Əsas səhifə

Çap

Əks əlaqə

İnfo
Qan qazlarının analizi və turşu-qələvi balansı

Mündəricat

Qan qazlarının analizi və turşu-qələvi balansı

EBM Klinik protokolları
16.06.2017 • Sonuncu dəyişiklik 16.06.2017
MarkusLyyra

Qan nümunəsi

  • Kapilyar qandan və ya tərcehən arterial qandan istifadə olunur.
  • Qan nümunəsi, nümunənin alınmasından dərhal sonra analiz edilməlidir (bu mümkün olmadıqda, nümunəni dondurmaq lazımdır, < 10 dəq).
  • Nümunədə ola biləcək hava qabarcıqları kənarlaşdırılmalıdır və nümunəylə ehtiyatla davranılmalıdır (hemoliz riski).
  • pH qiymətləndirilməsi məqsədiylə venoz qandan güvənli bir şəkildə istifadə etmək olar.

Ölçmələr

  • Oksigenin parsial təzyiqi (pO2) (kapilyar qandan istifadə edilməməlidir)
  • pH
    • Loqarifmik şkala (pH 5,  pH 4 ilə müqayisədə 10 qat daha çoxdur)
  • Karbon dioksidin parsial təzyiqi (pCO2)
  • Qələvi balansı (qələvi çoxluğu (BE) (metabolik alkaloz), qələvi defisiti (BD) (metabolik asidoz))
  • BE, hər iki vəziyyəti qiymətləndirmək üçün istifadə edilir: + və - işarələri vəziyyətin alkaloz (+) və ya asidoz (-) olmasını göstərir.
  • BE-nin əvəzinə, həmçinin standart bikarbonat (SBC) dəyəri də istifadə edilə bilər.

Referans dəyərləri

  • Arterial qan
    • pO2 orta hesabla > 11 kPa (yuxarı yaşlarda aşağı dəyərlə)
    • pH 7.35–7.45
    • pCO2 4.5–6.0 kPa
    • BE 0 ± 2.5 mmol/l
    • Standart bikarbonat (SBC) 22–26 mmol/l
  • Kapilyar qan
    • pO2  dəyişir və klinik əhəmiyyətə malik deyildir
    • pH 7.35–7.45
    • pCO2 4.5–6.0 kPa
    • BE 0 ± 2.5 mmol/l
    • SBC 22–26 mmol/l

Hipoksemiya və hiperkapniyanın ağırlıq dərəcəsi

  • Cədvələ nəzər yetirin
  • Xroniki obstruktiv ağciyər xəstəliyi olan pasientlərdə aB-pO2 < 7.3 -7.9 kPa , əlavə meyarlara təsadüf edildikdə, davamlı oksigen terapiyası üçün bir göstəricidir.
  • B-pO2 < 8 kPa, pCO> 6.7 kPa, kəskin respirator çatışmazlığının göstəricisidir.
  • pCO-i,    > 10-12 kPa -a kəskin yüksəldikdə anesteziya meydana gəlir. 
  • Hipotermik xəstələrdə pOvə pCO göstəriciləri artır.
Hipoksemiyanın və hiperkapniyanın ağırlıq dərəcəsi
Ağırlıq dərəcəsi Hipoksemiya aB-pO2 (kPa) Hiperkapniya aB-pCO2 (kPa)
Yüngül  8-11 6.1-6.6
Orta 6-7.9 6.7-8
Ağır < 6 > 8

Turşu-qələvi balansında pozğunluqlar

  • Cədvələ nəzər yetirin
  • Metabolik asidozun səbəbləri (BE < -2.5)
    • Ketoasidoz (diabetik, alkoqola bağlı)
    • Böyrək çatışmazlığı və ya boru patologiyası (böyrək boru asidozu)
    • Şok, toxumaların kifayət qədər oksigenlə təchiz olunmaması
    • Laktik asidoz
    • Kəskin diareya
    • İntoksikasiya (amonium xlorid, metanol, salisilatlar, etilen qlükol)
  • Metabolik  alkalozun səbəbləri (BE > +2.5)
    • Qusma
    • Bikarbonatın yüksək dozası
    • Gizli hipovolemiya
    • Tiazid diuretiklər / furosemid
  • Respirator asidozun səbəbləri
    • Kəskin və xroniki ventilyasiya çatışmazlığı
  • Respirator alkalozun səbəbləri
    • Hiperventilyasiya
    • Respirator mərkəzin, travma və ya xəstəlik nəticəsində pCO2 dəyişmələrinə qeyri-həssaslığı.
    • Psixogenik səbəblər (panik atak)
    • Hipoksemiya
Turşu-qələvi balansının pozulması
Pozğunluqlar   Qanın pH-ı Qanda pCO2 Qanın BE-si Sidiyin pH-ı
Metabolik asidoz Kompensasiya edilməmiş azalır normal azalır azalır
Tam kompensasiya edilmiş normal azalır azalır  
Metabolik alkaloz Kompensasiya edilməmiş artır normal azalır  
Tam kompensasiya edilmiş normal  artır azalır artır
Respirator asidoz Kompensasiya edilməmiş azalır artır normal azalır
Tam kompensasiya edilmiş normal artır artır  
Respirator alkaloz Kompensasiya edilməmiş artır azalır normal  
Tam kompensasiya edilmiş normal azalır azalır azalır

 

Adiyyatı mənbələr

 

  • Ədəbiyyat