Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Yuxarı ətrafın vibrasiya sindromu (vibrasiya mənşəli ağ barmaqlar sindromu)

Mündəricat

Yuxarı ətrafın vibrasiya sindromu (vibrasiya mənşəli ağ barmaqlar sindromu)

EBM Klinik protokolları
02.05.2018 • Sonuncu dəyişiklik 20.03.2017
Editors

Əsas müddəalar

  • Əllərin və bilək nahiyəsinin uzun müddət ərzində vibrasiyaya məruz qalması zamanı barmaqlara soyuq təsir etdikdə paroksizmal ağarmalar baş verir.
  • Vibrasiya periferik nevropatiya və karpal tunel sindromuna da səbəb ola bilər.
  • Diferensial diaqnostikada nəzərə alınmalı olan ən vacib patoloji vəziyyət Reyno sindromudur.

Meyillik yaradan faktorlar və peşələr 

  • Vibrasiya sindromu əsasən zəncirli benzin mişarı, qaya dəlici alətlər və ya motorlar, elektrik və ya sıxılmış hava ilə idarə olunan digər əl alətiləri ilə işlədikdə yaranır.
  • Zəncirli benzin mişarları texniki cəhətdən yaxşılaşdıldıqca meşə işçiləri arasında vibrasiya sindromunun ağırlığı və yayılması azalmağa başlamışdır. Digər peşə qrupları arasında isə (məs. tikinti və metalqayırma maşınlarının və metal tökmə maşınlarının işçiləri, nəqliyyat vasitələrinin mexanikləri, qazmaçılar, madən işçiləri, fermerlər və bağbanlar) vibrasiyaya məruz qalma daha da artmışdır.

İlkin qiymətləndirmə 

  • Simptomlar
    • Soyuğa məruz qalma ilə əlaqədar olaraq əksər hallarda barmaqların paroksizmal ağarması baş verir.
    • Uyuşma, hərəkətlərin qeyri-dəqiqliyi, və əl əzələlərinin gücünün zəifləməsi kimi nevroloji simptomlar olur.
    • Birincili Reyno sindromu ümumiyyətlə 30 yaşdan əvvəl başlayır, halbuki əllərin qazanılmış vibrasiya sindromu kifayət qədər uzun müddət ərzində zədələyici faktora məruz qaldıqdan sonra başlamış olur.
    • Vibrasiya sindromunun inkişafı adətən əl və qolların uzun illər ərzində vibrasiyasına məruz qalmasını tələb edir. Ancaq döşəmə üzərində olan itiləyici-cilalayıcı dəzgahlarının operatorları, hətta bir ildən az müddətə belə barmaqların ağaraması sindromunu qazana bilərlər. 
  • Zədələyici faktorlara məruz qalmanın qiymətləndirilməsi
  • Klinik müayinə
    • Ürək-damar sisteminin vəziyyəti;
    • Yuxarı ətrafların motor funksiyası;
    • Nevroloji müayinə aparılması;
  • Aşağıdakı müayinə üsullarından seçim edilir:
    • ESR, trombositlərin və əsas qan elementlərinin sayı;
    • antinuklear anticisimlər, revmatoid faktor;
    • kreatin-kinaza;
    • ac qarına qanda qlükozanın səviyyəsi;
    • TSH- (tiroid stimullaşdırıcı hormon);
    • TK2 (transkobalamin ilə bağlanmış) vitamin B12;
    • qamma-qlütamil transferasa (QQT), alanin aminotransferaza (ALT), karbohidrat çatışmazlıqlı transferrini (KÇT)
  • Differensial diagnoz
    • Birincili Reyno sindromu
    • Birləşdirici toxuma xəstəlikləri
    • nevropatiyanın səbəbləri: diabet, alkoqol, hipotiroidizm, B12 vitamin çatışmazlığı
    • siqaret çəkmə
    • travmalar
    • Proksimal damarların daralması (döş qəfəsinin yuxarı aperturası sindromı)
    • Obstruktiv angiopatiya
    • disqlobulinemya 
    • Dərman və kimyəvi maddələrin (erqo- alkaloidlər, beta-blokatorlar) təsiri.

Əlavə müayinələr

  • Vibrasiya ilə əlaqədar tipik simptomları olan pasiyentlər, digər xəstəliklər mövcud deyilsə, peşə xəstəlikləri həkiminin yanına göndərilir.
    • İş yerində mümkün olan müdaxilələr (həyata keçirilir).
    • Lazım gələrsə, xəstə sonrakı araşdırmalar üçün peşə xəstəlikləri ilə məşğul olan ixtisaslaşmış tibb müəssisəsinə göndərilir.
  • Barmaqların soyuğa məruz qalma testi aparılır
  • İstilik və vibrasiya hissi hədlərinin ölçülməsi həyata keçirilir.

Müalicə  və profilaktika

  • Əgər vibrasiyanın artması/sürətlənməsi kəmiyyəti (titrəmənin intensivliyini təsvir edir) əl  titrəməsi üçün qəbul edilmiş həddi (2,5 m / saniyə) aşırsa, dəzgahın/alətin istehsalçısı, idxalçısı və ya satıcısı vibrasiya haqqında istehlakçıya məlumat verməlidir. İşə qəbul edən şəxslər istifadə olunan alətlər, maşınlar, qurğular və ya gündəlik vibrasiyaya məruz qalma səviyyəsi barədə və vibrasiyanın yuxarıda göstərilən kəmiyyət həddindən artıq olduğu yerlər barədə məlumatlı olmalıdırlar. Vibrasiya hərəkətləri normal həddi aşarsa, işə qəbul edən vibrasiyaya məruz qalmanı məhdudlaşdırılması üçün proqram hazırlamalı və vibrasiyaya məruz qalan işçilərin müayinə edilmələrini təşkil etməlidir.
  • Əgər vibrasiyanın sürətlənməsi (əl titrəməsinin maksimal həddi 5.0 m / 2 saniyədir) həddindən çox olarsa, vibrasiyanın təsirini azaltmaq üçün təcili tədbirlər görülməlidir.
  • İş şəraitinin digər zərərli faktorları (soyuq şərait, səs-küylü rejim) aradan götürülməlidir.
  • Alternativ iş üsullarından, daha az vibrasiya edən alətlərdən, maşınların tənzimlənməsinin yoxlanılmasından və vibrasiyanın aşağı salan digər tədbirlərdən istifadə edilməlidir.
  • Məsələn, vibrasiyaya məruz qalma müddəti, məhdudlaşdırılır, işçilərin növbəliliyi tətbiq edilir və ya fasilələrin təşkilindən istifadə edilir.
  • İşçilər isti əlcəklərlə təmin edilməlidrlər.
  • Siqaret çəkməyi atmaq məsləhətdir.
  • Vasokonstriksiya doğuran dərmanların dəyişdirilməsi düşünülür (məsələn, beta blokatorları).
  • Farmakoloji müalicə
    • Aşağı sürətlə azad olunan nifedipin (nifedipine) 10 mq × 2–3 (Reyno sindromu bax)
    • PDE-5 (phosphodiesterase type 5) fosfodiesteraza tip 5 inhibitorları
    • Enalapril 5 mq × 1
    • Ağır hallarda barmaqlara topik olaraq nitrogliserin məlhəmi tətbiq olunur

Prognoz

  • Vibrasiyanın dərəcəsinin azaldılması adətən simptomların azalmasına və ya yox olmasına səbəb olur.
  • Barmaqların ağarması titrəməyə məruz dayandırıldıqdan sonra yox ola bilər, ancaq uyuşma daha da arta bilər.
  • Əl işində titrəmə sindromu diaqnozu qoyulubsa və məruz qalma əhəmiyyətli dərəcədə azaldıla bilməzsə, xüsusən iş tapşırıqları barmaqlarınıza və ya soyuqda işləməyiniz tələb olunursa və yuxarı ətrafdakı simptomlar genişdirsə, iş yerinin dəyişdirilməsinə diqqət yetirilməlidir.

Əlaqədar resurslar

  • Ədəbiyyat