Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Naevi (piqment xal)

Mündəricat

Naevi (piqment xal)

EBM Klinik protokolları
19.04.2018 • Sonuncu dəyişiklik 18.09.2013
AlexanderSalava

Əsasları 

  • Ümumi həkim/terapevt mütəmadi olaraq naevi (piqment xal) və ya qeyri-spesifik dəri şişləri haqqında məlumat verməlidir.
  • Naevusun xoşxassəli olması təkcə kliniki müayinə ilə təsdiqlənmir. 
  • Dərinin istənilən zədəli  hissəsindən biopsi götürülə bilər (məsələn, sancma biopsi), lakin mümkün olarsa, dəri səthinin qırxılmasından sonra seyrəkləşən kənarlar da daxil olmaqla naevus bütövlükdə götürülməlidir.
  • Biopsi aparılması ümumiyyətlə naevusda qeyd olunan hərhansı bir dəyişikliyə, həkim tərəfindən risk olaraq qiymətləndirilməsinə və xəstənin istəklərinə əsaslanır.
  • Bədxassəli olduğundan şübhələnilən hissənin histoloji diaqnozu mümkün qədər tez alınmalıdır.
  • Əksər melanoma inkişafı halları dəyişikliyə məruz qalmış naevi hissəsində deyil, sağlam dəri üzərində gedir.

Ümumi 

  • Ümumi təcrübəli həkimlərin üzləşdiri naevi və dəri şişlərinin böyük əksəriyyəti xoşxassəli olur. 
  • Bəzi insanlarda çox sayda melanositik (piqmentli) naevi olur (ləkəli); yaşlı şəxslərdə tez-tez görülən çox sayda seboreik keratoz (ət xallar) bir başqa haldır. Qafqazlıların dərisində naevilərin ortalama sayı 20-30 arasında dəyişir.
  • Tədqiqatların nəticələrinə uyğun olmamasına baxmayaraq, çoxsaylı nəvələrin olması melanoma inkişafı üçün risk faktoru hesab olunur, digər amillər daha yüksək melanoma riski verir.
  • Melanositik naevi insanın ömrü boyunca bir dəfə dəyişir və yavaş-yavaş dəyişən naevilərin böyük əksəriyyəti xoşxassəlidir. Yeni xoşxassəli melanositik naevi - ləkələr 40 yaşdan sonra nadir hallarda inkişaf edə bilir. Ölçüdə böyüyən dəridəki bütün yeni piqment dəyişiklikləri vizual olaraq yoxlanılmalıdır.
  • Xoşxassəli naevi bədxassəliyə çevriləbiləcək deyə çıxarılmamalıdır. 

Etiologiyası 

  • Naevilərin ümumi sayına genetik faktorlar təsir edir və çox naevili ailələr daha də yaygındır.
  • Bundan əlavə, günəş şüalarına məruz qalma naevi sayının artmasına təsir edə bilər. Məsələn, xüsusilə yetkinlik yaşına qədər açıq dəri üzərində güclü günəş şüalarına məruz qalma melanositik nəvələrin sayını artıra bilər və beləliklə dolayı yolla melanoma riskini artıra bilər.

Diaqnostikası 

  • Birləşən melanomik xoralar dəri səthində aydın seçilən (şəkili) qəhvəyi rəglidir. 
  • Dərialtı xoşxassəli melanomik naevilər adətən diametri 1sm-dən az, dəridən qabarmış və yumşq tərkibli olur. Bir qayda olaraq az piqmentlidir və solğun dəri və ya dərinin öz rəngində olur
  • Zədələnmiş dəri nayihəsi minumum aşağıdakı hallarda çıxarılmalı və ya biopsi edilməlidir:
    • Kliniki şəklinə görə həkim hesab edir ki, risk faktoru və/və ya dəyişikliklər bədxassəli ola bilər. 
    • Xəstə zədəli nayihənin bədxassəli olduğundan şübhələnir və şübhəsi az əsaslıdır. Seboreik bir ziyilin aşkar müəyyən edilə bilərsə, onu analiz üçün göndərməyə ehtiyac yoxdur (küretaj yolu ilə çıxarıla bilər).
    • Zədəli nayihə narahatlığa səbəb olur, məsələn alt getim və ya kəmərlə sürtülür.
  • Bədxassəli naevusun əlamətləri aşağıdakılardır:
    • naevus aydın ölçüdə artdı (şəkil)
    • asimmetrik və qeyri-bərabər hala gələn yeni bir melanositik naevusun və ya mövcud bir nevusun görünüşü
    • neavusdə inkişaf etməkdə olan düyün 
    • neavus qeyri-bərabər rəng dəyişikliyi ilə artırsa
    • neavus kifayət qədər böyük ölçülü olrsa (şəkil).
  • Melanositik naevusun bədxassəli olduğunu göstərən əlamətlər:
    • naməlum bir etiologiyalı, müalicəsi olunmayan naevus
    • naevusda iltihab, irin, qabıqlanma, qanaxma, hiss olunacaq dərəcədə dəyişməsi, qaşınma və iynələmə hissi. Lakin bu əlamətlər melanomanın ağırlaşmış mərhələsində qədər meydana gəlmir.

Diferensial diaqnostikası 

  • Xəstəni melanoma riskinə atmadan və heç vaxt bədxassəli hala gəlməyən melanositik nevusları digər xoşxassəli dəri ləkələrindən fərqləndirmək vacibdir.
    • Seboreik keratoz (seboreik ət xallar, “qoca siğələr/ət xallar”, şəkil)
    • Hemangioma, məsələn, albalı angiomas (şəkil)
    • Dermatofibroma (şəkillər)
    • Dəri çıxıntıları (şiş xallar, şəkil)
  • Bədxassəliyə bənzəyən dəri narahatlıqları da nəzərə alınmalıdır: 
    • Eskimoz (məsələn, topuqda və ya dırnaq altında)
    • Mavi naevus (şəkil)
    • Lentigo (şəkil)
    • Naevus spilus (şəkil)
    • Çıxıntılı naevus (şəkil)
    • Piogenic düyünlər (şəkil)

Müalicəsi 

  • Biopsiya ehtiyacı, naevusun ölçüsünün mütəmadi artmasına, həkim tərəfindən risk qiymətləndirilməsinə və xəstənin istəklərinə əsaslanır.
  • Həkim zədəli hissənin tam xoşxassəli olması diaqnozunu qoysa belə, xəstənin o nahiyənin götürülməsi üçün hər hansı bir əsası olmalıdır. 
  • Naevi bəzi piy toxumalarını da götürəcəyini əmin edən cərrahi yolla 1-2 mm biopsi qırxımı köməyi ilə xaric olunur. 
  • Sancma biopsi xəstənin pronozunu dəyişmədən istənilən zədəli nayihəyə tətbiq oluna bilər. 
  • İstənilən estetik və ya digər narahatlıq yaradan dəri ləkələnmələrində (xalları) histloji müayinə və müalicəyə riayət olunmalıdır, məsələn, üz dərisinn ləkələnməsi (xal) olarasa, sancma biopsi tətbiq olunmalıdır. 
  • Any aesthetic concerns or an awkward position of the lesion should be considered, and therefore the histological diagnosis, for example, of a facial lesion should be confirmed with a punch biopsy.
  • Əgər histoloji müayinə melanositik nevusun atipik (plastik deyil) olduğunu göstərərsə, eksizyon (çıxarılma) 3-5 mm kənar ilə aparılır.

Profilaktika və Monitorinqi 

  • Yüksək risk qrupuna daxil olan xəstələrə mütəmadi baxış keçirilməsi tələb olunur, lakin çox sayda naevili xəstələrə baxış ilkin tibbi yardım mərkəzlərində keçirilə bilər. Neavusdə baş verən hər hansı bir dəyişiklikləri müqaisə etmək üçün fotoşəkillərin çəkilməsi tövsiyə olunur.
  • Monitorinqin ən vacib hissəsi xəstənin bütün dərisini araşdırmaq və naevidə şübhəli dəyişikliklərin olub-olmadığını və yeni ləkəli dəri nayihələrinin inkişaf edib-etmədiyini qiymətləndirməkdir.
  • Melanomanın inkişafının qarşısını günəş işığından qorunmaqla almaq olar, məsələn, günəş şüalarından qoruyucu geyimlərdən və geniş kənarlı papaq və ya şlapalardan istifadə etmək olar. 
  • Uşaqları və yeniyetmələri ultra-bənövşəyi (UV) şüalardan qorumaq xüsusilə vacibdir.

Xüsusi Konsultasiya 

  • Bədxassəli və ya götürülməsi çətin olan nevus
  • Melanoma bax