DƏHP

EBM Klinik protokolları
18.10.2016 • Sonuncu dəyişiklik 18.10.2016
AnitaPuustjärvi

Əsaslar

  • DƏHP (Diqqət Əksikliyi və hiperaktiv pozuntu) uşaqlıq dövründə başlayan və bir çox hallarda yetkinlik yaşına qədər davam edən,ən çox rastlanan neyropsixiatrik bir sindromdur.
    • Birincili simptomlar diqqət, aktivlik və impulsivliyə nəzarətidə problemin olmasıdır. Aktivliyə nəzarətdəki problem bir çox hallarda hiperaktivlik kimi təzahür etsə də, həmçinin hipoaktivlik kimi də görülə bilər(məsələn: hərəkət etməkdə istəksizlik).
    • Əlavə olaraq, dəmək olarkı bütün xəstələr emosiya və davranışların tənzimlənməsi kimi icraedici funksiyalarında problem yaşayırlar. 
  • DƏHP diaqnozu üçün, simptomların və xəstənin həyat şəraitinin geniş qiymətləndirilməsi lazımdır. DƏHP həmçinin xəstənin funksional qabiliyyətinə təsir edən digər problemlərdə də rast gəlinir.
  • Müalicə olunmamış DƏHP təhsil və iş həyatında zəif göstəricilər,qəzalara meyillilik,addiktiv maddələrdən istifadəyə və kriminal davranışa riskin artmağı ilə əlaqəlidir ki,bunlar da öz növbəsində gənclərdə sosial təcrid olunma ilə əlaqəlidir.
  • DƏHP-in müalicəsi evdə,baxım evində,məktəbdə,təhsil alınan yerdə və iş həyatında müxtəlif psixososial müalicəni və müvafiq dərmanla müalicəni özündə əks etdirir. Davamlı müalicə simptomların tədricən azalmasına, həyat keyfiyyətinin yaxşılaşmasına və bilinən risklərin azalmasına kömək edir.
  • DƏHP (Diqqət Əksikliyi və Hiperaktiv pozuntu) cəmiyyətin diqqətini çəkən ən çox rastlanan neropsixiatrik pozuntudur.Pozuntu hiperaktivlik, diqqətin cəmlənməsindəki çətinlik,impulsivlik və diqqət dağınıqlığı ilə xarakterizə olunur. Diqqət çatışmazlığı pozğunluğu isə hiperaktivlik görülmədən sadəcə diqqətin cəmlənməsindəki problemlə xarakterizə olunur.DƏHP-dəki əsas problem xatırlamaqdakı və eləcə də hiss-duyğu qıcıqları və emosional qıcıqlara qarşı cavabdakı çətinlikdə rast gəlinir.Bundan əlavə, impulslar çox qısa zamanda hərəkətlərlə nəticələnir.Buna görə də uşağın stresli vəziyyətlərə reaksiyası (məsələn ailə münaqişələri, həddindən artıq tələblərə məruz qalması,travma və ya itki ilə üzləşməsi) çox vaxt həddindən artıq olacaqdır.DƏHP olan bir çox uşaq müvafiq müalicə və reabilitasiya almadıqda,bir çox valideyn uşağının problemlərinin başqa yerdə yatmasına baxmayaraq(bəzən DƏHP ilə yanaşı) DƏHP diaqnozunu qəbul etməyə can atır.Buna görə də uşağın emosional davranışının qiymətləndirilməsi həmişə kifayət qədər əhatəli olmalıdır.

Yayılması 

  • Təqribən 5-7% məktəb yaşlı uşaqlarda DƏHP-ə təsadüf edilir, bu da o deməkdir ki, orta hesabla hər sinifdə bir uşaq bu pozuntudan əziyyət çəkir. 
  • Yetkin şəxslərdə DƏHP-in yayılması təqribən 3-4%-dir.
    • DƏHP simptomları bir çox hallarda(60-80% hallarda) uşaqlıqdan yetkinliyə qədər davam edir,lakin görülən simptomlar yaş artdıqca yüngülləşir.
  • DƏHP uşaqlıq dövründə oğlanlarda qızlara nisbətdə 3-6 dəfə daha çox rast gəlinsə də, yetkin qadın və kişilər arasında xəstəliyin rast gəlinmə fərqi daha azdı.

Etiologiya

  • DƏHP-in klinik mənzərəsinin inkişafı,DƏHP hallarının təxminən 60-80%-də mövcud olan genetik meyillikdən asılıdır.
  • Ətraf mühit amilləri risk yaradan genlərin fəaliyyətini tənzimləyən və ya simptomların şiddətinə və normal inkişafın gedişatına təsir edərək DƏHP meydana gəlməsinə təsir göstərə bilər.  
    • Hamiləlik dövründə risk faktorlarına ananın siqaret çəkməsi, alkoqol və ya maddə istifadəsi eləcə də dölün asfiksiyası daxildir. Ananın müxtəlif ağır stres faktorlarına məruz qalması da əhəmiyyətli təsir göstərmiş ola bilər.
    • Ailə ilə əlaqəli risk faktorları, məsələn, ailə daxili problemlər və münaqişələr, Qarşı Gəlmə Pozuntusu(QGP) kimi davranışların riskini artırmaqla uşağın funksional qabiliyyətini pozsa da öz-özlüyündə DƏHP-ə səbəb olmur.
    • 3 yaşından əvvəl yüksək sürət templi televiziya proqramlarına həddindən artıq məruz qalmaq məktəb dövründə problemlərin artdığını göstərir. Kompüter oyunlarının həddən artıq oynanması da narahatlıq və diqqət problemlərini artıra bilər.
  • Beyin fəaliyyəti ilə əlaqəli əsas tapıntılar, diqqəti, impulsa nəzarəti və fəaliyyətini tənzimləyən beyin bölgələrində anormal dopamin və noradrenalin aktivliyi və onların əlaqələnməsi ilə əlaqədardır.
    • Oyanıqlığın tənzimlənməsi çox vaxt anormaldır və bu yuxu problemləri ilə əlaqələndirilə bilər(xəstə kifayət qədər sakitləşə bilmir).

Simptomlar və klinik təzahür

  • Diqqətsizlik, hiperaktivlik və ya impulsivlik kimi bəzi simptomlar geniş yayılmışdır, lakin, DƏHP olan xəstələrdə bu cür simptomlar tez-tez olur, uzun müddət davam edir və onların funksional qabiliyyətlərinə açıq şəkildə təsir edir.
  • Ümumiyyətlə simptomlar mətəb dövründən öncə başlanmağına baxmayaraq daha sonrasında belə müəyyən edilməyə bilir.
  • DƏHP-in 3 növü ayırd edilir.
    • Diqqət çatışmazlığı pozuntusunda (DÇP) impulsivlik və hiperaktivlikdən daha çox diqqət peoblemləri qabarıq olur.
    • Əhəmiyyətli dərəcədə diqqət problemləri olmadan həddan artıq aktivlik və impulsivlik.
    • Bütün əsas simptom sahələrində problem olan qarışıq bir növ pozğunluq.
  • Bütün növlərə ICD kodu F90.0 altında diaqnoz qoyulmalıdır. Və əgər xəstəni qeydə alan sistem buna icazə verərsə, qabarıq simptomlar şifahi olaraq qeydə alınmalıdır.
  • Simptomların təzahürü müxtəlif yaşlarda fərqli şəkildədir.
    • Məktəb yaşından aşağı uşaqlarda hiperaktivlik fiziki narahatlıq, dırmaşmaq və qaçmaq kimi görünür. Məktəb yaşındakı uşaqlarda bu sinfdə sakit otura bilməmək kimi böyüklərdə isə sakit durmağı tələb edən vəziyyətlərdən və hadisələrdən yayınmaq kimi təzahür edir.
    • Məktəbəqədərki uşaqlarda diqqətin tənzimlənməsindəki bu çətinlik oyun oynayarkən, məktəb yaşındakı uşaqlarda hansısa düşüncəyə qapılıb qalma kimi və tapşırıqlarında diqqətsizlikdən doğan səhvlər kimi, eləcə də əşyalarını unutmaq kimi görünsə də böyüklərdə əsas vacib tapşırıq əvəzinə ikinci dərəcəli əhəmiyyət kəsb edən tapşırıqlara yönəlmək kimi görünür.
    • Məktəbəqədər yaşdakı uşaqlarda impulsivlik adətən gözlənilməz qəfil hərəkətlərin ortaya cıxması ilə, məktəb yaşındakı uşaqlarda isə oyunlar və müzakirələr zamanı öz növbəsini gözləməmək kimi görünür. Böyüklərdə isə təhsil aldıqları və işlədikləri yeri qəfil dəyişmək və insanlarla münasibətlərdə çətinliklər yaşamaqları kimi ortaya çıxır. Tez və güclü emosional reaksiyalar da həmçinin xarakterikdir.
  • Simptomların yaratdığı narahatlıq dərəcəsi ətraf mühit amillərindən asılıdır. Məsələn, simptomlar təkbətək situasiyalardan daha çox böyük qruplarda baş qaldırır.
    • Xüsusilə motivasiya konsentrasiyaya təsir göstərir.Bəzi hallarda həddindən artıq konsentrasiya da ola bilər ki,bu da xəstələrin zaman və situasiya ilə bağlı hisslərini itirərək onlar üçün maraq doğuran məsələlərin içində itib-batmağa gətirib çıxara bilər.
    • Fiziki vəziyyətə təsir edən amillər (fiziki aktivliyin az olması, aclıq və ya yuxusuzluq), güclü duyğular (həyəcan, hirs) və stresli vəziyyətlər (böyük tələblər qarşısında qalmaq,evdəki qarşıdurmalar, zorakılıq, travmatik təcrübələr) simptomları artırır. 
  • DƏHP-in diaqnozu ICD-nin kriteriyalarına uyğun gəlməyə əsaslanır.2013-cü ildə 90% hallarda DƏHP-in simptomları arasında depresiya,Qarşı gəlmə pozuntusu (QGP), narahatlıq pozuntusu kimi davranış pozğunluqları eləcə də uşaqlıq bipolyar pozuntusu kimi fərqli psixi pozuntulara da rast gəlinib.DƏHP-in çox az bir qismi (2013-cü ilə görə 25%i) öyrənmə və inkişafla bağlı problemlərlə (motor funksiyalar, qavrama, dil bilikləri və ünsiyyət) əlaqələndirilə bilir. Öz-özünü kənardan görmə, özünə-dəyər və sosial rol ilə bağlı problemlər bəzən müəyyən bir diaqnozu qoymaq üçün şiddətli olmasa da, mövcud olur. Bundan əlavə DƏHP, Asperger sindromu, Obsessiv- kompulsiv pozğunluğun və ya tik pozuntusu kimi ciddi neyropsixiatrik pozuntuların tərkib hissəsi ola bilər.

Yayılma

Məktəbə başlayan uşaqların 5%-ə qədərində DƏHP, yəni orta hesabla hər sinifdə bir uşağın təsirlənmə ehtimalı vardır. DÇP daha az yayılmışdır,lakin təbiətinə görə müəyyən olunmamaq ehtimalı daha yuxarıdır.DƏHP-ə genetik təsirin əhəmiyyətli rolu vardır.Genetik meyillilik ətraf mühit amilləri ilə əlaqəli görünür və bəzi müəyyən növ erkən sosial mühit amilləri DƏHP-in ortaya çıxmasına şərait yarada bilər.DƏHP olan bir uşağın valideynində də oxşar problemlər ola bilər.Bir tərəfdən belə bir valideyn övladının problemlərini başa düşə bilsə də, digər tərəfdən valideyn kimi vəzifələrini yerinə yetirməkdə çətinlik çəkə bilər.Problem qızlara nisbətən oğlan uşaqlarında daha çox olur. Fəqət daha az aydınlaşdırılmış problemlər qız uşaqlarında diaqnozsuz qalır.Bu uşaqların ən azı üçdə birində problem,müalicə və reabilitasiyanın məktəbəqədər yaşda göstərilməyə, qalan hissəsinin isə məktəb yaşında dəstəkləyici tədbirlərə ehtiyacı var. DƏHP simptomları ən azından hansısa qrupa qoşulan zaman yaranan problemlərlə özünü göstərəcəkdir.Bu bəzən valideynlər üçün sürpriz olur və ətraf mühit amillərini günahlandırmaq belə bir vəziyyətdə normal bir reaksiya ola bilər. Diqqət çatışmazlığı ilə bağlı problemlər yetkinlik yaşına qədər davam edə bilər və müdaxilə tələb edir.Birincili tibbi yardım qrupunun rolu kimi erkən aşkarlanma vacibdir,lakin gecikmiş mərhələdəki müalicə və reabilitasiya da fayda gətirəcəkdir. Təqdim olunan simptomlar hər nə olursa olsun, müəyyən bir diaqnoz ətrafında seşimlərin çox tez daralmaması üçün əvvəldən bütöv bir yanaşma qəbul edilməlidir.Valideynlər tərəfindən izah edilən problemlərə əlavə olaraq, uşağın emosional inkişafının əsas komponentləri araşdırılmalıdır. Görünən problemi olmuyan nüanslar bir kənara qoyulub potensial problem sahələri üzrə dəstəkləyici suallar verilməlidir.Misal üçün: öyrənmə qabiliyyəti, işləmək bacarığı, uşağın yaşına uyğun maraq dairəsi, təsəvvür qabiliyyəti,yuxu rejimi, yuxu keyfiyyəti, uşağın qorxuları, güvənsizlik hissi, valideynlərindən ayrılma qabiliyyəti, yaşına uyğun valideyn, bacı və qardaşları, dostları ilə keyfiyyətli münasibət, uşağın öz əmlakına və başqalarına olan qəzəbin və müsbət duyğular,ın ifadəsi, heyvanlara qarşı münasibəti, başqalarından yardım istəmək qabiliyyəti, ailə daxilindəki atmosferə uyum göstərməsi, uşaq tərbiyəsindəki valideyn əməkdaşlığı, valideynlərin nizam-intizama münasibətində həddindən artıq ağır olun olmaması və özünə nəzarət. Suallar həkimə əlavə araşdırmanın lazımlı olub olmamasını qərara almağa, eyni zamanda valideynlərə uşağının inkişafı ilə bağlı hərtərəfli müzakirələrə yönəldilməsinə kömək edəcək, uşağa, ailə birliyinə və yaxın ətrafa diqqət yetirəcəkdir.Hər iki valideynin lap öncədən iştirakı tövsüyyə olunur. İştirak etmiyən valideyni tapmaq üçün bütün cəhdlər aparılmalıdır. Müzakirələrdə iştirak etmiyən valideyni müzakirəyə daxil etmək heç cür mümkün deyilsə, ən azından məlumatlandırılmalıdır. Uşağın növbəti tərbiyəsi üçün bunun xususi əhəmiyyəti var. Konsultasiya zamanı həkim uşaqla ünsiyyətə rahat girməsi üçün Uinnikot Squiql oyunundan istifadə edə bilər.Oyun zamanı uşaq və həkim karandaşla kağıza növbə ilə bir neçə cızma-qaralama çəkirlər. Daha sonra qarşı tərəf bu qaralamaları tamalayıb bir şəkilə çevirməli və ad qoymalıdır. Bu oyun adətən uşaqlara maraqlı gəlir. Və bu da öz növbəsində hakimə uşağı fərdi qiymətləndirməyə, öz fikir və təcrübələrini başqa bir insanla bölüşməyə və uşağın öz xəyal gücündən istifadə etməsinə kömək etməyə imkan yaradır.Oyun zamanı çətinlik çəkən uşağa heç bir təzyiq göstərilməməlidir. Hətta bu çətinliyi sözlə ifadə etməsi kifayətdir. Tamamlanmış şəkillər və onların detalları müzakirə olunur, lakin şərh edilmir. Planlanmış anket sualları müntəzəm olaraq poliklinikada istifadə oluna və ya onların istifadəsi müəyyən müalicənin aparıldığı xəstəxana ilə razılaşdırıla bilər. Bu cür anketlər ilkin qiymətləndirmə aprarkən dəyərli əlavə məlumat verir. Çünki uşağın emosional vəziyyəti barədə standart bir məlumat daşıyır. Bu anketlərin istifadəsi adi qan analizləri ilə müqayisə oluna bilər. Geniş sorğu anketinə GÇA (Güclü tərəfləri və Çətinlikləri anketi) UDYA (Uşaq davranışının yoxlanılması siyahısı; valideynlər üçün) və MHF (Müəllimlər Hesabat forması; müəllimlər üçün) daxildir. Halbuki DƏHP simptomlarının daha məhdud bir qiymətləndirmə üçün DSM diaqnozu ətrafında hazırlanmış anketindən də istifadə edilə bilər. Əgər hansısa bir ixtisaslı həkimə müraciət göstəriş olunursa,mətubda xəstənin xəstəlik tarixi, ilkin konsultasiya barədəki fikirlər və ailənin məsələnin həllinin axtarışına olan münasibəti qeyd olunmalıdır. Əgər ailə üzvləri problemin yalnız tibb müassisəsində və ya məktəbdə olduğunu vurğuluyursa, bu uyğun başlanğıc nöqtəsi kimi göstərilməlidir. 

Diaqnoz

Diaqnostik kriteriya

  • DƏHP, XBT kriteriyalarına uyğun gəlməyi tələb edən simptomatik bir diaqnozdur; xüsusi bir diaqnostik müayinəsi yoxdur.
  • Diaqnoz qoymaq üçün ümumi vəziyyətin geniş qiymətləndirilməsi lazımdır.
    • Geniş xəstəlik tarixi ( inkişaf anormallıqları, keçmiş və indiki simptomlar, hər hansı digər xəstəlik, müayinə və müalicə tarixi, mövcud stres amilləri, ailə vəziyyəti, ailə tarixi)
      • Simptomların müddəti və onların meydana çıxması ( ən yaxşısı mətəbdən və ya xəstənin vaxt keçirdiyi yerlerdən bir başa soruşun)
      • Xəstənin simptomlarına və  funksional qabiliyyətinə təsir edən amillərin nəzərdən keçirilməsi 
    • Klinik fiziki və nevroloji müayinə
    • Laboratoriya müayinələri kimi  differensial diaqnostika tələb edən müayinələr
      • Beyin görüntüləməsi və ya ensefaloqramma tamamilə gərəksizdir.
      • Diaqnoz üçün psixoloji və ya neyropsixoloji müayinə lazım deyil,müalicə və reabilitasiyanı planlaşdırmaq üçün olduqca faydalı ola bilər
      • Uşaqlarda nitq və peşə terapevti tərəfindən vəziyyətin ümumi bir mənzərəsini qiymətləndirmə tələb oluna bilər.
  • Diaqnoz üçün xəstədə diqqətin 6  əlaməti və cəmi  18 simpto meyarının 6-sı hiperaktivlik-impulsivlik əlaməti olmalıdır.
    • 17 yaşdan yuxarı xəstələrdə diqqətin və, və ya hiperaktivlik-impulsivliyin 5 əlaməti kifayətdir(yeni DSM-5 meyarlarına görə)
  • Simptomlar uşaqlıqdan bəri baş vermiş olmalıdır. Buna baxmayaraq, məktəb yaçına qədər onlar müəyyən edilməmiş ola bilər və DSM-5 meyarlarına görə, 12 yaşından əvvəl simptomların meydana gəlməsi kifayətdir.
    • Yetkinlərə diaqnoz qoyarkən, əlamətlərin kifayət qədər erkən və uzun müddət ərzində meydana gəldiyini (sənədlərdən, məsələn) dəqiqləşdirmək lazımdır.
    • Diaqnozun məktəb yaşından əvvəl qoyulmasına diqqət yetirilməlidir və 5 yaşından əvvəl etibarlı diaqnoz mümkün olmaya bilər.
  • Simptomlar bir neçə növ vəziyyətdə və fərqli insanlarla baş verə bilər. Ancaq bu o demək deyil ki, bunun həkim otağı və ya müayinə ilə əlaqəsi vardır.
    • Simptomlar müxtəlif situasiyalarda fəqli ola bilər.
    • Fərqli vəziyyətlərdə fərqli funksional qabiliyyətlərlə əlaqəli müşahidələr simptomları yüngülləşdirmək üçün vasitə tapmağa kömək edə bilər.
    • Məktəbdə və ya iş həyatında müvəffəqiyyətli olmaq DƏHP ehtimalını aradan qaldırmır. 
  • Əgər xəstədə ayrı ayrı, lakin eyni anda baş verən pozuntular varsa. Başqa bir psixiatrik diaqnozunun olması da həmçinin DƏHP diaqnozunu inkar etmir. Burada bəzi üst-üstə düşən simptomlar ola bilər.

Suallar

  • Ya DƏHP anketi (Cari müayinə protokolundakı simptomlu sorğu anketi, DIVA) ya da mental funksional qabilliyyəti qiymətləndirməyə yönəlmiş daha geniş anketlər (5-15 və SDQ) .Buna baxmayaraq, diaqnoz təkcə bal ilə qiymətləndirməyə əsaslanmamalıdır.
    • Bu cür anketlərin məlumat dəyəri və etibarlılığı bir neçə şəxs tərəfindən ( müəllim, valideynlər, uşaq özü) istifadə edilərsə və müzakirə zamanı doldurularsa daha da yaxşılaşar.

Differensial diaqnostika 

  • Məktəb yaşından aşağı bir uşağın hiperaktivliyi, məsələn, bir autizm spektrinin pozulması, dil pozğunluğu, motor və ya hissiyat pozğunluğu vı ya daha geniş inkişaf ləngiməsi ilə əlaqəli ola bilər.
  • Məktəb yaşlı uşaqlarda öyrənmə çətinliyi, narahatlıq pozuntusu, qarşı gəlmə pozuntusu, davranış pozuntusu və ya depresiya əlavə olaraq diferensial diaqnostikaya aid edilməlidir.
  • Yeniyetmələrdə və yetkinlərdə affektiv sindromların (depresiya, bipolyar pozğunluq), maddə istifadəsi pozğunluqlarının, psixotik pozğunluqların (məsələn, şizofreniyada prodromal mərhələ), narahatlıq pozuntusunun və emosional qeyri-stabil və ya antisosial şəxsiyyət pozuntularının differensial diaqnostikada yer alması vacibdir. 
  • Fiziki səbəblərə isə epilepsiya (absent tutması), digər nevroloji xəstəliklər (məsələn, neyrofibromatoz) və beyin zədələnmələri daxildir.
  • Narahatlıq və diqqətin cəmlənməsi problemi yuxu pozğunluqları ilə də əlaqədar ola bilər (yuxu apnesi, narahat ayaq sindromu, uzun müddətli yuxusuzluq).
  • Travmatik hadisələrə məruz qalma və ya mövcud stres (zorakılığa məruz qalma, ailə daxili vəziyyətlərdə dəyişiklik, itkilər, istismara məruz qalma, bağlanma pozuntusu) da oxşar simptomlara səbəb ola bilər. Bununla birlikdə, yadda saxlamaq lazımdır ki, stresə və mənfi təcrübələrə meyillilik göstərən DƏHP simptomları özünə-dəyərə mənfi təsir göstərir.

Digər yanaşı pozuntular 

  •  Xəstələrin 75-80%-ində eyni anda psixiatrik pozuntu  və narkotik vasitələrdən istifadə halları müşahidə edilə bilər .  
  •  Öyrənmədə olan çətinliklər dilin inkişafında və ya hərəki pozuntular və ya icraedici və hissi tənzimləmədə olan problemlər DƏHP ilə eyni anda meydana gələ bilər.
  • Yuxu pozğunluğu  digər insanlarla müqayisədə daha çox baş verir.
  • DƏHP xəstələrinin 50-90%ində simptomlar depressiya ,inadlaşma pozuntusu  ,davranış pozuntuları ,özünə hörmət ,özünü qiymətləndirmə və ya sosial  bacarıqlarla bağlı problemləri olur , bu tez-tez  qeyri-adekvat dəstək almaqdan irəli gəlir .
  •  Obsessiv kompulsiv pozğunluq kimi  təşviş pozuntuları da tez-tez rast gəlinir.
  • DƏHP autizm spektri  və  ya tik simptomları ilə birlikdə  daha ciddi bir neyropsixiatrik  qrup xəstəliklərinin  tərkib hissəsi ola bilər . Eyni anda bir neçə neyropsixiatrik pozuntu bir arada mövcud ola bilər.
  • DƏHP narkotik və psixoaktiv maddələrin qəbulu ilə bağlı psixi və davranış  pozuntusu və həmçinin siqaret istifadəsi üçün risk faktorudur DƏHP-nin farmakoloji müalicəsi bu riski artırmır. 

Müalicə və reabilitasiya

  • DƏHP nin effektiv müalicəsi lazımi konsultasiya (psixo maarifləndirmə), psixososial müalicə və lazım gəldikdə farmakoloji  müalicəni əhatə edir.
    • DƏHP nin simptomlarını nəzarət altında saxlamaq üçün ümumi vəziyyətə (yuxu  fiziki aktivlik qidalanma pozitiv münasibətlər )diqqət yetirmək lazımdır.
    • Gündəlik həyatın yaxşı keçməsi üçün müxtəlif növ müalicə metodlarını çox vaxt  kombinasiya  etmək lazım gəlir.
    • Müalicənin planlaşdırılması zamanı digər yanaşı problemlər ,ümumi situasiyaya təsir edən problemlər , həmçinin bütün ailə üzvlərinin  birləşməsi nəzərə alınmalıdır 
      • Farmakoloji müalicə nadir hallarda istifadə edilir və xüsusi mərkəzlərdə icra edilməlidir.
  • Məktəbyaşlı uşaqlarda və yaşı daha yuxarı olan xəstələrdə farmakoloji müalicə digər metodlar effekt vermədikdə tətbiq oluna bilər və ya digər müalicə üsulları ilə eyni anda başlana bilər.
  • Əgər daha sonrakı müayinələrə göstəriş varsa onlar uşaq psixiatrı və neyropsixiatr üzvləri başda olmaqla multidisiplinar komanda tərəfindən birgə icra edilməlidir.Hər bir araşdırmaya uşağın gün-ərzi mərkəzi və ya məktəbi də daxil edilməlidir. Təcrübə səhiyyə regionundan aslı olaraq dəyişir və hazırda təsdiq edilmiş müalicə sxemləri inkişaf etdirilir.
  • Müxtəlif müalicə və reabilitasiya metodları arasında müdaxilə və seçim üçün başlanğıc nöqtəsi  inkişaf və emosional problemlər  ailədaxili münasibətlərin pozulması  valideynlərin çətinliklərlə mübarizə qabiliyyəti eləcə də yerli müəssisələrin mövcudluğu o cümlədən müxtəlif amillərdən aslıdır. Ən uğurlu müdaxilə adətən pozuntuları minimuma endirmək və sağlam inkişafı dəstəkləmək məqsədilə həm uşağa həm də onun ailəsinə kömək göstərilməsinə əsaslanır. Simptomların nəzarət altında saxlanılması vacib olsa da uşaq həmçinin emosional cəhətdən də inkişaf etməlidir. O müxtəlif sosial situasiyalarda emosiyalarını dərk etməli və onları ötürməyi bacarmalıdır. Valideynlər uşağa dəstək təklif etməlidirlər. Neyropsixiatrik simptomları olan uşaqlarda ya hiperhəssaslıq ya da qıcığa qarşı cavab verməkdə çətinliklər, motor koordinasiyasında, habelə emosional stimullarla əlaqəli problemlər, bütün bunlar uşağa əlavə yük olacaqdır. Vəziyyət sağaxay bir insandan sol əli ilə qəribə bir dildə sürətli bir şəkildə diktə edilmiş mətni yazmağı tələb etməyə bənzəyir. Əlverişli bir şərait yarandıqda uşaq sakitləşə, ünsiyyət qura və təcrübələrini konstruktiv şəkildə qavrayaraq başqaları ilə paylaşa biləcəkdir. DƏHP-dən əziyyət çəkən bir uşaq üçün belə bir şəraitin yaradılması vacibdir. Uşağın məcburi tapşırıqları hansısa bir köməkçinin yardımı ilə yerinə yetirməyi kifayətdir. Yuxu pozuntularının müalicəsi zəruridir, hətta bəzi hallarda DƏHP-in simptomlarını yünülləşdirdiyi görülmüşdür. Bəzi sənədləşdirilmiş məlumatlara görə hiperaktivliyin ən yaxşı qısamüddətli təsiri mərkəzi sinir sistemi stimulyatorları (adətən metilfenidatın müxtəlif məhsul formaları) və atomoksetin ilə əldə edilmişdir. Dərman müalicəsi yalnız simptomlar əsasında başlamamalı, əvvəlcə hərtərəfli qiymətləndirmə aparılmalıdır. Simptomların müvəffəqiyyətlə aradan qaldırılması uşaqla valideyni arasındakı münasibəti də yaxşılaşdıra bilər. Bəzi istirahət terapiyası kimi qeyri-farmakoloji yanaşmaların da işə yaraması sübut edilmişdir. Simptomların aradan qaldırılması ilə əlaqədar psixoloji böyümənin vacib sahələrində irəliləyişin olub olmadığını qiymətləndirmək lazımdır. Ailələr uşaq tərbiyəsindəki protokoldan, sosial dəstəkdən, valideyn qruplarının birgə kecirdiyi tədbirlərdən hətta bəzən ailə terapiyasından faydalanma şansı var. Ailə və məktəb arasında sıx əməkdaşlıq zəruridir. Və ümumiyətlə məktəbdə uşaqların ehtiyacına fərdi yanaşma, sinifdə köməçinin yardımından istifadə etmək kimi və ya kiçik bir qrupun maarifləndirilməsi kimi tədbirlər görülməlidir. Uşağın inkişafına gəlincə, aşkar bir DƏHP simptomları olan bir valideynin də müvafiq müalicə və reabilitasiya alması faydalıdır. Eləcə də, ekspert araşdırması və karyera rəhbəri xidmətlərinə də ehtiyac olacaqdır. Xəstənin uşaqlıqdan yetkinliyə keçməsi xüsusi diqqət tələb edir.

Qeyri-farmakoloji müalicə

  • Qeyri-farmakoloji və psixososial müalicə müxtəlif funsional bacarıqları (rəhbərlik, ətraf mühitin dəyişdirilməsi), dəstək tədbirlərini və bacarıqların təkbaşına və ya bir qrupda tətbiq edilməsini əhatə edir. Çox vaxt xəstənin gündəlik həyatının bir hissəsini bu kimi bir müalicə ilə təmin etmək düzgün bir seçimdir. Lakin lazım gəldikdə fərdi və ya qrup müalicəsinin müxtəlif növləri də tətbiq edilə bilər.
  • Peşə terapiyası, neyropsixoloji reabilitasiya və nitq terapiyasına olan ehtiyac fərdi qiymətləndirilməlidir.
  • Fərdi psixoterapiya və ya ailə terapiyası DƏHP müalicəsinin ilkin formasına aid deyil, lakin problemin şiddətindən və ya təbiətindən asılı olaraq faydalı ola bilər.
    • DƏHP olan bəzi uşaqlar sosial bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac duya bilərlər.
  • DƏHP simptomlarını yüngülləşdirmək və xəstənin davranışlarına nəzarət etmək və narahat edici ətraf mühit amillərini aradan qaldırmaqla təcrübədə uğur qazanmaq olar. Bu, məsələn, gözləmə, dərhal cavab, quruluş və mükafat sistemlərindən, eləcə də konkret köməkçilərdən (məsələn, piktoqramlar, vizual saat, gündəlik rutin)  istifadə etməklə həyata keçirilə bilər.
    • DƏHP məşqi evdə və məktəbdə işləyən digər mühitlərdə gündəlik həyatda tətbiq olunan həll və xəstəliyin mənbəyinə yönəlmiş bir reabilitasiyadır. Bu adətən davranışa nəzarət, problemlərlə mübarizə və müxtəlif bacarıqların məşq olunmasını əhatə edir.
  • Valideynin maarifləndirilməsi valideynlərə uşaqlarının davranışlarını və ona təsir edən amilləri tanımağa və uşaqlarının davranışını istədikləri istiqamətdə dəyişməyə köməklik göstərəcəkdir. 
    • Valideynin maarifləndirilməsi hər bir ailə üçün və ya qruplarda eləcə də fərdi şəkildə tətbiq edilə bilər. 
    • DƏHP simptomları uşaq-ana münasibətlərinə təsir mənfi qüsurlu dövrana səbəb ola bilər. Bir uşaqdakı DƏHP valideynlər arasındakı münaqişə və münasibət problemlərinin riskini artırır.
  • Problemlər müşahidə edildiyi anda, diaqnoz olmasa da, məktəbdə müxtəlif növ dəstək tədbirlərinə başlanılmalıdır.
    • Məktəb və ev (və müalicə yeri) arasında sıx əməkdaşlıq həm planlaşdırma, həm də dəstək tədbirlərinin həyata keçirilməsində zəruridir.
    • Ən çox görülən tədbirlərə strukturlaşdırma, vəzifələri daha kiçik qruplara bölmək, gözləmək, dərhal rəy bildirmək və mükafat sistemləri daxildir. Narahat etməyən və diqqət tələb edən aktivlik səviyyəsində olmağa icazə vermək, tez-tez sinifdə işi asanlaşdırır (məsələn, idman şarı üzərində oturmaq). Fasilələr və digər asudə fəaliyyətlər kifayət qədər münaqişələri azaldacaqdır.
    • Bəzi xəstələr imtahanlarda suallara cavab vermək üçün çox vaxt, bir köməkçinin dəstəyi ilə, müxtəlif vəziyyətlərdə və ya mövzularda fərqli təhsil və ya kiçik qruplar kimi xüsusi tənzimləmələrə ehtiyac duyurlar.
    • Tibbi arayışa əsasən, DƏHP, matrikulasiya müayinəsinin aparılmasında və ya qiymətləndirilməsində nəzərə alına bilər.
    • Tədqiqatlara rəhbərlik və peşə rəhbərliyi üçün də ekspertiza tələb olunur.
  • Müxtəlif yaşda insanlar üçün təlim kursları və həmyaşıd dəstəyi təşkil edən fəaliyyətləri mövcuddur.
  • Bəzi ailələr sosial xidmət təklif edən ailələr tərəfindən dəstək görə bilir.
  • Bir valideyndə açıq bir şəkildə DƏHP və ya funksional qabiliyyətinə təsir edən digər problemlər varsa, onlar da müvafiq müalicə və reabilitasiyaya ehtiyac duyurlar.

Farmakoloji terapiya

  • DƏHP nin düzgün icra edilən müalicəsi effektiv və təhlükəsizdir. Dərmanlar DƏHP nun diaqnozu və müalicəsi ilə yaxından tanış olan poliklinika həkimi tərəfindən də başlana bilər.
  • DƏHP nin əsas müalicəsi dopamin və noradrenalinlə əlaqəli neyronal  yolların aktivləşməsinə əsaslanır və müalicə müddəti ərzində simptomların miqdarını azaldır.
  • Metilfenidat, lizdeksamfetamin ,dekzamfetamin kimi psixostimulantlar atomeksetin və ya  quanfasin istifadəyə yararlıdır.  
    • Psixostimulantların təsir mexanizmi çox vaxt dopamin yolu ilə əlaqəli olub effekti 30-60 dəqiqə ərzində başlayır
    • Atomeksetin noradrenalindən aslıdır və təsir müddəti  dərmanı qəbul etdikdən 1-6 həftə müddətində  başlayır 
    •  Quanfasin alfa -2 adrenergik reseptor aqonisti olub təsiri noadrenalinə bağlıdır və 1-3 həftə müddətində təsiri başlayır 
    • Psixostimulantların istifadəsini dayandırmaq mümkündür lakin əgər atomeksetin və quanfasin istifadə olunursa bu tövsiyə olunmur 
  • Müalicə çox vaxt metilfenidat ilə başlanır. Müxtəlif təsir müddətinə və bədəndən çıxma müddətinə sahib məhsullar mövcuddur
    • Dərman təsir müddətinə və maksimal arzu olunan effektinə görə seçilməlidir 
    • Farmakoterapiya  aşağı dozalardan başlanılmalı və  dərmana qarşı cavab reaksiyasından , yan  təsirlərdən  aslı olaraq dozası yüksəldilməlidir , beləliklə bununla da yan  təsirlər çox olmadan lazımi effektivliyə nail olmaq olar. 
    • Farmakoloji müalicənin əvvəlində tez-tez monitorinq və  ən azı həftədə 1 dəfə olmaqla dərmanın dozasının dəyişdirilməsi  lazımdır. 
    • Əgər birinci metilfenidat məhsulu arzu olunan nəticəni vermirsə ,digər profildən olan bir dərmanı sınamaq və ya  atomeksetin quanfasin kimi digər stimulantlardan istifadə etmək  mümkündür.  
      • Bəzi dərmanlar yalnız metilfenidat təsirsiz olduqda və ya başqa bir şəkildə yararsız olduqda tibbi arayış əsasında verilir.
      • Yetkin şəxslərin DƏHP müalicəsində bütün dərmanlar göstəriş deyil.
    • Uyğun bir məhsul və doza tapıldıqdan sonra xəstənin ümumi zehni və fiziki vəziyyətini, müalicəyə reaksiyasını, dərmana olan ehtiyacı və dozanın yetərliliyini qiymətləndirmək üçün hər 3-12 ayda növbəti ziyarətlər edilməlidir. Dərman vasitəsindəki vaxtaşırı fasilələr mütləq deyil, lakin qiymətləndirmə üçün faydalıdır.
    • Dərman qəbulu zamanı xəstənin böyümə sürəti (böyümə əyrilərində qiymətləndirilən çəki və boy), nəbz sayı və qan təzyiqi, eləcə də hər hansı bir mənfi təsiri mütəmadi olaraq izlənilməlidir.
  • Stimulantların və atomeksetinin ən çox rast gəlinən yan təsirləri iştahanın azalması, baş ağrıları, mədə-bağırsaq sistemində yüngül diskomfort  hissi,  qıcıqlanma, aqressivlik kimi davranış problemləri  və yuxu problemləridir. Nəbzin və təzyiqin qalxması da tez-tez gördüyümüz hallardandır.  Bunlar ürək-damar sistemi sağlam olan uşaqlarda və yeniyetmələrdə  əhəmiyyətsizdir.  Yetkin şəxslərdə farmakoloji müalicənin başlanğıcında  və hər dəfə dərmanın dozası artdırıldıqca  təzyiqə nəzarət olunması önəmlidir .Yorğunluq ,hipotenziya ,bradikardiya, başgicəllənmə , ürəkgetmə halları, çəki artımı quanfasinin yan təsirləridir .Həmçinin bunlara əlavə olaraq ,quanfasin QT intervalını uzada bilər . 
    • Bunlar baş verərsə, dozanı və ya dərman qəbulu vaxtını və ya məhsulu dəyişdirməyə çalışın.
  • Bəzi uşaqlarda və yeniyetmələrdə farmakoloji müalicəyə ehtiyac zaman keçdikcə azalır, lakin bəziləri böyüklərdəki kimi müalicəyə ehtiyac duyur.
    • Simptomlara və ya müalicəyə təsir edən digər pozğunluqları nəzərə alaraq çoxtərəfli müalicə də böyüklər üçün tövsiyə olunur.
  • DƏHP-in farmakoloji müalicəsində tez-tez hallarda sərxoşluq və antisosial meyl ilə əlaqəli olan  sui-istifadə riski var.
    • Narkotik və psixoaktiv maddə istifadəsi pozğunluğu olan və DƏHP diaqnozu olan hər hansı bir insanın farmakoloji müalicəsi son dərəcə ciddi şəkildə təqib edilməlidir və əksər hallarda stimullaşdırıcı əsaslı dərmanlardan başqa digər dərmanlardan istifadə etmək gərəklidir. DƏHP olan alkoqol asılılarında, atomoksetin DƏHP simptomlarının azaldılmasında faydalı ola bilər, lakin alkoqol qəbuluna təsir göstərməyəcəkdir.

Müalicənin digər formaları

  • Yağ turşusu məhsullarının istifadəsi bəzi xəstələrə bir az fayda verə bilər. Bu cür məhsulların istifadəsi digər müalicə üsulları ilə birlikdə və ya digər müalicə formaları uyğun olmadıqda nəzərdən keçirilə bilər.
  • Beyin dalğalarının dəyişdirilməsi məşqi də, ən azı, qısa müddətdə simptomları yüngülləşdirə bilər.
  • Zəka məşqləri metodları ilə DƏHP simptomlarını idarə etməkdə faydalı ola bilər.

Müalicə zənciri və müraciət üçün meyarlar

  • DƏHP xəstəliyindən şübhələnildiyi zaman müayinə, dəstək tədbirlərinə başlamaq və sadə hallarda dərman müalicəsini bütün yaş qruplarında başlamaq olar.
  • Əksər şəhərlərdə bir müalicə zənciri təyin edilmiş və ya birincili tibbi yardım və ixtisaslaşdırılmış tibbi yardım arasında vəzifələrin bölüşdürülməsi və əməkdaşlıq barədə digər razılaşmalar mövcuddur.
  • Yoxdursa, aşağıdakı kimi ixtisaslaşmış müəssisəyə bir müraciət yazılmalıdır:
    • uşağın simptomlarına aqressivlik kimi ciddi davranış problemləri və ya uşaq-ana qarşılıqlı münasibətlərindəki ciddi problemlər kimi əhəmiyyətli və ya pisləşən ruhi əlamətlər daxil olduqda uşaq psixiatrına;
    • yeniyetmənin simptomları əhəmiyyətli və ya pisləşən ruhi simptomlar, ciddi davranış problemləri və ya narkotik və psixoaktiv maddələrlə əlaqəli bir pozğunluq olduğu halda  bir yeniyetmə psixiatrına;
    • uşağın və ya yeniyetmənin bir nevroloji pozğunluqdan (məsələn, neyrofibromatoz, epilepsiya) və ya intellektual qüsurdan şübhələnildiyi təqdirdə uşaq nevropatoloquna.
  • Xəstəliyi və ya ağır simptomları olan xəstələrin diferensial diaqnostik müayinələri, lazım olan digər müayinələr, daha aqressiv farmakoloji müalicənin başlanması, belə xəstələrin müalicəsinin və reabilitasiyasının planlaşdırılması və əlavə müalicə və təqib barədə razılıqların alınmasıda xüsusi müdaxilə cavabdehlik təşkil edir.

Müvafiq mənbələr

Bello NT. Clinical utility of guanfacine extended release in the treatment of ADHD in children and adolescents. Patient Prefer Adherence 2015;9():877-85. Biederman J, Monuteaux MC, Kendrick E, Klein KL, Faraone SV. The CBCL as a screen for psychiatric comorbidity in paediatric patients with ADHD. Arch Dis Child 2005 Oct;90(10):1010-5. "?>