Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Tetanus

Mündəricat

Tetanus

EBM Klinik protokolları
14.05.2018 • Sonuncu dəyişiklik 17.05.2018
JanneMikkola

Tetanus

 

Əsas məqamlar

  • Çirklənmiş yaraların təmizlənməsi və düzgün müalicəsi  vasitəsi ilə tetanus xəstəliyinin qarşısı alına bilər
  • Bu xəstəlik peyvənd olunmamışlarda daha erkən mərhələdə aşkar edilməlidir.

Anlayışlar

  • Tetanus peyvənd edilməmiş şəxslərdə Clostridium tetani bakteriyasının səbəb olduğu ağır sistem infeksiyasıdır. Xəstəliyin törədicisi olan bu bakeriyalar torpaq, həmçinin normal bağırsaq florasında yüksək konsentrasiyalarda rast gəlinir.

Simptomlar

  • Birincisi, bu lokal yara infeksiyasıdır və yarada bakteriyalar çoxala və toksin ifraz edə bilirlər.
  • Sistem infeksiya bir çox hallarda alt çənə (mandibulyar) oynağından başlayan (trizm, bəzən buna çənənin qıfıllanması da deyirlər) və bir neçə gün və ya həftələr ərzində skelet əzələlərinin generalizasiya olunmuş spazmları ilə müşayiət olunur .
  • Lokal tetanus zədə sahəsinə yaxın olan əzələ rigidliyi və ağrılı spazmlardan ibarətdir.
  • İntensiv terapiya tədbirlərinin həyata keçirilməsinə baxmayaraq ölüm halları yüksəkdir.

Diaqnostika

  • Diaqnoz anamnezə və kliniki mənzərədən asılıdır. Aspiratın Qram üsuli ilə rənglənmənin və mikrobioloji əkilmənin faydası məhduddur.

Müalicə evd

  • Əksər hallarda xəstə intesniv terapiya şöblərində hava yolunun keçiriciliyini təmini, mikrob və konvulsiya əleyhinə dərmanların yeridilməsi və həmçinin sedativ vasitələrdən istifadə etməklə dəstək almalıdır.
  • İnsanın antitetanus immunoqlobulini və yaranın təmizlənməsi müalicənin təməl daşlarıdır.
  • Per os verilən və ya vena daxilinə yeridilən Metronidazol (Metronidazole) seçim dərmanıdır. Yaşlılar üçün doza 500mq  x 3 dəfə; uşaqlar üçün 30 mq/kq-ır. Doza gün ərzində 3 yerə bölünərək verilir. Penisillin G (G penicillin) alternativ preparatdır.
  • Sağalma dövründə aktiv immunizasiya başlanmalıdır.

Profilaktika evd

  • Inkişaf etmiş ölkələrin əksəriyyətində universal peyvəndləmə effektiv olaraq qalır və ölkə proqramlarına uyğun olaraq və yaşdan asılı olaraq hər 10-20 ildən bir əlavə yükləyici (qüvvətləndirici) vaksinasiya aparılır.
    • Td peyvəndi həmçinin difteriya əleyhinə müdafiəni təmin edir.
    • Bu barədə milli təlimatlar nəzərdən keçirilməlidir.
  • Yaralar tam təmizlənməlidir.

Travmadan sonra edilən qüvvətləndirici (yükləyici, eng. booster) peyvəndləmə

  • Yara xüsiyyətlərindən və şəxsin immunizasiya statusundan asılıdır (cədvəl1).
  • Tez-tez edilən peyvəndləmələr yerli reaksiyaların yaranma ehtimalını artırır.

Cədvəl 1.  Travmadan sonrakı qüvvətləndirici peyvəndləmə

İmmunizasiya dərəcəsi

Yüksək tetanus riski

Aşağı tetanus riski

 
  • Çirkli deşilmiş yaralar
  • Açıq sınıqlar
  • Heyvan dişləməsi
  • Torpaq/palçıq və nəcis ilə çirklənmiş zədələnmələr

 

 

  • Cərrahi işləmə tələb edən və daxilində çoxlu ölü toxuma olan donma, yanıq və digər yaralar
  • Təmiz yaralar

Yaxşı müdafiə

  • Əvvəllər ≥ 3  dozadan çox tetanus vaksini vurulubsa

Td və ya dtap; əgər sonuncu dozanın verilməsindən 10 ildən çox müddət ötübsə*

Yüksək riskli yaralarda fərdi qiymətləndirmə apararaq tetanus əleyhinə immunoqlobulin verilir

Td və ya dtap; əgər sonuncu dozadan 20 ildən çox müddət ötübsə*

 

Adekvat olmayan müdafiə

  • Əvvəllər < 3  doza  və ya qeyri-müəyyən sayda tetanus vaksini vurulubsa

Əsas peyvənd seriyasını yaşa uyğun olan peyvəndlərlə sürətləndirilmiş 0, 2 və 6 ay qrafikinə uyğunlaşdıraraq tamamlayın*.

 

• <5 yaş: DTap-IPV-Hib

• <13 yaş: DTaP-IPV

•> 13 yaş: Td və ya dtap

 

Tetanus əleyhinə immunoqlobulin 250 BV dozada əzələ daxilinə  ayrı şprislərdən istifadə edərək bədəninin digər tərəfinə vurulur.

İcbari peyvənd sxemini əsas götürərək, peyvəndləri 0, 2 və 6 ay olmaqla, sürətləndirilmiş  qrafikə uyğun  tamamlayın*.

    < 5 yaş: DTap-IPV-Hib < 13 yaş: DTaP-IPV
  • > 13 yaş: Td və ya dtap

*Qeyd edilməlidir ki, burada göstərilən məlumatlar Finlandiyanın səhiyyə siyasətinə əsaslanır. Digər yerlərdə peyvəndin tipinə və vaxtına görə fərqlər ola bilər.

Td = Tetanus (T) və difteriyaya (d) qarşı peyvənd
dtap = Difteriya (d), tetanus (t) və göyöskürəyə (ap) qarşı peyvənd
DTap-IPV-Hib = Difteriya (D), tetanus (T), göyöskürək (aP), polio (IPV) və b tipli Haemophilus influenzae (Hib) qarşı peyvənd
DTaP-IPV = Difteriya (D), tetanus (T), göyöskürək (aP) və polio (IPV) qarşı peyvənd