Selektiv mutizm
EBM Klinik protokolları
01.10.2016 • Sonuncu dəyişiklik 13.10.2009
KirstiKumpulainen
Ümumi məlumat
- Selektiv mutizm qeyri-normal davranış forması olub, danışabilmə bacarığı olan və bəzi sosial vəziyyətlərdə danışan uşağın digər bəzi vəziyyətləərdə danışmaqdan imtina etməsidir (məs., məktəbdə və ya baxçada).
- Pozuntunun etiologiyası çoxfaktorlu olaraq düşünülür. Temperament faktorları və təşviş komponentləri selektiv mutizmdə önəmli rol oynayırlar.
- Selektiv mutizm olan uşaqların qohumlarında ümumi əhaliyə nisbətən daha tez-tez psixi pozuntular, xüsusilə təşviş pozuntuları rast gəlinir.
- Uzun müddət davam edən selektiv mutizmin müalicəsi çətindir; buna görə də erkən müdaxilə vacibdir.
Epidemiologiya
- Selektiv mutizmin yayılma dərəcəsi 0.2-0.8%-dir; xəstəlik daha çox 5 yaşdan əvvəl başlayır və uşağın bağçaya və ya məktəbə getməyə başladığı zaman müəyyən edilir.
Simptomlar
- Etiologiyasında emosional faktorlar önəmlidir.
- Pozuntu tədricən inkişaf edir və adətən xüsusi vəziyyətlərlə (məsələn, uşağın bağçaya və ya məktəbə getdiyi vaxt) əlaqəli olunur. Əgər mutizm məktəbin başlanması ilə assosiasiya olunursa, diaqnoz birinci ay ərzində qoyulmamalıdır.
- Uşaq evdə danışa bilər, amma başqa yerlərdə danışmaqdan imtina edir. Əksinə vəziyyətlər nadir hallarda olur.
- Mutizm olan uşaqların təxminən 70%-də təşviş, enkoprez, enurez, hiperaktivlik və ya tiklər kimi digər psixi problemləri olur. Dil və nitq problemləri tez-tez rast gəlir. Selektiv mutizm həmçinin autizm spektr pozuntuları olan uşaqlarda da rast gəlinir.
Müalicə
- Selektiv mutizm olan uşaqların psixiatrik müayinəyə ehtiyacı var.
- Müalicə əsas və yanaşı problemləri hədəfə alan hərtərəfli qiymətləndirilməyə əsaslanır.
- Selektiv mutizmin müalicəsində müxtəlif yanaşmalar, nümunə üçün, ailə terapiyası, oyun terapiyası, davranış terapiyası, nitq terapiyası və qrup terapiyası istifadə olunur.
- Hal-hazırda davranış modifikasiyası və digər koqnitiv metodlar ailə və məktəb və ya uşaq bağçası personalı ilə birlikdə əməkdaşlıq şəklində məsləhət görülür.
- Serotoninin geri udulmasının selektiv inqibitorlarının (SSRİ), xüsusilə flüoksetinin selektiv mutizm olan uşaqların müalicəsində faydalı olduğu haqqında məlumatlar var. Hal-hazırda farmakoterapiya ilkin seçim metodu kimi məsləhət görülmür. Amma əgər digər müalicə metodları effektiv deyilsə, müalicə sxeminə dərman əlavə edilə bilər. Bu dərman preparatlarının selektiv mutizmin müalicəsində pediatrik istifadəsi rəsmi olaraq təsdiqlənməyib.
- Uşaq uğurlu terapiyaya baxmayaraq böyük ehtimalla xüsusi vəziyyətlərdə utancaq olmağa davam edəcək və təşviş simptomlarından əziyyət çəkməyə meylli olacaqdır.
Müvafiq resurslar