Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Malokklüziya və baş ağrısı

Mündəricat

Malokklüziya və baş ağrısı

EBM Klinik protokolları
21.08.2018 • Sonuncu dəyişiklik 21.08.2018
TuulaPalotie

  • Malokklüziyanın səbəbləri üçün nəzər yetirin.

Əsas məqamlar

  • Baş ağrısından əziyyət çəkən pasiyent dişlərin sıxılması və qıcaması kimi hallarla rastlaşarsa və ya pasiyentdə aşağıda qeyd edilən hallara təsadüf edilərsə, diş həkiminə müraciət edilməlidir.
    • çənə hərəkəti ilə əlaqəli simptomlar
    • anormal və ya məhdud çənə hərəkətləri, sürtmə və ya yüksək şıqqıldamaq və yaxud çaqqıltı səsləri 
    • temperomandibulyar (gicgah - çənə) oynağının və ya çeynəmə əzələlərinin palpasiyası zamanı ağrı və həssaslıq
    • aydın okklüziyal uyğunsuzluq, məsələn, geniş açılmış dişləm malokklüziyası və ya çənə asimmetriyası
    • qulaq və udlaq müayinəsi zamanı səbəbi müəyyən edilə bilinməyən qulaq ağrısı və ya tinnitus (qulaqda küy)
  • Diş mənşəli infeksiyalar da həmçinin inkar edilməlidir
  • Obstruktiv yuxu apnoye sindromu ilə əlaqəli olaraq meydana gəlmiş apnoye də həmçinin xüsusilə səhərlər olmaqla baş ağrısına səbəb ola bilər. 

Malokklüziya, baş ağrısının səbəbi kimi

  • Diş malokklüziyası çeynəmə əzələlərinin tonusunun artmasına, qeyri - adi koordinasiya və artikulyar disk yerdəyişməsinə səbəb olan periferik stimulyasiyanın səbəb olması düşünülür. Dişlərin gecə vaxtı güclü sürtünməsi və ya ağır malokklüziya da həmçinin çeynəmə əzələlərində ağrıya və bu səbəblə də baş ağrısına səbəb ola bilər.

Simptomlar

  • Baş ağrısı, boyun ağrısı, çeynəmə əzələlərində və ya temperomandibulyar oynaqda ağrı.
  • Malokklüziyanın səbəb olduğu baş ağrısı adətən frontal (alın) və ya temporal (gicgah) nahiyədə meydana gəlir.
    • Simmetrik və ya unilateral
    • Ağrı adətən sızıltı xarakteri daşıyır.
  • Xüsusilə preaurikulyar bölgə olmaqla üz və baş ətrafında anormal hislər. Çənənin qeyri - adi hərəkətləri və səsli oynaq hərəkətləri.
  • Tinnitus, tutulmuş qulaq, qulaq ağrısı və eşitmə qabiliyyətinin pozulması hissi (geniş yayılmış simptomlara aid edilmir).
  • Simptomlar nadir hallarda tamamilə simmetrik olur. Simptomların intensivliyi tez - tez sirkadiyan ([bioloji proses] 24 saat içində sağalma) dəyişkənlik göstərir. Simptomlar soyuq, nəmlik və hava cərəyanı, əzələnin gücə düşməsi (çeynəmə), stress və bəzən protezlərin taxılması tərəfindən provokasiya edilir.
  • Disfunksiya tutmaşəkilli paroksizmal ağrı ilə xarakterizə edilmir. Bəzi xəstələr gecə vaxtı dişlərini bir - birinə sürtdüklərinin və ya gündüz vaxtı lazımsız yerə dişlərini qıcadıqlarının fərqinə varırlar. Lakin əksər xəstələr bu tip vərdişlərin fərqinə varmır və ya inkar edirlər.

Müayinələr

  • Qısa klinik müayinə diaqnozu təsdiqləyəcəkdir.
  1. Ağızın hərəkət diapazonu
    • Xəstə heç bir problem olmadan ağzını aça bilməli və qabaq dişlərin ucundan ölçdükdə 40 mm məsafədə aralaya bilməlidir.
    • Çənənin maksimal lateral və irəli hərəkəti ən azı 7 mm olmalı və çənə hərəkəti olduqca simmetrik olmalıdır.
  2. Palpasiya (şəkil)
    • Temporomandibulyar oynaqların dorzal tərəfi xarici eşitmə kanalları vasitəsilə, lateral tərəfi isə qulaqların qarşısından palpasiya edilir. Palpasiya asimmetriya, artikulyar diskin hərəkəti, şıqqıldama və sürtmə kimi çənə hərəkətləri zamanı hər hansı bir həssaslıq və ya anormallığı aşkara çıxaracaqdır. Stetoskopik auskultasiya hətta ən həfif şıqqıltıları belə aşkar edəcəkdir.
    • Çeynəmə əzələlərinin içində ən asan palpasiya edilə bilənləri çeynəmə əzələsi (M. massester) və gicgah əzələsi (M. temporis) hesab edilir. Gicgah əzələsinin alt çənənin (lat. mandibulae) koronoid prosesinə daxil edilməsi intraoral olaraq dəyişə bilər (şəkil).
  3. Dişlərin müayinəsi
    • Əgər dişlərin aşınması anormal dərəcədə şiddətlidirsə, dişlərin görünüşü mandibulyar disfunksiya haqqında ip ucları verə bilər.
    • Müşahidə tək başına funksional cəhətdən vacib malokklüziyanın mövcudluğu barəsində məlumat vermək üçün yetərli deyildir. Balanslı okklüziya disfunksiya ehtimalını istisna etmir.
  4. Radioqrafiya
    • Rutin rentgenoqramma mandibulyar disfunksiyanın diaqnozunda kiçik də olsa köməklik göstərir.

Diş həkiminə göndəriş üçün göstəriş

  • Baş ağrısına malik xəstələrdə çənə hərəkətləri ilə əlaqəli simptomların müşahidə edilmədiyi, çənə hərəkətlərinin yayınma olmadan normal funksiya göstərdiyi və palpasiya zamanı səsin və ya həssaslığın qeydə alınmadığı təqdirdə çeynəmə sisteminin disfunksiyası ehtimalı az olur.
  • Əgər bu simptomlar qeydə alınarsa, xəstə bu sahədə ixtisaslaşmış mütəxəssis diş həkiminin müayinəsinə göndərilməlidir.

Müalicə

  • Simptomatik müalicə iltihab əleyhinə dərmanlardan, okklüzial aparatın hazırlanması, fizioterapiya və eləcə də çeynəmə əzələlərinin fiziki və rahatlayıcı məşqlərindən ibarət olur.
  • Mümkün diş malokklüziyasının müalicəsi də lazım gəldikdə nəzərdən keçirilə bilər.

 

Müvafiq resurslar

 

  • Koxran icmalları
  • Ədəbiyyat