Uşaq və yeniyetmələr üçün psixoterapevtik müalicə formaları
EBM Klinik protokolları
20.04.2017 • Sonuncu dəyişiklik 20.04.2017
Kirsi-MariaHaapasalo-Pesu
Əsas məqamlar
- Aşağıdkı hallarda xəstəyə kömək edilir:
- öz təşviş və problemlərini dərk etmək və sağlam, balanslaşdırılmış və yaşa uyğun istiqamətdə inkişaf dəstəklənir
- böyüklər və həmyaşıdlarla əlaqələrdə münasibətlərə dair problemlərin öhdəsindən gəlmək üçün yeni alternativləri tapmaq
- özü və digərləri ilə münasibətləri adekvat və daha pozitiv təsəvvürün qəbul edilməsi.
Müalicə üçün ilkin şərtlər
- Müalicənin başlanması üçün şərtlərə xəstənin ətraflı müayinəsi, hərtərəfli diaqnostika ilə yanaşı uşaq/yeniyetmə və onun ailəsilə birlikdə təyin edilmiş müalicənin məqsədləri daxildir.
- Xəstənin yaşı aşağı olduqca uğurlu psixoterapiya üçün valideynlərin dəstəyi, qəbul edilməsi və iştirakına nail olmaq daha vacibdir.
- Psixoterapiya motivasiya olmayan və/və ya problemlərin xarici faktorlar səbəbindən olmasını düşünən yeniyetmələr üçün uyğun deyildir. Valideynlərin mənfi münasibəti psixoterapiyanın iistifadəsinə mane ola bilər.
- Daha böyük yeniyetmələr üçün terapiya razılaşması yeniyetmə ilə daha aşkar şəkildə edilməlidir.
- Psixoterapiya üçün sərhədlər açıq şəkildə təyin edilməlidir. Fərdi terapiya üçün sessiyalar 45-60 dəqiqə davam edir, harada ki, ailə və qrup terapiyası daha uzundur.
- Fərdi terapiya həftədə ən azı bir dəfə olduğu halda, ailə və qrup terapiyası daha uzun intervalla tətbiq edilə bilər.
- Yeniyetmələrə tətbiq olunan bəzi terapiyalar zamanla məhduddur və əl kitabına əsaslanır. Bu terapiyalar adətən 15-20 həftə davam edir. Uzunmüddətli terapiya 1-3 il davam edə bilər.
- Uşaq psixoterapiyası da həmçinin valideynlərlə iş tələb edir. Yeniyetmələrdə valideynin iştirakının həcminə xəstənin yaşı və paroblemlərin təbiəti təsir edir.
- Digər müalicələrə ehtiyac fərdi olaraq düşünülməlidir.
Fərdi psixodinamik terapiya
- Psixodinamik nəzəriyyənin bir neçə psixoterapiya formalarının təsir etdiyi dəqiq əsası vardır və psixodinamik nəzəriyyə hələ də ən çox psixoterapiya formalarındandır.
- Məqsədlər aşağıdakılardır:
- uşaq və ya yeniyetmənin psixi inkişafını təmin etmək və onun qarşısını alan əngəlləri müalicə etmək
- müxtəlif emosiyaları hiss etməyə və onlara dözməyə kömək etmək
- psixi strukturları möhkəmləndirmək və öhdəsindən gəlmə metodlarını dəstəkləmək
- ünsiyyət bacarıqlarını yaratmaq
- özünü qiymətləndirməni yaratmaq
- uğursuluqların öhdəsindən gəlmək bacarığını yüksəltmək
- təşviş və psixi diskomfortu azaltmaq.
- Psixodinamik psixoterapiyanın nəticələri təşviş və depressiv pozuntular zamanı davranış pozuntularının müalicəsində olana nisbətən daha yaxşıdır.
- Fərdi psixodinamik terapiya psixoanalitik çərçivəyə əsaslanır. Təcrübəli terapevt uşaq və ya yeniyetmənin daxili dünyasını hiss edir. O psixoterapevt kimi öz hərəkət yollarını tənzimləyərkən xəstənin fərdiliyini və problemlərin təbiətini nəzərə almalıdır.
- Dünyagörüşü nəzəriyyəsinə əsasən terapevt ilə münasibətlər gənc xəstənin daha əvvəlki vacib emosional münasibətlərini və həmçinin bu münasibətlərə daxil olan konfliktləri təkrarlayır. Proses yeniyetmənin inkişafdan qaldığı sahənin təkrarlanması ilə başlanır.
Koqnitiv psixoterapiyalar
- Koqnitiv və koqnitiv-davranış psixoterapiyasına böyüklərlə yanaşı uşaq və ya yeniyetmələrin müalicəsində tez-tez rast gəlinməyə başlayıb.
- Koqnitiv psixoterapiya uşaq və yeniyetmələrin koqnitiv inkişafında, təcrübə yollarında və ya fəaliyyətində təhriflərə diqqəti cəmləyir. Davranış və öyrənmə nəzəriyyəsinə əsasən xəstəliklər öyrənmə, öyrənilmiş davranış modelləri və ya reaksiyaların tətbiqi prosesinə və zərərli düşüncə yollarına əsaslanır.
- Məqsədlər aşağıdakılardır:
- uşaq və ya yeniyetmə öz hisslərini dərk edir və onları adlandırır
- uşaq özü, digərləri və ətraf mühit barəsində olan neqativ və təhrif olunmuş fikirləri dəyişir
- sosial və ünsiyyət bacarıqları yaxşılaşır.
- Terapevt vacib insani münasibətlər, lakin həmçinin uşaq üçün əməkdaşlıq nümayiş etdirir.
- Koqnitiv terapiya koqnitiv bacarıqların müəyyən inkişafını tələb edir. Buna görə də terapiya əsasən məktəb yaşlı uşaqlarda istifadə olunur
- Koqnitiv və koqnitiv-davranış terapiyası depressiya, sinir anoreksiyası, müxtəlif qorxular, təşviş və kompulsiv pozuntular, post-travmatik stress pozuntusu, psixozlu və ya psixoz riski olan yeniyetmələr, və diqqət, daranış və nəzarətsiz müxalif pozuntuların müalicəsində istifadə edilə bilər.
- Terapiya dəqiqləşdirilmiş bir müddət ərzində həftədə bir dəfə və ya uşaq və ya yeniyetmə xəstəyə tələb olunan qədər uzunmüddətli keçirilə bilər.
Dialektik davranış terapiyası
- Terapiya sərhəddi tip şəxsiyyət pozuntusundan əziyyət çəkən və xroniki özünə zərər verən xəstələr üçün yaradılıb. Uşaq və yeniyetmələrin müalicəsi üçün inkişafa-həssas formaları vardır.
- Terapiya həm bioloji meyllilik və həm də destruktiv inkişaf mühitinin emosional tənzimləmənin pozulmasına uyğun olan biososial nəzəriyyəyə əsaslanır.
- Terapevtik proqram fərdi terapiya, qruplarda bacarıq təlimi, telefon vasitəsilə konsultasiya və terapevtlər komandası ilə konsultasiyanı birləşdirir.
- Terapiya zamanı davranış dəyişikliləri ilə yanaşı özünü-qəbul etməyə ehtiyac xüsusi qeyd olunur.
- Dəyişiklik əldə etmək məqsədilə bacarıq və özünü-qəbul etmə qruplarda təlim verilir.
Həll edilməyə istiqamətlənmiş terapiya
- Uşaq və yeniyetmələrin spesifik problemlərini həll etmək üçün addımlı proqram mərhələlərdən ibarət olan aşkar strukturlu terapevtik işlə təmin edir.
- Başlanğıcdan diqqət problemlərəə deyil bacarıqlara yönəldilməlidir.
- Gələcəyə vurğu edilir.
- Fərdi terapiya kimi, lakin həmçinin cütlük, ailə və qrup terapiyasında istifadə edilə bilər.
- Asılılıqla yanaşı təşviş və affektiv pozuntular üçün uyğundur.
Ailə terapiyası
- Ailə terapiyası digər terapiya formalarına nisbətən daha şəxlərarası münasibətlərə və dah böyük həcmli ailəyə istiqamətlənmişdir.
- Ailə terapiyası uşaq və ya yeniyetmənin psixoloji pozuntusunun ailədaxili qarşılıqlı münasibət pozuntularının vacib bir hissəsi olduqda istifadə olunur.
- Yeniyetmənin terapiyasına fərdi və ailə terapiyası ya onların birlikdə və yaxud biri digərindən sonra olmaq şərtilə istifadəsi daxil ola bilər.
- Terapiyanın məqsədi fərdi inkişaf və ailə üzvlərinin inkişafının mümkün olması üçün ailə ilə birlikdə yeni başa düşmə və yeni yollarla qarşılıqlı münasibətlərin tapılmasıdır.
- Adətən bir ailə ilə 2 və ya 3 terapevt terapiyanı aparır.
- Həqiqi ailə terapiyasına əlavə olaraq ailə uşağın psixi problemlərinin müalicəsində iştirak edir: valideynlər öz uşaqlarını və onların simptom və davranışlarının əsasını başa düşməkdə kömək edirlər və beləliklə valideyn və uşaqlar arasında münasibətlər dəstəklənir.
- Psixotəhsil ailə terapiyası psixozlu yeniyetməyə və onun ailəsinin xəstəliyə adaptasiyasına kömək etmək məqsədilə vacibdir.
- Çoxistiqamətli ailə terapiyası yeniyetmələrdə psixoaktiv maddələrdən asılılıq və davranış pozuntuları üçün ailə terapiyasının adaptasiya edilmiş bir növüdür.
İnterpersonal psixoterapiya
- Depressiyanın müalicəsi üçün 12-16 görüşlə məhdudlaşan psixoterapiyanın strukturlaşmış növü; hazrıda digər qeyri-psixotik pozuntular üçün də həmçinin istifadə olunur.
- Yeniyetmələrin müalicəsi üçün ayrıca adptasiya edilmiş forma yaradılmışdır. Terapevt valideynlərlə də həmçinin görşür.
- Yeniyetmə ilə birlikdə terapiyanın əsas məqsədi eçilir; bu kədər, insan münasibətlərində konflikt, həyat şəraitində dəyişiklik və ya tənhalıq ola bilər.
- Məqsəd yeniyetmənin inkişafını dəstəkləmək məqsədilə sosial bacarıqlar və həqiqi qarşılıqlı münasibətləri yaxşıalşdırmaqdır.
- Metodun effektivliyi bir neçə metodlarla təsdiq edilmişdir.
Travma terapiyası
- Travmatik hadisə tək hadisə və ya təkrarlanan vəziyyət ola bilər. Travma haqqında məlumat qırıq-qırıq olur. Koqnitiv, emosional və fizikal yaddaş və hisslərin paralel işlənməsi vasitəsilə hadisənin detalları daha bütöv hadisə formasında birləşir.
- Travma psixoterapiyası, travma-fokuslu koqnitiv davranış terapiyası və ya GHDR (göz hərəkətli desensibilizasiya və reprosessinq) travmanın müalicəsi üçün məsləhət görülür.
- İmmiqrasiya etmiş məcburi köçkün ailələrindəki uşaq və yeniyetmələr üçün naerrativ ekpozision terapiya məsləhət görülür.
- Travma terapiyasının məqsədi uşağın travmatik təcrübəsindən tədricən keçməkdir. Sessiyaların sayı və davametmə müddəti məhduddur. Əgər uşağın həyatında uzunmüddətli davam edən travmatik təcrübə varsa daha uzunmüddətli psixoterapiya travma terapiyasına nisbətən daha yaxşı alternativdir.
- Uşaqların psixoterapiyası və travma terapiyasında oyunlardan tez-tez istifadə olunur. Uşaq oyun vasitəsilə öz hiss və fikirlərini ifadə edə bilər. Oyunlar uşaqlar üçün özlərini ifadə etməyin tipik yoludur və onlar onun vasitəsilə müxtəlif təcrübələr keçirirlər. Oyun özü terapevtik ola bilər.
- Oyun terapiyasında hədiyyələr standart və ya xüsusi olaraq elə seçilir ki, uşaq oyun vasitəsilə müxtəlif vəziyyətlər və emosiyalar ifadə edə bilsinlər. Məktəb yaşlı uşaqlar üçün oyunlar kiçik uşaqlar üçün hədiyyələr rolunu oynayırlar.
- Yeniyetmələrin terapiyasında diskussiya və verballaşma müxtəlif travma terapiyası metidları ilə yanaşı istifadə olunur.
Erkən münasibətlərə yönəlmiş terapiya
- Terapiya adətən ana-körpə və ya ana-ata-körpə terapiyası kimi tətbiq olunur.
- terapiya məsələn, qidalanma, yuxu və ya qarşılıqlı münasibətlər üçün istifadə edilə bilər.
- Ana-körpə terapiyasının doğuşdan sonrakı depressiyanın müalicəsində vacib rolu vardır. Münasibətlərin dəstəklənməsinə əlavə olaraq, o ananın sağalmasına yardım edir, çünki o pozitiv analıq təcrübəsi əldə edir.
- Kiçik uşaqların terapiyası problemin qarşısını almaq effekti olan perspektiv terapiya formasıdır.
- Terapiya valideynlə uşağın qarşılıqlı münasibətlərini birbaşa dəstəkləməklə yerinə yetirilir, lakin idarə olunan valideynlik vizualizasiyasının tətbiq edildiyi psixodinamik adaptasiya da mümkündür.
Art terapiya
- Art terapiya artistlik ifadliyi və terapevtik prosesi birləşdirir. Terapiya xəstənin artistik ifadə etməsi və onun vasitəsilə digər şəxslə əlaqə yaratmasında diqqəti cəmləyir. Terapevt xəstənin daxili şəkillərini qəbul və şərh edən şəxs rolunu oynayır və xəstəyə çətinliklər, qorxular və konfliktlərlə onların terapevtik prosesə mane olduğu hallarda üzləşməsinə kömək edirlər.
- Qrup şəklində art terapiyası xəstəni qrup prosesi vasitəsilə müalicə edir. Proses bütün qrup üzvləri, onların şəkilləri və terapevt arasında gedir.
Psixomotor terapiya psixomotor terapiya terapiyanı fiziki məşqlərlə kombinasiya edir və sosial münasibətləri dəstəkləyir. Xəstə fədi olaraq seçilmiş fizikal, relaksasiya və dartılma məşqlərivasitəsilə tez və hərtərəfli sağlamlıq və həzz hissləri əldə edir. Terapiya sessiyaları zamanı həyəcandan azad olunur və relaksasiya əldə olunur. Eyni zamanda uşaq və ya yeniyetmələr sosial bacarıq və biliklər əldə etdikləri üçün onlar öz hisslərini nitqlə ifadə etməyi və digrlərinə qulaq asmağı öyrənirlər. Ən yaxşı nəticələr depressiya, diqqət pozuntuları və ya hərəki pozuntuları, aşağı özünü qiymətləndirmə, asosial davranış simptomları, müxtəlif fobaları olan uşaq və yeniyetmələrin müalicəsində əldə olunmuşdur. Autizm, Asperger sindromu və nevrogen anoreksiyanın müalicəsində istifadə olunmuşdur. Psixomotor terapiya fərdi terapiya, qrup terapiyası və ya hə ikisinin istifadəilə tətbiq oluna bilər.
İppoterapiya
- İppoterapiya fiziki əlilliyi və xəstəliyi olan və ytaxud davranış və emosional pozuntuları oln uşaq və yeniyetmələrin müalicə və reabilitasiyasında istifadə olunur.
- Sürülən zaman atın hərəkətləri və onunla təmas özünə qapalı və ya disstressli xəstənin ünsiyyət bacarıqlarını aktivləşdirə bilər.
- İppoterapiya xəstəyə bir çox hisslər vasitəsilə təsir edir: o yalnız fiziki reaksiyalarını deyil, həmçinin qavrama, hissiyat funksiyaları və nitqin inkişafını normallaşdırır. O diqqətini cəmləmək bacarığını, özünü-idarə etməni və sosial bacarıqları yaxşılaşdırır. Psixoloji məqsədlər uşaq və yeniyetmələrin həzz alması, uğur hiss etməsi və öz bacarıqlarına etibar etməyə imkan verilməsidir. Bu həmçinin pozitiv təcrübələr vasitəsilə daha yüksək özünü qiymətləndirmənin inkişafı mənasına gəlir.
- Terapiya aşağıdakıların müalicəsində istifadə edilə bilər:
- davranış pozuntuları, diqqət və qidalanma pozuntuları.
- qarşılıqlı münasibətlərin pozuntuları
- autizm.
Musiqi terapiyası
- Musiqi insanlara çoxlu müxtəlif yollarla beynin aşağı səviyyələrindən (avtonom sinir sistemi) başlamış yüksək səviyyələrinə qədər təsir edir.
- Musiqi terapiyasının aşağıdakı pozuntuları olan uşaqlara müsbət təsiri vardır:
- əlaqə yaratmaqda çətinliklər
- çoxsaylı əlilliklər
- mutistik, psixotik və ya aqressiv davranış.
- Musiqi terapiyası uşaq və ya yeniyetmələrin öz problemlərini nitqlə ifadə edə bilmədiyi vəziyyətlərdə faydalıdır. Musiqi terapiyası uşaq müdafiəsi xidmətlərinin istifadəçisi olan uşaq və yeniyetmələr üçün dəstəkləyici tədbir olaraq tətbiq edilir.
- Musiqi terapiyasına qəbul etmə, yaratma və ya tətbiq etmə daxil ola bilər. O həmçinin art və psixomotor terapiya ilə kombinasiya edilə bilər. Musiqi insanı özünü daha yaxşı hiss etdirdiyinə və gümrahlığı artırdığına görə o həmçinin digər müalicələrin effektivliyini yüksəldir.
Əmək terapiyası
- Əlilliyi olan uşaq və ya yeniyetmənin holistik funksionallığını dəstəkləyir. Məqsəd uşaq və ya yenyetmənin özünü ifadə etmə qabiliyyətini yaxşılaşdırmaq, uğurlu təcrübə əldə etməsi və öyrənmə bacarıqlarının inkişaf etdirilməsidir. Peşə terapiyasına drama, musiqi, art və ya fizikal məşqlər kimi yaradıcı fəaliyyətlər daxildir.
- Əsas hədəf beynin müxtəlif hissiyat orqanlarından gələn hisslərin işlənməsi, birləşdirilməsi və istifadəsinə təsir etmək üçün sensor inteqrasiyanın istifadəsidir.
- Peşə terapiyası xəstələri müstəqilliyi artırmaq üçün gündəlik həyatda lazım olan fəaliyyətləri həyata keçirirlər. Müalicənin məqsədi uşaq və yeniyetməni terapiya dayandıırıldıqdan sonra onlara sevincə və həzz gətirəcək istirahət fəaliyyətinə itiqamətləndirməkdir.
Qrup terapiyası
- Qrup terapiyasına psixoterapevtik metodlar daxildir və əsas məqsəd qrup üzvlərini qrup şəklində qarşılıqlı əlaqələr yaratmağa və müalicəvi ünsiyyət vasitəsinə ruhalndırmaqdır.
- Qrup terapiyası xüsusilə həmyaşıdları ilə münasibətlərində pozulmalar olan uşaqlara kömək edir.
- Uşaqlar üçün rup terapiyasına oyunlar və digər fəaliyyətlər daxildir; Yeniyetmələrlə isə terapiyaya fəaliyyətlər (idman, macəra, təcrübələr) və ya müzakirə daxil ola bilər. Terapevt və ya terapevtlərin tapşıqığı qrup üzvləri arasında konstruktiv ünsiyyət üçün fəaliyyət və müzakirələri istiqamətləndirməkdir.
- Terapevtik qrup 3-5 uşaq və ya yeniyetmədən ibarət ola bilər. Daha böyük qrupu idarə etmək üçün iki terapevtə ehtiyac vardır. Qrup terapiyası ümumi olaraq 1-1.5 saat davam edir və qrup həftədə 1-2 dəfə görüşürlər.
- Bəzən uşaqların terapiyası valideynlərin sessiyaları ilə kombinasiya edilir. Bu sessiyalar uşaq və ya yeniyetmələrin davranış problemləri və valideynlərin bu peorblemlərlədavrana bilməsilə məşğuldur. Məqsəd problemlərin həll edilməsində yeni yollar tapmaqdır.
- Davranış pozuntuları olan yeniyetmələrin qrup terapiyasında AƏT (aqressiyanın əvəzedilməsi təlimi) proqramı istifadə olunur. Qəbuledilmiş davranışlar aktiv məşqlər vasitəsilə gücləndirilir. Məqsəd yeniyetmənin mənəvi-əxlaqi düşüncəsini inkişaf etdirmək və daha yaxşı özünü-idarəetmə, yeni sosial bacarıqlar və gündəlik həyatda daha yaxşı uyğunlaşmaq üçün qəzəb hissinin idarə edilməsi yollarını öyrənməkdir.
Valideynlərlə əməkdaşlıq
- Uşaq və ya yeniyetmənin davranışı ümumilikdə çoxlu faktorların nətixəsidir. Buna görə də müalicə üçün çoxlu etodalr lazımdır. Bütün müalicənin uğuru valideynlərlə işləməyi tələb edir.
- Bəzi xəstəliklərdə müalicənin hədəfi ailə münasibətlərinədir. Uşaq və ya yeniyetmələrin davranış pozuntularının müalicəsində fərdi terapiyaya nisbətən valideynlərin təlimi, ailə terapiyası və multisistemik terapiya daha effektivdir.
- Bəzən valideynlərin özlərinin psixoterapiyaya ehtiyacını qiymətləndirmək və onlara müalicə təklif etmək də həmçinin lazım olur.
- Uşaq psixoterapevti uşağın valideynlərilə görüşə bilər, lakin yeniyetmənin terapevti olmayan birinin onun valideynlərilə məşğul olur. Valideynlərlə görüşün məqsədi onlara uşaq və yeniyetməlik dövründə psixoloji inkişafı və bununla yanaşı uşaq pozuntularının mənşəyinə dair məlumatlandırmaq və bu yolla valideynlərin özlərinin dərketmələrini artırmaqdır. Uşaq terapevti uşağın haqqında danışmadığı, lakin lazımlı olan və terapevtin uşağı daha yaxşı başa düşməsinə kömək edən həyatda baş vermiş hadisələr haqqında valideyndən məlumat alır. Müzakirələrin məqsədi valideynlərlə əməkdaşlıq münasibətləri yaratmaqdır, harada ki, valideynlərdə terapevt ilə birlikdə uşaq üçün ən yaxşını etmək hissi yaranır.
- Görüşlər zamanı uşaq və ya yeniyetmələrin problemlərinə daxil olmaq, evdəki vəziyyətlərdə yeni reaksiya vermə yollarını axtarmaq və valideynlərin uşaq və ya yeniyetmənin tərbiyə edilməsində səylərini dəstəkləmək mümkündür. Onlar həmçinin terapiyanın uşaq və ya yeniyetmənin inkişafındakı təsirləri barədə məlumatlandırılmalıdır.
Müvafiq mənbələr