Böyüklərdə ankiloqlossiya
EBM Klinik protokolları
28.08.2016 • Sonuncu dəyişiklik 28.08.2016
TatuKemppainen
Əsasları
- Ankiloqlossiya (dil bağı) adətən uşaq yaşlarından diaqnozu qoyularaq müalicə edilir.
- Buna baxmayaraq, ankiloqlossiya həmçinin yetkinlik yaşlarında da meydana gələ bilər, bu vəziyyətdə sıx lingual frenulum yerli anesteziya altında (frenotomiya) kəsilə bilər.
Simptomlar
- Sıx dil yüyəni (lingual frenulum), dilin damağın ön səviyyəsinə qaldırılmasını çətinləşdirə bilər və nəticədə o, müəyyən səslərin (məs. D, T və S) çıxarılmasına mane olur.
- Sıx dil yüyəninə malik xəstə həmçinin dilini ağızdan kənara çıxrmağı bacarmaya bilər. Bu isə öz növbəsində yalama hərəkətini çətinləşdirir.
- Bəzi hallarda dilin hərəkətinin məhdudlaşması hətta ağız gigiyenasına da təsir edə bilər.
Xəstənin müayinəsi
- Dil yüyəni çox sıx olur, əgər
- yüyən nazikdirsə,
- dili ağızdan kənara çıxartdıqda dilin ucu orta xəttdə çərtilirsə,
- dilin hərəkətində məhdudiyyət yuxarıda qeyd edilən sbəblərdən qaynaqlanırsa.
Müalicə
- Sıx simptomatik dil yüyəni (lingual frenulum) yerli anesteziyanın altında (video 1) kəsilə bilər (frenotomiya).
- Yerli anesteziya tətbiq edildikdən sonra dil yüyəni (linqual frenulum), dilin aşağı səthinin yaxınlığında, dil yüyəninin digər tərəfində yerləşən submandibulyar vəzi axacaqlarının ağız boşluğuna açıldığı hissələrinin və ya dilin altında yerləşən hər hansı bir venanın zədələnməməsinə xüsusi diqqət yetirməklə kəsilir.
- Prosedur demək olar ki, hər zaman qansız keçir və tikişə ehtiyac duyulmur.
- Frenotomiyadan sonra dilin hərəkətliliyi, selikli qişanın sağalma mərhələsi zamanı ekstensiv dil hərəkətlərinin həyata keçirilməsilə aktiv şəkildə təşviq edilməlidir (təxminən 1 həftə).