Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
İtdirsəyi və meybom vəzilərində kista

Mündəricat

İtdirsəyi və meybom vəzilərində kista

EBM Klinik protokolları
04.09.2017 • Sonuncu dəyişiklik 04.09.2017
TeroKivelä

Əsas məqamlar

  • Kiprik kənarında (Zeys vəzində xarici itdirsəyinə gətirib çıxardan) və ya kiprik qığırdağında (meybom vəzində xarici itdirsəyinə gətirib çıxardan) piy vəzi ciddi şəkildə infeksiyaya yoluxduqda, itdirsəyi əmələ gəlir.
  • Ən çox rast gəlinən törədici - qızılı stafilokokdur.
  • Vəz axacaqları itdirsəyi və ya digər səbəbdən tutulduqda və vəzin ifrazatı yanındakı toxumalara axıb lipoqranuloma yaratdıqda, meyboz vəzində şiş əmələ gəlir.
  • Qranulyasiya toxuması meybom vəzində şişin konyuktiv tərəfində irinə bənzər botriomikoma yarada bilər.
  • Meybom vəzində böyük ölçüdə şiş buynuz təbəqəsinə təzyiq edə və müvəqqəti olaraq görmə qabiliyyətini poza və astiqmatizmə səbəb ola bilər.
  • Yaşlı insanlarda piy vəzinin adenokarsionaması və göz qapağının Merkel hüceyrələrinin karsionaması meybom vəzi şişini imitasiya edə bilər.

Epidemiologiya

  • İtdirsəyi və meybom vəzində şiş geniş yayılıb, adətən uşaq və gənclərdə əmələ gəlir. Onlar eyni göz qapağında başqa tərəfdə və ya digər göz qapağında yenidən yarana bilər.
  • Quru göz sindromu, xroniki blefarit, seboreya dermatiti və hormonal amillər (dəri piyinin tərkibi) meyillilik yaradan amillərdir.
  • Əgər orta yaşdan sonra meybom vəzi şişi yaranırsa, eyni tərəfdə yenidən yaranırsa və ya atipik olursa, karsinoma ehtimalı nəzərdən keçirilməlidir.
  • Meybom vəzinin tutulması və vəz daxilində ifrazatın toplanması nəticəsində göz qapaqlarında meybom vəzinin şişi yaranır. Meybom vəzinin şişi itdirsəyinə çevrilə bilər. 

Simptomlar və tapıntılar

  • Göz qapağının lokal şişməsi, qızarıqlıq, göz qırparkən və gözə basarkən ağrı hissi (xarici və daxili itdirsəyi)
  • Bir neçə gün ərzində inkişaf edir, göz qapağının kənarında infeksiya mərkəzinə çevrilir və sarımtıl çirk ifraz edir.
  • Xüsusilə də daxili itdirsəyində həssas olmayan bərk dərialtı düyün (şiş) əmələ gəlir və əsasən də üst göz qapağında yerləşir.
  • Bəzən hər iki göz qapağında və ya hər iki tərəfdə müxtəlif şişlər mövcud olur.

Differensial diaqnoz

    • Dakrioadenit
    • Orbitin üst yan hissəsində palpasiya zamanı ağrı hissi olur.
  • Dakriosistit
    • Gözün aşağı medial küncündə palpasiya zamanı ağrı hissi olur.
  • Palpebral şiş
  • Yaşlı xəstələrdə piy vəzinin adenokarsinoması və merkel hüceyrəsinin karsinoması meybom vəzinin karsionamısı təqlid edir

Müalicə

  • İtdirsəyinin ilkin müalicəsi mikrob əleyhinə damcıların yerli istifadəsindən ibarətdir.
  • İrinli itdirsəyi inyeksiya iynəsi ilə çərtilə bilər.
  • Meybom vəzi şişi tədricən öz-özünə itə bilər. Lakin, o, ilk olaraq böyüyə və bir neçə ay ərzində eyni vəziyyətdə qala bilər.
  • Xəstəni uzun müddət narahat edən meybom vəzi şişi cərrahi yol ilə aradan qaldırıla bilər. Əməliyyatdan sonra qulluq kimi mikrob əleyhinə göz məlhəmindən istifadə edilir.
  • Əgər orta yaş dövründən sonra meybom vəzi şişi yaranarsa, eyni yerdə yenidən əmələ gələr və ya atipik olarsa, bədxassəliliyi istisna etmək üçün cərrahi əməliyyat ilə əlaqədar biopsiya icra edilməlidir.
  • Alternativ olaraq, meybom vəzi şişinə triamsinolon inyeksiyasının (0.1–0.2 ml) vurulması çərtmə kimi 2-3 həftə ərzində şişi müalicə edir; lakin karsinomanın ehtimalı ilə əlaqədar olaraq yaşlı xəstələrdə və ya meybom vəzi şişi yenidən qayıtdıqda, bu müalicə uyğun olmur.

İstinad üçün meyarlar

  • Göz qapaqlarının funksiyasını pozan və ya digər formada xəstənin işinə mane olan böyük meybom vəzi şişi yarandıqdan 2-3 ay sonra xəstə həkimə müraciət edə bilər.
  • Eyni yerdə və ya digər formada atipik yaranmış meybom vəzi şişi

Goawalla A, Lee V. A prospective randomized treatment study comparing three treatment options for chalazia: triamcinolone acetonide injections, incision and curettage and treatment with hot compresses. Clin Experiment Ophthalmol 2007;35(8):706-12. Ben Simon GJ, Rosen N, Rosner M et al. Intralesional triamcinolone acetonide injection versus incision and curettage for primary chalazia: a prospective, randomized study. Am J Ophthalmol 2011;151(4):714-718.e1.