Meralgia paraesthetica
EBM Klinik protokolları
24.07.2017 • Sonuncu dəyişiklik 24.07.2017
SariAtula
Parestetik Meralgiya
Əsas məqamlar
- İnquinal sahədəki lateral femoral kutanoz sinir kökünə əsasən, orta yaşlı artıqçəkili insanlarda rast gəlinir.
- Simptomlara çanağın ön və yan tərəfində keyləşmə, paresteziya və yanma hissi daxildir, bu simptomlar isə çanağı hərəkət etdirdikdə daha da kəskinləşir.
- Diaqnoz klinikdir; Yalnız xüsusi hallarda, cihazların köməyi ilə diaqnostik müayinələrin edilməsi lazım gəlir.
- Öz-özünə bərpa prosesinə yüksək meyillilik
Etiologiya
- Sinir kökünün olduğu hissədə inquinal liqamentin altında, onurğanın iliak hissəsinin yuxarı ön tərəfində təxminən 2 sm ölçüdə olan və olduqca nadir hallarda meydana gələn mononevropatiya.
- İnsanların 30% -dən çoxunda sinirlər qeyri-normal formada olur.
- Qalın geyindikdə və ya həddən çox yükləndikdə, simptomlar daha da pisləşə bilər.
- Bəzən proksimal zədələnmə də (L2 sinir kökü) bu tibbi problemə səbəb ola bilər. Etioloji faktorlar isə demək olar ki, müəyyən edilmir.
- İkitərəfli ola bilər.
Diaqnoz
- Dizin bükülmüş vəziyyətdə olması və çanağın çox açılması ağrıları daha da artırır. Çanaqda sinir kökünün sıxılması bir yerdən başlayaraq yayılan ağrıya səbəb olur. Kliniki baxımdan motor əlamətləri müşahidə olunmur.
- Sinir köklərinin sıxılmasını, "Ayağın düz qaldırılması" testi (Lasegue`s test) vasitəsilə, osteoartrit səbəbindən hərəkətdə məhdudiyyətləri isə budun hərəkətini yoxlamaq üçün həyata keçirilən müayinə vasitəsilə aşkar etmək olar.
- Kəskin simptomların müşahidə olunduğu xəstələrdə zəruri hallarda elektronevrofizioloji testlərdən istifadə edilə bilər; lakin artıqçəkili xəstələrdə isə diaqnoz nəticəsinin müəyyən edilməsi çətin ola bilər.
- Diaqnostik lokal sinir bloku
- Differensial diaqnoz
- Trokanterik bursit
- Dördbaşlı əzələnin giriş hissəsində ağrı
- Lumbar onurğada radikulyar simptomlar (L3)
- Neyropatiya (uzunmüddətli meralgiya, eyni zamanda neyropatik ağrıya səbəb ola bilər)
Müalicə