Postinfeksion sindrom
EBM Klinik protokolları
01.07.2018 • Sonuncu dəyişiklik 11.02.2017
AnneliLauhio
Xüsusiyyətləri
- Postinfeksion sindroma (və ya postinfeksiyalı vəziyyət) infeksiyanın səbəb olduğu, infeksiya mənşəli və ya infeksiyadan sonrakı simptomlar aiddir.
- Bu kimi simptomlar mülayim formadan kəskin və ya həyat üçün təhlükəli simptomlara qədər dəyişə bilər və aşkarlanaraq müalicə edilməlidir (məs., Giyen–Barre sindromu).
- Simptomlar əvvəlki infeksiyanın yoluxduğu orqan sistemindən başqa da müxtəlif orqan sistemlərinə (mərkəzi və periferik sinir sistemi, skelet və əzələ sistemi, mədə-bağırsaq, tənəffüs yolları və ya ürək) təsir göstərə bilər.
- Diaqnoz klinik mənzərəyə əsaslanır və laboratoriya testləri və təsvirlər ilə dəstəklənir. Normal itihab göstərişləri postinfeksiya sindromunu istisna etmir.
- Simptomlar, adətən, yüngül xarakterlidir və bu halda xəstənin vəziyyətini müəyyənləşdirmək, simptomatik müalicə təyin etmək, lazım olduqda vəziyyəti nəzarətdə saxlamaq və bunu xəstəyə izah etmək kifayətdir.
Əsas mexanizmlər və tezlik
- Müxtəlif sindromların əsasında duran mexanizmlər fərqlənir və onların çox az hissəsi məlumdur. "Postinfeksion sindrom" termini peyvənddən sonra yaranan simptomları təsvir etmək üçün istifadə edilib.
- Postinfeksion sindromun aşağıdakı kimi müxtəlif səbəbləri mövcuddur:
- infeksiyanın səbəb olduğu iltihablı reaksiya
- iltihab nəticəsində toxuma parçalanması
- əsas xroniki infeksiya (məsələn, Chlamydia mənşəli reaktiv artrit )
- immun sisteminin uğursuz reaksiyası və ya müalicəyə uğursuz reaksiya
- hələ ki məlum olmayan digər səbəb.
- Xəstə genetik olaraq bu sindroma meyilli ola bilər (məs., the HLA B27 ilə əlaqəli reaktiv artrit).
- İnfeksiya sayına əsasən bu cür sindromların tezliyinə dair elmi sübut yoxdur. Fərdi simptomların tezliyi fərqlənir (reaktiv artrit daha ümumi olduğu halda digər bir çox sindroma nadir hallarda rast gəlinir).
Əsas postinfeksion sindromlar
Giyen-Barre sindromu
- İlk olaraq hərəkət sisteminə təsir edən və aşağı ətraflardan başlayıb əksər hallarda tənəffüs yolu infeksiyası, qastroenterit və ya vaksinasiya, yaxud immun sisteminin digər manipulyasiyalarına qədər davam edən, nadir hallarda artan radikulit . Baxın .
- Kranial sinirlərin iflicinə və ya həyat təhlükəsi olan tənəffüs iflicinə gətirib çıxara bilər.
- Sindromun yaranmasına səbəb olan mikroblara Kampilobakter (ən geniş yayılmış), sitomeqalovirus, Epstein–Barr virusu, Mikoplazma pnevmoniya, Hemofil influenza daxildir.
- Simptomatik dəstəkləyici müalicə və immunoterapiya (plazmaferes və ya venadaxili immunoqlobulin; hər ikisi lazım olduqda, ilk öncə plazmaferes) istifadə edilə bilər.
Digər nevroloji sindromlar
- Postinfeksion nevroloji sindromlar (PINS) mərkəzi sinir sisteminə (postinfeksion ensefalit, ensefalomielit və ya mielit), yaxud həm mərkəzi, həm də periferik sinir sisteminə (postinfeksiyalı ensefalomielopoliradikulonevrit və ya myeloradikulonevrit) təsir göstərir.
- Diferensial diaqnozda ensefalit, vaskulit və MS (dağınıq skleroz) kimi xəstəliklər nəzərə alınmalıdır.
- Müalicəsi sindromdan və ya əvvəlki infeksiyalardan asılıdır.
- Sindromlar təkrarlana bilər.
- Bu sindromların nümunəsi uşaqlarda suçiçəyi xəstəliyindən sonra müşahidə olunan ensefalit virusudur ki, bu da əsas infeksiyadan sonra 2-4 həftə ərzində baş verir. Asiklovir ilə müalicə aparılmalıdır.
Reaktiv artrit
- Çoxsaylı oynaqlarda olan artrit yüngül qızdırma və ESR və CRP səviyyələrinin olduqca artması ilə əlaqədardır.
- Simptomlar oynaqlarla məhdudlaşmır və tendinit, eritema nodosum, sidik yolu iltihabı, konjonktivit, irit, kardit və ya balanit də simptomlara daxil ola bilər.
- Simptomlar davam edə və xroniki hal ala bilər. Kəskin reaktiv artritdən müəyyən müddət sonra simptomlar ortaya çıxsa, artmış CRP və ya ESR səviyyələri bir müddət müşahidə olunmur, lakin radioloji olaraq müşahidə olunan toxuma zədəsi tədricən inkişaf edə bilər. Bundan əlavə, aksial spondiloartropatiya da yarana bilər.
- Yersinia artriti müşahidə olunan xəstələrin 36%-də 10 il ərzində radioloji olaraq aşkarlana bilən sakroileit yaranır.
- 16% hallarda salmonellez artriti xroniki hal alır.
- Shigella artriti olan xəstələrin on beş faizində 20 il ərzində Bexterov xəstəliyi əmələ gəlir.
- Chlamydia mənşəli artrit zamanı simptomlar əsas xroniki infeksiya ilə əlaqədardır.
- Kampilobakter infeksiyasından sonra reaktiv artrit meyarlarına cavab verməyən və uzun sürən oynaq simptomları əmələ gələ bilər.
- İltihab əleyhinə analjeziklər və sulfasalazin kimi dərmanlar, Chlamydia bakteriyasına qarşı mikrob və iltihab əleyhinə effekti olan limesiklin və ya doksisiklin reaktiv artritin və ya xəstəliyin uzun sürən formalarının müalicəsində istifadə olunur.
- Reaktiv artrit; bax
- Borrelioz patologiyasının simptomları barədə fikir ayrılıqları mövcuddur. PTLDS (müalicədən sonrakı Layma xəstəliyi) termini mikrob əleyhinə aparılan müalicədən sonra 6 ay davam edən yorğunluq, mialgiya, artralgiya və koqnitiv pozuntu əlamətlərinə istinad edir. İltihab prosesinin əsas mexanizm olduğu güman edilir.
Glomerulonefrit
- Klassik poststreptokokal glomerulonefrit (PSGN, bax) streptokok farengitindən təxminən 1-2 həftə sonra və ya dəri infeksiyasından 6 həftə sonra baş verir
- Başqa bakteriyaların (məs., stafilokokk, Kampilobakter) səbəb olduğu glomerulonefritin növləri infeksiya mənşəli glomerulonefrit (IRGN) adlanır.
- IRGN müxtəlif yuxarı tənəffüs, dəri, ağciyər, ürək, sidik, diş və sümük infeksiyaları ilə əlaqəli hesab edilir.
- İnfeksiya aktiv olduğu zaman IRGN inkişaf edə bilər .
- Virus mənşəli (məs., hepatit B və ya C, HIV, EBV, CMV, parvovirus ), göbələk və ya parazit qurdlarının törətdiyi infeksiyalar (e.g. malyariya) glomerulonefritin yaranmasına səbəb ola bilər.
- İnfeksiyanın müalicəsi və simptomatik müalicə üsullarından istifadə olunur. Qlükokortikoidlər bəzən uzun sürən xəstəlik üçün istifadə olunur, bax.
Postinfeksion qıcıqlanan bağırsaq sindromu
- Adətən, Salmonellez, Kampilobakter və ya Shigella infeksiyalarından sonra müşahidə olunur (4-32% hallarda), lakin virus mənşəli, protoza mənşəli və ya parazit qurdlarının törətdiyi infeksiyalardan sonra da yarana bilər.
- Turist diareyasından sonra yarana bilər.
- Adətən, məhdud, lakin uzun sürən və ya xronik simptomlarla təsvir edilir.
- İrsi amillər bəzi şəxslərin kəskin yoluxucu ishaldan sonra davamlı bağırsaq simptomlarının səbəbini qismən izah edə bilər.
- Simptomatik müalicə üsulu tətbiq olunur.
- Həmçinin bax .
Kardit, miokardit
- Reaktiv artrit asimptomatik kardit və ya simptomatik perimiokardit ilə səciyyəvidir.
- Qrup A streptokok infeksiyalarından sonra yaranan revmatik hərarət Finlandiyada yox dərəcəsindədir.
- Diaqnoz və müalicəsi üçün, bax: və
Uzun sürən öskürək
- Uzun sürən öskürək Mikoplazma pnevmoniya infeksiyası və ya konvulsiv öskürəkdən (Bordetella boğmaca infeksiyası) sonra xəstələrin 50%-də baş verən kəskin yuxarı tənəffüs yolu infeksiyasından sonra əmələ gəlir .
- Bir neçə səbəbi olduğu güman edilir .
- Dəlillərə əsaslanan müalicə mövcud deyil. Məsələn, müxtəlif mənbələr, inhalyasiya edilmiş ipratropium, inhalyasiya edilmiş qlükokortikoid, ağız vasitəsilə qəbul edilən qlükokortikoid, kodein, dekstrometorfan və montelukast təklif edib.
van den Berg B, Walgaard C, Drenthen J et al. Guillain-Barré syndrome: pathogenesis, diagnosis, treatment and prognosis. Nat Rev Neurol 2014;10(8):469-82. Lauhio A, Leirisalo-Repo M, Lähdevirta J et al. Double-blind, placebo-controlled study of three-month treatment with lymecycline in reactive arthritis, with special reference to Chlamydia arthritis. Arthritis Rheum 1991;34(1):6-14. Carter JD, Espinoza LR, Inman RD et al. Combination antibiotics as a treatment for chronic Chlamydia-induced reactive arthritis: a double-blind, placebo-controlled, prospective trial. Arthritis Rheum 2010;62(5):1298-307. Uotila T, Antonen J, Laine J et al. Reactive arthritis in a population exposed to an extensive waterborne gastroenteritis outbreak after sewage contamination in Pirkanmaa, Finland. Scand J Rheumatol 2011;40(5):358-62. Uotila TM, Antonen JA, Paakkala AS et al. Outcome of reactive arthritis after an extensive Finnish waterborne gastroenteritis outbreak: a 1-year prospective follow-up study. Clin Rheumatol 2013;32(8):1139-45. Marchioni E, Ravaglia S, Montomoli C et al. Postinfectious neurologic syndromes: a prospective cohort study. Neurology 2013;80(10):882-9. DuPont AW. Postinfectious irritable bowel syndrome. Clin Infect Dis 2008;46(4):594-9. Vermeire S, Van Assche G, Rutgeerts P. Postinfectious irritable bowel syndrome: a genetic link identified? Gastroenterology 2010;138(4):1246-9. Nasr SH, Radhakrishnan J, D'Agati VD. Bacterial infection-related glomerulonephritis in adults. Kidney Int 2013;83(5):792-803. Op den Winkel M, Gülberg V, Weiss M et al. Acute postinfectious glomerulonephritis associated with Campylobacter jejuni enteritis - a case report and review of the literature on C. jejuni's potential to trigger immunologically mediated renal disease. Clin Nephrol 2010;74(6):474-9. Grant CC. Postinfectious cough and pertussis in primary care. Lancet Respir Med 2014;2(1):2-3. Wang K, Birring SS, Taylor K et al. Montelukast for postinfectious cough in adults: a double-blind randomised placebo-controlled trial. Lancet Respir Med 2014;2(1):35-43. Lauhio A, Oksi J, Tervahartiala T, Hytönen J, Pitkäranta A, Sorsa T. Serum matrix metalloproteinase-8 and -9 levels in disseminated Lyme borreliosis with special reference to arthritis. CCAAS. Bio.2012;2:68-74 doi:10.5618/bio.2012.v2.n1.7Strle K, Stupica D, Drouin EE et al. Elevated levels of IL-23 in a subset of patients with post-lyme disease symptoms following erythema migrans. Clin Infect Dis 2014;58(3):372-80. Leirisalo-Repo M, Suoranta H. Ten-year follow-up study of patients with Yersinia arthritis. Arthritis Rheum 1988;31(4):533-7. Leirisalo-Repo M, Helenius P, Hannu T et al. Long-term prognosis of reactive salmonella arthritis. Ann Rheum Dis 1997;56(9):516-20. Lauhio A, Sorsa T, Lindy O et al. The anticollagenolytic potential of lymecycline in the long-term treatment of reactive arthritis. Arthritis Rheum 1992;35(2):195-8. Lauhio A, Konttinen YT, Tschesche H et al. Reduction of matrix metalloproteinase 8-neutrophil collagenase levels during long-term doxycycline treatment of reactive arthritis. Antimicrob Agents Chemother 1994;38(2):400-2. Lauhio A, Saikku P, Salo T et al. Combination treatment in Chlamydia-triggered reactive arthritis: comment on the article by Carter et al. Arthritis Rheum 2011;63(1):305-7; author reply 307-8. Vitaliti G, Tabatabaie O, Matin N et al. The usefulness of immunotherapy in pediatric neurodegenerative disorders: A systematic review of literature data. Hum Vaccin Immunother 2015;11(12):2749-63. Koedel U, Fingerle V, Pfister HW. Lyme neuroborreliosis-epidemiology, diagnosis and management. Nat Rev Neurol 2015;11(8):446-56. Marco H, Guermah I, Matas L et al. Postinfectious glomerulonephritis secondary to Erythrovirus B19 (Parvovirus B19): case report and review of the literature. Clin Nephrol 2016;85(4):238-44. Giddings SL, Stevens AM, Leung DT. Traveler's Diarrhea. Med Clin North Am 2016;100(2):317-30. Cocciolillo S, Collins SM. The long-term functional consequences of acute infectious diarrhea. Curr Opin Gastroenterol 2016;32(1):1-6. Dong S, Zhong Y, Lu W et al. Montelukast for Postinfectious Cough: A Systematic Review of Randomized Controlled Trials. West Indian Med J 2015;():.