Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Nutritional disorders in the elderly

Mündəricat

Nutritional disorders in the elderly

EBM Klinik protokolları
21.09.2018 • Sonuncu dəyişiklik 03.08.2017
MerjaSuominen

Əsas müddəalar​

  • Ahıl yaşlı insanda qidalanma statusunun kafi olmadığı hallar müəyyən edilməlidirlər. Yalnız klinik tapıntılar qidalanma üçün həssas olan göstəriciləri deyildirlər.
  • Qida rasionuun tərkibində kifayət qədər enerji, zülal və digər (vitaminlər, mikroelementlər və s.) maddələr olmalıdır.
  • Yaşı 75-dən aşağı olan və çəkisi normadan yuxarı olan şəxs, əgər yanaşı gedən digər xəstəliklər varsa, öz çəkisi tədricən azaltmağa cəhd edə bilər, lakin 75 yaşdan sonra bu cür çəkinin azaldılması proqramları nadir hallarda fayda verir.
  • Yaşı 60-dan yuxarı olan şəxslər bütün il boyu gündə 10 mkq (400 BV) D vitamini qəbul etməlidirlər və 75 yaşdan yuxarı insanlar üçün bu rəqəm 20 mkq-dır; D vitmaninin ilk növbədə qida vasitələri və zərurət olduqda isə vitamin ələvələri kimi qəbulu tövsiyə olunur. Ətraf mühitin fərqliliyi (günəş işığı) və qida rasionu vərdişlərinin müxtəlifliyi səbəbindən bəzi ölkələrdə bu tövsiyə edilən qayda tətbiq olunmaya bilər- milli tövsiyələrə baxın (bu tövsiyə Finlandiyayay aiddir).

Prinsipal yanaşmalar​

  • Qida statusu kafi olmayan və qida çatışmazlığı olan ahıl pasiyentlərdə, eyni zamanda digər xroniki xəstəliklərin olması ehtimalı var. Səhiyyə xidməti əməkdaşları, ahıl xpasiyentlərdə qidalanmanın kafi olmadığını müşahidə etdikdə, onlara mövcud təcrübədə olduğundan daha ciddi yanaşmalıdırlar.
  • Ahıl insanın qidalanma statusu bədən çəkisinin dəyişməsi ilə qiymətləndirilməli və nəzarət edilməlidir. (Bu cəhətdən) institusional və şəraitdə yaşayan şəxslər üşün QQMT-Qidalanma Qiymətləndirməsinə dair Mini testdən (Mini Nutritional Assessment -MNA Test) istifadə edilməsi faydalı ola bilər.
    • Artıq çəkili ahıl şəxslərdə də qida çatışmazlığı ola bilər, belə hallarda çəki ciddi surətdə artıq olur, lakin əzələ kütləsi çox azdır (piylənmə zəifliyi).
  • Yaxşı qidalanma statusunu və adekvat olan bədən çəkisini qorumaq, arıqlamağın qarşısını almaq və funksional imkanları və həyat keyfiyyətini yüksəltmək üçün pəhriz müalicəsindən (dietoterapiyadan) istifadə edilə bilər.
    • Bədənin kütləsi indeksinin (BKI) azalması və məqsədyönlü olmayan çəki itkisi, xəstələnmə və ölüm hallarının səviyyəsini artırır.
    • Kifayət qədər enerji və zülalların alınması təmin edilməlidir; bu yaxşı əzələ gücünü qorumaq və sarkopeniyanın inkişafının qarşısını almaq üçün vacibdir.
    • Gündəlik protein qəbulu ümumi bədən çəkisinə görə ən azı 1.2-1.4 q / kq olmalıdırr.
      • Son araşdırmalara görə, yaşlı insanların yalnız 25% -də gündəlik olaraq ümumi bədən çəkisinə görə 1,2 q / kq protein qəbulu baş verir.
    • ​Əzələlərin fizioloji vəziyyətini saxlamaq üçün edilən məşqlər ilə birlikdə, gündəlik olaraq ümumi bədən çəkisinin hər kiloqramı üçün 1,3 q / kq protein qəbulunun faydalı olduğu göstərilmişdir.
    • Ahıl adamlarda çəkinin ehtiyatla azaltmaq lazımdır. Çəki itkisi və çəki dəyişkənliyi asanlıqla əzələ distrofiyasına və piy toxumasının nisbi olaraq artmasına səbəb olur.
    • Yaşı75-dən aşağı və  BKI-i 30-dan yuxarı olan pasiyentlərdə, kifayət qədər protein qəbulunu təmin edilərək  və yüksək intensivlikli fiziki məşğələlərin köməyi və çəkinin azaldılması yolu ilə şəkərli diabetin, ürək çatışmazlığının, hipertenziyanın müalicəsində yaxşı nəticə əldə etmək mümkündür. Bədən çəkisinin mülayim dərəcədə artıq olduğu hallarda (BKI 24-29) pasientin çəksinin azaltma tədbirləri  heç də göstəriş deyildir.
    • 75 yaşdan yuxarı xəstələr arıqlama proqramlarından nadir hallarda faydalanırlar. "?>
    • D vitamini qəbulu üçün- tövsiyələrə baxın. Qocalarda yıxıldıqda baş verən sınıq travmalarının qarşısını almaq üçün təyin edilən D vitamininin minimum dozası 700-800 BV (17.5–20 mkq) təşkil edir. Osteoporozun qarşısını almaq üçün ilk növbədə pəhriz yolu ilə kalsiumun adekvat alınması (gündə 800-100 mq) təmin edilməlidir.
    • Ahıl bir pasiyentdə B12 vitamini və ya dəmir çatışmamazlığı əlamətləri varsa, mədə-bağırsaq problemlərinə diqqət yetirilməlidir.
    • Vitaminlərin və ya mineralların adi qaydada istifadəsinin effektiv olmadığı sübut edilmişdir.

Qida çatışmamzlığı hallarının yayılması 

Meyillilik yaradan faktorlar

  • Qida əldə edilməsi problemləri
    • Maliyyə səbəbli (az məbləğdə pensiya alınması, qida alınması üçün pul xərcləmək istənilməməsi);
    • Mobillilik problemləri, funksional imkanların azalması, fərdi yardımın olmaması ilə bağlı problemlər;
    • Köhnə vərdişlərdən, o cümlədən alkoqolizmdən əl çəkməmək.
  • Çeynəmə və udmada çətinlik olması:
    • İnsult, demensiya, Parkinson xəstəliyi, dişlərin olmaması, ağız boşluğunun ağrıları;
  • Zülallara olan ehtiyacının xüsusilə artması:
    • İnfeksiyalar, yataq yaraları;
    • Travma, cərrahi əməliyyat, xüsusən bud sümüyünü sınığı olan xəstələr;
    • Sarkopeniya.
  • Kaxeksiya yaradan xəstəliklər:
    • Xərçəng, xroniki infeksiyalar (vərəm və s.);
    • Alzheimer xəstəliyi, digər yaddaş pozğunluqları;
  • Qida madələri qəbulu pozğunluqları:
    • Absorbsiya pozğunluqları (bağırsaq pozğunluğu, seliakiya xəstəliyi)
  • Digərləri:
    • Psixoloji səbəblər (depressiya, paranoya, mania);
    • İştahın azalmasına, ağız quruluğuna, dad və ya qoxu dəyişkənliyinə səbəb olan dərman müalicəsi;
    • Dad və ya qoxu dəyişkənlikləri (ilə gedən patoloji proseslər).
  • Ahıllaşma ilə əlaqədar olan fizioloji dəyişikliklər:
    • Əsas mübadilənin dərəcəsinin azalması və fiziki fəaliyyətin aşağı düşməsi, enerjiyə olan ehtiyacı azaldır; yaşlı qadınlar üçün gündəlik tələb olunan kalori miqdarı əksər hallarda 1 500 kkaldan aşağı olacaqdır. Hesab olunur ki, bundan aşağı olan kalori qəbulu pasiyentdə qida çatışmazlığı yaradacaqdır.
    • Qecikmiş mədə boşalması vəziyyəti- enerji ilə bol olan maddələr mübadiləsi məhsulları (qlükoza, sərbəst yağ turşuları) dövriyyədə nə qədər uzun müddət ərzində qalarsa, aclıq hissi də bir qədər gec gəlir.
    • Qocaldıqca əzələ toxuması distofiyaya uğrayır və adipoz (piy) toxumasının nisbəti artır;
    • Qlükoza tolerantlığının azalması baş verir;
    • Maye balansında olan pozğunluqlara həssaslıq artır.

Gida çatışmazlığının nəticələri

  • Qida çatışmazlığı və qeyri-iradi çəki itkisi xəstələnmə və ölüm hallarının artımi ilə əlaqədardır.
  • Xəstəliklərdən sağalmanı gecikdirir.
  • Uzun müddət xəstəxanada qalmaya səbəb olur və səhiyyə xidmətlərinə tələbatın artmasına səbəb olur.
  • Orqanizmin müqavimət qabiliyyəti zəifləyir, yaraların sağalması yavaşıyır, infeksiyaya tutulma riski artır.
  • Əzələ kütləsi sürətlə azalır, əzələlərin funksional qabiliyyəti və gücü aşağı düşür, yıxılma və sınıqların yaranması riski artmış olur.

Qida çatışmazlığı diaqnozunun qoyulması

  • Klinik tapıntılar qidalanmanın həssas göstəriciləri deyildirlər.
  • Qida çatışmazlığının ən çox istifadə olunan göstəriciləri aşağıdakılardır: qeyri-iradi arıqlama, bədən çəkisinin və ya BKI-nin azalması, yaraların zəif sağalması, bazu nahiyəsinin ətafının ölçüsünün aşağı düşməsi, plazmada albuminin, hemoglobinin və limfositlərin azalması; bunlardan əlavə, pasiyentin pəhrizi, qida əldə etmək və hazırlamaq imkanı yoxlanılır, vitaminəri qəbuluna diqqət yetirilir, daha sonra klinik müayinə aparılır.
  • Mini Qidalanma Qiymətləndirməsi (MNA) hazırda qidalanmanın statusunun təyin edilməsi üçün ən etibarlı meyar hesab olunur, (onun tətbiqi) bir neçə ölkədə təsdiq edilmişdir. "?>
    • Qidalanma satusunun zəif olması adətən, çətinliklə təyin edilir.

Qida çatışmamazlığının müalicə edilməsi

  • Ahıl pasiyentlərdə pəhriz müalicəsinin məqsədi, lazımi miqdarda kalori əldə etmək və xüsusən, zülalların və digər qida maddələrinin qəbulunu təmin etmək, eyni zamanda adekvat olan qidalanma statusunu qorumaqdır.
  • Hazırkı təcrübə ilə müqayisədə ahıl yaşlı şəxslər və xəstələr, qidada protein və kalori çatışmazlığından xüsusilə əziyyət çəkirlər. Ona görə də, bu qrupdan olan şəxslərə hazırki təcrübədə olandan daha çox diqqət yetirilməsi tələb edilir.
  • Qida əlavələrinin tətbiqi ölüm hallarının və fəsadların sayını azaldır "?".
  • Adi qidalanmadan fərqli olaraq, yüksək kalorili qəlyanaltılardan ibarət qidaların tezliyinin artmış qaydada qəbulu, qida çatışmamazlığı olan ahıl xəstələr üçün daha faydalıdır.
  • İnstitusional şəraitdə yaşayan ahıl insanların “ailəvi tərzdə” aparılan qida qəbulu həyat keyfiyyətini yaxşılaşdırır, kalori və qida qəbulunu artırır.
  • Ev şəraitində yaşayan ahıl şəxslərin də qida qəbulu yoxlanılmalıdır; xüsusilə də xəstəxanadan çıxdıqdan sonra, onlar üçün evə qida çatdırılması xidmətinin tətbiq edlməsi nəzərdən keçirilə bilər.
  • Ahıl şəxslərin gündəlik protein qəbulu bədən çəkisinin hər kiloqramına görə 1.2-1.4 q olmalıdır. Xəstəlik zamanı bu tələbat artır.
  • Yaş artdıqca qida vasitəsi ilə qəbul edən zülalların və digər mühüm qida maddələrinin nisbəti artmalıdır.

Digər daha çox rast gəlinən qidalanma pozğunluqları

  • Qida çatışmamazlığı müxtəlif patoloji hallara gətirib çıxara bilər:
    • Anemiyalar (B12 vitamini və dəmir çatışmamazlığı); mədə-bağırsaq xəstəliklərinin olması nəzərə alınmalıdır.
    • osteoporoz və osteomalasiya:
      • Vitamin D çatışmamazlığı- institusional şəraitdə və ya ev şəraitində yaşayan ahıl yaşlı xəstələr arasında geniş yayılmış haldır. Adi hallarda gündəlik olaraq D vitamini qəbulu göstərilmişdir. D vitaminin gündəlik  olaraq 700-800 BV (17.5–20 mkq) miqdarında qəbulu ahıl adamların yıxılarkən almış olduqları sınıqların qarşısının alınması üçün kifayət olduğu göstərilmişdir.
    • gecə korluğu;
    • Neyropatiyalar (B qrupu vitaminləri);
  • Fol birləşmələri çatışmazlığı çox yayılmış olur.
  • Piylənmə
    • Piylənmənin sağlamlıq üçün riskləri və sağlamlığa mənfi təsiri:
      • metabolik pozğunluqlar (diabet)
      • Hərəkətsizlik və fiziki məhdudiyyətlər
      • dəri infeksiyaları (intertrigo)
      • ürək-damar xəstəlikləri.
  • Arıqlamaq  üçün edilən cəhdləri çox ehtiyatla etmək lazımdır. Ahıl yaşlı pasiyentlərdə çəki itkisi və arıqlama asanlıqla əzələ itkisinə və yağ toxumasının nisbətinin artmasına səbəb olur. "?>

Əlaqədar mənbələr

 

  • Ədəbiyyat

Milne AC, Potter J, Vivanti A et al. Protein and energy supplementation in elderly people at risk from malnutrition. Cochrane Database Syst Rev 2009;(2):CD003288. Tieland M, Dirks ML, van der Zwaluw N et al. Protein supplementation increases muscle mass gain during prolonged resistance-type exercise training in frail elderly people: a randomized, double-blind, placebo-controlled trial. J Am Med Dir Assoc 2012;13(8):713-9. Jyväkorpi S. Nutrition of older people and the effect of nutritional interventions on nutrient intake, diet quality and quality of life. Doctoral dissertation. University of Helsinki, 2016 .Puranen T. Intervening nutrition among community-dwelling individuals with Alzheimer’s disease and their spouses. Doctoral dissertation. University of Helsinki, 2015 .