Filariatozlar (filariazlar)
EBM Klinik protokolları
28.02.2017 • Sonuncu dəyişiklik 28.02.2017
SakariJokiranta
Əsas məqamlar
- İnsan filariazları bütün dünya miqyasında əhəmiyyətli tropik xəstəliklərdir.
- Bəzi növ zoonotik filariatozlar, tropik qurşaqdan daha soyuq iqlim zonalarında yaşayan insanlara, məs. Cənubi Avropada olan şəxslərə da ötürülə bilər. Bütün filarial infeksiyalar üçün ortaq bir xüsusiyyət var ki, bu da xəstəliyə yoluxmuş böcəyin hər hansı bir fərdi dişləməsi ilə baş verən keçiricilik mexanizmidir.
- Sürfələr insan bədəninə daxil olduqda, yetkin qurdlara çevrilir və növünə görə müxtəlif olan toxumalarda yaşayır və müxtəlif tipli xəstəliklərə səbəb olurlar.
Limfatik filariaz
- Limfatik filariaz əsasən iki tropik filaria qurdları, yəni Brugia malayi və Wuchereria bancrofti tərəfindən törədilir. Simptomatik bir infeksiya olaraq, yalnız endemik bölgələrdə uzun müddət, yəni bir neçə il yaşayanlarda meydana çıxır.
- Yetkin qurdlar limfa sistemində yerləşirlər və limfa düyünləri və ya kanallarında fibrozlaşma törədirlər ki, bunun da nəticəsində limfa dövranının pozulması ilə əlaqədar simptomlar ortaya çıxır.
- İlk simptomlar, adətən ətraflarda rast gəlinən və təkrarlanan fibril limfangit və limfadenitdən ibarətdir.
- Bir neçə ildən sonra xəstədə limfa kanallarının obstruksiyasının simptomları meydana çıxacaq və limfa düyünlərinin xroniki olan genişlənməsi inkişaf edəcəkdir. Tipik olan simptom hər hansı bir ətrafın xroniki olan ödemidir. Xəstədə, məsələn, qasıq nahiyəsinin nəhəng şişkinliyi də inkişaf edə bilər. Limfoödem xroniki hala gəldikdə, toxuma strukturlarında geri dönməz dəyişikliklər baş verir və bu vəziyyət isə filantiaz kimi tanınır.
- Eozinofiliya geniş yayılmışdır. Xroniki infeksiyaya məruz qalmış nahiyələrin rentgen müayinəsi kalsifikatların olmasını göstərə bilər.
- Limfatik filariatozun diaqnozu gecə toplanmış qan nümunəsində mikrofilariləri (sürfələri) aşkar etmə yolu ilə qoyulur. Əgər eozinofiloz olan xəstədə helmintozun olmasına şübhə varsa və spesifik törədicinin olmasının aydın meyarları mövcud deyilsə, onda ilkin araşdırma olaraq, helmint antitellərinin seroloji müayinəsi, o cümlədən filarial qurdlar üçün antitellərin aşkarlanması təyin edilir.
- Farmakoterapiya limfatik filariazın müalicəsində istifadə olunur. Elefantiazda əməliyyat da nəzərdən keçirilə bilər.
Onxoserkiaz (çay korluğu)
- Onkoserkoz - Onchocerca volvulus adlı filarial qurddan qaynaqlanır. Xəstəliyə əsasən Afrikanın Sahara yanı bölgələrində rast gəlinir, lakin zaman-zaman digər bölgələrdə də baş verə bilər. ÜST tərəfindən təşkil edilən bir nəzarət proqramı sayəsində onkoserkiazla bağlı korluq halları azalıb.
- İnfeksiya Simulium cinsindən olan qara hünülər tərəfindən dişləmə baş verdikdə keçirilir. Xəstəliyin klinik olaraq inkişafı üçün təkrarlanan yoluxmalar / dişləmələr lazımdır.
- İnsan infeksiyalaşdıqdan sonra orqanizmdə sürfələr yetkinləşərək qurdlara çevrilir və dərialtı sahələrdə düyünlər əmələ gətirirlər və burada çoxalaraq dərialtı toxumalara sərbəst çıxan, çoxlu miqdarda mikrofilarlar meydana gətirirlər.
- Simptomlara qaşınma və dərialtı düyünlər daxildirlər. İnfeksiya xroniki hala keçsə, xəstə göz almasına köçmüş mikrofilariyalara qarşı olan iltihablı reaksiya səbəbindən tədricən kor ola bilər.
- Spesifik diaqnostikası nazik dəri kəsimlərinin dərhal edilən mikroskopik müayinəsinə əsaslanır.
- Onkoserkiazın müalicəsində farmakoterapiyadan istifadə olunur. Dərman terapiyası: ivermektin (İngliscə-ivermectin) ilə mikrofilariyaların məhv edilməsi olduqca asandır, lakin yetkin yaşlı qurdların müalicəyə rezistentlyi çox yüksəkdir. Bununla birlikdə, illik mikrofilyarisid müalicəsi korluğa qarşı effektlidir.
Loaoz
- Loaoza, Sahara Afrikasında xüsusilə geniş yayılan Loa Loa qurdları səbəb olur. Filariazın bir növü olan loaoz zamanı, müntəzəm olaraq dərialtı toxumalara köç edən yetkin qurdlar mikrofilariyalar istehsal edirlər.
- Tipik simptomlarına qaşınma və insan gözünün konyunktivasından keçən yetkin bir qurdun müşahidəsi daxildir.
- Diaqnoz günorta saatlarında toplanan qan nümunəsinə mikrofilariyaların aşkarlanmasına əsaslanır.
- Proqnoz yaxşıdır.
Müvafiq resurslar
- digər internet resursları