təhlükəsizliyinə görə, parasetamol pasiyentin güclü ağrısı olmadığı halda birinci dərəcəli analjezikdir. Pasiyentə kifayət qədər böyük miqdarda parasetamol dozası qəbul etmək tövsiyə olunur, lakin gündəlik doz 3 000 mq-dan çox olmamalıdır. Buna baxmayaraq, parasetamol bel ağrısını yüngülləşdirmək və ya ağrı müddətini azaltmaq üçün plasebodan daha üstün deyil.
- Kəskin bel ağrısını aradan qaldırmaq üçün QSİƏD istifadə edilə bilər. Kəskin bel ağrısında onların effektivliyi sübut edilmişdir, lakin bu dərəcə yüksək deyil. Bağırsaq, ürək və böyrəklərə mənfi təsir riski bütün QSİƏD-lərin istifadəsi nə xasdır; baxın.
- Parasetamol və QSİƏD kifayət etmirsə, opioid (birləşmiş məhsuldakı kodin və ya tramadol) əlavə etməklə ağrıkəsici dərmanının təsiri artırıla bilər.
- Ümumi analjeziklər kimi COX-2 seçilmiş QSİƏD təyin edilmir. Coxibs üçün əks göstərişlər: baxın."?>
Əzələ rahatlaşdırıcıları
- Əzələ rahatlaşdırıcılar platsebo ilə müqayisədə daha təsirlidir, lakin QSİƏD-lərdən daha çox təsirə malik deyil və əzələ rahatlaşdırıcı və QSİƏD-lərin birgə istifadəsi bundan başqa bir fayda gətirmir.
- Əzələ rahatlaşdırıcılar pasiyentlərin demək olar ki, üçdə birində yuxululuq və ya başgicəllənməyə səbəb olur
- Əzələ rahatlaşdırıcılar QSİƏD uyğun olmadıqda və ya mənfi təsirə səbəb olduqda ən yaxşı alternativdir.
Fiziki fəaliyyət, məşğələ ilə müalicə və dəstəkləyici korset
- Gəzinti kimi yüngül məşqlər tövsiyə edilə bilər.
- Belin aktiv hərəkəti ilə müalicə kəskin xəstəliyin erkən mərhələlərində faydalı deyil.
- Bel korseti bel ağrısının başlanmasının və ya təkrarlanmasının qarşısını almaqda təsirli deyildir.
Manipulyasiya
- Kəskin bel ağrısında manipulyativ müalicənin effektivliyi digər tövsiyə olunan müalicə və ya şam müalicəsindən fərqlənmir.
- Manipulyativ müalicə hər hansı bir şəkildə təmin edilərsə, müvafiq təhsili və təlimi olan bir şəxs tərəfindən aparılmalıdır (manipulyasiya müalicəsi üzrə təhsili olan həkim, ortopedik manipulyativ terapevt, lisenziyalı şiroterapist, osteopat və ya naprapat).
- Pasiyentdə onurğanı yumşaldan (məsələn, inkişaf etmiş osteoporoz, şiş, infeksiya), ankilozan spondilit, sinir kökü simptomları, spondilolistez (degenerativ və ya spondilotik), travma və hemorragik diatez və klinik cəhətdən qurulmuş nevroloji əlamətləri özündə cəmləşdirən əks göstərişin olduğunu güman etməyə əsas yoxdursa, manipulyativ müalicə aparıla bilər.
- Belin dartılması bel ağrısı və ya siyatikanın müalicəsində təsirli deyil.
Yarımkəskin bel ağrısı (müddəti 6-12 həftə)
Araşdırmalar
- Bel ağrısının müddəti uzanarsa, diaqnozun təsdiqlənməsi, müalicənin qiymətləndirilməsi və lazım olduqda hərtərəfli reabilitasiya planının tərtib edilməsi üçün simptomların başlanğıcından 6 həftə sonra əlavə araşdırmalar aparılmalıdır. Diaqnozu (xüsusi müayinələr), müalicəni, iş qabiliyyətini və reabilitasiya ehtiyacını qiymətləndirmək üçün tez-tez fizioloq, ortoped, romatoloq və ya neyrocərrah ilə məsləhətləşmə tələb olunur.
- Pasiyentin müsahibədə xəstəliyə yanaşması, tükənməsi və depressiyası və xəstənin özündə cəmləşdirdiyi ağrı rəsmləri və xəstəliklə bağlı sual kitabçaları ilə (məs:Oswestry) qiymətləndirmə həyata keçirilir.
Müalicə və reabilitasiya
- Məqsəd ağrının xronikliyinin qarşısını almaq olduqda simptomatik müalicə ilə pasiyentin aktiv iştirakını və funksional imkanlarını bərpa etməyi hədəfləyən müalicə üsulları vurğulanır.
- Hərtərəfli klinik müayinə, pasiyentin vəziyyətinin qiymətləndirilməsi və ətraflı təlimat (qısa müdaxilə) yarımkəskin bel ağrısında ağrı simptomlarının azalmasına səbəb olur.
- Hərtərəfli və lazım olduqda, iş qabiliyyətinin çoxşaxəli qiymətləndirilməsi xəstəliklə bağlı məzuniyyətə çıxma zərurətini azalda bilər. Uzunmüddətli xəstəlik məzuniyyəti iş qabiliyyətinin itirilməsi riskini artırır.
Dərman müalicəsi
- Yarımkəskin bel ağrısında dərman müalicəsi kəskin bel ağrısı ilə eynidır.
- Uzunmüddətli istifadədə analjeziklərin mənfi təsirləri mədəaltı vəzi perforasiyalarının inkişaf riski olan yaşlılarda QSİƏD-lərin əks təsiri kimi ciddi nəzərə alınmalıdır. Bütün QSİƏD-lər ürək-damar narahatlıqlarına və problemlərinə səbəb ola bilər.
- Antidepressantların bel ağrısının müalicəsində plasebo ilə müqayisədə daha yaxşı təsirə malik olduğu qeyd edilməmişdir, lakin pasiyentdə deppresiya əlamətləri olduqda antidepressantlardan istifadə edilməlidir.
- Benzodiazepinlər ehtiyatla təyin edilməlidir və bel ağrısı üçün antipsikotiklər tövsiyə edilmir.
Digər müalicələr
- İsti kompress yarımkəskin bel ağrısı olan xəstələrdə ağrı və spazmların qısa müddətli azalmasını təmin edir.
- Yarımkəskin bel ağrısında manipulyativ müalicənin effektivliyi digər tövsiyə olunan müalicə və ya şam müalicəsindən fərqlənmir.
Xroniki bel ağrısı (müddəti 12 həftədən çox)
- 3 aydan çox davam edən bel ağrısının müalicəsində yarımkəskin bel ağrısında olduğu kimi eyni qaydalar tətbiq olunur. Lazım gələrsə, diaqnostik tədqiqatlar aparılır və müxtəlif ixtisaslaşmada həkimlərin əməkdaşlığı ilə yenidən müalicə və reabilitasiya ilə bağlı hərtərəfli bir plan tərtib olunur.
- Reabilitasiyanın bir hissəsi olaraq intensiv fiziki hazırlıq faydalıdır. İş qabiliyyətinin bərpası işin özünə yönəlmiş tədbirləri tələb edir.
Dərman müalicəsi
- Ağrının intensivliyinə və meydana gəlməsinə görə analjeziklər vaxtaşırı istifadə olunur.
- Parasetamol, QSİƏD və ya QSİƏD ilə qarışıq istifadə olunan dərman, zəif opioid analjezik kimi istifadə edilə bilər.
- QSİƏD-in uzunmüddətli istifadəsinin əks təsirləri nəzərə alınmalıdır
- Opioidlər xroniki bel ağrısını yüngülləşdirir, lakin funksional şəkildə cüzi təsir göstərir.
- Transdermal buprenorfin ehtimal ki, xroniki bel ağrısını yüngülləşdirir.
- Güclü opioidin istifadəsi təyin edilir, terapevtik sınaq çoxsahəli klinikada aparılır və ya bu növ ağrılar üzrə mütəxəssis tərəfindən idarə olunur. Güclü opioid istifadəsinə başlamazdan əvvəl digər müalicə üsulları sınanmalı və opioid müalicəsi ilə birlikdə davam etdirilməlidir. Əvvəlki və ya mövcud dərmandan asılılıq problemi və ya düzgün istifadə etməmə, xroniki qəbizlik, yuxu apnesi və KOAH əksər hallarda opioid istifadəsi üçün əks göstərişdir. Müalicənin məqsədi ağrının azalması və funksional qabiliyyətin yaxşılaşdırılmasıdır.
- Duloksetin xroniki bel ağrısını platsebo ilə müqayisədə daha yaxşı yüngülləşdirə bilər və xroniki bel ağrısındakı effektivliyi QSİƏD və tramadol ilə müqayisə edilə bilər.
- Digər antidepressantlarəksər hallarda ağrıları yüngülləşdirmir və funksional imkanları yaxşılaşdırmır. Effektivliyin sübutu, trisiklik antidepresanlar və serotonin qəbul inhibitorları ilə edilən klinik sınaqlara əsaslanır.
- Gabapentin və topiramat nevropatik siyatik ağrıları yüngülləşdirə bilər.
Digər müalicələr
- Xroniki bel ağrısında manipulyativ müalicənin effektivliyi ümumi həkim tərəfindən verilən analjeziklər, fizioterapiya, məşğələ və ya bel hərəkətlərinə oxşardır.
- Bel dartma xroniki bel ağrısının müalicəsində təsirli deyil.
- Ttranskutan elektrikli sinir stimullaşdırılması (TESS) bel ağrısını müəyyən dərəcədə yüngülləşdirə bilər.
- Təkcə akupunktur və ya digər müalicələrə əlavə olaraq bunu həyata keçirmək, xroniki bel ağrısını biraz aradan qaldırmağa və qısa müddətdə fəaliyyətini yaxşılaşdırmağa kömək edir.
- Aşağı səviyyəli lazer müalicəsi kəskin və ya xroniki bel ağrısında klinik cəhətdən heç bir faydalı təsir göstərmir.
- Şiddətli ağrı sindromlarında xəstə qiymətləndirmə və müalicə üçün xüsusi klinikaya göndərilə bilər.
İş qabiliyyətini artırmaq üçün reabilitasiya
- Fiziki gücü artıran məşğələlər pasiyentin xıstəlik məzuniyyəti günlərini azaldır.
- Kifayət qədər intensiv və uzunmüddətli müqavimət təhsili (ağırlıq təhsili) və ümumi fiziki vəziyyəti yaxşılaşdıran məşq (dözümlülük təhsili) xroniki bel ağrısını azaldır və funksiyanı yaxşılaşdırır.
- Funksional sağalma yanaşması ilə çoxprofilli bio-psixo-sosial reabilitasiya funksional qabiliyyəti, əmək fəaliyyətində iştirakı və həyat keyfiyyətini yaxşılaşdırır və xroniki bel ağrısı olan xəstələrdə ağrıları azaldır.
- Terapevtik məşğələ və təlim ilə birlikdə bel masajı xroniki bel ağrısını yüngülləşdirə və fəaliyyətini yaxşılaşdıra bilər.
- Xüsusi bir reabilitasiya müəssisəsində aparılan reabilitasiya, pasiyentin xəstəlik məzuniyyəti günlərinin sayını və reabilitasiya dövründən sonrakı 3 il ərzində analjeziklərin istifadəsini azalda bilər.
- Xroniki bel ağrısı olan insanın əmək qabiliyyətinin yaxşılaşdırılması işin özünə yönəlmiş tədbirləri də tələb edir. İş mühitində bu narahatçılığı olan şəxslərə qarşı həm üst səviyyənin, həm də iş yoldaşlarının münasibəti pasiyentin əmək qabiliyyətinin artmasına kömək edir.
Xroniki bel ağrısı olan insanın əmək qabiliyyətinin yaxşılaşdırılması işin özünə yönəlmiş tədbirləri də tələb edir. İş mühitində bu narahatçılığı olan şəxslərə qarşı həm üst səviyyənin, həm də iş yoldaşlarının münasibəti pasiyentin əmək qabiliyyətinin artmasına kömək edir."?>
Pasiyent üçün təlim materialı
- Pasiyentlərə düzgün məlumat vermək ağrıların azalmasına və işə qayıtmağa kömək edə bilər. Tövsiyə olunan pasiyent məlumatları cədvəldə verilmişdir.
- Bel ağrısının dəyişən xarakteri pasiyentə bildirilməli və simptomların olmayacağı vəd edilməməlidir. Bel ağrısı tez-tez təkrarlansa da, intensivliyi orta drəcədə olur.
- Pasiyent məlumatları bel simptomlarının idarə olunmasında idman vərdişlərinin, çəki tənzimləməsinin, pəhriz və siqaret çəkməməyin əhəmiyyətini əhatə etməlidir.
Bel ağrılarında tövsiyə olunan pasiyent təlimi (Waddell et al, 1996-dan uyğunlaşdırılmışdır)
| Bel ağrısının növü |
Pasiyent məlumatı |
| Ümumi, qeyri-müəyyən bel ağrısı - müsbət mesaj çatdırın |
Bu növ bel ağrısı çox yayğındır. |
| Ciddi bir travma və ya xəstəlik əlaməti olmur |
| Sağalma adətən günlər və ya həftələr çəkir. Ancaq bəzi pasiyentlərdə simptomların müddəti uzana bilər |
| Daimi zərəri olmur. Təkrarlanma tez-tez baş verir, lakin yenə də sağalma meyli çoxdur. |
| Fiziki fəaliyyət faydalıdır. Çox istirahət zərərlidir. Orta dərəcədə ağrı təhlükəli əlamət deyil. |
| Siyatik ağrı - ehtiyatla müsbət mesajı çatdırın. |
Simptomlar və proqnoza dair müvafiq məlumatları verin. Əksər hallarda konservativ müalicə kifayətdir, lakin sağalma ümumiyyətlə 1-2 ay çəkir. Tamamilə sağalma adətən gözləniləndir. Ancaq bəzi xəstələrdə simptomlar uzana bilər. |
| Ehtimal ki, ciddi bir xəstəlikdir - mənfi mesajı çatdırmaqdan çəkinin. |
Diaqnoz qoymaq üçün əlavə araşdırmalar lazımdır. Çox vaxt bu araşdırmaların nəticələri normal olur. |
| Araşdırmadan sonra mütəxəssis mümkün olan ən yaxşı müalicə metodu barədə qərar verəcəkdir |
| Araşdırmalar başa çatana qədər həddindən artıq fiziki gərginliyin qarşısını almaq lazımdır. |
Əlaqəli mənbələr
- Koxreyn rəylər
- Digər sübutların icmalları
- Kliniki təlimatlar
- Ədəbiyyat
Williams CM, Maher CG, Latimer J et al. Efficacy of paracetamol for acute low-back pain: a double-blind, randomised controlled trial. Lancet 2014;384(9954):1586-96. "?>Cawston H, Davie A, Paget MA et al. Efficacy of duloxetine versus alternative oral therapies: an indirect comparison of randomised clinical trials in chronic low back pain. Eur Spine J 2013;22(9):1996-2009.