Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Xronik orta otit

Mündəricat

Xronik orta otit

EBM Klinik protokolları
24.04.2016 • Sonuncu dəyişiklik 12.04.2013
JussiJero

Əsas məqamlar

  • Xolesteatomaya  şübhəsi olan və ya diaqnoz qoyulmuş və ya quru qulaqda təbil pərdəsinin daimi perforasiyası olan xəstələr otorinolarinqoloqa yönəldilməlidir.
  • Xəstə otorinolarinqoloqun qəbulu gözləyənə qədər müvafiq lokal müalicə tətbiq edilməlidir. 

Tərifi

  • Əgər xəstədə infeksiya 2 aydan çox davam edirsə, bu halda xronik orta otit düşünülməlidir. İnfeksiyanın aktivlik dərəcəsi azala və hətta infeksion proses sakitləşə bilər, lakin bu davamlı zədələnmə və ya funksional çatışmazlıqla nəticələnə bilər. 

Aktiv xronik orta otit

  • Təbil pərdəsinin daimi perforasiyasından sarımtıl və ya yaşılımtıl ifrazatın olması
  • Orta qulaq bəzən yalnız nəm və parlaq ola bilər, və ya dəlik daxilindən irinli ifrazat müşahidə edilə bilər. Bəzən qulaq kanalında gündəlik pambıq tamponlarının bir neçə dəfə dəyişdirilməsini tələb edən profuz (güclü) ifrazat olur. 

Xolesteatoma

  • Qulaq kanalının keratinləşmiş epitelisi və təbil pərdəsi orta qulağa və məməyəbənzər sümüyə doğru inkişaf edir, osteolit, şişəbənzər kütlə ilə nəticələnir.

Səbəbkar faktorlar

  • Kəskin orta otitə nisbətən xronik otitə səbəb olan bakteriyalar daha müxtəlifdir və bir neçə növü eyni zamanda rast gəlinə bilər.
  • Üstünlük təşkil edən bakteriyalar Pseudomonas aeruginosa və Staphylococcus aureus-dur. Proteus ştamları, Klebsiella, E.coli və bir çox digər aerob bakteriyalar da həmçinin tez-tez rast gəlinir. Xəstəlik hallarının 1/3-də anaerob bakteriyalar da həmçinin təyin edilir. 

Simptom və əlamətlər

  • Qulaqdan irinli və ya şəffaf və yapışqanşəkilli davamlı və ya bəzən axıntının olması
  • Təbil pərdəsində dəlik qeyd olunur və orta qulağın selikli qişası şişkin və ifrazatlıdır. 
  • Təbil pərdəsinin yuxarı hissəsinin (pars flaccida) dəlik xolesteatomanın demək olar ki daimi əlamətidir. 
  • Təbil  pərdəsinin mərkəzi hissəsində (pars tensa) dəlik xolesteatomaya meyllik yaradır və tez-tez orta qulaqda keratinləşmiş kütlə müşahidə edilir.

Xronik orta otitin konservativ müalicəsi

  • Başlanğıcda xəstəlik prosesinin düzgün başa düşülməsi çox vacibdir: bu təbil pərdəsindəki dəyişikliklərə əsalanaraq qiymətləndirilə bilər.
    • Əgər qulaq qurudursa və pars tensada mərkəzi perforasiya varsa təcili müalicə göstəriş deyildir. Xəstə otorinolarinqoloqa qiymətləndirilməsi üçün yönəldilməlidir.
    • Əgər dəlik təbil pərdəsinin yuxarı hissəsində (pars flaccida)  görünürsə xəstədə xolesteatoma olması ehtimalı var və əməliyyat göstərişdir. 

İfrazat olan qulağın müalicəsi

Birinci konsultasiya

  1. Orta qulağın ifrazatı bakterial əkilməyə göndərilməlidir. Əgər antibiotik artıq tətbiq olunursa göbələk üçün material (həm mikroskopiya, həm də əkmə üçün) da həmçinin götürülməlidir, çünki biomaterialda maya göbələkləri Candida, Penicillium və ya Aspegillus ola bilər. Bu isə antibiotik terapiyası fonunda simptomları daha da ağırlaşdıra bilər. 
  2. Qulağı steril duz məhlulu ilə 37°C temperaturda ehtiyatla yuyun, qulaq kanalını qurudun (pambıq tampon və ya sorma ilə) və təbil pərdəsinin vəziyyətini qeyd edin. 
  3. Qulaq damcıları təyin edilməzdən əvvəl qulağın yuyulması və qurulanması vacibdir. Sormadan istifadə etdikdə axan soyuq hava səbəbindən baş verə bilən kalorik reaksiyanın mümkünlüyünü yadda saxlayın və əgər xəstədə başgicəllənmə olarsa təcili sormanı dayandırmaq lazımdır. 
  4. Antibiotikə rezistentlik analizi yerinə yetirilməmişdən əvvəl tərkibindən antibiotik olmayan qulaq damcılarının istifadəsinə üstünlük verilir. Əgər proses təbil pərdəsinin yuxarı hissəsindədirsə 3%-li bor spirtli məhlulu məsləhət görülür. Əgər orta qulağın selikli qişasının geniş zədələnməsi qeyd edilirsə, 50%-dən daha güclü olan cərrahi spirt istifadə etməyin. Alternativ olaraq, digər ototoksik olmayan damcılar (flumethasone-clioquinol, ciprofloxacin-hydrocortisone) gündə 2 dəfə 4-5 damcı olmaqla istifadə edilə bilər. Kalorik reaksiyanın səbəb olduğu başgicəllənmədən qaçmaq üçün damcını istifadə etməmişdən əvvəl ovucun içində saxlamaqla isitmək lazımdır. Damcı töküləcək qulaq yuxarıda olmaq şərtilə, damcı yeridildikdə xəstə 5 dəqiqə ərzində uzanıq vəziyyətdə qalmalıdır. 
  5. Yuxarı tənəffüs yollarının infeksiyası zamanı xəstədə müvəqqəti ifrazat olarsa və ya ifrazat əvvvəlkinə nisbətən daha profuz olarsa, sistem antimikrobial preparatların təyini tələb olunur. Belə hallarda kəskin orta otitdəki kimi eyni baktrial etiologiya və antimikrobial preparatların istifadəsi düşünülməlidir.

İkinci və üçüncü konsultasiya

  • Təxminən 7 gündən sonra aparılan ikinci konsultasiya qulağın artıq quru olmasını göstərə bilər.
  1. Klinik müayinəni təkrar edin, çünki şişkinliyin aradan qalxması fiziki müayinənin tapıntılarına təsir edə bilər.
  2. Əgər hələ də ifrazat varsa duz məhlulu ilə qulağı yuyun. 
  3. Bu mərhələdə antibiotikə rezistentlik testinə əsasən antibiotik damcıları (sistem olmayan antibiotiklər) təyin edilə bilər. 
    • Qulaq damcılarının ototoksikliyi qulaqdan profuz ifrazatın müalicəsində nəzərə alınmamalıdır, çünki oval pəncərə yaxınlığında ödemli selikli membran dərmanın membranla təmasına və ilbizə (lat. cochlea) absorbsiyasına mane olur. 
  4. Əgər qulaqdan alınmış ifrazatın əkilməsində göbələk çıxıbsa, antifunqal preparatlar təyin edilməlidir (3%-li bor spirti). Göbələkli otitlərdə koritkosteroid-antibiotik kombinasiyalı damcılardan çəkinmək lazımdır. Qulaq kanalı və təbil pərdəsi 0.5-1%-li çəhrayı metil məhluluna isladılmış pambıq tamponu ilə silinə bilər.
  5. Əgər yaxşı lokal müalicə və təkrari yuyulmaya baxmayaraq qulaqdan ifrazat gəlirsə xəstə daha detallı müayinə üçün otorinolarinqoloqa yönəldilməlidir. 

Yönəldilmə (göndəriş)

  • Mütəxəssis konsultasiyasına göstərişlər:
    • ümumi vəziyyətin pisləşməsi, qulaqda intensiv ağrı və ya baş ağrısı
    • üz iflici
    • fırlanan başgicəllənmə
    • xolesteatoma
    • 4 həftədən çox davam edən davamlı ifrazat
    • 3 ay ərzində bağlanmayan təbil dəliyi.