Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Afaziya

Mündəricat

Afaziya

EBM Klinik protokolları
01.09.2017 • Sonuncu dəyişiklik 01.09.2017
AnitaKiesiläinen

Afaziya

Əsasları

  • Afaziya xəstəlik və ya travma nəticəsində danışıq və yazılı dilinin işlənməsinə, formalaşmasına və qavranılmasına təsir göstərən bir pozğunluqdur. Afaziya əksərən, sol beyin yarımkürəsini əhatə edən beyin infarktı nəticəsində meydana gəlir. Bu sahədə olan beynə qan sızma həmçinin, afaziya xəstəliyinə səbəb olur. Bir növ nitq pozğunluğu kəskin baş beyin damar (serebrovaskulyar) xəstəliyi olan xəstələrin yarısından çoxunda baş verir.
  • Danışıq qabiliyyətinin qəfil pisləşməsi pozulmuş beyin qan dövranının xəbərdarlıq əlamətlərindən biridir. Afaziyanın xarakteri baş beyin zədələnməsinin yeri və dərəcəsi ilə əlaqəlidir.
  • Afaziya aşağıdakılar daxil olmaqla daha yüksək beyin funksiyalarının pozulması ilə müşayiət oluna bilər:
    • nitq orqanları vasitəsilə artikulyasiya (dizartiya)
    • yaddaş funksiyaları (amneziya)
    • qavrayış (aqnoziya)
    • könüllü hərəkətlər (apraksiya).

Əsas növləri

  • Qeyri-səlis (motor, Broka afaziya)
    • Çətin və tərəddüdlü nitq. Anlayış çox vaxt nitqdən daha çox qorunur.
  • Səlis (duyğu, Wernicke afaziya)
    • Nitq axıcı və asandır, lakin nitqdə çox sayda parafaziya və neologizmlər var (jargon). Qavrayış çox hallarda nəzərəçarpacaq dərəcədə pozulmuşdur.
  • Anomik
    • Nitq səlisdir, lakin xəstə sözləri və ya adları xatırlamaqda çətinlik çəkir.

Kəskinlik dərəcələri

  • Zəif dil pozğunluğu
    • Xəstə özünü cümlələrdən ibarət nitqdə ifadə edə bilir,, lakin, müəyyən bir söz tapmaq normaldan daha yavaş ola bilər və ya bəzən nitqdə səhv sözlər ola bilər.
  • Orta dil pozğunluğu
    • Dil funksiyalarında ciddi çətinliklər. Xəstə yalnız məhdud ifadə qabiliyyətinə malikdir və gündəlik nitqi qavrayır.
  • Kəskin dil pozğunluğu
    • Bütün dil funksiyaları (nitq, qavrayış, oxuma və yazma) əhəmiyyətli dərəcədə pozulub. Müstəqil şəkildə ünsiyyət qura bilmir.

Nəzarət məqsədləri

  • Afaziyalı xəstənin reabilitasiyası nitq terapiyasının qiymətləndirilməsi ilə başlanan kəskin mərhələdə aparılır. Afaziya nadir hallarda serebrovaskulyar (beyin damar) pozğunluğu olan xəstədə yeganə qalıq simptomdur və buna görə də stasionar müalicə zamanı reabilitasiya yanaşması çoxşaxəli olmalıdır.
  • Bu mərhələdəki reabilitasiya reabilitativ baxım, nitq terapiyası, fizioterapiya, əmək terapiyası və neyropsixoloji qiymətləndirmə və reabilitasiyadan ibarətdir.
  • Bərpaedici strategiyalar: itirilmiş funksiyaların bərpası
  • Kompensasiya strategiyaları: qorunan ünsiyyət bacarıqlarının maksimal istifadəsi
  • Xəstənin əlilliyə və həyat dəyişikliyinə uyğunlaşmasını təşviq etmək
  • Çox intizamlı yanaşma ən yaxşı nəticələr verir. Afaziyadan ən çox sağalma ilk il ərzində baş verir. "?>
  • Əksər hallarda bərpa müddəti uzun olur və reabilitasiya irəlilədikcə hədəflər və metodlar da dəyişir. Afaziyadan ən çox yaxşılaşma xəstəliyin başlanğıcından sonrakı ilk il ərzində baş verir.

Nəzarət

  • Zəif dil pozğunluğu
    • Nitq terapevti və neyropsixoloq tərəfindən müayinə və reabilitasiya
    • Məqsəd məşğulluğun və müstəqilliyin bərpasıdır.
  • Orta dil pozğunluğu
    • Həm bərpa, həm də kompensasiya strategiyalarından istifadə etməklə bir nitq terapevti tərəfindən reabilitasiya. Xəstənin gündəlik ünsiyyət vəziyyətlərinin öhdəsindən gəlməsini təmin etmək.
  • Kəskin dil pozğunluğu
    • Nitq terapevtinin reabilitasiyası bəzi ünsiyyət vasitələrini tapmağı qarşısına hədəf qoyur. Ünsiyyət vasitələrinə olan tələb qiymətləndirilməli və xəstə nitq pozğunluğu olan şəxslər üçün nəzərdə tutulmuş yerli interpretator xidmətlərinə müraciət edilməlidir. Ünsiyyət xəstəyə yaxın olanları istiqamətləndirmək və öyrətmək yolu ilə müsbət təcrübə təmin etməlidir.
  • Afaziyanın qeyri-səlis formaları, xüsusilə afagiya (udma aktının tamamilə itməsi.) ilə əlaqəli ola bilər. Xəstənin ağzında həddindən artıq miqdarda tüpürcəyin olub olmadığını, yaş və ya gur səsin olub olmadığını və xəstənin öskürmədən su içə bilib-bilmədiyini yoxlayın. Problemləri olan xəstələri müvafiq müalicə üçün bir nitq terapevtinə yönəldin və xəstənin nəzarətsiz yemək yeməməsini təmin edin.
  • Milli səhiyyə sistemi çərçivəsində interpretator xidməti mövcud olmalıdır.
  • Uzunmüddətli proqnoza xəstənin əlilliyin gətirdiyi həyat dəyişikliyinə uyğunlaşma qabiliyyəti böyük təsir göstərir. Baxım zamanı dəstəkləyici bir yanaşma, itkini qəbul etməyə və yaşamağa cəsarətləndirmə, eləcə də, mümkün depressiyanın idarə edilməsi faydalı əhəmiyyət kəsb edir. Dəstək və təlim yaxın ailə üzvlərini də əhatə etməlidir. Xəstə təşkilatları tərəfindən verilən uyğunlaşma təlimi uzunmüddətli tənzimləməyə kömək edə bilər.

Ünsiyyət ilə bağlı təkliflər

  • Kifayət qədər vaxt verin.
  • Xəstəni müşayiət edən şəxslə deyil, xəstə ilə danışın.
  • Xəstə ilə üzbəüz olanda aydın, lakin təbii şəkildə danışın.
  • Gündəlik dildən istifadə edin. Səsinizin tonunu qaldırmayın.
  • Bir mövzunu bir dəfə qaldırın, zəruri hallarda alternativ sözlərdən istifadə edərək təkrarlayın (əlavə replikalar anlayışı yaxşılaşdıracaq).
  • Ümumi ifadənin bir hissəsi olan jestlər, üz ifadələri, rəsmlər və s.-in potensialını nəzərə alın.
  • Xəstəyə cavab verməsi üçün vaxt verin, cavablarını təxmin etməyin. Cavabı dəqiqləşdirə və düzgün başa düşüb-düşmədiyinizi soruşa bilərsiniz. Rəy verin və başa düşmədiyiniz təqdirdə bunu xəstəyə söyləyin.
  • Suallarınızı birmənalı şəkildə tərtib edin (Bu cür deyil: siqaret çəkirsiniz və alkoqol qəbul edirsiz və nə qədər? Bu cür olmalıdır: siqaret çəkirsiniz? Nə qədər? Alkoqol bəs necə və s.)
  • Şifahilərlə birlikdə yazılı təlimatlar verin.
  • Ailəsinin bu məsələ ilə necə bacardığını soruşun.
  • Unutmayın: Depresiya afaziya xəstələri arasında çox yayılır, lakin, bununla bağlı diaqnoz qoymaq çətindir. Şəxsi emosional hissələrə qulaq vermə bunun müəyyən olunmasına yardım edəcək.
  • Ünsiyyət yaxşı olardı ki, sakit və rahat mühitdə aparılsın.

 

  • Cochrane reviews